Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?
Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.
Canlı reportaj
Ceyhun Bayramov Avropa İttifaqının ali nümayəndəsi ilə danışıb
Şəklin mənbəyi, Azertag
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 4-də Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell ilə danışıb.
Nazirlik bildirib ki, Ceyhun Bayramov Aİ nümayəndəsinə bölgədəki son gərginlik, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması, ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket atəşinə tutulması barədə məlumat verib.
Məlumatda deyilir ki, Josep Borrell bölgədə gərginliyin alovlanmasının "ciddi narahatlıq doğurduğunu" bildirib.
Azərbaycan MN: “Azərbaycan Ordusunda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur”
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
Qurum bildirib ki, qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.
"Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur", - Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Gəncə, Mingəçevir, Abşeron və Xızıya Ermənistan ərazisindən atəş açılıb"
Şəklin mənbəyi, Azərtac
Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlayan döyüşlərdə bu günə qədər ermənilər tərəfindən 24 mülki şəxs öldürülüb, 121 nəfər yaralanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva oktyabrın 5-də keçirilən brifinqdə danışıb.
O deyib ki, 300-dən çox yaşayış evinə ziyan dəyib.
Azərbaycan XİN sözçüsü Ermənistan tərəfinin Ermənistan ərazisindən Azərbaycana atəş açılmadığı iddialarını doğru saymayıb.
Leyla Abdullayeva bildirib ki, Azərbaycan tərəfində bunun belə olmadığı ilə bağlı dəqiq faktlar var və Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistan ərazisinin Gorus, Sisyan, Vardenis, Jermuk və Berd şəhərlərinin ərazisindən raket atəşlərinə tutulub.
Azərbaycan XİN sözçüsü Azərbaycan tərəfinin “adekvat cavab tədbirləri gördüyünü" də bildirib.
Ermənistan: "Qarşı tərəf hücuma keçməyə hazırlaşır"
Qarabağ münaqişə bölgəsində oktyabrın 5-nə keçən gecə və səhərdən döyüşlər müxtəlif intensivliklə davam edir, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.
Tanınmamış “DQR müdafiə ordusu” Azərbaycan Silahlı qüvvələrinin hücuma hazırlaşdığını bildirib.
“Gecə Qağlıq Qarabağ münaqişə bölgəsində vəziyyət stabil gərgin olub. Qarşı tərəf hücuma keçməyə hazırlaşır. Müdafiə ordusu qarşı tərəfin yerdəyişmələrini izləyir və döyüş tapşırıqlarını yüksək səviyyədə həll etməyə hazırdır”, - məlumatda deyilir.
Təcili xəbər, "İlk dəfədir ki, Bərdəyə atırlar" - Bərdə sakini Nəcməddin Xəlilov deyir
“İlk dəfədir ki, Bərdəyə atırlar. Əvvəl Tərtərin yaxın kəndlərinə atırdılar indi Bərdənin mərkəzi hissələrini də vurublar. Saat 12 radələri olardı atdılar, insanlar çalışır özlərini mühafizə eləsinlər, daldalansınlar".
Bunu Bərdə şəhər sakini Nəcməddin Xəlilov BBC News Azərbaycancaya deyir.
O, vurğulayıb ki, şəhərin mərkəzinə
və ətrafa dörd-beş mərmi düşüb və bəzi yerlərdə tüstü görünür.
Gəncə sakini: "Partlayışın ikisinin səsi zəif gəldi, biri çox güclü idi", Digər bir Gəncə sakini isə bu gün 8 raketin atıldığını bildirib.
"8 raket atmışdılar. 6-sını bizimkilər vurdu, qəlpələri
düşdü yerə. İki dənəsi isə hərbi hissəyə yaxın yerə düşüb", Gəncə sakini
Elnur Bayramov bu gün BBC News Azərbaycancaya deyib.
O, "dağıntı və tələfatla bağlı hələlik məlumatsız
olduqlarını" bildirib.
Digər bir Gəncə sakini Cahangir Əmirxanlı BBC News
Azərbaycancaya "Gurultu səsi eşitdik. Deyirlər dünən düşənləri də partlada
bilərlər", deyib.
