Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Beynəlxalq Qızıl Xaç Komitəsinin sakinlərə humanitar yardım daşıyan könüllüsü Bərdədə həlak olub

    Beynəlxalq Qızıl Xaç Komitəsi

    Şəklin mənbəyi, AFP

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı 39 yaşlı könüllüsü Bərdə sakinlərinə humanitar yardım çatdırarkən atılan raket zərbəsi nəticəsində həlak olub, iki nəfər yaralanıb.

    Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.

    Qurumun Avrasiya regionu üzrə direktoru Martin Schüepp bildirib ki, sonuncu hadisələr "Dağlıq Qarabağ münaqişəsinin nəzarətdən çıxma riski olduğuna işarə edir”.

    Oktyabrın 28-də Dağlıq Qarabağ münaqişəsində mülki şəxslər arasında qurbanların sayının artması ilə bağlı yaydığı bəyanatında o, mülki şəxslərə qarşı zorakılığı "sərt qınayıb”.

    "Minlərlə mülki şəxslə yanaşı, BQXK bu gün cəbhə xəttinin hər iki tərəfindəki şəhər ərazilərinin intensiv atəşlə tutulmasının şahidi oldu ki, bu da ölüm, dağıntı, yaralanma və viranəliyə gətirib çıxardı. Bu, qəbuledilməzdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü, iki uşaq atası atəş nəticəsində faciəli şəkildə ölüb. Digər iki könüllü isə yaralanıb".

    Bəyanatda deyilir ki, tərəflər beynəlxalq hüquqi öhdəliklər çərçivəsində mülki şəxsləri, xəstəxanalar, məktəblər, bazarlar və mədəni mülklər kimi mülki infrastrukturu qorumaq üçün "bütün mümkün tədbirləri görməlidirlər".

    "BQXK beynəlxalq humanitar hüquqlar üzərindəki öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, məxfi dialoqda tərəflərlə əlaqə qurur. Gördüyümüz dəhşətli səhnələr davam edə bilməz," - bəyanatda deyilir.

  2. Təcili xəbər, Azərbaycan MN: "Bərdə və Goranboy atəşə tutulub"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın Bərdə və Goranboy rayonları Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

  3. Azərbaycan və Ermənistan nazirlərinin bu gün keçiriləcək Cenevrə görüşü təxirə salınıb

    Azərbaycan Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, görüşün vaxtı sabaha dəyişdirilib.

    "Azərbaycan tərəfi həmsədrlərdən görüşün vaxtı ilə bağlı təsdiq gözləyir",- Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.

    Görüşün sabah hansı saatda olacağı məlum deyil.

    Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Cenevrədə olacaq görüşü onların Washingtonda olduqları zaman razılaşdırılmışdı.

  4. Tanınmamış "DQR Müdafiə Nazirliyi": "Daha 57 hərbçi həlak olub"

    Tanınmamış “Dağlıq Qarabağ Respublikası Müdafiə Nazirliyi” bildirib ki, Qarabağ münaqişə bölgəsində Azərbaycan birləşmələri ilə döyüşlərdə daha 51 hərbçi həlak olub.

    Müharibənin əvvəlindən, sentyabrın 27-dən bəri “Qarabağ müdafiə ordusunun” 1119 hərbçisi ölüb.

    Azərbaycan özünün itkiləri barədə rəsmi açıqlama vermir.

  5. Diplomatik korpus nümayəndələri Bərdədədirlər

    Azərbaycandakı diplomatik korpus nümayəndələri Bərdədədirlər.

    Azərbaycan Prezidentin Köməkçisi Hikmət Hacıyev onlara Bərdə çərşənbə günü raket zərbəsinə məruz qalmış yerləri göstərib və bildirib ki, erməni tərəfi kasetli bombadan istifadə edib və nəticədə 21 adam həyatını itirib, 70-dən çox yaralı var.

    Bərdədə olan ANAMA nümayəndəsi jurnalistlərə bildirib ki, onlar hadisə yerindən kasetli bomba qalıqları tapıblar və bu qalıqlara Goranboy və Ağcabədidə də rast gəlinib.

    Diplomatik korpus nümayəndələri Bərdədən Tərtərə gedəcəklər.

