Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. Fransa XİN rəhbəri atəşkəs və danışıqların bərpasına çağırıb

    Fransanın Xarici İşlər naziri ölkənin Dağlıq Qarabağ bölgəsində atəşkəsə və danışıqları bərpa etməyə çağırışını bir daha təsdiqləyib.

    Bu barədə Twitter hesabında yazan nazir Jean-Yves Le Drian Fransanın Dağlıq Qarabağda atəşkəs və danışıqların bərpası üçün səfərbər olduğunu bildirib.

    “Minsk Qrupunun həmsədrləri kimi səylərimizin bir hissəsi olaraq rusiyalı həmkarım ilə təcililiyi razılaşdırdıq və bunu ermənistanlı və azərbaycanlı həmkarlarıma bir daha söylədim”, o yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  2. İlham Əliyev: "Mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam"

    İlham Əliyev

    Şəklin mənbəyi, President.az

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Al Arabiya kanalına müsahibəsində "ötən həftə Fransa Prezidentinin ona iki dəfə zəng etməsi" barədə danışıb.

    “…Ötən həftə Fransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur”.

    “O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər? Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır”.

    Azərbaycan Prezidentinin Al Arabiya telekanalına verdiyi müsahibənin digər hissələrini canlı səhifəmizdən izləyin.

  3. Gəncə sakini: "Üç partlayış eşitdik, deyirlər yenə eyni yeri vurdular"

    "8 raket atmışdılar. 6-sını bizimkilər vurdu, qəlpələri düşdü yerə. İki dənəsi isə hərbi hissəyə yaxın yerə düşüb", Gəncə sakini Elnur Bayramov deyir.

    O, "dağıntı və tələfatla bağlı hələlik məlumatsız olduqlarını" bildirib.

    Digər bir Gəncə sakini Cahangir Əmirxanlı BBC News Azərbaycancaya "Gurultu səsi eşitdik. Deyirlər dünən düşənləri də partlada bilərlər" deyib.

    "Partlayışın ikisinin səsi zəif gəldi, biri çox güclü idi. Dayan görüm, qadan alım. Deyirlər yenə eyni yeri vurdular", Mətanət adlı Gəncə sakini BBC News Azərbaycancaya bildirib.

  4. Təcili xəbər, Beyləqan şəhəri atəşə məruz qalır

    Hazırda Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini də atəşə tutur, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    Beyləqan, atəş

    Şəklin mənbəyi, Beyləqan İcra Hakimiyyəti

    Şəklin alt yazısı, (Arxiv foto)
  5. "İsraillə Azərbaycan arasındakı münasibətlər heç kimə qarşı yönəlməyib", İsrail Prezidenti Ermənistanın Baş naziri ilə telefon söhbətində deyib, RİA Novosti xəbər verir.

  6. AZAL: "Ermənistan raketləri beynəlxalq mülki hava gəmiləri üçün təhlükə yaradır"

    Azərbaycan Hava Yolları QSC (AZAL) bildirib ki, son günlər ərzində Ermənistan silahlı qüvvələrinin uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutması Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün "ciddi təhlükə yaradır".

    Məlumatda deyilir ki, Ermənistanın qanunsuz hərəkətləri AZAL-ı "ciddi narahat edir" və şirkət bütün dünya ictimaiyyətini "Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməyə" çağırırır.

  7. Təcili xəbər, Azərbaycan MN: Ağcəbədi şəhəri atəşə tutulur, yaralılar var

    Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, hazırda Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutur, yaralılar var.

  8. Azəriqaz: "Bərdə və Gəncənin qaz təchizatı məhdudlaşdırılıb"

    qaz Azəriqaz

    Şəklin mənbəyi, VITTORIO ZUNINO CELOTTO/ GETTY

    “Azəriqaz” İstehsalat Birliyi açıqlayıb ki, oktyabrın 5-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini və rayonun bir neçə yaşayış məntəqəsini atəşə tutması səbəbindən təhlükəsizlik tədbirləri nəzərə alınaraq saat 11:20-dan etibarən şəhərin və rayonun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

    Qurum bildirib ki, Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində şəhərin Əziz Əliyev və Əli Nəzmi küçələrini təbii qazla təmin edən iki orta təzyiqli polietilen yeraltı qaz xətləri zədələnib.

    Azəriqaz təhlükəsizlik tədbirləri nəzərə alınmaqla oktyabrın 4-dən ümumilikdə 450 abonentin qaz təchizatının məhdudlaşdırıldığını, hazırda təmir işlərinin aparıldığını qeyd edib.

  9. Analitik Neil Hauer: "Hərbi fəallıq ötən günlərə nisbətən bu gün daha aşağıdır"

    Hazırda Dağlıq Qarabağla sərhəddə olan kanadalı analitik Neil Hauer öz Twitter səhifəsində açıqlayıb ki,

    "Qarabağdakı cəbhə bölgəsində hərbi fəallıq ötən günlərə nisbətən bu gün daha aşağıdır".

    "Şəhərlərə çox sayda hücumun olduğu bildirilsə də, hücum cəhdlərinə dair məlumatlar və ya toqquşmaların video görüntüləri azdır", - Hauer qeyd edib.

