Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. NATO: "Türkiyə Qarabağdakı gərginliyin aradan qaldırılmasına kömək etməlidir"

    Bu gün Türkiyədə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə NATObaş katibi Jens Stoltenberg arasında görüş keçirilib.

    Mətbuat konfransı zamanı Stoltenberg Dağlıq Qarabağdakı döyüşlərdə atəşin kəsilməsinə çağırış edib.

    "Gərginliyin azaldılması üçün Türkiyədən özünün əhəmiyyətli təsirindən istifadə edəcəyini gözləyirəm", - AFP agentliyi Stoltenberg-in dediklərini iqtibas edib.

    Lakin NATO Baş katibi ilə keçirdiyi birgə mətbuat konfransında Çavuşoğlu bəyan edib ki, alyans erməni qoşunlarını regiondan çıxmağa çağırmalıdır.

    Türkiyə XİN başçısı deyib ki, Azərbaycan öz torpağında döyüşür və işğal edilmiş ərazilərini geri qaytarmağa çalışır.

    "Qanun və əxlaq baxımından hər kəs Azərbaycanı dəstəkləməlidir", - o deyib.

  2. Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən hərbi avadanlıqların fotolarını paylaşıb, MN bildirir ki, Cəbrayıl istiqamətində qarşı tərəfdən xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası götürülüb.

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi erməni hərbiçərinin ələ keçirilən texnikalarının görüntülərini yayıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

  3. "Rusiyadan müsbət mesajlar gəlir, qərəzdən söhbət gedə bilməz" - İlham Əliyev, Azərbaycan Prezidenti "TRT Haber" kanalına müsahibə verib.

    İlham Əliyev TRT Haber Ermənistan Azərbaycan Qarabağ münaqişəsi

    Şəklin mənbəyi, President.az

    "Rusiyadan müsbət mesajlar gəlir, qərəzdən söhbət gedə bilməz,”- Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi günü Türkiyənin "TRT Haber" kanalına müsahibəsində belə deyib.

    O, hazırda “Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu” vurğulayıb.

    “Rusiya məsuliyyətli və böyük bir ölkə kimi çıxış edir. Ordan müsbət mesajlar gəlir. Heç bir tərəf tutmaqdan söhbət gedə bilməz. Ermənistan buna çox ümid edirdi. Ermənistan Azərbaycan torpaqlarına hücum edərək Rusiyanı müharibəyə çəkməyə çalışır. Ermənistan bizim onlara birbaşa hücum etməyimizi istəyir. Ermənistan bölgədəki strateji nöqtələri hədəf aldı. Ermənistanda ciddi narahatlıq var”, cənab Əliyev bildirib.

    Bundan başqa, Azərbaycan Prezidenti "Pakistanın Azərbaycana ikinci dəstək verən ölkə olduğunu" bildirib və təşəkkür edib.

    Qarabağda PKK terrorçularının olması iddialarına gəlincə, Azərbaycan Prezidenti bununla bağlı "məlumatlarımız var” deyib.

    Döyüşlərdə Silahlı Pilotsuz Uçan Aparatların (SPUA) əlverişliliyindən bəhs edən İlham Əliyev bu texnikanın canlı itkiləri azaltdığını bildirib.

    O, Silahlı PUA-ların Türkiyənin potensialını göstərdiyini, Azərbaycanı gücləndirdiyini vurğulayıb.

    İlham Əliyev "bundan sonrakı sülh prosesində Türkiyənin mütləq” iştirak etməli olduğunu deyib.

  4. Ukraynalı nazir: “Ukrayna bu məsələdə Azərbaycanı hər zaman dəstəkləyib”

  5. Təcili xəbər, Ağdam və Goranboyun atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb

    Azərbaycanın Baş Prokurorluğu açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 5-də Ağdam rayonunun müxtəlif istiqamətlərini intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Eyvaz Rəhimov həlak olub, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Mehman Səfərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Prokurorluq bildirib ki, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub və yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Raziyə Abbasova həlak olub.

