Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə Bərdə barədə danışıb

    XİN

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stephen Biegun telefonla danışıblar.

    Azərbaycan XİN bildirib ki, telefon danışığı zamanı Ceyhun Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq, humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini və Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb.

    XİN rəhbəri münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib, qurum bildirib.

    “Nazir Ceyhun Bayramov, həmçinin həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verdi,” – qurumun məlumatında deyilir.

    Azərbaycan XİN bildirib ki, ABŞ dövlət katibinin müavini Stephen Biegun mülki itkilərdən ciddi narahatlığını dilə gətirib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib.

    “O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğuladı,” – qurumun məlumatında deyilir.

  2. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri Azərbaycanın şəhər və rayonlarına atəş açan qarşı tərəfi sıradan çıxarıb.

    "Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib," - qurumun məlumatında deyilir.

    Bundan başqa Azərbaycan MN məlumat yayıb ki, mülki infrastrukturu və dinc əhalini atəşə tutan qarşı tərəfin canlı qüvvəsi Azərbaycan Ordusunun bölmələri tərəfindən sıradan çıxarılıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  3. Azərbaycan XİN Bərdəyə hücumu "soyqırım və müharibə cinayəti" adlandırıb

    bərdə, 28 oktyabr hücum

    Şəklin mənbəyi, Getty Images

    Azərbaycan Xarici İşlər Nazirliyi Bərdəyə atılan və 21 mülki şəxsin ölümü, 70-ə yaxın adamın yaralanmasilə nəticələnən raket zərbəsi barədə bəyanat yayıb.

    Qurum bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi "soyqırım, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir".

    "Hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətinin bir daha nümayiş etdirir," - qurumun məlumatında deyilir.

    Azərbaycan XİN bildirib ki, bu hücumla Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulub və məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

    "Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi, Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir," - məlumatda deyilir.

    Qurum bildirib ki, Azərbaycan "bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək".

  4. Tanınmamış "DQR ombudsmanı": "Şuşada bir nəfər həlak olub, ikisi xəsarət alıb"

    Tanınmamış "DQR ombudsmanı" Artak Beqlaryan deyib ki, bu gün Şuşa və Xankəndinin bombalanması nəticəsində 15 partlayış olub.

    Onun sözlərinə görə, Xankəndidə doğum evinə zərər dəyib, xəstəxanada və şəhərdə partlayışlar nəticəsində əhali arasında ölüm və yaralanma halları haqqında məlumat hələ yoxdur.

    Şuşada "bir nəfər həlak olub, ikisi xəsarət alıb", Artak Beqlaryan deyib.

    Bundan başqa, tanınmamış “DQR Müdafiə Nazirliyi" Xankəndində "atəşə məruz qalmış” doğum evinin şəkillərini dərc edib və şəhərlərə "Smerç yaylım atəş qurğusundan raket zərbələri endirildiyini" qeyd edib.

    Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl Azərabaycan Ordusunun Şuşa və Xankəndini atəşə tutmadığını açıqlayıb və bu məlumatları yalan adlandırıb.

    Paylaşımını ötürün X, 1
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 1

    Paylaşımını ötürün X, 2
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 2

    Paylaşımını ötürün X, 3
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 3

  5. Bərdəyə raket atılması anının görüntüləri yayılıb

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bildirdiyinə görə, Bərdə şəhəri Ermənistan tərəfindən 9M525 "Smerç" raketi ilə vurulub.

    Hadisə nəticəsində 21 dinc sakin həlak olub, azı 70 nəfər yaralanıb.

  6. Human Rights Watch Azərbaycanda araşdırma aparacaq

  7. Mustafa Şentop: "Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək"

    Mustafa Şentop

    Şəklin mənbəyi, Anadolu Agentliyi

    Türkiyə parlamentinin sədri Mustafa Şentop çərşənbə günü qurumun komissiya iclasında deyib ki, "Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək".

    "Türkiyə bu günədək olduğu kimi bundan sonra da tarixi həqiqətlərə və beynəlxalq hüquqa görə haqlı olan mübarizəsində və vətəni müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək", - Anadolu Agentliyi Mustafa Şentopa istinadən yazıb.