  6. Gəncəyə olan üç hücumda 26 nəfər ölüb 138 nəfər yaralanıb

    Gəncə

    Şəklin mənbəyi, Getty Images

    Şəklin alt yazısı, Gəncəyə raket hücumundan sonra dağıntılardan sağ çıxan sakinlər

    İndiyə kimi Gəncə şəhərinə edilən raket hücumları nəticəsində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

    Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumata əsasən, ölən və yaralananlardan başqa Gəncə şəhərində yerləşən mülki obyektlərə və avtomobillərə küllü miqdarda ziyan dəyib.

    Gəncəyə Ermənistan tərəfindən 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları olub.

    Baş Prokurorluq bəyan edib ki, Ermənistana sanksiyaların tətbiq olunması üçün beynəlxalq qurumlara müraciət edəcək.

    Ermənistan tərəfi Gəncə ilə bağlı ittihamları qəbul etməyib.

    Gəncəyə olan hücumların birindən əvvəl tanınmamış "Dağlıq Qarabağ Respublikası rəhbərliyi" böyük şəhərlərlə bağlı xəbərdarlıq etmişdi.

    Başqa bir hücumdan sonra tanınmamış qurumun rəhbərliyi Gəncə şəhərində olan hərbi obyektlərin siyahısını yaymışdı.

    Azərbaycan Gəncədə raket zərbəsinə məruz qalan ərazilərin yaşayış yeri olduğunu və yaxınlıqda heç bir hərbi infrastruktur yerləşmədiyini bəyan etmişdi.

  7. Qarabağ müharibəsi: "Döyüşən əsgərlərin çoxu münaqişənin özündən gəncdir" - Dünya mediası nə yazır?

  8. Müdafiə Nazirliyi: Goranboy və Tərtər atəşə tutulur

    Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı günü səhər saatlarından başlayaraq Goranboy və Tərtər rayonlarının ərazilərinin artileriya atəşinə məruz qalması barədə xəbər yayıb.

    Nazirlik xəsarət alanlar və dağıntılar barədə məlumat verməyib.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib ki,"Azərbaycan ordusu bu səhər saat 8 radələrində Xankəndinə atəş açıb".

    Onun sözlərinə görə, atəş "Smerç" raketindən açılıb nəticədə bir avtomobil və bir neçə tikili ziyan çəkib.

    Şuşan Stepanyan yazıb ki, zərər dəyən evin sahibi və qonşusu xəstəxanaya aparılıb.

    Azərbaycan dəfələrlə bəyan edib ki, mülki obyektləri hədəfə almır.

  9. Azərbaycandakı diplomatik korpusun nümayəndələri Bərdə və Tərtərə gedir

    Azərbaycan Prezidentinin köməkəkçisi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb ki, diplomatik korpusun nümayəndələri ilə Bərdə və Tərtərə yola düşüb.

    "Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər", - Hikmət Hacıyev yazıb.

    Çərşənbə günü Bərdə şəhərinin raket atəşinə tutulub və beşi qadın olmaqla 21 nəfər həlak olub, səkkizi uşaq olmaqla 70 nəfər yaralanıb.

    Ermənistan Müdafiə Nazirliyi Bərdə istiqamətində raket atmadığını elan edib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  10. Cəbhədə döyüşlər: Xocavənd, Füzuli və Qubadlı əsas istiqamətlərdir

    top

    Şəklin mənbəyi, Getty Images

    Şəklin alt yazısı, Azərbaycan ordusunun artileriya texnikası

    Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı günü bəyan edib ki, ötən gün və bu gecə cəbhədə Azərbaycan tərəfinin hərbi və mülki mövqeləri qarşı tərəfin artileriya və raket atəşinə məruz qalıb.

    Nazirliyin məlumatına görə, cəbhədə döyüşlərin əsas istiqamətləri Xocavənd, Füzuli və Qubadlı bölgələri olub.

    Rəsmi məlumata görə Ermənistan tərəfinin hücumunun qarşısı alınıb.

    “Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var”, - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    Ötən gün və gecə ərzində Ermənistan tərəfinin döyüşlər gedən istiqamətlərdə bir neçə hərbi texnikasının sıradan çıxarıldığı deyilib.

    Ermənistan tərəfindən hələ atəşksin pozulması və döyüşlər barədə şərh verilməyib.

