Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Hikmət Hacıyev: Azərbaycanın Ermənistana qaytarmaq istədiyi mülki şəxs vəfat edib

    Hikmət Hacıyev

    Azərbaycanın Ermənistana qaytarmaq istədiyi mülki şəxs - Mişa Melkumyan Azərbaycanda vəfat edib

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC News Azərbaycancaya deyib ki, onlar Mişa Melkumyanı geri vermək istəsələr də, Ermənistan tərəfi onu götürməkdən imtina eləmişdi.

    Hikmət Hacıyevin sözlərinə görə, 84 yaşlı Mişa Melkumyan müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkib və bu gecə vəfat edib.

    O əlavə edib ki, oktyabrın 18-dən Qızıl Xaç Beynəlxalq Komitəsinin yerli nümayəndələrinin müşahidəsi altında mərhumun müalicəsi aparılırdı.

    Oktyabrın 29-da Azərbaycan 30 erməni hərbçinin cəsədlərinin və bir mülki şəxsin erməni tərəfinə birtərəfli qaytarıldığını bildirib.

    Daha sonra Azərbaycan rəsmiləri bildirib ki, Ermənistan tərəfi daha bir mülki şəxs - 84 yaşlı Mişa Melkumyandan imtina edib.

    Ermənistan ombudsmanı Arman Tatoyan Melkumyanın götürülmədiyini onun səhhəti ilə izah etmişdi.

    Ermənistan ombudsmanının rəsmi saytında dərc edilən bəyanatda deyilirdi ki, “Ermənistanda səlahiyyətli orqanlara sorğu edilib və məlum olub ki, Mişa Melkumyanın səhhətinə görə, onu nəql etmək olmaz“.

  2. GUAM təşkilatı Ermənistanı qınayıb

    Demokratiya və İqtisadi İnkişaf üçün GUAM təşkilatı Twitter-də yaydığı bəyanatında oktyabrın 27-28-də erməni silahlı qüvvələri tərəfindən döyüş zonasından uzaqda yerləşən Bərdə, Tərtər və digər şəhər və rayonlarda uşaq, qadın və qocalar daxil, mülki əhali arasında çoxsaylı ölüm halları və yaralılara, eləcə də mülki infrastrukturun dağılmasına səbəb olmuş atəş zərbələrinin endirilməsini bir daha kəskinliklə pisləyib.

    Bəyanatda qurbanların ailələrinə və Azərbaycan xalqına dərin başsağlığı və rəğbət, yaralılara tezliklə şəfa ifadə olunub.

    “Ermənistan tərəfindən mülki əhaliyə qarşı beynəlxalq qanunla qadağan olunmuş ballistik reaketlərdən, kaset bombalar və digər silahlardan istifadə olunması ciddi narahatlıq doğurur.

    Eməni silahlı qüvvələrinin bu cinayət aktlarını qətiyyətlə pisləyərək bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın hazırki rəhbərliyi tərəfindən Azərbaycan Respublikasına qarşı törətdiyi hərbi cinayətlərə son qoymaq üçün təsirli tədbirlər görməyə bir daha çağırırırq,” - bəyanatda deyilir.

    GUAM təşkilatına keçmiş sovet ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  3. Hikmət Hacıyev: "Azərbaycan Ermənistan rəhbərliyinə qarşı Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir"

    Hikmət Hacıyev

    Şəklin mənbəyi, Azərtac

    "Azərbaycan bir sıra şəhərlərdə mülki şəxslərə edilən hücumlarla əlaqədar olaraq Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir".

    Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev RİA Novosti-yə müsahibəsində deyib.

    Onun sözlərinə görə, erməni tərəfi "tamamilə məsuliyyətsiz" davranır və "Smerç, SCUD, və Toçka-U raketlərindən istifadə edərək hərbi cinayətlər" törədir.

    "Erməni tərəfi bu raketlərdən istifadə edərək məhz mülki yaşayış yerlərini, Azərbaycanın mülki əhalisini hədəf alır. Bunu Gəncədə, Mingəçevirdə, Bərdədə gördünüz", - cənab Hacıyev söyləyib.

