Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. Təcili xəbər, Mingəçevir sakini: “Elə gurultu qopdu ki, ev silkələndi”

    Mingəçevir sakini Yeganə Nəbiyeva BBC News Azərbaycancaya bildirib ki, bazar günü axşam saat 10-dan sonra şəhərə raket zərbələri endirilib.

  2. Təcili xəbər,

    Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var, Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    bina

    Şəklin mənbəyi, Müdafiə Nazirliyi

  3. Təcili xəbər, Xarici İşlər Nazirliyi Mingəçevir barədə məlumat yayıb

    Erməni qüvvələri sərhəddən 100 km-dən çox uzaqda yerləşən sənaye şəhəri olan Mingəçevirə raket buraxaraq hücum cəhdi edib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  4. Təcili xəbər, Mingəçevir şəhəri raket hücumuna məruz qalıb - Hikmət Hacıyev

    Mingəçevir şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna tutulub, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter-də yazıb.

    Sosial mediada yayılan məlumatlarda hava hücumundan müdafiə sisteminin raketləri havada zərərsizləşdirdiyi iddia olunur.

    Mingəçevirdə ölkənin əsas elektrik stansiyası və su anbarı yerləşir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  5. Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıb

    Ceyhun Bayramov

    Şəklin mənbəyi, Azərbaycanın Xarici İşlər Nazirliyi

    Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ayrı-ayrıılıqda ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Stephane Visconti, İqor Popov və Andrew Schofer ilə danışıb.

    Xarici İşlər Nazirliyi bildirib ki, Ceyhun Bayramov həmsədrlərə bölgədəki artan gərginlik və Ermənistanın "azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə" məlumat verib.

    Qurum açıqlayıb ki, həmsədrlər təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələnməsi, eləcə də Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində bu günə qədər ölən mülki azərbaycanlılar barədə məlumatlandırılıblar.

    Azərbaycan XİN bildirib ki, həmsədrlər bölgədəki gərginliyin artmasından "ciddi narahatlığını" ifadə edib və "atəşkəsə əməletmənin əhəmiyyətini" vurğulayıb.

  6. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Cekuta Gəncə barədə:

    ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Cekuta hesab edir ki, erməni qüvvələrinin Gəncəyə hücumu münaqişənin eskalasiyasına səbəb olur.

    Bu barədə o, özünün Twitter hesabında yazıb.

    "Erməni [tərəfi] Azərbaycanın 2-ci böyük şəhəri, Dağlıq Qarabağdan çox uzaqda olan Gəncəyə bu gün hücum etdilər və münaqişə gərginləşir. O [Erməni tərəfi] həm də Rusiya və ya İran ərazisi ilə kəsişməyən Avrasiya üzərindən yeganə quru nəqliyyat marşrutu və hava dəhlizinə hücum edir”, - Robert Cekuta qeyd edib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  7. Təcili xəbər, Prezident İlham Əliyev: "Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib”

    İlham Əliyev, cəbrayıl

    Şəklin mənbəyi, Azertag

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bəyan edib ki, Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Prezident İlham Əliyev Cəbrayıl rayonunun və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitləri ürəkdən təbrik edib:

    “Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıtdı. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”, APA agentliyi ondan sitat gətirib.

    Cənab Əliyev qeyd edib ki, uzun illərdən sonra Cəbrayıl şəhəri azad edilib: “Cəbrayıl bizimdir!”

    Prezident İlham Əliyev deyib ki, zamanında torpaqların mərhələli həlli təklif edilib:

    “Əvvəlcə 5 rayon, sonra 2 rayon qayıdacaqdı. Bundan sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlılar geri qayıdacaqdı və erməni əhalisi ilə birgə yaşayacaqdı”.

    İlham Əliyev deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünya liderləri ilə tez-tez danışıb yardım istəyir:

    “Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər".

