Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Döyüşlərin necə getməsi barədə:
Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinə "ciddi ziyan" verdiyini bildirib.
Nazirlik bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində qarşı tərəfin itki verərək mövqelərini tərk etdiyini və 30-dək könüllünün xəsarət aldığını qeyd edib.
Bundan başqa, 62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarıldığı, ölən və yaralanların olduğu qeyd olunub.
Ermənistan Məlumat Mərkəzi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Xankəndi şəhərini atəşə tutub. Hazırda zərərçəkmişlər barədə məlumat yoxdur.
Baş Prokurorluq: Tərtərdə bir dinc sakin yaralanıb
Baş Prokurorluq bildirib ki, bu gün saat 17 radələrində qarşı tərəfin silahlı birləşmələri Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.
"Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb", qurum bildirib.
Azərbaycanın mülki itkiləri 93-ə çatdı
Bu gün Bərdədə bir dinc sakinin həlak olması ilə sentyabrın 27-dən bəri Azərbaycanın mülki itkiləri 93 nəfərə çatıb, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
XİN Ermənistanı mövcud humanitar atəşkəsi "kobud şəkildə" pozmaqda ittiham edərək "şiddətlə" qınayıb.
"Ermənistandan beynəlxalq ictimaiyyətin, o cümlədən BMT TŞ-nin qətnamələrinin tələblərinə uyğun olaraq, silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edirik", qurum bildirib.
Azərbaycan Ermənistandakı kəndi atəşə tutmadığını bildirib
Azərbaycan Ermənistanın Qafan şəhəri
yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin
yaydığı məlumatı “təxribat xarakterli
dezinformasiya” adlandırıb.
Bu barədə Müdafiə Nazirliyinin rəsmi
məlumatında deyilir.
“Bir daha bildiririk ki, Azərbaycanın
Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”.
Bundan əvvəl Ermənistan Ombudsmanı
Аrman
Tatoyan ölkənin cənubundakı Sünik rayonunda yerləşən
iki kəndin – David Bek və Aqarakın "Azərbaycan tərəfindən atəşə tutulduğunu" bildirib.
Öz növbəsində, Azərbaycanın Müdafiə
Nazirliyi Ermənistan ərazisindən Qubadlı rayonunun “işğaldan azad olunmuş kəndlərinin”
və Azərbaycan Ordusunun mövqelərinin “gün ərzində intensiv atəşə” məruz
qaldığını vurğulayır.
Hücumdan sonra Azərbaycanın Xarkovdakı konsulluğunun mühafizəsi gücləndirilib
Şəklin mənbəyi, hk.npu.gov.ua
Şəklin alt yazısı, Azərbaycan Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası
Ukrayna polisi Xarkovda Azərbaycan və Ermənistanın
konsulluqlarını 24 saatlıq mühafizəyə götürüb. Bu tədbir Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun odlu silahdan atəşə tutulmasından sonra elan
olunub.
“7 Noyabr tarixində saat 2:30 radələrində 102
xidmətinin operatorundan Yaroslav Mudrı küçəsindəki müəssisədə həyəcan
siqnalının daxil olduğunu bildirib”, - Ukrayna Milli Polisin saytındakı xəbərdə
deyilir.
Şənbə günü Azərbaycan Xarkov şəhərindəki
Fəxri Konsulluğunun binasının atəşə tutulduğu elan edərək, hücumu pisləyən
bəyanat yayıb.
XİN bildirib ki, "iki nəfər binanın qapısı və pəncərələrinə odlu silahdan 6 dəfə atəş
açıb". Hadisədə zərərçəkən olmayıb.
Hadisə
yerində olan Ukrayna hüquq-mühafizəçiləri yoxlama zamanı aşkar edilən 2 ədəd patron
gilizi və 3 metal qalıqlarını müsadirə ediblər, vilayətin polisi bildirir.
Hücumla
bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şəklin mənbəyi, hk.npu.gov.ua
Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Fuğanlı, Hacılı və Daşveysəlli kəndlərinin görüntülərini yayıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Təcili xəbər, Baş Prokurorluq: Bərdədə bir nəfər dinc sakin həlak olub
Şəklin mənbəyi, APA
Baş Prokurorluq bildirib ki, bu gün saat 16 radələrində qarşı tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub və nəticədə Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə ciddi ziyan dəyib.
Azərbaycan Xarkovdakı Fəxri Konsulluğuna hücumu pisləyir
Şəklin mənbəyi, APA
Şəklin alt yazısı, Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Ukraynanın Xarkov şəhərindəki Fəxri
Konsulluğunun binasına hücumu pisləyən bəyanatla çıxış edib.
Rəsmi açıqlamaya əsasən, binanın qapısı və pəncərələrinə odlu silahdan 6 dəfə atəş açılıb.