    Top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Məşdi Həsənov, onun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Elcan Həsənov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    1969-cu il təvəllüdlü Rasim Ələkbərov isə boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

  6. Təcili xəbər, Cəbrayıl rayonunun 3 kəndi və bir neçə strateji yüksəklik azad edilib - İlham Əliyev

    Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edilib.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabından yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  7. Gürcüstan: "Biz bitərəf mövqe tuturuq"

    Gürcüstan prezidenti Salome Zurabishvili ölkəsinin Dağlıq Qarabağ münaqişəsində bitərəf olduğunu söyləyib.

    Bir neçə gün əvvəl Gürcüstanın Təhlükəsizlik Şurası Ermənistana və Azərbaycana hərbi yüklərin tranziti üçün icazələrin verilməsini dayandırıb.

  8. Azərbaycan Müdafiə Nazirliyi döyüşlərin necə getməsi barədə:

    Azərbaycan Müdafiə Nazirliyi gün içində bildirib ki, Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemini vurub.

    Bundan başqa, nazirlik Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankının vurulduğunu açıqlayıb.

    MN həmçinin bildirib ki, qarşı tərəfin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb və qarşı tərəf döyüş zonasını tərk edib.

  9. Təcili xəbər, Azərbaycan MN: "Gəncə növbəti dəfə atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur.

    Bu barədə Gəncə sakinləri bizə danışıblar. Bu keçiddə oxuya bilərsiniz.

  10. Bu gün Gəncə, Bərdə və Beyləqan atəşə tutulub

  11. Təcili xəbər, "Gəncəyə yenə atdılar"- sakinlər

    Gəncə yenə atəşə məruz qalıb, yerli sakinlər bildiriblər.

    BBC News Azərbaycancaya açıqlama verən sakinlər bir neçə mərminin səsini eşitdiklərini, hara düşdüyünü bilmədiklərini deyirlər: "Başımızın üstündən nəsə keçdi, gurultu qopardı. Bilmirəm, havadamı vurdular, ya yerəmi düşdü. Qaranlıqdır, həm də yağış yağır, yaxşı görmək olmur".

    Bazar günündən başlayaraq, rəsmi məlumatlara görə, 335 mindən çox əhalisi olan Gəncə erməni silahlı qüvvələrinin hədəfinə çevrilib. Raket zərbələri nəticəsində bir nəfər ölüb, 30-dan çox şəxs yaralanıb.

  12. Tərtərin atəşə tutulmuş Qazyan kəndində dağıntıların görüntüləri

    Tərtər Qazyan

    Azərbaycanın Tərtər rayonunun Qazyan kəndi bu gün yenidən atəşə tutulub.

    Bu barədə BBC News Azərbaycancaya kənd sakinləri məlumat verib.

    Onlar bildirib ki, kənd sentyabrın 27-dən etibarən mütəmadi olaraq artilleriya silahlarından atəşə tutulur.

    Tərtər Qazyan
    Tərtər Qazyan
    Tərtər Qazyan
    Tərtər Qazyan
    Tərtər Qazyan
    Tərtər Qazyan
    Tərtər Qazyan
    Tərtər Qazyan
  13. BBC Rusca Xidmətinin Qarabağdan çəkdikləri

    Qarabağ
    Şəklin alt yazısı, Ermənistandan tanınmamış "DQR"-a aparan yol belə görünür. "Laçın dəhlizi" hazırda Xankəndi (Stepanakert) və Yerevanı birləşdirən əsas halqadır.
    Qarabağ
    Şəklin alt yazısı, Mehmanxana və evlərin zirzəmiləri qaçqınlar üçün bomba sığınacağına çevrilib.
    Qarabağ Laçın
    Şəklin alt yazısı, Laçın şəhərində körpü atəşə tutulduqdan sonra. Bu körpü Ermənistanla Qarabağı əlaqələndirir.
    Qarabağ
    Şəklin alt yazısı, Şuşada qaçqınlar yerli bir oteldə toplaşıblar.
  14. Ağcabədi sakini: "Mərmilərin qəlpələri yerə tökülüb"

    “Atdılar. Üç dənəsi həyətə düşüb. Yaralılar var.”

    Bu sözləri Ağcabədi sakini Ruslan Şəfiyev deyir.

    Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, Ağcabədi rayonu da atəş altındadır.

    Sakin Ruslan Şəfiyev deyir ki, Azərbaycan tərəfi atılan mərmiləri göydə vurub və yerə qəlpələr tökülüb.