"Partlayışın ikisinin səsi zəif gəldi, biri çox güclü idi.
Dayan görüm, qadan alım. Deyirlər yenə eyni yeri vurdular", Mətanət adlı
Gəncə sakini BBC News Azərbaycancaya bildirib.
Bir qədər əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın "Berd rayonu ərazisindən Gəncə şəhərini atəşə tutması ilə bağlı" məlumat yayıb.
Təcili xəbər, Azərbaycan MN: "Beyləqan, Bərdə və Tərtər şəhərləri atəşə tutulur"
Bir qədər əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın "Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının ərazilərini atəşə tutduğunu" bildirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Shushan Stepanyan "Ermənistanın Azərbaycan şəhərlərinin vurması" ilə bağlı xəbərləri təkzib edib.
"Azərbaycan rəsmi dairələri həqiqətlə heç bir ortaqlığı olmayan məlumatları yaymağa davam edirlər. Son dezinformasiyaya görə, Ermənistan Azərbaycanda bu və ya digər yaşayış məntəqəsini hədəf alır. Bu cür saxta məlumatların yeganə məqsədi öz ambisiyalarını əhatə etməkdir", Stepanyan yazıb.
Baş Prokurorluq: "24 mülki şəxs həlak olub"
Şəklin mənbəyi, Azərbaycan MN
Ermənistanın Azərbaycanın mülki obyektlərini hədəf alması nəticəsində "24 nəfər həlak olub, 121 nəfər yaralanıb", Baş Prokurorluq bildirir.
Qurumun məlumatına görə, indiyədək yararsız hala düşmüş mülki obyektlərin sayı 56, evlərin sayı isə 306-ya çatıb".
Azərbaycan MN: "Beyləqan, Bərdə və Tərtər şəhərləri atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur."Adekvat tədbirlər görülür", nazirliyin məlumatında bildirilir.
Azərbaycan MN Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulması ilə bağlı video yayıb
Şəklin mənbəyi, Azərbaycan MN
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulması ilə bağlı video yayıb.
Nazirlik bildirir ki, bazar ertəsi günü səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
"Bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.Eyni zamanda Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir", məlumatda bildirilir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Cəbhədə döyüşlər başlayandan ANAMA "194 operativ və təxirəsalınmaz əməliyyat" həyata keçirib
Şəklin mənbəyi, ANAMA
ANAMA son iki gündə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və
Gəncəyə mərmi düşməsi barədə aldığı 70 müraciətlə bağlı əməliyyat keçirib, qurum açıqlayıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaydığı məlumatda deyilir ki, qurum Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xızı, Şəmkir və Füzulinin kəndlərində, o cümlədən Horadiz, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində
əməliyyat aparıb.
“Aparılmış
əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat, 12 ədəd
tank əleyhinə idarə olunmayan raket və 32 ədəd partlamış mərmi qalıqları aşkar
olunub”, qurum bildirib.
ANAMA bildirib ki, ötən bazar günündən oktyabrın 4-nədək "194 operativ və təxirəsalınmaz əməliyyat" həyata keçirib.
Qurum açıqlayıb ki, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy,
Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul rayonları, Gəncə və Mingəçevir
şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına,
Mingəçevir İES-in ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə,
məktəbə baxış keçirilib: "66 ədəd
müxtəlif növ partlamamış hərbi sursat (PHS), hərbi məqsədlər üçün istifadə
olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində
zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxeması və 69 ədəd partlamış raket
hissələri aşkar olunub”.
Tanınmamış "Dağlıq Qarabağ Ombudsmanı" mülki şəxslər arasında "ölən və yaralılar olduğunu" deyib
Tanınmamış "Dağlıq Qarabağ Ombudsmanı" Artak Beqlaryan iddia edib ki, sentyabrın 27-dən oktyabrın 4-nə kimi yaşayış məntəqələrinə raket və artilleriya hücumları nəticəsində 18 dinc sakin öldürülüb.
Onun sözlərinə görə, ölənlər arasında uşaq və qadın da olub.
O bildirib ki, "azyaşlı
qız və 2 qadın həyətə düşən mərminin partlaması nəticəsində ölüb.