  4. Cenevrədə Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü başlayıb. Bu barədə öz Facebook saytında Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan yazıb.

    Görüş ərəfəsində o qeyd etmişdi ki, Ermənistan üçün oktyabrın 10-da əldə edilmiş razılaşma əsasında atəşkəsə nail olmaq və onun verifikasiya mexanizmini tətbiq edərək atəşkəsin möhkəmləndirilməsi prioritet təşkil edir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Bu arada, TASS agentliyi yazır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə planlaşdırılan görüşün ərəfəsində Dağlıq Qarabağdakı münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

    Agentliyin məlumatına əsasən, Ceyhun Bayramov və Zohrab Mnatsakanyanla görüşlər mətbuat üçün qapalı rejimdə aparılacaq və müzakirələrin yekunları ilə bağlı açıqlama verilib-verilməyəcəyi də məlum deyil.

    Nazirlərin görüşü ötən gün baş tutmalı idi, lakin təxirə salınaraq, cümə gününə keçirildi.

    Azərbaycan naziri Ceyhun Bayramovun və Ermənistanın naziri Zohrab Mnatsakanyanın sentyabrın 27-dən hərbi əməliyyatlar başlayandan bir neçə görüşü olub və sonradan atəşkəs razılaşması əldə olunub.

  5. Baş prokuror Kamran Əliyev: "Ermənistanın hücumu nəticəsində 7 ailə tamamilə məhv olub"

    Kamran Əliyev

    Şəklin mənbəyi, Azərtac

    Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 7 ailə tamamilə məhv olub, Azərbaycanın Baş prokuroru Kamran Əliyev cümə günü keçirilən brifinqdə deyib.

    O, bildirib ki, hücumlar nəticəsində 4 uşaq hər iki valideyni itirib.

  6. Təcili xəbər, Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının 9 kəndi azad edilib

    Prezident İlham Əliyev açıqlayıb ki, Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri işğaldan azad edilib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  7. "Human Rights Watch": "Ermənistan qüvvələri Bərdəyə kasetli sursatı ya atıb, ya da Dağlıq Qarabağ qüvvələrini təchiz edib"

    "Human Rights Watch" Bərdə hücumu haqqında: "Kasetli raketi ya Ermənistan özü atıb, ya da Dağlıq Qarabağdakı qüvvələrə verib"

    Şəklin mənbəyi, Əziz Kərimov/Human Rights Watch

    Bərdə şəhərinə edilən hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir başqa uzun mənzilli raket növünü Ermənistan silahlı qüvvələri ya özü atıb, ya da Dağlıq Qarabağdakı qüvvələri bu silahla təchiz edib, - Human Rights Watch təşkilatı oktyabrın 30-da verdiyi bəyanatda deyib.

    Çərşənbə günü Bərdəyə edilən hücumlar nəticəsində 21 mülki şəxs ölüb, 70 nəfər yaralanıb.

    Ermənistan Bərdəyə hücum etdiyini təsdiqləmir, amma bu hücumdan sonra yaydığı bəyanatda bildirib ki, Bərdədə "legitim hərbi hədəflər" var.

    Azərbaycan isə raket hücumunun edildiyi ərazilərin yaşayış məskənləri və mülki infrastrukturun sıx yerləşdiyi, dinc insanların sıx hərəkət etdiyi məkan olduğunu bildirib.

    Human Rights Watch beynəlxalq və yerli jurnalistlər, o cümlədən sakinlər tərəfindən hücum yerində və yaxınlığında çəkilmiş çoxlu kasetli silah-sursat qalıqlarının şəkillərini təhlil etdiyini və bu silahlardan ikisinin "Smerç kasetli döyüş sursatı və Smerç paraşütlü yüksək partlayıcı parçalanma roketi kimi" təyin etdiyini bildirib.

