Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Hikmət Hacıyev: "Tərtər rayonu intensiv atəşə tutulur"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvəlləri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar.

    O,bu barədə öz Twitter hesabında yazıb.

    "Artilleriya və raketlərdən istifadə olunur. Gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır," - o yazıb.

    Hikmət Hacıyev, həmçinin qeyd edib ki, bu gün saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam bölgələrinə 100-dən çox top mərmisi atılıb.

    "Fərq qoyulmadan mülki şəxslər hədəf alınıb. Ermənistan humanitar atəşkəslə bağlı öhdəliklərini belə yerinə yetirir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur," - o yazıb.

    Paylaşımını ötürün X, 1
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 1

    Paylaşımını ötürün X, 2
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 2

  2. Azərbaycan 2 erməni hərbçisi və 2 mülki şəxslə iki azərbaycanlı girovu dəyişməyə hazır olduğunu bildirib

    Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası bildirib ki, Azərbaycan iki erməni hərbçini və iki mülki şəxsi Ermənistanda olan iki azərbaycanlı girovla dəyişməyə hazırdır, Dövlət Təhlükəsizlik Xidməti bildirir.

    Qurumun yaydığı məlumatda deyilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində bildirilib ki, Azərbaycan, həmçinin həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmağa da hazırdır.

    Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğu BQXK rəsmilərinin diqqətə çatdırılıb.

    Komitə bildirib ki, Ermənistan Azərbaycanın bu təklifinə hələ cavab verməyib.

  3. Azərbaycan MN: "Qarşı tərəf Tərtəri “Smerç” ilə atəşə tutub"

    Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf Tərtəri “Smerç” ilə atəşə tutub.

    "Oktyabrın 26-da saat 18:15-də qarşı tərəf “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub", qurumun məlumatında deyilir.

  4. Sergey Lavrov bundan sonra da Türkiyə ilə əməkdaşlıq edəcək

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov əmin edib ki, Rusiya böhranlı vəziyyətlərin tənzimlənməsində Türkiyə ilə əməkdaşlığını davam etdirəcək.

    “Bizim Türkiyə ilə problemlər olsa da, yaxşı münasibətlərimiz var. Mövqelərimiz demək olmaz ki, bütün məsələlərdə üst-üstə düşür. Lakin biz ümumi məxrəclər tapanda.., səmərəli iş naminə səylərimizi birləşdirir və böhranlı vəziyyətlərin tənzimlənməsi üçün zəruri şəraitlər yaratmaq istiqamətində irəliləməyə kömək edirik. Biz Türkiyə ilə bu qarşılıqlı əlaqələri davam etdirəcəyik," - Sergey Lavrov bazar ertəsi günü Yunanıstanda mətbuat konfransı zamanı bildirib, RİA Novosti yazır.

    Türkiyə Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir, Rusiya isə müharibə edən hər iki tərəflə yaxşı münasibətlərini saxlamaq və vasitəçi rolunu oynamağa çalışır.

  5. Azərbaycan MN: "Tərtər şəhəri və rayonu atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Tərtər şəhəri və rayonun kəndləri "yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulur".

    Tərəflər üçüncü dəfə, bazar ertəsi günü atəşi dayandırmağa razılaşıblar, amma az sonra bir-birlərini atəşi pozmaqda ittiham ediblər.

  6. Qubadlı və Zəngilanın 11 kəndi haradadır?

    Azərbaycan Prezidenti İlham Əliyevin bu gün alındığını dediyi Qubadlı və Zəngilanın 11 kəndinin hamısı Həkəri çayı vadisində yerləşir.

    Bu çay “Laçın dəhlizi” deyilən yerdən Ermənistanı Qarabağla birləşdirən yolla düz xətt üzrə cənuba, Araz çayı və İran sərhədinədək axır.

  7. Qarabağda döyüşlərin getdiyi ərazilərin xəritəsi

    Qarabağda döyüşlərin getdiyi ərazilərin xəritəsi
  8. Azərbaycan “Çanaqçı”ya atəş açmadığını deyir

    Tanınmamış "Dağlıq Qarabağ Respublikasının ombudsmanı" atəşdən bir mülki sakinin öldüyünü iddia edib.

    "Ombudsman" açıqlayıb ki, Azərbaycan qoşunlarının Çanaqçı (Avetaranots) kəndinə atəşi nəticəsində bir yerli sakin ölüb, iki nəfər yaralanıb.

    Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, bu məlumatın "heç bir əsası yoxdur və yalandır" və Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur.

    Çanaqçı – Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən kənddir.

  9. Azərbaycan FHN: "Daşkəsən meşəsində yanğının söndürülməsi davam edir"

    Azərbaycan FHN

    Şəklin mənbəyi, Azərbaycan FHN

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi Daşkəsən meşəsində başlamış yanğının söndürülməsinin davam etdiyini deyib.

    Qurum bildirib ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalıb və nəticədə meşəlik ərazidə yanğın başlayıb.

    Nazirlik deyib ki, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən və texnikanın tətbiqi mümkün olmadığından onu əllə söndürməyə çalışırlar.

  10. Azərbaycan MN: "Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

    "Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır," qurumun məlumatında deyilir.Nazirlik bildirir ki, Azərbaycan qoşunları bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.

    Azərbaycan və Ermənistan üçüncü dəfə atəşkəslə bağlı razılaşma əldə etsələr də, atəşkəsin elanından dərhal sonra bir-birini razılaşmanı pozmaqda ittiham edib.

  11. Azərbaycan Təhsil Nazirliyi: "Ağdamda məktəb binası atəşə tutulub"

    Azərbaycan Təhsil Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Təhsil Nazirliyi

    Azərbaycan Təhsil Nazirliyi bildirib ki, Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub.

    "Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib," qurum bildirib.

    Təhsil Nazirliyi qeyd edib ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır və 43 müəllim çalışır.

    Nazirliyin məlumatına görə, sentyabrın 27-də başlayan döyüşlərdə Azərbaycanda 40-dan çox məktəbə ziyan dəyib.

    Azərbaycan Təhsil Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Təhsil Nazirliyi

    Azərbaycan Təhsil Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Təhsil Nazirliyi

  12. İlham Əliyev hərbi birlik komandirlərini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

    "Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar," - Prezidentin mətbuat xidməti məlumat yayıb.

  13. Azərbaycan MN: "Tərtər şəhəri atəşə tutulub"

    Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Tərtər şəhəri atəşə tutulub.

    "Oktyabrın 26-sı saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub," qurum bildirib.

  14. Hikmət Hacıyev: "Daşkəsən meşəsində yanğın baş verib"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyir ki, erməni silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycanın Daşkəsən bölgəsinə hücum ediblər.

    O bu barədə öz Twitter hesabında yazıb.

    "Meşədə yanğın püskürüb. Fövqəladə Hallar xidmətləri yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirmək üçün fəaliyyət göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur," - o yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  15. İlham Əliyev: Atəşkəs istəyən niyə Ermənistana silah göndərir?

    İlham Əliyev

    Şəklin mənbəyi, Azertag

    Şəklin alt yazısı, İlham Əliyev xalqa müraciətində deyib ki, işğaldan azad olunmuş torpaqlar Azərbaycan əsgərlərinin, zabitlərinin canı bahasına əldə olunub

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Bu barədə Prezident İlham Əliyev bazar ertəsi günü xalqa müraciətində deyib.

    O, 28 ildə keçirilən belə görüşləri “mənasız” adlandırıb və amma əlavə edib ki, bu görüşün də faydasız olacağını nəzərdə tutmur.

    “Bizdə dəqiq məlumat var ki, Ermənistan atəşkəsdən isitfadə edib öz qüvvələrini cəmləşdirmək və yenidən işğalçılıq etmək istəyir. Atəşkəs istəyən niyə Ermənistana silah göndərir?

    Bir tərəfdən atəşkəs deyirsiniz, o biri tərəfdən onlara silah göndərirsiniz,” – İlham Əliyev deyib.

    Prezident bildirib ki, Ermənistana silah göndərən ölkələr ona silah verməsələr, "bu işlər qurtarar".

    O bildirib ki, bu barədə nəyi bacarırsa, xalqa deyir.

    İlham Əliyev Minsk qrupunun həmsədri olan ölkələri ABŞ, Rusiya və Fransanı Ermənistana təzyiq etməyə səsləyib. Onu da əlavə edib ki, Azərbaycana hər tərəfdən təzyiq var.

    “Bütün imkanları bizə qarşı səfərbər ediblər. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. Vasitəçi özünə yeni bir funksiya seçsin,”- İlham Əliyev bildirib.