“Son zamanlar Azərbaycanın xarici ölkələrdəki
diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı
təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu
hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir”, - XİN-in şənbə günü
yaydığı bəyanatında deyilir.
“Radikal erməni qüvvələrinin Azərbaycanın
xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə
qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik”.
7 noyabra keçən gecə, saat 2.30 radələrində baş vermiş hadisədə zərər çəkənlərin olmadığı bildirilir.
Rəsmi məlumatda deyilir ki, konsulluğun
kameralarında hücum edənlərin “2 nəfər olduğu” qeydə alınıb.
Hücumla bağlı cinayət işi açılıb və Kiyev
rayonunun polisi tərəfindən araşdırma aparılır,
Ukrayna mətbuatı xəbər verir.
Qarabağdan yol qeydləri: Laçında vəziyyət necədir?
Ermənistanın istintaq komitəsi bildirib ki, "21 erməni Azərbaycan əsirliyindədir".
"Armenpress" agentliyinin verdiyi xəbərə görə, bunu Ermənistan istintaq komitəsinin rəsmi nümayəndəsi Rafael Vardanyan mətbuat konfransında açıqlayıb.
Vardanyan əlavə edib ki, bu məlumatlar daim yenilənir və dəyişə bilər.
Hər iki tərəfdəki əsirlərin sayı barədə ümumiləşdirilmiş məlumat yoxdur. Nə Azərbaycan, nə də Ermənistan neçə əsirin özündə saxladığını açıqlayıb.
Oktyabrın 29-da Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 hərbçinin meyitini və bir mülki şəxsi birtərəfli qaydada Ermənistana təhvil verib.
Beynəlxalq Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcək
Şəklin mənbəyi, AZƏRBAYCAN RESPUBLIKASI XARICI İŞLƏR NAZIRLIYI
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcək.
Onlar sentyabrın 27-dən başlayan atışmalardan sonra Ermənistana köçürülüb.
İndiyədək rəsmi bildirilməsə də, onların Şuşa həbsxanasında saxlanıldığı iddia edilirdi.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova BBC News Azərbaycancaya deyib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş "mümkün qədər qısa zamanda" olacaq.
İlahə Hüseynova onların Ermənistanda hansı şəhərdə saxlanması və vəziyyətləri barədə şərh verməyib.
Rusiya vətəndaşları, əslən azərbaycanlı olan Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev separatçı "DQR məhkəməsinə" çıxarılıb və Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il iş verilib.
Azərbaycan bununla bağlı BMT-yə müraciət edib.
Təcili xəbər,
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutduğunu və buna qarşı cavab tədbirləri görüldüyünü açıqlayıb.
Təcili xəbər, İlham Əliyev Xocalının 2 kəndi də daxil olmaqla, 16 kəndin azad olunduğunu elan edib
“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir", bu barədə Azərbaycan Prezidenti Ilham Əliyev öz Twitter hesabından paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Tanınmamış
“DQR in Fövqəladə Hallar Xidməti məlumat yayıb ki, hazırda Şuşa və Daşaltıda "şiddətli döyüşlər gedir".
"Qurumun" məlumatına görə, noyabrın 7-nə keçən gecə Dağlıq Qarabağ cəbhəsinin “bütün əsas istiqamətlərində döyüş əməliyyatları davam edib".
Azərbaycan
şənbə günü səhər saatlarında Şuşanın atəşə tutulmadığını bildirib.
İndiyədək
Azərbaycan Şuşa ətrafında döyüşlər getməsilə bağlı rəsmi məlumat
açıqlamayıb.
Azərbaycan MN döyüşlərin "müxtəlif intensivlikdə cəbhənin bütün - əsasən Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam etdiyini" bildirib.
Təcili xəbər, Azərbaycan MN: "Ağdamın kəndləri atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur".
Qurumun məlumatında "Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görüldüyü" açıqlanıb.
Azərbaycan Müdafiə Nazirliyi "Şuşanın atəşə tutulması" ilə bağlı yayılmış məlumatı təkzib edib, "Şuşanın atəşə tutulması" ilə bağlı məlumatı gün səhər Tanınmamış "DQR-in Fövqəladə Hallar Xidməti" Facebook hesabında yazıb.
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü “Azərbaycan Ordusunun Şuşa şəhərini atəşə tutmadığını" açıqlayıb.
Qurum "Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbərin tamamilə həqiqətə uyğun olmadığını" bildirib.
Tanınmamış "DQR-in Fövqəladə Hallar Xidməti" şənbə günü Facebook hesabında yazıb ki, bu gecə Şuşa şəhəri “şiddətli atəşə tutulub”.