Artak Beqlaryan yaralananların da olduğunu deyib.
Azərbaycan Müdafiə Nazirliyi hərbi əməliyyatlar zamanı heç bir yaşayış məntəqəsini hədəfə almadığını bəyan edib.
Azərbaycan rəsmiləri bildiriblər ki, erməni silahlı qüvvələri Azərbaycan tərəfdə yaşayış məntəqələrini hədəfə alırlar və indiyə kimi 20-dən çox dinc sakin öldürülüb, onlarla yaralı var.
Gəncə niyə raket atəşinə tutuldu?
Gəncəyə raket hücumundan 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb
Azərbaycanın Baş Prokurorluğu bu gün Ermənistandan Gəncəyə atılan raket atəşi nəticəsində 1 nəfərin öldüyünü, xəsarət alanların sayının isə 32-yə çatdığını bildirib.
BBC News Azərbaycancaya danışan Gəncə sakinləri deyiblər ki, raket atəşlərindən narahat olublar, amma insanlar evlərini tərk etməyib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Təcili xəbər, Baş Prokurorluq: “Mingəçevirdə 5 nəfər yaralanıb”
Bazar günü axşam saatlarında Mingəçevirə endirilən raket zərbələri nəticəsində 5 yerli sakin müxtəlif bədən xəsarətləri alıb.
Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 kilometr uzaqlıqda yerləşən Mingəçevirin vurulması “Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqdır”.
Baş Prokurorluq “Ermənistan hərbi-siyasi rəhbərliyinin” beynəlxalq qanunları “kobud şəkildə pozduğunu” vurğulayıb.
Məlumatda deyilir ki, atılmış 3 raketdən ikisi partlamayıb.
Partlamayan raketlərdən biri Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb.
Üçüncü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.
Hikmət Hacıyev: "Raket Mingəçevirdə enerji blokunun yaxınlığına enib. Amma partlamayıb"
Prezidentin köməkçisi Hikmət Hacıyev Twitterdə Mingəçevirə raket atılması barədə fotolar təqdim edib.
"Ermənistanın Azərbaycanın əhəmiyyətli mülki infrastrukturuna qarşı bilərəkdən və hədəf alınmış hücumunun sübutu. Raket Mingəçevirdə enerji blokunun yaxınlığına enib. Amma partlamayıb, onun tvitində deyilir.
Prezidentin köməkçisi onu da deyib ki, Azərbaycanın Mingəçevir sənaye şəhərinə 4 TOCHKA qısa mənzilli balistik raket atılıb.
O, infrastruktura ciddi ziyan dəymədiyini, amma mülki şəxslərin yaralandığını açıqlayıb.
APA agentliyi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunduğunu qeyd edib.
Şəklin mənbəyi, Hikmət Hacıyev
Şəklin mənbəyi, Hikmət Hacıyev
Ermənistanda casusluqda şübhəli şəxslər “ifşa olunub”
Ermənistan Milli Təhlükəsizlik Xidməti bazar günü casusluqda şübhəli bir neçə əcnəbi tutduğunu bildirib.
MTX mətbuat xidməti həmin şəxslərin oktyabrın 2-də tutulub saxlandığı və onların Ermənistan ordusu haqqında - döyüş texnikası, hərbi hissələrin dislokasiya yerləri və hərəkət etmələri, eləcə də səfərbər edilənlərin sayına dair - məlumat toplamaqla məşğul olduqlarını bəyan edib.
Həmin şəxslərin hansı ölkədən və neçə nəfər olduğu açıqlanmır.
Təcili xəbər, "Eşitdik ki, təcili yardım maşınları xəsarət alanları xəstəxanaya aparıb", Mingəçevir sakinləri deyirlər ki, atılan raketlər təşvişə səbəb olmayıb.
Şəklin mənbəyi, Azertag
Şəklin alt yazısı, Foto arxivdir
Mingəçevir sakini Taleh Məmmədov BBC News Azərbaycancaya deyib ki, şəhərdə sakitlikdir və atılan raketlər təşvişə səbəb olmayıb.
