Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?
Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.
Canlı reportaj
Təcili xəbər, Hikmət Hacıyev: "Xankəndi ətrafındakı artilleriya nöqtələri sıradan çıxarılıb"
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən artilleriya nöqtələri "sıradan çıxarılıb".
Hikmət Hacıyev bu gün keçirilən brifinqdə söyləyib ki, "Vardenis və Gorus şəhəri yaxınlığından Azərbaycana raket zərbələri endirilir".
Azərbaycan XİN Nikol Paşinyanın xalqına müraciəti ilə bağlı şərh verib
Şəklin mənbəyi, Azərbaycan XİN
Azərbaycan Xarici İşlər Nazirliyi
Nikol Paşinyanın Ermənistan xalqına müraciətini “yalan və iftira dolu fikirlər”
adlandırıb.
Nazirlik bəyan edib ki, Nikol
Paşinyan bəyanatında səsləndirdiyi fikirlər “bölgədə sülhün bərpa edilməsi istiqamətində
addımlar atmaqdan çox uzaqdır”.
Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan
rəhbərliyi münaqişəyə “dini çalarlar qatmaqla öz işğalçılığını ört basdır
etməyə” çalışır.
Nazirlik bildirib ki, Ermənistan
rəhbərinin döyüşlərdə Türkiyənin işirak etməsi ilə bağlı dedikləri “münaqişəyə
üçüncü tərəflərin cəlb olunmasına nail olmaq” üçündür.
“Azərbaycan Ordusu beynəlxalq
sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər
hazırlıqlıdır və 27 iyul tarixindən etibarən Ermənistanın yeni təcavüzünün
qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən əks həmlələr
həyata keçirir,” - Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.
XİN bildirib ki, Azərbaycan tərəfi
beynəlxalq humanitar hüquqa uyğun şəkildə əks cavab tədbirlərini həyata keçirir
və dinc insanları hədəfə almır.
Paşinyanın dünənki çıxışından bəzi hissələri burada oxuya bilərsiniz.
Azərbaycan MN: "Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb"
Şəklin mənbəyi, Azərtac
Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb.
Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O deyib ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusu barədə yalan məlumatlar yaymaqla "döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə" çalışır.
Ermənistan Azərbaycana məxsus vertolyot, təyyarə və PUA-ların vurulduğunu iddia edib.
Bu gün günorta saatlarında Azərbaycan Müdafiə Nazirliyinə erməni qüvvələrinə aid zirehli texnikalar, atəş-dəstək və təminat vasitələrinin vurulduğunu qeyd edib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Gəncə sakini zərbələri təsvir edir: “Camaatın sıx olduğu yerə daha bir raket düşdü”
Gəncə
sakini Elnur Bayramov deyib ki, bu raket zərbələri Gəncə sakinlərini qorxuda
bilməz və onlar nə olsa da evlərini tərk etməyəcəklər.
“Səhər
evdəydik, ardıcıl dörd partlayış səsi eşitdik. Evdən çıxıb tüstü gələn istiqamətə,
paralel Əziz Əliyev küçəsinə getdik. Yaxınlaşa bilmədik, polis oranı mühafizəyə
almışdı. Geri qayıtmaq istəyəndə ordan 200-300 metr məsafəyə, camaatın
sıx olduğu yerə daha bir raket düşdü. Şəhərin mərkəzinə də raket düşüb, amma
partlamayıb,”- Gənca sakini Elnur Bayramov deyib.
Onun
sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfədir ki, Gəncəyə mərmi
düşdüyündən camaat çaşğınlıq içindədir, amma heç kimin şəhərdən çıxmaq fikri
yoxdur, hamı öz evindədir: “Mən 90-cı illərdə uşaq idim, evdə danışırdılar ki,
döyüşlər Gəncənin yaxınlığında gedirdi. Amma heç o vaxt şəhəri heç kim tərk etmədi”.