  8. Ceyhun Bayramov İranın xüsusi elçisi ilə Qarabağ münaqişəsini müzakirə edib

    Azərbaycan Xarici İşlər Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

    Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İran Prezidentinin Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi elçisi və İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçı ilə görüşüb.

    Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, çərşənbə günü keçirilən görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi müzakirə ediblər.

    Məlumatda deyilir ki, Abbas Əraqçı "münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini" vurğulayıb.

    Qurum görüşdə tərəflərin "qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə etdiyini" bildirib.

  9. Azərbaycan Müdafiə Nazirliyi Şuşa və Xankəndinin atəşə "tutulmadığını" açıqlayıb.

    Bu səhər Ermənistan tərəfi Azərbaycanın adları çəkilən şəhərləri raket atəşinə "tutduğunu" iddia edib.

    Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı "yalan" adlandırıb və bildirib ki, "Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur və Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir."

  10. Təcili xəbər, Bərdədə son iki gündə raket zərbəsindən ölənlərin sayı 26-a çatıb

    Çərşənbə günü Bərdənin mərkəzinə endirilən raket hücumunda ölənlərin sayı 21-ə çatıb, 70-ə yaxın şəxs isə yaralanıb. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

    Qurum bildirib ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib və Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb, Baş Prokurorluğun məlumatında deyilir.

    Bununla, Bərdədə son iki gündə raket zərbəsindən ölənlərin sayı 26-ə çatıb.

    Fövqəladə Hallar Nazirliyi bildirib ki, bu gün baş verən raket hücumunda mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Naziriyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olub, bir əməkdaşı isə ağır yaralanıb.

    Azərbaycan Bərdə şəhərində dinc əhali və mülki infrastrukturun hücuma məruz qaldığını bildirir.

    Atəşə tutulan ərazidə kaset bombalarından istifadə olunub, Baş Prokurorluq bildirir.

    bərdə, 28 oktyabr

    Şəklin mənbəyi, Getty Images

    bərdə, 28 oktyabr

    Şəklin mənbəyi, Getty Images

    bərdə, 28 oktyabr

    Şəklin mənbəyi, Getty Images

  11. "Ay camaat, balamın toyunu etməmişdim" - Bərdədən video

    Bu gün Bərdə şəhərinin mərkəzinə düşən raketdən sonra yaranmış vəziyyətlə bağlı Twitter-də paylaşılmış videoda bir qadın ağlayaraq çığırır və deyir ki, "balamız ölüb, nə danışırsan, balamız ölüb, gör nə dünə düşüb".

    Videoda bir qadının yerdə olan cəsədin əlindən tutduğu və qadınların ağladığı görünür.

    Digər qadın ağlayaraq "Ay camaat, balamın toyunu etməmişdim", "Ay bacılarım, ay qardaşlarım, balam öldü, balam toysuz həyatdan köçdü", deyir.

    Videoda ətrafda çoxlu insanların toplaşdığı görünür.

    DİQQƏT: VİDEO SARSIDICI OLA BİLƏR

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  12. Təcili xəbər, Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının kəndləri azad edilib

    Prezident İlham Əliyev Twitter-də yazıb ki, Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndləri işğaldan azad edilib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  13. "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək", bu sözləri Prezident İlham Əliyev Twitterdə bildirib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  14. Azərbaycan MN: "Tərtər yenidən atəşə tutulub"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.

    Qurum Tərtər rayonunun ərazisinin BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutulduğunu da bildirib.

  15. Azərbaycan DİN: "Bərdəyə müəyyən sayda polis və DİN hərbi qulluqçuları ezam olunub"

    Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunub.

    Onlar yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün köməklik edəcəklər.

    "Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər," - qurum bildirib.

  16. Azərbaycan “Facebook” şirkətinə müraciət edib

    Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

    Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinin rəhbərliyinə "narahatlıq yaradan məqamlar" barədə məktub ünvanlayıb.

    Nazirlik bildirib ki, müraciətdə son zamanlar “Facebook” və “Instagram” sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi qeyd olunub.

    Məlumatda deyilir ki, qurum məktubunda sosial media platformalarının "informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyini", azərbaycanlı istifadəçilərin səhifə və profillərinin kütləvi şəkildə bloklandığını və bundan "narahatlığını" bildirib.