“Axşam Prezidentin çıxışını dinlədik və ondan təqribi iyirmi dəqiqə sonra ard-arda iki partlayış səsi eşitdik. Hər kəs bir az qorxdu, həyəcanlandı çıxdı çölə. Sonra gördük ki, bizim Hava Hücumundan Müdafiə qoşunlarından nəsə atdılar. Sonradan öyrəndik ki, Mingəçevirdəki elektrik stansiyası istiqamətində üç-dörd mərmi atıblar”, - Taleh Məmmədov deyib.
O bildirib ki, şəhərə atılan mərmilərdən biri boş sahəyə düşüb, biri DRES qəsəbəsi atrafında boş sahəyə düşüb, amma partlamayıb, o biriləri də hərbiçilər vurub salıblar.
Taleh Məmmədov deyib ki, raketlər ilk atılanda qəribə səslərdən körpə uşaqlar qorxu keçirib, insanlar bir az təlaşlanıb, amma insanlarda təşviş yoxdur, hər kəs evində oturub xəbərləri izləyir.
O bildirib ki, şəhərin elektrik təchizatı qaydasındadır və insanlar yaxınları ilə qohumları ilə telefona əlaqə saxlayır hal-əhval tutur.
“İndi vəziyyət yaxşıdır Mingəçevirdə, amma raket atılanda bir az təşviş olmuşdu. İki saat olar raket atmışdılar, amma zərərsizləşdirilib. Şəhərdə müxdəlif şayiələr dolaşır, amma şəhərin Kür çayından sol sahilində bilirik ki, salamatlıqdır, təşviş yoxdur, hamı evindədir”, - Mingəçevir sakini Ayaz İbişov deyib.
Mingəçevir sakini Əhməd Əliyev deyib ki, güclü partlayış səsinə çölə çıxıblar.
“Hamımız evdəydik, təqribən saat ona 20 dəqiqə qalmış olardı, güclü səslər eşitdik. Bildik ki, raket atılıb, ondan da biri düşüb Mingəçevir yaxınlığında Üçxoz deyilən əraziyə. Həmin yerə insanları buraxmadılar. Eşitdik ki, təcili yardım maşınları xəsarət alanları xəstəxanaya aparıb, amma dəqiq bilmirik. Deyilənə görə mülki əhalidən yaralan var, amma tam məlumat verilməyib”, - Əhməd Əliyev bildirib.
Türkiyənin vitse-prezidenti: "Ermənistanın Gəncədə mülki əhalini hədəf alması cinayətdir"
“Bölgədə və dünya ictimaiyyəti qarşısında etibarını sürətlə itirən Ermənistanın sərhəddən təxminən 70 km aralı olan Gəncə şəhərində mülki əhalini hədəf alması insanlıq əleyhinə bir cinayətdir,” -Türkiyənin vitse-prezidenti Fuat Oktay Twitter-də bildirib.
“Məsum insanların canına qəsd edən bu xain hücumu lənətləyir, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm”, - Fuat Oktay deyib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təcili xəbər, Xızı və Abşeron bölgəsinə 2 ədəd raket atılıb - Hikmət Hacıyev
Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərə və mülki infrastruktura qarşı raket hücumları - Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Twitterdə yazıb.
İkinci böyük şəhər Gəncəyə 4+kaset tipli Smerç raketləri atılıb.
Xızı və Abşeron bölgəsinə iki ədəd 300 km məsafəli orta mənzilli raket atılıb.
O bildirib ki, Mingəçevirə 2 raket atılıb - su anbarı və elektrik stansiyasına.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Ermənistan tərəfi "Bakı ətraf rayonlara hücum hazırlamaq" ittihamlarını təkzib edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Azərbaycan tərəfinin heç bir dəlil təqdim etmədən Ermənistan Silahlı Qüvvələrini Xızı və Abşeron bölgəsinə hücuma hazırlaşmaqda ittiham etdiyini" iddia edib.
O, Facebook səhifəsində Azərbaycanın ittihamının "həqiqətə uyğun olmadığını" deyib.
Qurum rəsmisi bundan əvvəl Mingəçevir istiqamətində "heç bir atəş açılmadığında" israr edib.