    BBC Ruscanın məlumatına görə, bu gecə saat 3 radələrində Xankəndində bir neçə partlayış səsi eşidilib.

    Ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.

  11. Prezident Əliyev Qərb dünyası barədə: "Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik"

    Ermənistanın beynəlxalq birlik tərəfindən "qınanılmaması" barədə cənab Əliyev deyib ki, Azərbaycanı Türkiyə və Pakistan da daxil olmaqla, çox ölkələr dəstəkləyir.

    "Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik."

    O həmçinin söyləyib ki, erməni tərəfi "neft və qaz kəmərlərini bombalaya bilsələr", o zaman "onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avropalı istehlakçılara lazımdır."

  12. İlham Əliyev baza prinsiplər barədə: "Biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq"

    Ilham Aliyev

    Şəklin mənbəyi, Azertag

    Prezident İlham Əliyev jurnalistin münaqişənin həlli üçün hazırki vəziyyətdə "baza prinsiplərinin ya aktual olmaması, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac olması" barədə sualına cavab olaraq bildirib ki, bu, yenə də erməni tərəfin davranışından asılı olacaq.

    "Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik."

    Cənab Əliyev həmçinin bildirib ki, Azərbaycan birinci mərhələni praktiki olaraq başa çatdırıb.

    "Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq.

    Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq. O mərhələ dərhal başlamalıdır.

    Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır", o İnterfaks agentliyinə müsahibəsində söyləyib.

  13. İlham Əliyev: "Hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm"

    İlham Əliyev İnterfaks agentliyinə müsahibəsində deyib ki, Azərbaycan bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyir.

    "Lakin erməni tərəfiatəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin".

    O söyləyib ki, hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilməz və bu, erməni tərəfindən asılıdır.

  14. "Ermənistan fəlakətə doğru addımlayır" - niderlandlı təhlilçilər

    ermeni esgeri

    Şəklin mənbəyi, Getty Images

    "Ermənistan qarşısı alınmaz fəlakətə doğru addımlayır. Dronların təhlükəsinə uyğunlaşa bilmir, tanklarını gizlədə bilmir, artilleriyasını, əsgərlərini gizlədə bilmir. Yalnız bu gün ərzində onlar 34 ədəd artlleriya qurğusu itirib," - niderlandlı hərbi analitiklər Stijn Mitzer və Joost Oliemans Twitter-də yazıblar.

    Onların hesablamalarına görə, Ermənistan silahlı qüvvələri artıq indiyədək 176 tank, 94 digər növ zirehli texnika, 60 yaylım atəş qurğusu və 109 artilleriya qurğusu itirib.

    Mitzer və Oliemans Qarabağ müharibəsində tərəflərin itkilərinin sayını açıq olan mənbələrin (video və fotoları) təhlili yoluyla, hərbi texnikanın növlərini mümkün qədər dəqiq müəyyənləşdirərək aparırlar.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  15. Bərdəyə raket hücumu ilə bağlı 4 maddə ilə cinayət işi açılıb

    bərdə 28 oktyabr hücum

    Şəklin mənbəyi, Getty Images

    Baş Prokurorluq bildirib ki, erməni silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələri endirilib.

    Nəticədə 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

    Hadisə ilə bağlı 4 maddə (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə, təcavüzkar müharibəni aparma) ilə cinayət işi açılıb.

  16. Bayramov və Morton

    Şəklin mənbəyi, mfa.gov.az

    Azərbaycan Xarici işlər naziri Britaniyanın dövlət naziriylə Bərdə şəhərinə həmləni müzakirə edib.

    “Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirdi”, - Azərbaycan XİN-in Ceyhun Bayramovla Wendy Morton-un telefon danışığına dair yaydığı açıqlamada deyilir.

    Məlumata əsasən, Britaniya nümayəndəsi mülki insan tələfatı ilə bağlı "ciddi narahatlığını" ifadə edib və dinc sakinlərə qarşı "hücumların yolverilməz" olduğunu bildirib.

    Wendy Morton bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb, Azərbaycan Xarci İşlər Nazirliyinin rəsmi saytındakı məlumatda deyilir.

  17. Bərdəyə raket hücumu anı - video

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  18. Türkiyənin Xarici İşlər Nazirliyi Bərdəyə bugünkü raket hücumu ilə bağlı bildirib ki, beynəlxalq birliyin Ermənistana müvafiq reaksiya göstərməsinin vaxtı çoxdan çatıb.