Elnur
Bayramov deyib ki, Gəncə sakinləri bu raket zərbələrindən qorxmur və onlar məcburi
köçkün olmayacaqlar.
Təcili xəbər, Azərbaycan XİN: Gəncədə 1 mülki şəxs ölüb, 4 nəfər yaralanıb
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bu gün Ermənistandan Gəncəyə raket atəşləri açılması nəticəsində 1 mülki şəxs ölüb, 4 nəfər yaralanıb.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Azərbaycan-Ermənistan sərhədindən 60 km uzaqlıqda yerləşir.
Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi
“Anam yaşlı adamdır, zəng ediblər ki, bəlkə Bakıya gedəsiniz. Anam imtina edib ki, Gəncəni tərk etmərik”
Şəklin mənbəyi, APA
Gəncə
xəstəxanalarının birində işləyən şəhər sakini BBC News Azərbaycancaya deyib ki,
“xəstəxanaya qəlpə yaraları ilə xəsarət alan mülki şəxslər gətirilib”.
“Birdən
güclü partlayış səsləri eşitdik və uşaqlar bundan qorxdu. Əvvəlcə həmin
partlayış səsini iki dəfə eşitdik. Sonra xəbər verdilər ki, bir raket poliqona
düşüb. Bir az keçdi, vahimə yeni canımızdan çıxmışdı ki, bir də partlayış səsi
eşitdik. Bina evində olduğumuzdan uşaqlar çox qorxdular”, - o deyib.
“Evimizə
yaxın yerə mərmi düşüb. Hamı həyəcan içindədir. Birdən-birə düşdüyümüz bombardmanda
başa düşdük ki, işğal olunmuş ərazilərimizdəki erməni silahlarının hücum təhlükəsi
altında yaşamış insanlarımız hansı həyəcanı keçirirlərmiş. İndi biz də o həyəcanı yaşadıq”, - Gəncə sakini bildirib.
O əlavə
edib ki, bu həyacana, mərmilərin yaratdığı qorxu hisslərinə baxmayaraq, heç kim
şəhəri tərk etmək fikrinə düşməyib: “Şəhərimizdən çıxmaq fikrimiz yoxdur. Anamgil
səhər tezdən Şəmkirə yas yerinə gedirdilər. Şəhərin vurulmasını eşidib elə Şəmkirin
girəcəyindən geri dönüblər ki, evimizə qayıdırıq. Bakıda yaxın qohumlarımız
yaşayır, anama zəng ediblər ki, yaşlı adamsınız, bəlkə uşaqları da götürüb Bakıya gələsiniz. Anam
imtina edib ki, Gəncəni tərk etmərik. Sadəcə, indi təhlükəsizliyə çəkilməyə
çalışırıq,”- o deyib.
Şəklin mənbəyi, APA
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın "qadağan olunmuş silahlardan istifadə etməklə Stepanakert (Xankəndi) və digər ərazilərdə dinc yaşayış məntəqələrini hədəfə aldığını" iddia edir.
Azərbaycan bu iddiaları rədd edir və "heç bir qadağan olunmuş silahdan istifadə edilmədiyini" bildirir.
Prezidentin köməkçisi Hikmət Hacıyev bir neçə gün öncə BBC News Azərbaycancaya "Azərbaycanın qadağan olunmuş silahlardan istifadə etmədiyini, lakin Ermənistanın istifadə etdiyini" bildirib.
Təcili xəbər, FHN: "Dağıntılar arasından iki nəfər çıxarılıb"
Şəklin mənbəyi, APA
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu gün Ermənistandan Gəncərə raket atılması nəticəsində dağıntılar altından xəsarət almış iki nəfəri çıxarıb.
FHN bəzi yerlərdə yanğının qarşısının alındığını, bəzilərində isə dağıntıların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü bildirib.
Qurum Ermənistan silahlı qüvvələrinin "Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından atəşə tutmaqda davam etdiyini" açıqlayıb.