    “Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə qayırır?" - Prezident çıxışında bildirib.

    “Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar,” - İlham Əliyev deyib.

    Prezident vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun hərəkət edir.

    O, BMT Təhlükəsizlik Şurasının üzvləri və Minsk qrupunun həmsədri olan dövlətlərin ayrı-ayrı sahələrdə maraqlarının fərqləndiyindən, amma Dağlıq Qarabağ məsələsində Ermənistan üçün birləşdiklərindən danışıb və əlavə edib ki, Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir.

    İlham Əliyev bildirib ki, hazırda atəşkəs rejimində Azərbaycan ordusuna “təmkilnli olmaq” tapşırığı verib və qarşı tərəfin atəşkəsi pozması qeydə alınaraq ATƏT nümayəndəsinə və başqa ölkələrin nümayəndələrinə göndərilir.

    Prezidentin sözlərinə görə, o, Dağlıq Qarabağın "erməni əhalisini ordakı rejimdən" xilas edəcək.

    “Oraya 200 il əvvəl köçürülmüş ermənilər bizim vətəndaşlarımızdır. O insanların günahı yoxdur. Günahkarlar cəzasını alır. Mövqeyim odur ki, biz bu torpaqlara qayıdacağıq. Biz bir yerdə yaşamağa öyrənməliyik, həm onlar, həm biz,”- İlham Əliyev deyib.

  16. Yerevanda Qarabağ qutabları

    qutab

    BBC Ruscanın müxbiri Marina Katayeva Qarabağdan Yerevana gəlib və burda Qarabağ qutabı bişirən qadınlarla danışıb:

    "Yerevanın mərkəzi küçələrindən birində onlarla adam növbəyə düzülüb. Burada “jingəlov” bişirilir - Qarabağ qutabları, 17 növ göyərti ilə.

    Armine bu qutabları burada artıq onuncu gündür ki, bişirir və söyləyir ki, növbə heç vaxt bitmir. Dünən qadınlar evlərinə gecəyarıdan sonra gediblər.

    Bir qutabın qiyməti 600 dramdır, bu da təxminən 1,5 ABŞ dolları deməkdir. Qutab satışından əldə edilən bütün gəlir Dağlıq Qarabağa yardım fonduna göndərilir.

    Armine deyir ki, Xankəndindən oktyabr ayının ortalarında gəlib. Qadın şikayətlənir ki, Yerevanda yalnız səkkiz növ göyərti tapmaq mümkündür, Qarabağda isə indi əsl mövsümdür.

    Qutab növbəsində tanışlarıma rast gəlirəm - Levon və Yuri bizi bir neçə gün əvvəl Yerevandakı həyətlərdən birində köşkə və ya onların təbirincə, qərargaha dəvət edirdilər. Levon deyir ki, bu növbədə artıq saat yarımdan çoxdur ki, durub və hər gün buraya gəlir ki, Qarabağa necəsə kömək etsin".

    qutab
  17. Bunu da izləyin, (arxivdən)

    Gəncə sakini

    Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan döyüşlərdə Azrbaycanın ikinci şəhəri Gəncəyə bir neçə dəfə raket zərbəsi endirilib.

    Ümumilikdə 20-dən çox mülki şəxs ölüb, 100-dən çox mülki şəxs xəsarət alıb. Onlarla evə ziyan dəyib.

    Oktyabrın 17-də Gəncəyə edilən raket hücumunun şahidləri danışır, videonu izləyin.

  18. Azərbaycan MN: "Ağcabədi rayonu yenidən atəşə tutulub"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ağcabədi rayonu yenidən atəşə tutulub.

    "Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub", qurum bildirib.

  19. "Lokal təxribatlara baxmayaraq, Qarabağda atəşkəs rejiminə ümumən əməl olunur," -Ermənistan Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

    “Erməni tərəfi barışığın riayət olunmasına sadiq qalacaq," - Paşinyan deyd edib.

    Azərbaycan Ermənistanı ABŞ-da razılaşdırılmış sonuncu atəşkəs razılaşdırmasını pozmaqda ittiham edir.

  20. İlham Əliyev Zənglilan, Cəbrayıl və Qubadlı rayonlarının azad edilmiş kəndlərinin adlarını açıqlayıb

    İlham Əliyev

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də Zənglilan, Cəbrayıl və Qubadlı rayonlarının azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

    O bildirib ki, Zəgilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri işğaldan azad edilib.