    "Human Rights Watch-un bildiyi qədəriylə, erməni qüvvələri Smerç çoxlüləli raket atıcılarına malikdir, Dağlıq Qarabağ qüvvələri isə yox. Buna görə də, ehtimal ki, hücumu Ermənistan qüvvələri həyata keçirib və ya Dağlıq Qarabağ qüvvələrini silah-sursatla təmin ediblər. Ermənistan dərhal kasetli döyüş sursatlarının istifadəsini və ya onların Dağlıq Qarabağ qüvvələrinə verilməsini dayandırmalıdır," - təşkilatın bəyanatında deyilir.

    Human Rights Watch-un böhran və münaqişə üzrə böyük tədqiqatçısı Belkis Wille deyib ki, "bütün ölkələr Dağlıq Qarabağ müharibəsində kasetli döyüş sursatlarının istifadəsini qınamalı və münaqişə tərəflərini onlardan istifadəni dayandırmağa çağırmalıdır".

    Human Rights Watch təşkilatının 23 oktyabr tarixli hesabatında Azərbaycan ordusunun döyüşlərin başladığı gündən bəri azı dörd ayrı hadisədə kasetli silahlardan istifadə etdiyi deyilir.

    2008-ci il Kasetli Silahlara dair Konvensiya kasetli döyüş sursatlarından istifadəni tamamilə qadağan edir.

    Nə Ermənistan, nə də Azərbaycan konvensiyaya qoşulan 110 ölkə arasında yer alıb.

    Human Rights Watch təşkilatı bildirir ki, hər iki ölkə "Dağlıq Qarabağ mübahisəsi həll olunmayanadək müqaviləyə qoşula bilməyəcəklərini" söyləyirlər.

  8. Hikmət Hacıyev: "Bakı Qarabağ münaqişəsinin həlli üçün bütün mövcud imkanlardan istifadə etməyə hazırdır"

    Hikmət Hacıyev

    Şəklin mənbəyi, Azərtac

    Bakı Qarabağ münaqişəsinin həlli üçün bütün mövcud imkanlardan istifadə etməyə hazırdır, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev RİA Novosti-yə müsahibəsində deyib.

    "Hazırda format mövcuddur - ATƏT-in Minsk qrupu. Ancaq hər şey yeni bir mexanizm yaradılmasına ehtiyac olmamasından asılıdır," - deyə cənab Hacıyev danışıqlar və həll formulları üçün yeni formatların hazırlanmasına ehtiyac olub-olmadığı sualına cavabında deyib.

    Prezidentin köməkçisi bildirib ki, hazırda "təmas qrupu və əlaqə mexanizmləri" kimi müxtəlif fikirlər var, ən əsası "münaqişəyə siyasi həll yolu tapmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini təmin etmək, Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin etməkdir".

    Onun sözlərinə görə, Ermənistan “destruktiv siyasət” nümayiş etdirir və münaqişənin siyasi yolla həll olunmasında "maraqlı deyil".

    "Danışıqlar prosesi o halda uğurlu ola bilər ki, normal uyğun danışıqlar apara biləcəyiniz bir tərəf olsun. Ancaq bu halda danışıqlar prosesi çərçivəsində belə bir tərəfdaş yoxdur," - Hikmət Hacıyev söyləyib.

  9. Azərbaycan MN: "Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 30-da bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

  10. ABŞ başqa ölkələri münaqişəyə qarışmamağa çağırıb

    ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brien münaqişənin hərbi yolla həll olunmazlığını qeyd edərək, kənar dövlətləri Dağlıq Qarabağ münaqişəsinə qarışmamağa çağırıb.

    “Ermənistan baş naziri Nikol Paşinyanla birbaşa telefon danışığım zamanı mən Azərbaycanla Ermənistan arasında müvəqqəti barışıq haqqında razılaşmaya əməl etməyin zəruriliyini qeyd etdim. [...] Bu münaqişə hərbi yolla həll oluna bilməz. Biz bütün xarici qüvvələri müdaxilədən çəkinməyə və ABŞ-ın Minsk Qrupu həmsədrləri tərəfindən gerçəkləşdirilən danışıqlara qayıtmaq üçün razı salmaq [Azərbaycanla Ermənistanı] cəhdlərinə birləşməyə çağırırıq”, - O'Brien ABŞ Milli Təhlükəsizlik Şurasının Twitterində yazıb.