Hikmət Hacıyev gəncəlilər barədə: "Ermənistan ərazisindən bu cür hücum onları qorxuda bilməz"
"Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri çox güclüdürlər. Ermənistan ərazisindən bu cür məsuliyyətsiz kasset tipli raket hücumu onları qorxuda bilməz".
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabından yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təcili xəbər, “Nə qədər adam ölüb, yaralanıb, bilmirik” – Gəncə sakini
“Səhər
yuxudan gurultu səsinə oyandıq,”- Gəncə şəhər sakini Nüşabə Məmmədli BBC News
Azərbaycancaya deyib.
Bazar
günü səhər saatlarında Ermənistandan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə
raket zərbələri endirilib.
O deyib ki, şəhərə beş müxtəlif istiqamətdə raket düşüb.
Təcili xəbər, Azərbaycan MN: "Gəncədəki hərbi obyektlərin vurulması xəbəri yalandır"
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi deyib ki, Ermənistanın Gəncə şəhərindəki hərbi obyektləri vurması ilə bağlı yaydığı xəbər "təxribat xarakteri daşıyır və yalandır".
Nazirlik Ermənistanın Gəncəyə atəşi nəticəsində "dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə" ziyan dəydiyini bildirib.
"İndən belə Azərbaycanın iri şəhərlərində yerləşən hərbi obyektlər bizim hədəfimizə çevrilib", Tanınmamış “DQR Prezidenti” Arayik Harutyunyanın Azərbaycana müraciətdə deyilir.
"İndən belə Azərbaycanın iri şəhərlərində yerləşən hərbi obyektlər bizim hədəfimizə çevrilib”, - tanınmamış “DQR Prezidenti” Arayik Harutyunyanın deyib.
O, bu hücumlarda mülki əhalinin hədəf ola biləcəyi barədə bildirib.
Qarşı tərəf bunu Xankəndinin vurulması ilə əlaqələndirib.
Baş Prokurorluq Gəncədən görüntülər yayıb
Azərbaycanın Baş Prokurorluğu bu gün Ermənistandan Gəncəyə atılan raket atəşinin nəticələrini göstərən görüntülər yayıb.
Videonun alt yazısı, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri Ermənistan tərəfindən atəşə tutulub.
Təcili xəbər, Gəncədə ölən və yaralananların olduğu deyilir
Bu gün Ermənistandan Gəncəyə atılan raket atəşləri nəticəsində ölən və yaralananların olduğu deyilir.
Baş Prokurorluq məlumatların dəqiqləşdirildiyini bildirib.
Gəncə sakinləri BBC News Azərbaycancaya şəhərə "6-dək raket atıldığını" deyib.
Şəklin mənbəyi, Azərtac
Gəncə sakini: "Şəhəri yenə vurdular"
Şəklin mənbəyi, APA
Gəncə sakinləri BBC News Azərbaycancaya bildiriblər ki, təxminən 20-25 dəqiqə əvvəl daha iki mərmi atılıb: "Mərmilər yaşayış ərazilərinə düşür".
Bazar günü səhər saat 10-11 arasında Gəncə şəhərinə mərmilər atılıb. Azərbaycan hakimiyyəti Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulduğunu bəyan edib.
Ermənistan rəhbərliyi bunu təkzib edir.
Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfədir ki, erməni hərbçiləri Gəncəni birbaşa hədəfə alırlar.
Hikmət Hacıyev: "Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb"
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
O deyib ki, Ermənistan silahlı qüvvələri "qəsdən və
hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır
artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub".
Cənab Hacıyev Ermənistan ərazisindən Azərbaycanın
Füzuli və Cəbrayıl rayonları istiqamətindəki yaşayış məntəqələrinə də raket
atıldığını söyləyib.
Onun sözlərinə görə, bu hücumlar nəticəsində
mülki insanlar arasında həlak olan və yaralananlar var.