    Azərbaycan prezidenti bildirib ki, ona zənglər gəlir və atəşkəslə bağlı ondan nə şərti olduğunu soruşurlar: “Mənim şərtim birdir: çıxsın bizim torpaqlardan. Çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu təsbit edilib. Mən işğal edilmiş torpaqlardan qoşunumu çıxaracam, necə ki, baza prinsiplərində bu təsbit edilib. Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil!”.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  8. Beyləqandan görüntülər

    Azərbaycan, müharibə, Ermənistan, Dağlıq Qarabağ, Beyləqan

    Şəklin mənbəyi, Getty Images

    Şəklin alt yazısı, Beyləqanda atəş altına düşmüş ev
    Beyləqan, mərmi

    Şəklin mənbəyi, Getty

    Şəklin alt yazısı, Beyləqanda partlamış mərminin yeri
    beyləqan

    Şəklin mənbəyi, Getty Images

    Şəklin alt yazısı, Beyləqanda mərmi qalığı
  9. Erməni tərəfi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Şuşanın "raket atəşinə tutulduğunu" bildirir.

    Tanınmamış “DQR prezidentinin mətbuat katibi” Vahram Poğosyan Şuşanın və Xankəndinin (Stepanakertin) raket atəşinə məruz qalması nəticəsində mülki əhali arasında ölən və xəsarət alan olduğunu deyib. Onların sayı hələ açıqlanmayıb

  10. "Ermənilərin Ağcabədiyə atdığı top mərmisi nəticəsində 14 yaşlı oğlan ölüb", Azərbaycanın Baş Prokurorluğu bildirib.

    Cəbhədə döyüşlər

    Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

    Azəbaycanın Baş Prokurorluğu bildirib ki, oktyabrın 4-də günorta saatlarında Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun müxtəlif istiqamətlərində mülki evləri ağır artilleriyadan atəşə tutub.

    Hadisə nəticəsində Taynaq kənd sakini İsgəndərov Fərid Dilafət oğlu yeməkxanaya düşən top mərmisinin təsirindən dağıntılar altında qalaraq ölüb.

    Baş Prokurorluq mülki infrastruktur obyektlərinə də külli miqdarda ziyan dəydiyini bildirib.

  11. Gəncədə yaralananların azı 6-sı uşaqlardır: ən kiçiyinin 1 yaşı var, Hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

    Gəncə atəşə tutulub

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycanın Baş Prokurorluğu bu gün Ermənistandan Gəncəyə raket atəşi nəticəsində yaralananlar barədə məlumat verib.

    Baş Prokurorluğun yaralananlarla bağlı açıqladığı siyahıda azı 6 uşaq var.

    Onlardan ən kiçiyinin 1, ən böyüyünün 16 yaşı var.

    Hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

  12. Döyüşlərin təqribi yeri və atəşə məruz qalan yerlər barədə xəritə

    Bu xəritədə qeyd olunan “Azərbaycanın nəzarətində olan ərazilər” və “Ermənistan qüvvələrinin nəzarətində olan ərazilər” 27 sentyabradək olan vəziyyəti göstərir.

    Xəritə yalnız döyüşlərin təqribi yerlərini və atəşə məruz qalmış bəzi əraziləri göstərir.

    Azad edilmiş kəndlərin çoxunun adı bu xəritədə qeyd olunmayıb, amma bu barədə canlı reportajda oxuya bilərsiniz.

    Xəritə mütəmadi olaraq yenilənir və yenilənmiş versiyalar bu canlı reportaja yerləşdirilir.

    xəritə
  13. Hikmət Hacıyev: "Tanınmamış “DQR-in rəhbəri” Arayik Harutyunyan ağır yaralanıb"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, tanınmamış “DQR Prezidenti” Arayik Harutyunyan Azərbaycan Ordusunun zərbəsi nəticəsində yaralanıb.

    Hikmət Hacıyev bu gün keçirilər brifinqdə Arayik Harutyunyanın "deyildiyi kimi cəbhədə olmadığını, bunkerdə gizləndiyini" söyləyib.

    O, Arayik Harutyanın "Gəncəyə və törətdiyi digər cinayətlərə görə cəzasını aldığını" söyləyib.

    Ermənistan tərəfi onun yaralı olmadığını iddia edib.

  14. “Bu hücumu camaatda təşviş yaratmaq üçün ediblər” - Gəncə sakini BBC-yə deyir

    “Mən xəbəri eşidəndə Tovuzdaydım və dərhal Gəncəyə qayıtdım. Ailəm Gəncədədir, onlara görə çox narahat oldum,”- Gəncə sakini Hafiz Hüseynov BBC News Azərbaycancaya deyib.

    Hafiz Hüseynov bildirib ki, ailəsi ilə birgə Gəncəda yaşamağa davam edəcək və o, “bu hücumun camaatda təşviş yaratmaq üçün edildiyini” düşünür.