    Paylaşımını ötürün X, 1
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 1

    Paylaşımını ötürün X, 2
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 2

    Paylaşımını ötürün X, 3
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 3

  11. Hikmət Hacıyev: "İran gələcəkdə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər"

    Hikmət Hacıyev

    İran gələcəkdə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər, - Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

    "İran da regional güc, regional bir ölkə olaraq sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bu səbəbdən İranın da bu prosesdə - Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində iştirak etmək hüququ var. Bəlkə gələcəkdə hansısa mexanizmlər, təmas qrupları olacaq. İran da münaqişənin həlli prosesinə öz töhfəsini verə bilər," - Hikmət Hacıyev söyləyib.

    Hikmət Hacıyev müsahibəsində İran Prezidentinin xüsusi elçisi və İran Xarici İşlər nazirinin müavini Abbas Arakçının Bakı səfərinin "səmərəli olduğunu, ikitərəfli gündəliyin bütün məsələlərinin və Qarabağ münaqişəsinin həllinin" müzakirə edildiyini deyib.

    Abbas Arakçının Qarabağ münaqişəsinin tənzimlənməsi üçün hansı təklifləri irəli sürdüyü məlum deyil.

  12. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ordusu heç bir itki verərək geri çəkilməyib və hücum cəhdi göstərməyib.

    Bundan əvvəl Ermənistan hərbçiləri bildiriblər ki, Azərbaycan silahlı qüvvələri gecə yarısından sonra “cənub-şərq istiqamətində yeni hücum təşkil edib, lakin müdafiə ordusunun bölmələri tərəfindən dəf edilib”.

    Erməni tərəfi Azərbaycanın itki verərək geri çəkildiyini iddia edib.

    Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı “dezinformasiya” adlandırıb və əlavə edib ki, bölmələri tərəfindən heç bir hücum cəhdi olmayıb.

  13. Ermənistan İranın Qarabağ məsələsinə yanaşmasını "diqqətlə öyrənəcəyinə" söz verib

    Mnatsakanyan

    Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan İran Prezidentinin Dağlıq Qarabağ məsələsi üzrə xüsusi elçisi, İran Xarici İşlər nazirinin müavini Abbas Arakçı ilə görüşündə Yerevanın Tehranın Qarabağ məsələsinə yanaşmalarını "diqqətlə öyrənəcəyinə" söz verib, RİA Novosti Ermənistan XİN-ə istinadən yazıb.

    Abbas Arakçının Qarabağ münaqişəsinin tənzimlənməsi üçün hansı təklifi səsləndirdiyi açıqlanmır.

    Sözügedən görüş cümə axşamı günü Ermənistanın paytaxtında baş tutub.

    "Mnatsakanyan Ermənistanın regional təhlükəsizliyə yeni təhdidlər mövzusunda İranın həssaslığını başa düşdüyünü vurğulayıb və bu ölkənin bölgədə sülh və sabitliyin qorunmasındakı vacib rolunu qeyd edib," - Ermənistan XİN-in məlumatında deyilib.

    Abbas Arakçı Ermənistan səfərindən əvvəl Azərbaycanda olub.

  14. Azərbaycan MN Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulduğunu deyir"

    smerç

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin sıradan çıxarıldığını açıqlayıb.

    Nazirlik dünən günorta saatlarında vurulan bu silahdan Bərdə şəhərinin atəşə tutulduğunu bildirib.

    Ermənistan Bərdəyə hücumu təkzib edib, amma Bərdə hücumundan sonra verdyi bəyanatda şəhərdə "legitim hərbi hədəflər" olduğunu bəyan edib.

    Azərbaycan Bərdədə raket zərbəsinə məruz qalmış ərazinin yaşayış yeri və mülki infrastrukturun sıx yerləşdiyi yer olduğunu bildirib.

  15. Azərbaycan XİN: Ceyhun Bayramov Cenevrədədir

    Ceyhun Bayramov

    Şəklin mənbəyi, Azertag

    Şəklin alt yazısı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir.