    “İki nəfər yaralanıb. Biri 26 yaşında gəncdir, biri 5 yaşında uşaqdır,” - o deyir.

    Onun sözlərinə görə, Ağcabədi şəhərinin mərkəzinə də atıblar.

  15. Hikmət Hacıyev Rusiyanın Baş nazirinin Yerevana iddia olunan səfəri barədə: "Sual doğurmaya bilməz"

    Hikmət Hacıyev

    Şəklin mənbəyi, APA

    Rusiyanın Baş naziri Mixail Mişustinin Yerevana səfəri təsdiqlənsə, "bizdə təəccüb doğuracaq", bu sözləri Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Oktyabrın 5-də Rusiyanın Baş naziri Mixail Mişustinin Yerevana gözlənilməz səfər etməsi barədə məlumat yayılıb, APA agentliyi yazır.

    Hikmət Hacıyev APA agentliyinə müsahibəsində deyib ki, Ermənistan və Azərbaycan arasında müharibə getdiyi bir şəraitdə Rusiyanın Baş nazirinin İrəvana səfəri sual doğurmaya bilməz.

    “Həmsədr ölkələr neytral olmalıdır. İndiki şəraitdə hər hansı birtərəfli addımlar faydalı deyil. Bizdə öz tərəfimizdən kimin səfər etməsi məsələsini öyrənməyə çalışacağıq”, cənab Hacıyev deyib.

    Hikmət Hacıyev bir müddət əvvəl Ermənistan Baş nazirini müavininin hökumət təyyarəsi ilə Moskvaya səfər etməsi ilə bağlı da şərh verib.

    O, həmin mülki təyyarədə Ermənistana silah gətirilməsi ilə bağlı iddiaların araşdırılması üçün aidiyyəti ünvanlara göndəriləcəyini bildirib.

    “Ümumiyyətlə, mülki təyyarələr vasitəsilə silah-sursatın daşınması Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimatlarına və aviasiya təhlükəsizliyi qaydalarına köklü surətdə ziddir. Bu fakt öz təsdiqini taparsa, onda Ermənistanın rəsmi hökumət təyyarəsi ilə silah qaçaqmalçılığını həyata keçirdiyi, uçuş trayektoriyası üzrə tranzit ölkələrə düzgün məlumat vermədiyi kimi ciddi hallar ortaya çıxır”, cənab Hacıyev qeyd edib.

  16. Ukraynalı nazir: “Ukrayna bu məsələdə Azərbaycanı hər zaman dəstəkləyib”

    Ukrayna, Azərbaycan, Türkiyə, Qarabağ, müharibə, silah

    Şəklin mənbəyi, Getty Images

    Şəklin alt yazısı, Ukrayna xarici işlər nazirliyinin rəhbəri Dmitri Kuleba

    Ukrayna xarici işlər nazirliyinin rəhbəri Dmitri Kuleba BBC Ukrayna xidmətinin Qarabağda döyüşlər ilə bağlı suallarını cavablandırıb.

    "Azərbaycanın beynəlxalq sərhədlər daxilində ərazi bütövlüyü beynəlxalq gündəmdə duran bir məsələdir, Ukrayna bu məsələdə Azərbaycanı hər zaman dəstəkləyib və Azərbaycan da Ukraynanı dəstəkləyib, odur ki, bu mövzu ilə bağlı əlavə deyiləsi də nəsə yoxdur.

    Bilirsiniz, əraziləri işğal edilmiş bir ölkənin xarici işlər naziri olmasaydım, dünyada alovlanan növbəti qarşıdurmaya daha laqeyd qalardım. Ancaq biz bu ağrını, bu vəziyyəti çox yaxşı başa düşürük", nazir deyib.

    Müsahibəni tam halda saytımızda oxuya bilərsiniz.

  17. Tanınmamış "DQR" bəzi sahələrdə "geriçəkilmə faktını etiraf edib" - Ermənistan mediası

    Tanınmamış "DQR prezidentinin mətbuat katibi" cəbhə xəttinin bəzi istiqamətlərində geriçəkilmə faktını etiraf edib, lakin bunun taktiki səbəblərdən - "lazımsız itkilərə yol verməmək üçün" və qarşı tərəfə "daha çox ziyan vurmaq üçün" - edildiyini söyləyib, Apmenpress dövlət agentliyi xəbər verib.

  18. "Bir mərmi uşaq bağçasının yaxınlığına düşüb" - Beyləqan sakini

    "Bu gün səhər saatlarında, bir də təxminən 1 saat əvvəl raket idi, artilleriya idi, bilmirəm, atdılar. Beyləqan təmas xəttindən 35-40 kilometr uzaqdır, Füzuli, İranla sərhədin və Ağcabədinin arasında yerləşir, qərbdən Qarabağın yaxınlığıdır," Beyləqan sakini Füzuli Qəhrəmanlı deyir.

    Füzuli Qəhrəmanlı deyir ki, yerləşdiyi çoğrafiyaya baxmayaraq, Beyləqan indiyə kimi Qarabağ döyüşlərində xüsusi hədəf olmayıb: "Yalnız 1993-cü ilin dekabrında bir dəfə qrad düşüb, ondan başqa isə nə ona qədər, nə də indiyə kimi hərbi hədəf olmayıb".

    Onun sözlərinə görə, yerli camaat arasında hər hansı həyacan yaşanmır: "Dedilər, mərmilərdən biri uşaq bağçasının yaxınlığına düşüb, gedirik, baxmağa," - o, fikrini yekunlaşdırır.

    Füzuli Qəhrəmanlı onu da deyir ki, şəhərə ilk mərmi 3 gün qabaq düşüb və iki bacının ölümünə səbəb olub.

  19. Təcili xəbər, "Ağcabədiyə atılan raket nəticəsində biri uşaq olmaqla 2 nəfər xəsarət alıb", Azərbaycanın Baş Prokurorluğu bildirir

    Baş Prokurorluq

    Şəklin mənbəyi, Baş Prokurorluq

    Azərbaycanın Baş Prokurorluğu açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 5-də günorta saatlarında Ağcabədi şəhərinə atdığı raketərdən biri partlamayıb, digəri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olub. Üçüncü raket isə digəri isə yaşayış evinə düşüb.

    Qurum bildirib ki, yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Baş Prokurorluq eyni zamanda evə külli miqdarda ziyan dəydiyini də qeyd edib.

  20. İlham Əliyev Al Arabiya kanalına müsahibəsində başqa nə deyib?

    İlham Əliyev

    Şəklin mənbəyi, President.az

    "Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq".

    Bu sözləri Prezident İlham Əliyev BƏƏ kanalı Al Arabiya kanalına müsahibəsində deyib.

    O həmçinin vurğulayıb ki, “…Bu, asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi sözüm yoxdur. Mən onların nə etməli olduğunu artıq demişəm”.

    İlham Əliyev qeyd edib ki, qarşı tərəf atəşkəs istəyirsə, onun dediyi kimi, sözlər deyil, üzr istəməli və torpaqlardan çıxmaqla bağlı Azərbaycana vaxt cədvəli verməlidir.

    Nikol Paşinyanın “Qarabağ Ermənistandır” cümləsinə toxunan ölkə başçısı “bunu onun sələflərindən heç birinin demədiyini” vurğulayıb.

    “Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir. Çünki danışıqların mahiyyəti ərazini sülh yolu ilə, danışıqlar vasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağlıq Qarabağda azərbaycanlı və erməni icması arasında normal birgə yaşayışı təmin etməkdir. Çünki müharibədən əvvəl, Ermənistan bizim ərazilərimizi işğal etməzdən əvvəl, Dağlıq Qarabağ əhalisinin 25 faizini azərbaycanlılar təşkil edib. Lakin bu gün Dağlıq Qarabağla yanaşı, erməni əhalinin mövcud olmadığı, 700 mindən çox azərbaycanlının yaşadığı Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğal altındadır”.

    İlham Əliyev Azərbaycanın indiki davranışının “Azərbaycana qarşı hərbi təcavüzə qarşı özünümüdafiə olduğunu” bəyan edərək, “biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik,” deyə vurğulayıb.

    Müharibənin nə vaxt dayanacağına gəlincə, İlham Əliyev “Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar” deyib.

    “Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladıqları işğal olunmuş əraziləri boşaltmağa başlasalar müharibə dayanacaq”, cənab Əliyev bildirib.

    Müsahibədən digər hissələri bu canlı reportajımızda izləyə bilərsiniz.