Prezidentin köməkçisi deyib ki, son günlər ərzində Ermənistan tərəfindən
insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə "10.000-dən
artıq müxtəlif növ mərmi və raket atılıb, 500-dən çox fərdi yaşayış evi tam
dağılıb və ya ciddi ziyan dəyib"
"Hərbi əməliyyatların gedişində
kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə
fərqləndirilməlidir. Hər hansı hərbi zərurət olmadan Ermənistan
tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombarduman
edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir. Yaşayış məntəqələrinin Ermənistan tərəfindən
sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və
Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən
xəbər verir", - Hikmət Hacıyev söyləyib.
Cənab Hacıyev artilleriya və raket hücumlarının əksəriyyətinin "Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirildiyini", eləcə də Ermənistan silahlı qüvvələrinin "beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə etdiyini" bildirib.
Ermənistanın Müdafiə Nazirliyi Ermənistan ərazisindən Azərbaycan istiqamətinə "hər hansı növ atəşin açılmadığını" açıqlayıb.
Bu barədə Ermənistan MN-in sözçüsüŞuşan Stepanyan Facebook hesabından yazıb.
Təcili xəbər, Azərbaycan Müdafiə Nazirliyi: "Gəncə atəşə tutulub"
Şəklin mənbəyi, APA
Şəklin alt yazısı, Azərbaycanın APA Agentliyi Gəncənin atəşə tutulması barədə fotolar paylaşıb
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Gəncə sakinləri BBC News Azərbaycancaya bildiriblər ki, bazar günü səhər böyük gurultuya oyanıblar: "Şəhərin yaşayış yerlərinə mərmilər düşüb. Nə olduğunu dəqiq bilmirik," - şəhər sakinlərindən biri deyib.
BBC News Azərbaycanca ilə danışan sakinlər şəhəri tərk etmək niyyətində olmadıqlarını deyib: "Nəvələrim, uşaqlarım, hamımız şəhərdəyik, heç yerə getməyəcəyik," - o deyib.
Sakinlərdən biri iki yaşayış evinin dağıldığının şahidi olub. O deyir ki, evdə nə qədər adam olub-olmadığını bilmir.
Ölən və yaralananların olub-olmaması məlum deyil.
Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfədir ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə hədəf alınıb.
Rəsmi məlumatlara görə, şəhərin
335 mindən çox əhalisi var.
Azərbaycan MN: "Füzili, Ağdam və Tərtər artilleriya atəşinə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə, işğal altında olan Azərbaycan ərazilərdən isə Ağdam və Tərtər rayonunun kəndləri artilleriya atəşinə tutulur.
"Beyləqanda 2 mülki şəxs top atəşindən ölüb, yaralananlar var", Azərbaycanın Baş Prokurorluğu bu barədə məlumat yayıb.
Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu
Oktyabrın 3-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələri
Beyləqan şəhərinin və Tərtər rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin
yaşayış evlərini ağır artilleriyadan atəşə tutub, Azərbaycanın Baş Prokurorluğu
bildirib.
Qurum açıqlayıb ki, Beyləqan şəhər sakinləri 44 yaşlı Zülfiyyə İsmayılova
və onun bacısı, 22 yaşlı Arzu Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin
düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olub.
Baş Prokurorluq bildirib ki, 38 yaşlı Etibar Balakişiyev və 51
yaşlı Sevda Bəşirova şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin
qəlpələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Tərtər
rayonu Azad Qaraqoyunlu kəndinin iki sakini də kəndə düşmüş top mərmisi nəticəsində
yaralanıblar.
Bütün
yaralılar xəstəxanalara yerləşdiriliblər.
Ermənistan MN cəbhədə "atışmaların davam etdiyini" bildirib
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Artsax (Qarabağ) cəbhəsində atışmalar davam edir".
Nazirliyin sözçüsü Şuşan Stepanyan Facebook hesabından yazıb ki, "bəzi ərazilərdə aşağı intensiv atışmalar, eləcə də artilleriya vasitələrindən atışmalar gedir".