    Bu haqda Xarici İşlər Nazirliyin yaydığı rəsmi məlumatda bildirilib.

    Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görüş ötən günə nəzərdə tutlmuşdu, amma səbəbi məlum olmadan təxirə salınıb, bu günə keçirilib.

    Azərbaycan naziri Ceyhun Bayramovun və Ermənistanın naziri Zohrab Mnatsakanyanın sentyabrın 27-dən hərbi əməliyyatlar başlayandan bir neçə görüşü olub və sonradan atəşkəs razılaşması əldə olunub.

    Elan edilən heç bir humanitar atəşkəs razılaşması baş tutmayıb. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham ediblər.

    Nazirlərin bu günə planlaşdırılan görüşü onların sonuncu, ABŞ paytaxtı Washinqtinda olan səfərində razılaşdırılıb.

  16. Ermənistan tərəfi yaşlı əsiri qəbul etməməsinin səbəbini açıqlayıb

    Əsirin dəyişdiriləməsi

    Şəklin mənbəyi, AFP

    Ermənistan ombudsmanı Arman Tatoyan Azərbaycan tərəfindən guya Ermənistan “əsir düşmüş 84 yaşlı Mişa Melkumyanı geri götürmək istəmədiyinə dair yaydığı məlumatı” təkzib edib.

    O, məlumatın həqiqətə uyğun olmadığını deyib.

    Ötən gün Azərbaycan rəsmiləri bəyan edib ki, Ermənistan tərəfi erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edib. İmtinanın səbəbi açıqlanmayıb.

    Ermənistan ombudsmanının rəsmi saytında dərc edilən bəyanata görə, “Ermənistanda səlahiyyətli orqanlara sorğu göndərilib və məlum olub ki, Mişa Melkumyanın səhhətinə görə, onu nəql etmək olmaz“.

    Ermənistan ombudsmanının bəyanatında iddia edilib ki, "84 yaşlı mülki şəxs Mişa Melkumyanın nəql edilməsinin zərərli ola biləcəyinə dair tibbi rəyə Azərbaycan tərəfi də bələd olub".

    “Ermənistan səlahiyyətli orqanları ombudsman ofisini əmin ediblər ki, fürsət düşən kimi, Mişa Melkumyanın səhhəti imkan versə, o, Ermənistana köçürüləcək”, - bəyanatda qeyd olunub.

    Cümə axşamı günü Azərbaycan 29 hərbçi meydini və bir mülki şəxsi Ermənistana verib.

    Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, indiyə kimi ölənlərin meyidlərinin və əsirlərin qaytarılması təkliflərinə Ermənistan cavab verməyib.

    Ötən gün baş tutumuş birtərəfli təhvil vermə addımı Rusiyanın Müdafiə Nazirliyinin iştirakı ilə olub.

  17. Azərbaycan Müdafiə Nazirliyi: Göranboy, Tərtər, Ağdam, Ağcəbədi atəşə tutulub

    Azərbaycan Müdafiə Nazirliyinin binası

    Şəklin mənbəyi, Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Azərbaycan Müdafiə Nazirliyinin binası

    Azərbaycan tərəfi cümə gün əshər saatlarından başlayaraq bir sıra mülki yaşayış məntəqələrinin Ermənistan tərəfindən atəşə tutlduğu barədə məlumat yayıb.

    7:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub”,- Müdafiə Nazirliyi bildirib.

    Ermənistan tərəfindən adı çəkilən ərazilərin atəşə tutlması xəbərinə şərh yoxdur.

  18. Bu gecə döyüşlər Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində gedib

    Azərbaycan əsgəri

    Şəklin mənbəyi, Getty Images

    Azərbaycan Müdafiə Nazirliyi cümə gün bəyan edib ki, ötən gün və bu gecə Ermənistan tərəfi hərbi və mülki hədəfləri atəşə tutub.

    Nazirlik bildirib ki, qarşı tərəf artileriya və raketlərdən istifadə edib, amma onların hücumunun qarşısı alınıb.