"Qurum" bildirib ki, Xankəndi və başqa
yaşayış məntəqələrində nisbi sakitlik qorunub.
Təcili xəbər, Azərbaycan MN: "Tərtər və Ağcabədinin bəzi kəndləri artilleriya atəşinə tutulub"
"Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub", Azərbaycan Müdafiə Nazirliyi bildirir.
Qurum açıqlayıb ki, "Azərbaycan Ordusu tərəfindən qarşı tərəfin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür".
Azərbaycan MN: “Qarşı tərəfin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub”
Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin xüsusi təyinatlı və
kəşfiyyat bölmələrinə “ciddi zərər vurulması ilə bağlı" məlumat yayıb.
Qurumun məlumatında deyilir ki, "cəbhədə gedən döyüşlərdə
Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti sıradan
çıxarılıb".
Bundan başqa, Azərbaycan MN bu səhər qarşı tərəfin “bir neçə avtomobil texnikası və minaatan qurğusunun
sıradan çıxarıldığını” da yazıb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan
Stepanyan “şənbə günü səhər saatlarında cəbhənin şərq istiqamətində Azərbaycanın
bir pilotsuz uçan aparatının (PUA) sıradan çıxarıldığını” bildirib.
Azərbaycan Müdafiə Nazirliyi hələlik bu iddiaya
şərh verməyib.
Azərbaycan Müdafiə Nazirliyi cəbhədə noyabrın 7-nə olan son vəziyyətlə bağlı
“Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu
bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar,
top və minaatanlardan atəşə tutub”, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı
məlumatda deyilir.
Qurum bildirib ki, “döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin
Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib”.
“Qarşı tərəf cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi
texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib," nazirliyin məlumatında deyilir.
Azərbaycan Müdafiə Nazirliyi “hazırda cəbhənin bütün istiqamətlərində
döyüş əməliyyatlarının davam etdiyini bildirib”.
Ermənistan tərəfi hələlik bununla bağlı şərh verməyib.
Şuşa uğrunda döyüşlər: vəziyyət necədir?
Şəklin mənbəyi, Şuşa Rayon İcra Hakimiyyəti
Şəklin alt yazısı, Foto arxiv
BBC
News Rusca yazır ki, hər iki tərəfin müdafiə idarələrindən alınan məlumatlardan
ehtimal etmək olar ki, Azərbaycan ordusu cəbhənin bir neçə istiqamətində hücuma keçir. Lakin əsl strateji əhəmiyyət Şuşa yaxınlığında və Dağlıq
Qarabağla Ermənistanı birləşdirən Laçın yolu istiqamətindəki döyüşlərdir.
Müharibənin
nəticəsini həll edəcək məqam yaxınlaşıb, Asia Times üçün reportajında kanadalı
jurnalist Neil Hauer yazır.
Şuşa-Laçın
yolu bir neçə gündür ki, mülkilər üçün bağlıdır və onun nəzarəti uğrunda şiddətli döyüşlər gedir. Cümə axşamı günü
Qarabağda qalan rusiyalı jurnalistlər bu yoldakı atışmaları təsvir edən video
görüntülər dərc etmişdilər.
Cümə
günü Eurasianet nəşrində çıxan reportajda bu yolun müdafiəsinə hazırlaşan erməni
əsgərlərin yol boyunca səngərlər qazdığı bildirilir.
Ermənistan
Müdafiə Nazirliyi cümə axşamı günü məhz bu yolda Azərbaycan silahlı qüvvələrinə
qurulan pusqunun nəticələrini əks etdirən video dərc etmişdi. Azərbaycan Şuşa
uğrunda döyüş getməsi ilə bağlı hər hansı rəsmi məlumat yaymayıb.
Yol
erməni qüvvələrin nəzarəti altında qalmaqdadır – bunu rəsmi Bakı da təsdiqləyir.
Lakin Azərbaycan qoşunları lap yaxında – Şuşanın bir neçə kilometliyindədir.
“Bu nə
deməkdir? Sadəcə, noyabrın ortalarında Qarabağda müharibənin son nəticələri həll
oluna bilər. Hər hansısa yolla ermənilər azərbaycanlıları gerilədib öz mövqelərini yüksəkliklərdə qorumağa
nail ola bilsələr, onların vəziyyəti sabitləşdirmək və müharibəni çıxılmaz vəziyyətə
salmaq imkanı olar,” - Neil Hauer yazır.
“Lakin
əgər Azərbaycan qüvvələri Şuşaya qalxıb onu ələ keçirsələr, onlar Qarabağın
qalan hissələri üzərində hakim mövqe əldə etmiş olar – və xüsusilə də on
kilometrlikdə dağın ətəyində yerləşən Stepanakert üzərində”, o qeyd edir.