    Qurum bu hadisəylə bağlı ölənlərə rəhmət, yaralılara şəfa diləyib və Azərbaycana baş sağlığı bildirib.

  19. İlham Əliyev Paşinyanla görüş barədə: "Belə bir təklif gələrsə, biz həmişə buna müsbət baxmışıq və baxacağıq"

    İlham Əliyev, interfaks

    Şəklin mənbəyi, Azertag

    Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlara hazır olduğunu bildirib, lakin o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Yerevanın konstruktiv işləmək qabiliyyətinə şübhə edir, İnterfax agentliyi Prezident Əliyevlə müsahibəsi barədə yazıb.

    "Mən belə bir dəvət almamışam (Moskvada danışıqlar üçün - IF). Mən dəfələrlə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində iştirak etmişəm, lakin Ermənistanda hakimiyyətə Paşinyan gəldikdən sonra belə görüşlər olmayıb. Bu görüşlər Ermənistanın əvvəlki prezidentləri ilə olub və mən həmin görüşlərdən heç vaxt yayınmamışam, " - Əliyev İnterfax və İnterfax-Azərbaycan agentliklərinə verdiyi müsahibədə deyib.

    Əliyev vurğulayıb ki, Minsk Qrupunun həmsədri kimi Rusiyanın tənzimlənmədə xüsusi rol oynadığından bu görüşləri pozitiv hesab edib.

    "Rusiya hər zaman həm Ermənistan, həm də Azərbaycanla sıx əlaqələr saxlayıb və bu gün də siyasi və iqtisadi qarşılıqlı əlaqə baxımından Rusiya Azərbaycanla və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşumuzdur. Bu səbəbdən əlbəttə ki, ən çox belə görüşlər Rusiya ərazisində keçirilib, lakin Paşinyan dövründə belə görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alaraq indi onların nə qədər effektiv olacağını bilmirəm. Ancaq belə bir təklif gələrsə, biz həmişə buna müsbət baxmışıq və baxacağıq," – o qeyd edib.

    “Azərbaycan Prezidenti Ermənistanın Baş naziri ilə danışıqlar aparmaq üçün Moskvaya gəlməyə hazırdımı” dəqiqləşdirici sualına Əliyevin cavabı "Bəli" olub, agentlik yazır.

    "Özü də ki, heç bir şərt olmadan. Sabah Cenevrədə yenə də heç bir şərt olmadan Xarici İşlər nazirlərimizin görüşməsi buna dəlalət edir. Üstəlik, demək istəyirəm ki, hələ münaqişə başlayanda bizim xarici işlər nazirimiz - həmsədrlərlə görüşmək üçün onun Cenevrəyə səfəri (oktyabrın 8-də - İF) planlaşdırılmışdı – və o da oraya getdi. Bundan bir həftə qabaq, oktyabrın əvvəlində ora getməli olan Ermənistan xarici işlər naziri isə imtina etdi.

    Və humanitar atəşkəs məsələsini razılaşdırmaq üçün xarici işlər nazirlərinin görüşməsi barədə (10 oktyabr - IF) Moskvadan təklif daxil olanda bizim xarici işlər nazirimiz Cenevrədən ora uçdu. Yəni biz heç bir şərt irəli sürmürük. Lakin yenə də, indiki Ermənistan hakimiyyətinin konstruktiv iş aparmağa qadir olduğuna dair mənim böyük şübhələrim var, " – Azərbaycan prezidenti deyib.

  20. Ceyhun Bayramov Minsk Qrupunun həmsədrlərinə: "Bərdə şəhərində dinc Azərbaycan əhalisi məqsədyönlü şəkildə hədəf alınıb"

    Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb.

    Ceyhun Bayramov rusiyalı həmsədr İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stéphane Visconti-yə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib.

    Azərbaycan XİN-in məlumatında deyilir ki, nazir həmsədrlərə Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını deyib.

    “Nazir Ceyhun Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırdı,” – qurum bildirib.

    Azərbaycan XİN-in məlumatına görə, ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

    "(Minsk Qrupunun həmsədrləri-red.)..Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğuladılar,” – qurumun məlumatında deyilir.