    “Ailəmin yanında olacağam ki, onlar narahat olmasınlar. Biz bilirik ki, qələbə yaxındadır və düşmən təşvişə düşdüyü üçün bu vasitələrdən istifadə edir. Ona görə arxayın öz şəhərimizdə yaşayacağıq”,- Hafiz Hüseynov bildirib.

  15. Beşiktaş klubu "Yalnız deyilsən, Azərbaycan" mesajı verib

    Beşiktaş futbol klubu

    Şəklin mənbəyi, Beşiktaş futbol klubu

    Türkiyənin "Beşiktaş" futbol klubu Azərbaycana dəstəyini nümayiş etdirib.

    Beşiktaş Twitter hesabından klubun stadionunda asdığı üzərində "Bir millət, iki dövlət. Yalnız deyilsən, Azərbaycan" sözlərinin yazıldığı və Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı pankartlar asıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  16. Təcili xəbər, Prezident İlham Əliyev: "Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi azad edilib"

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Bu barədə təxminən yarım saat əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi də Twitter-də post paylaşıb.

    Nazirlik bildirib ki, Qarabağda "həlledici mövqeyə" sahib olan Cəbrayıl şəhərinin azad edilməsi barədə məlumatı Azərbaycanın "etibarlı mənbələrindən" alıblar.

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində Azərbaycan tərəfindən Cəbrayıl rayonunun azad edilməsi haqqında məlumatın "həqiqətə uyğun olmadığını" iddia edib.

  17. Azərbaycan Hərbi Komandanlığı işğal olunmuş ərazilərdə yaşayan dinc əhaliyə müraciət edib

    "Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır", qurum bildirib.

    Məlumatda deyilir ki, Azərbaycan Ordusunun hədəfində işğal olunmuş ərazilərdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur.

  18. Təcili xəbər, Azərbaycan MN: "Yaşayış məntəqələrimiz yenidən atəşə tutulur, yaralanan var"

    Azərbaycan Müdafiə Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, hazırda Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur.

    Nazirlik yaralıların olduğunu açıqlayıb.

  19. Gəncənin atəşə tutulması - yerli mediadan fotolar, Raket atəşi nəticəsində 1 nəfər mülki şəxs ölüb, 32 nəfər yaralanıb, Baş Prokurorluq bildirir

    Gəncə atəşə tutulub

    Şəklin mənbəyi, APA

    Gəncə atəşə tutulub

    Şəklin mənbəyi, APA

    Gəncə atəşə tutulub

    Şəklin mənbəyi, Azərtac

    Gəncə atəşə tutulub

    Şəklin mənbəyi, APA

    Gəncə atəşə tutulub

    Şəklin mənbəyi, APA

    Gəncə atəşə tutulub

    Şəklin mənbəyi, APA

  20. Baş Prokuror: "Gəncədə 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb", Azərbaycanın Baş Prokurorluğu Gəncəyə atəşin tanınmamış "DQR-in Prezidenti" Arayik Harutyunyanın "tapşırığı əsasında baş tutduğunu", buna görə ona cinayət işinin açıldığını bildirib.

    Kamran Əliyev

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycanın Baş Prokurorluğu bu gün Ermənistandan Gəncəyə atılan raket atəşi nəticəsində 1 nəfərin öldüyünü, xəsarət alanların sayının isə 32-yə çatdığını bildirib.

    Baş Prokurorluq bildirib ki, yaralananlardan biri 1943-cü il təvəllüdlü erməni əsilli qadındır.

    Azərbaycanın baş prokuroru Kamran Əliyevin bəyanatında deyilir ki, bu gün cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin atəşə tutulması tanınmamış "DQR-in Prezidenti" Arayik Harutyunyanın "tapşırığı əsasında baş tutub".

    Baş Prokurorluq bununla Cenevrə Konvensiyasının tələblərinin pozulduğunu, buna görə Arayik Harutunyana cinayət işi açıldığını bildirib.

    Qurum Arayik Harutunyanın "dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə" kifayət qədər sübutlar toplanıldığını açıqlayıb.

    Arayik Harutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin "Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma", "Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma", "Silahlı münaqişə zamanı cinayətkar əmr vermə", "Qəsdən adam öldürmə", "Əmlakı qəsdən məhv etmə", "Terrorçuluq", "Cinayətkar birlik (təşkilat) yaratma", "Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma"da ittiham olunur.