    "Bunun hava şərtlərindən qaynaqlana biləcəyini ehtimal edirik. Bu gün Stepanakert (Xankəndi) yaxınlığında qatı duman var. Güclü yağış Qarabağın digər bölgələrində də yağır. Belə havada pilotsuz təyyarələri havaya buraxmaq və hücum əməliyyatları aparmaq çətindir", - o vurğulayıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  10. Azərbaycanın Baş Prokurorluğu: indiyədək 25 nəfər mülki şəxs ölüb, 127 nəfər yaralanıb

    Azərbaycanın Baş Prokurorluğu

    Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən indiyədək 25 mülki şəxs ölüb, 127 nəfər yaralanıb.

    Qurum açıqlayıb ki, 56 mülki obyekt və 313 yaşayış evi yarasız hala düşüb.

  11. Bərdədəki dağıntıların görüntüləri yayılıb

    Bərdə

    Şəklin mənbəyi, Getty Images

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini atəşə tutması nəticəsində mülki evlərin dağıdılmasının görüntüləri yayılıb.

    Azərbaycanın Azərtac və beynəlxalq Getty agentlikləri Bərdədən fotoşəkillər paylaşıb.

    Bərdə

    Şəklin mənbəyi, Getty Images

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Getty Images

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

    Bərdə

    Şəklin mənbəyi, Azərtac

  12. Tərtərdəki dağıntıların görüntüləri yayılıb

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər şəhərini atəşə tutması nəticəsində mülki evlərin dağıdılmasının görüntüləri yayılıb.

    Rusiya dövlətinə bağlı Ruptly xəbər agentliyinin yaydığı kadrlarda çoxmərtəbəli yaşayış evlərinin atəşə tutulduğu, insanların zirzəmilərdə toplaşdığı görünür.

    "Bizi bombalayırlar. Əsgərləri vura bilmirlər, bizə - mülki şəxslərə atırlar. Ona görə hər kəs düşüb burada zirzəmidə yaşayır. Burada qalmışıq. Vururlar. Hərbçilərə gücləri çatmır, bizi vururlar", - yerli sakinlərdən biri deyir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  13. Azərbaycan Daxili İşlər Nazirliyi "fişənglərdən istifadə etməməyə" çağırıb

    Azərbaycan Daxili İşlər Nazirliyi

    Şəklin mənbəyi, Azertag

    Azərbaycan Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

    Müraciətdə deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin cəhbədə qazandığı uğurlar vətəndaşlarda "böyük ruh yüksəkliyi və coşqu yaradıb".

    Nazirlik əhalini "fişəng və digər pirotexniki vasitələrdən istifadə etməməyə", hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağa" çağırıb.

  14. Təcili xəbər, Gəncəyə atılan raket nəticəsində 3 mülki şəxs yaralanıb, Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

    Gəncə

    Şəklin mənbəyi, Azərbaycan Baş Prokurorluğu

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 5-də səhər saatlarından etibarən Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

    Qurum açıqlayıb ki, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb.

    Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

    Baş Prokurorluq bildirib ki, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

    Gəncə

    Şəklin mənbəyi, Azərbaycan Baş Prokurorluğu

    Gəncə

    Şəklin mənbəyi, Azərbaycan Baş Prokurorluğu

  15. Xankəndinin atəşə tutulması - dünənki görüntülər, Bu görüntüləri Ermənistan mediası paylaşıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  16. Hikmət Hacıyev Gəncənin görüntülərini paylaşıb

    Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyev Twitter-də Gəncə şəhərinin görüntülərini paylaşıb.

    Oktyabrın 5-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın "Berd rayonu ərazisindən Gəncə şəhərini atəşə tutması ilə bağlı" məlumat yayıb.

    O, tvitində sual edib ki, "Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın necə bir hərbi əhəmiyyəti ola bilər?"

    Onun sözlərinə görə, bu hücumun məqsədi mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edilib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  17. "Rossiya Xüsusi Uçuş Dəstəsi"nin təyyarəsi Yerevana enib, Bu barədə FlightRadar görüntüləri yayılıb

    Dünya boyu müxtəlif təyyarələrin hərəkətini qeydə alan FlightRadar proqramının məlumatına görə, Rusiyanın “Rossiya Xüsusi Uçuş Dəstəsinə” məxsus IL-96 təyyarəsi Yerevana eniş edib.

    Bu dəstə Rusiya Federasiyası prezidentinin işlər idarəsinə tabedir və “Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının və ya Silahlı Qüvvələrinin yüksək rütbəli məmurlarının və digər mühüm şəxslərinin" uçuşlarını təmin edir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  18. İşğaldan azad edilmiş Talış kəndinin görüntüləri yayımlanıb - Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin görüntülərini yayımlayıb.

    Azərbaycan MN oktyabrın 3-də Tərtər rayonunun Talış kəndinin azad edildiyini bildirib.

    Paylaşımını ötürün YouTube
    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  19. Təcili xəbər, Bərdədən fotolar

    Bərdə, raket

    Şəklin mənbəyi, Seymur Kazımov

    Bərdə

    Şəklin mənbəyi, Seymur Kazımov

  20. Təcili xəbər, Bərdəyə raket atılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb, Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin Bərdəni ağır artilleriyadan atəşə tutması nəticəsində şəhərin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket düşüb.

    Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Baş Prokurorluq bildirib ki, Ermənistan silahlı qüvvələrinin Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib.