Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. Azərbaycan MN: "Tərtər və Horadiz şəhərləri raket atəşinə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.

  2. Azərbaycan MN: "Ballıcadan Azərbaycan Ordusu və yaşayış məntəqələri atəşə tutulur"

    Bazar günü Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Xankəndi şəhərindən şimalda, Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələri son iki gün ərzində "intensiv atəşə tutulur".

    Qurum bildirib ki, bu barədə beynəlxalq təşkilatların nümayəndəliklərinə xəbərdarlıq edilib.

  3. Suqovuşanın (Madagiz) hərbi əhəmiyyəti nədir?

  4. Azərbaycanın bir sıra əraziləri işğaldan azad olunub - Müdafiə Nazirliyi video görüntülər paylaşıb, Görüntülərin azad edilmiş ərazilərdə çəkildiyi bildirilir.

    Şənbə günü bütün cəbhə boyu şiddətli döyüşlər davam edib, Azərbaycanın Müdafiə Nazirliyi bildirib.

    Məlumatda deyilir ki, cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələri intensiv artilleriya və raket atəşinə məruz qalıb, amma qarşı tərəf susdurulub.

    "Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub."

    MN bildirir ki, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı vurulub, 3 tankı qənimət götürülüb və qarşı tərəfin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsində alayın 4 ədəd avtomobil texnikası vurulub.

    Nazirlik Ermənistan tərəfdən ölən və yaralananların olduğunu qeyd edir.

    Ermənistan tərəfi də bu gün ön xətdə döyüşlərin şiddətli getdiyini açıqlayıb.

    Paylaşımını ötürün YouTube, 1
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube, 1

    Paylaşımını ötürün YouTube, 2
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube, 2

  5. DİN xüsusi icazəsiz və şəxsiyyəti təsdiq edən sənədsiz küçələrə çıxmamağı tövsiyə edir

    Azərbaycanda komendant saatı icazə hərbi vəziyyət

    Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlardan səfərlərini vaxtında başa çatdırmağı və sənədsiz ictimai yerlərə çıxmamağı xahiş edib.

    “DİN bir daha hərəkət iştirakçılarından xahiş edir ki, komendant saatının tətbiq edildiyi inzibati ərazilərdə yaşayan və ya həmin ərazilərə giriş-çıxış edən şəxslər gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək səfərlərini başa çatdırsınlar”, qurum bildirib.

    Qurum “eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmamağı tövsiyə edir”.

    Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla, ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib.

  6. "Ermənistana xaricdən gətirilən muzdlu döyüşçülər barədə faktları beynəlxalq tərəfdaşlara təqdim edilib", Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

    Hikmət Hacıyev Azərbaycan Qarabağ Ermənistan Suriya Avropa

    "Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər fakt var", Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

    Cənab Hacıyev bildirib ki, əldə olan faktlar, dəlillər Azərbaycanın beynəlxalq tərəfdaşlarına təqdim edilib.

    “Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu, təkcə bu gün deyil, həmişə Ermənistan tərəfdən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub. Hətta son dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Avropadakı erməni əsilli şəxslərin muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etməsi barədə faktlar vardır. Bizdə diplomatik kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar. Onları bu kimi qeyri-qanuni əməllərdən çəkindirsinlər”, cənab Hacıyev bildirib.

    Hikmət Hacıyev “xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatların daxil olduğunu” bildirib.

    “Onların da bir məqamı diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərində Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən, kompatant adı daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların neytrallaşdırılması istiqamətində bütün zəruri addımlar atılacaq”.

  7. Xənkəndi "işıqsız qalıb"

    Ermənistan Xarici İşlər Nazirliyi Twitter-də yazıb ki, Xənkəndi (Stepanakert) "işıqsız qalıb".

    Tvitdə Azərbaycanın "elekrik şəbəkə binasını vurduğu" iddia olunub.

    Azərbaycan tərəfindən bu barədə hələ ki, heç bir şərh yoxdur.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  8. Bakı 8 kəndin azad olunması xəbərindən sonra

    Bu görüntülər Bakıda, Yasamal rayonunda Prezident İlham Əliyevin 8 kəndin azad olunduğunu bildirməsindən sonra çəkilib.

    İnsanlar eyvanlarından “Qarabağ”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirir, himn oxuyublar, müxbirimiz xəbər verir.

    "Onlar eyvanların işıqlarını yandırıb söndürməklə, fənər və telefon işığı ilə bir- birilərinə siqnal verir, əl çalır, fişəng atırlar."

  9. Nikol Paşinyan: "Ön xəttin müxtəlif sahələrində şiddətli döyüşlər davam edir"

    Paşinyan Nİkol Azərbaycan Ermənistan Qarabağ Dağlıq Qarabağ Münaqişə Qarabağ müharibəsi savaş

    Şəklin mənbəyi, Getty Images

    Azərbaycanın "bu həcmli hücumları, hərbi ekspertlərin fikrincə, 21-ci əsrdə dünyanın heç bir nöqtəsində - münaqişə zonasında müşahidə olunmayıb", Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün axşam saatlarında xalqa müraciətində belə deyib.

    O deyib ki, "Azərbaycan yüzlərlə tank və PDM, minlərlə mərmi və raket, onlarla təyyarə, yüzlərlə PUA, on minlərlə piyada əsgərlə bütün təmas xətti boyunca hücum edir".

    "Bu hücumlar gündə bir neçə dəfə təkrarlanır, raket və artilleriya, zirehli texnika, təyyarə, PUA-larla müşayiət olunur. Bundan ön xətdə necə ağır döyüşlərin getdiyi bəlli olur", o deyib.

    Paşinyan Ermənistanın canlı itkilərinə də toxunub:

    "Hal-hazırda bizim çoxsaylı insan itkilərimiz var – hərbçilər və mülki əhali arasında, böyük miqdarda hərbi texnika sıradan çıxarılıb".

    Nikol Paşinyan ön xəttin müxtəlif sahələrində "şiddətli döyüşlərin davam etdiyini", Ermənistan tərəfinin bəzi yerlərdə "olduqca ağır vəziyyətdə", müəyyən yerlərdə isə "inamla vəziyyətə sahiblik etdiyini" deyib.

    O iddia edib ki, qarşı tərəf "hələ də hər hansı bir strateji məsələ həll etməyə müvəffəq olmayıb".

    Sentyabrın 27-dən bəri davam edən döyüşlərdə Azərbaycan 15 kəndi azad etdiyini və önəmli yüksəkliklərə nəzarət etdiyini açıqlayıb.

  10. Təcili xəbər,

    "Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir", Prezident İlham Əliyev Twitter-də bildirib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  11. Təcili xəbər, İlham Əliyev Madagiz barədə: "Bundan sonra Suqovuşan adlandırılır", Bu barədə Prezident Əliyev Twitter-də yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  12. Təcili xəbər, İlham Əliyev: "Madagiz bizimdir", Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Twitter hesabında paylaşılıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib, Azertag yazır.

    "Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir", məlumatda deyilir.

  13. Tərəflər döyüşlərin necə getməsi barədə:

    Azərbaycan MN

    Şəklin mənbəyi, Azərbaycan MN

    Şəklin alt yazısı, Azərbaycan Ermənistanın hərbi texnikasını vurduğunu bildirən görüntülər paylaşıb.

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi texnikasını vurduğunu bildirib.

    "Bu gün səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib," Azərbaycan MN bildirib.

    Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb ki, qarşı tərəfin bütün istiqamətlərdə hücumları "dayandırılıb" və "təmas xəttinin bir sahəsində əks-hücum edilib".

    Nazirliyin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, digər sahələrdə şiddətli döyüşlər gedir”.

    Azərbaycan MN ən son açıqlamasında bildirib ki, "Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar."

    Ermənistan bu gün 51 hərbçisini itirdiyini açıqlayıb

    "Oktyabrın 3-nə olan məlumata görə, son gündə daha 51 döyüşçü həlak olub", Ermənistanın Müdafiə Nazirliyi bildirib.

    "Onların arasında 3 könüllü və 2 əkiz qardaş olub", qurumun açıqlamasında deyilir.

    Bununla da döyüşlər başlanandan bəri Ermənistan tərəfi rəsmən, 207 hərbçisini itirib.

    Azərbaycan tərəfi döyüşlər başlayandan indiyədək hərbi itkilərlə bağlı açıqlama verməyib.

  14. Azərbaycan Müdafiə Nazirliyi "radiostansiya səs yazısı" barədə: "Saxta məhsuldur"

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin təqdim etdiyi “radiostansiya danışıqlarını" "saxta məhsul” adlandırıb.

    Ermənistan Milli Təhlükəsizlik Xidməti sosial mediada yaydığı səs yazısının “azərbaycanlılardan başqa, türk hərbi mütəxəssisləri və ərəb muzdluları arasında radio mübədilə” olduğunu iddia edib.

    Görüntülərdə danışıqların yazılma zamanı göstərilmir.

    "Ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur", Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü polkovnik Vaqif Dərgahlı mediaya bildirib.

    O qeyd edib ki, səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  15. BBC müxbiri Xankəndindən xəbər verir: dron həmləsindən sonra həyəcan

    Dağlıq Qarabağ uğrunda "şiddətli" döyüşlər gedir. Tərəflər müxtəlif silah növlərindən, o cümlədən dronlardan istifadə edirlər.

    Xankəndində (Stepanakert) olan BBC müxbiri Jonah Fisher hava həmlələrdən biri barədə xəbər verir.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  16. İlham Əliyev atəşkəs çağırışları barədə: "Biz buna göz yummuruq"

    İlham Əliyev İlham ALiyev Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişə

    Şəklin mənbəyi, President.az

    Şəklin alt yazısı, Foto: Arxiv

    Atəşkəs çağırışları ilə bağlı İlham Əliyev beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına “göz yummadıqlarını” deyib.

    İlham Əliyev Al-Jazeera kanalına müsahibəsində atəşkəslə bağlı şərtlərdən də danışıb.

    "… onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik".

    İlham Əliyev Azərbaycanın bazar günü başlayan döyüşlərdə geri aldığı ərazilərindən geri çəkilməyə hazırlaşmadığını deyib.

    "Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq".

    Jurnalistin "Siz xalqların öz müqəddəratını təyin etmək hüququna inanırsınızmı?" sualına isə İlham Əliyev cavab verib ki, ölkənin ərazi bütövlüyü güc yolu, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz.

    "Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Onda baxaram onların reaksiyası necə olacaq".

    İlham Əliyev deyib ki, bu münaqişənin nə vaxtsa regional ola biləcəyini düşünmür.

    O deyib ki, bunun üçün əsas yoxdur və Azərbaycan bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti əleyhinədir.

    "... Biz "bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik" kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır.

    Onun sözlərinə görə, "Ermənistana kömək etmək istəyənlər… desinlər ki, əraziləri tərk edin, … deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir".

    Jurnalistin "Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçün yeganə həll müharibədir?" sualına İlham Əliyev deyib ki, diplomatiya işləyə bilər, amma şərt var.

    "Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, - diplomatiya işləyə bilər".

    Müsahibənin digər hissələrini canlı reportajımızdan izləyə bilərsiniz.

  17. Azərbaycanın Baş prokuroru: 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb

    Kamran Əliyev

    Şəklin mənbəyi, Azertag

    Sentyabrın 27-dən cəbhəboyu ərazilərdə başlayan döyüşlərdə 19 mülki şəxs həlak olub, 63 dinc sakin xəsarət alıb.

    Azərbaycanın Baş prokuroru Kamran Əliyev şənbə günü keçirilən brifinqdə deyib ki, ölənlərdən üçü qadın, ikisi azyaşlıdır, xəsarət alanlardan isə 56-sı kişi, 6-sı qadın, 1-i isə uşaqdır.

    Baş prokuror bildirib ki, yaralanan şəxslərdən 26-sı Tərtər, 10-u Ağcabədi, 14-u Ağdam, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i isə Cəbrayıl rayonlarının sakinləridir, Azərtac yazır.

    Kamran Əliyevin sözlərinə görə, dinc əhalinin atəşə tutulması nəticəsində 181 ev və 44 mülki obyekt yararsız vəziyyətə düşüb.

  18. Tanınmamış "DQR" dünya birliyini "müstəqilliyini" tanımağa çağırıb - Ermənistan mediası

    Xankəndi

    Şəklin mənbəyi, Getty Images

    Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi" dünya birliyini "müstəqilliyini" tanımağa çağırıb, Ermənistan mediası yazır.

    "Hazırda bölgədə sülh və təhlükəsizliyin bərpa olunması üçün yeganə əməli mexanizm budur", bəyanatda deyilir.

    Cəbhədə döyüşlər bazar günü, sentyabrın 27-də başlayıb və artıq yeddinci gündür ki, davam edir.

    Ermənistan Baş naziri Nikol Paşinyan son günlərdə azı iki dəfə "müstəqilliyin tanınması imkanlarının nəzərdən keçirildiyini" deyib.

    Heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır.

    1980-ci illərin sonlarından Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda silahlı münaqişə davam edir.

    1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib.

    BMT qəbul etdiyi qətnamələrlə erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.

    Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-də Minsk qrupu yaradılıb. Hazırda bu qrupa ABŞ, Rusiya və Fransanın nümayəndələri həmsədrlik edirlər.

  19. Bir neçə saat əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili "suriyalı muzdluların Dağlıq Qarabağ münaqişəsi zonasına Gürcüstan ərazisinə girməsi" barədə iddiaları "yalan" adlandırıb, TASS agentliyi yazır.

    Liluaşvili bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə danışıb.

  20. MN: Azərbaycan Ordusu "bütün təminat növləri ilə tam təmin olunub"

    “Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur”, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

    Qurum açıqlamanı "son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciətin daxil olmasına" əsasən verib.

    Müdafiə Nazirliyi eyni zamanda “ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr birbaşa hərbi hissələrə getməsi və müxtəlif növ yardımlar aparmasının bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfa səbəb olduğunu” açıqlayıb.

    ”Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər”, MN bildirib.

    Qurum bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyinin qaynar xətt nömrələrində dəyişiklik etməsi ilə bağlı məlumat paylaşıb.

    Yeni qaynar xətt nömrələri +994 (012) 406-85-43 və +994 (012) 406-59-33 -dür.

    Nazirlik bildirir ki, bu nömrələr Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə yaradılıb.