    Ermənistan tərəfindən atəşkəsin pozulması məsələsi ilə bağlı şərh verilməyib.

    Məlumata görə, əsas döyüş əməliyyatları cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində olub.

    “Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin şəxsi heyəti arasında ölən və yaralananlar var”, - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    Azərbaycan tərəfi Ermənistana məxsus iki Su-25 hərbi təyyarə olmaqla çoxlu hərbi texnikanı vurduğunu bəyan edib.

    Ermənistan tərəfi hərbi təyyarənin vurulması xəbərini təkzib edib digər texnikaların sıradan çıxarılması ilə bağlı şərh verməyib.

  19. Ermənistan Müdafiə Nazirliyi "Azərbaycan hərbçilərinin Şuşa yaxınlığında olduğunu" təkrar edib

    Şuşa

    Şəklin mənbəyi, Wikipedia

    Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan növbəti, axşam brifinqində "Azərbaycan hərbçilərinin Şuşa yaxınlığında olduğunu" təkrar edib.

    Arayik Hovhannisyan Yerevanda keçirilən brifinqdə bir neçə gündür ki, dediklərini bir daha təkrar edib. Onun sözlərinə görə, Çanaxçı (Avetaranots) və Sığnaq kəndləri yaxınlığındakı dərələrdə azərbaycanlıların “kəşfiyyat-diversiya qrupları” fəaliyyət göstərir.

    Bu gün tanınmamış “DQR rəhbəri” Arayik Harutyunyan video-müraciətində Azərbaycan Ordusunun Şuşanın bir neçə kilometrliyində olduğunu deyib və erməniləri şəhərin müdafiəsinə qalxmağa çağırıb.

    “Artsax prezidenti ali baş komandandır, səfərbərlik çağırışı ilə müraciət edə bilər – bu normaldır. O, bunu hər gün edə bilər”, - Hovhannisyan deyib.

    Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Şuşa yaxınlığında olması barədə şərh verməyib, lakin bildirib ki, Azərbaycan humanitar atəşkəsə əməl edir.

  20. Amnesty İnternational: "Ermənistan Bərdə şəhərinə hücum vaxtı qadağan olunmuş kassetli bombalardan istifadə edib"

    Dağıntı səhnəsi, kişi və qırıntılar

    Şəklin mənbəyi, Gavriil Grigorov\TASS via Getty Images\amnesty.org

    Amnesty International beynəlxalq insan haqları təşkilatı Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş kasset bombalı raketlərin atıldığını təsdiqləyib.

    "Kasset sursatı ilə mülki ərazilərə atəş açmaq qəddarlıq və etinasızlıqdır, və saysız ölüm, xəsarət və əzablar törədir,” – təşkilatın cümə axşamı günü yaydığı bəyanatında Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers-in sözləri iqtibas olunur.

    Təşkilat həmçinin bildirib ki, Amnesty International-ın Böhrana Reaksiya qrupunun ekspertləri, göründüyü kimi, erməni qüvvələri tərəfindən şəhərə atılmış Rusiya istehsalı olan 9M55 Smerch raketlərindəndəki 9N235 kaset sursatların parçalarının (şəhərdə Vice News müxbirləri tərəfindən çəkilmiş) şəkillərini təsdiqləyiblər.

    Keçən həftə Amnesty International həm Ermənistanı, həm də Azərbaycanı dinc əhalinin sıx məskunlaşdığı ərazilərdə geniş təsir əhatəsi olan partlayıcı silahların istifadəsini dərhal dayandırmağa çağırıb.

    “Bu münaqişənin eskalasiyası davam etdikcə, Ermənistan, Ermənistan tərəfindən dəstəklənən və Azərbaycan qüvvələri - hamısı mülki əhalinin həyatı üçün təhlükə kəsb edən qadağan olunmuş silahlardan istifadə etməkdə günahkardırlar”, Aİ qeyd edib.

    hərbi sursat

    Şəklin mənbəyi, amnesty.org

    Hərbi sursat

    Şəklin mənbəyi, amnesty.org