    “Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək”, – nazirliyin müraciətində deyilir.

  17. Azərbaycan MN Xankəndində doğum evininin atəşə tutulmadığını bildirir

    Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə iddiaları təkzib edib.

    Tanınmamış "DQR" Azərbaycanı Xankəndindəki (Stepanakert) doğum evi və mülki infrastruktur obyektlərini hədəfə almaqda ittiham edib.

    "Qurbanlarla bağlı məlumat dəqiqləşdirilir", - Tanınmamış "DQR-in Məlumat mərkəzinin" yaydığı xəbərdə deyilib.

    Azərbaycan MN bu məlumatların "məqsədyönlü şəkildə yayılan dezinformasiya" olduğunu, Ermənistanın "Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışdığını" bildirib.

  18. Ermənistan tərəfinin döyüş itkiləri 1068-ə çatıb

    Çərşənbə günü erməni hərbçiləri həlak olan əsgərlər siyahısına daha 59 nəfərin adını əlavə ediblər və bununla da siyahıdakı adların ümumi sayı 1068-ə çatıb.

    Azərbaycan özünün döyüş itkilərini hələ ki açıqlamır.

  19. Hikmət Hacıyev: "Hücumlar bizi daha da güclü edir, düşünməsinlər ki, biz zəifləyirik, məramımız və ya iradəmiz sarsılır", Prezidentin köməkçisi söyləyib ki, söyləyib ki, Ermənistanın Bərdəyə hücumu "Xocalı qətliamının davamıdır".

    Hikmət Hacıyev

    Biz dünya ictimaiyyətini Ermənistanın bu cinayətini pisləməyə çağırırıq, Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Bərdəyə edilən növbəti hücum barədə danışarkən deyib.

    "Azərbaycanın günahsız, dinc əhalisinə qarşı onlar balistik bombalardan, balistik raketlərdən, kasetli bombalardan istifafadə edirlər. Bu, Azərbaycan əhalisinə qarşı bir növ irqçilikdir, kollektiv cəzalandırma terror aktlarıdır".

    Hikmət Hacıyev söyləyib ki, Ermənistanın bu hücumu "Xocalı qətliamının davamıdır".

    Prezidentin köməkçisi Ermənistanın "beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiyini" bildirib.

    "Onlar kütləvi qırğın kasetli bombalarından və digər kütləvi qırğın raketlərindən istifadə edirlər. Bu, - sonuncu hadisə bir daha etnik təmizləmənin bariz nümunəsidir. Hücumlar bizi daha da güclü edir, düşünməsinlər ki, biz zəifləyirik, məramımız və ya iradəmiz sarsılır. Qətiyyən. Ermənistan mövqelərini gücləndirir, kənardan əlavə hərbi sursat, raket və bombalar gətirirlər. Bu raketlər də humanitar sülhün pozulması, dinc əhalinin qətlə yetirilməsi üçün istifadə olunur. Bunu etməklə, onlar döyüş sahəsində uğradıqları məğlubiyyətin əvəzini dinc əhalidən çıxarmağa çalışırlar. Azərbaycan öz öhdəliyinə sahib çıxmaqda davam edir".

  20. Rəsmi məlumatlara görə, Bərdədə 150 mindən çox insan yaşayır.

    Qarabağ düzünün mərkəzində yerləşən Bərdə sentyabrın 27-dən başlayaraq daimi atəş altında olan Tərtərdən təxminən 20 kilometr aralıda yerləşir.

    Müharibə başlayandan bəri Bərdə Tərtərlə müqayisədə daha təhlükəsiz yer sayılıb.

    Hətta erməni silahlılarının Tərtərə intensiv hücumlardan qorunmaq üçün oranın bir çox sakini Bərdəyə sığınıb.

    Sentyabrın axırlarından başlayaraq, Bərdəyə tək-tük mərmilər atılıb. Bəzisi şəhərə, bəzisi rayonun kəndlərinə düşüb.

    Çərşənbə axşamı Bərdənin Qarayusifli kəndinə endirilən raket zərbəsi nəticəsində aralarında bir azyaşlı olan 4 dinc sakin həyatını itirib, 13 şəxs yaralanıb.