Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. ANAMA: "Partlamamış hərbi sursatlar zərərsizləşdirilib"

    ANAMA

    Şəklin mənbəyi, ANAMA

    ANAMA agentliyi noyabrın 8-də "Azərbaycanın Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonlarının bəzi kənd və qəsəbələrində və Horadiz şəhərində keçirdiyi 29 əməliyyat nəticəsində partlamamış hərbi sursatların zərərsizləşdirilməsi" barədə məlumat yayıb.

    Qurum Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə keçirilmiş operativ və təxirəsalınmaz əməliyyat çıxışları nəticəsində "19 ədəd partlamamış hərbi sursat (PHS), 2 piyada əleyhinə mina, 296 tank əleyhinə mina, 21 tank əleyhinə minanın partladıcısı, 168 qram qara barıt, 903 ədəd müxtəlif çaplı patronların aşkarlandığını" bildirib.

    Bundan başqa ANAMA "hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 21 ədəd partlamış mərmi qalıqlarının aşkar olunduğunu" da bəyan edib.

    "Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib", qurum bildirib.

    ANAMA "Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən indiyədək 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatının aparıldığını da" açıqlayıb.

    ANAMA Xocavənd Füzuli Ağcabədi Horadiz Ağdam Azərbaycan Ermənistan Qarabağ Dağlıq Qarabağ münaqişə müharibə savaş

    Şəklin mənbəyi, ANAMA

  2. Azərbaycan MN cəbhədə noyabrın 9-na olan son vəziyyət barədə

    Azərbaycan Ermənistan Xocavənd Şuşa Xocalı Laçın Kəlbəcər Qarabağ Dağlıq Qarabağ münaqişə müharibə savaş

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    "Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub", Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Qurum bildirir ki, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib.

    "Sutka ərzində cəbhənin əsas istiqamətlərində qarşı tərəfə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində qarşı tərəf şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır", nazirliyin açıqlamasında deyilir.

  3. Azərbaycan MN: "Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub"

    Azərbaycan Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağ Qarabağ münaqişəsi Savaş müharibə

    Şəklin mənbəyi, Azertag

    "Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    Qurumun məlumatına görə, noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri qarşı tərəfdən fasilələrlə atəşə tutulub.

  4. Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

    Azerbaycan Ermənistan Dağlıq Qarabağ Qarabağ müharibəsi Dağlıq Qarabağ münaqişəsi savaş

    Şəklin mənbəyi, Azertag

    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

    İlk Dövlət Bayrağı Günü 2010-cu ilin noyabrın 9-da keçirilib. 2009-cu ilin noyabr ayındaDövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

    Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

    Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".

    Hazırkı üçrəngli və ay-ulduzlu bayraq 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib.

  5. Azərbaycan Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir"

    Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Şuşa döyüşlərindəki "uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya" yayır.

    Azərbaycan Müdafiə Nazirliyi bununla əlaqədar bəyan edib ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.

  6. İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək"

  7. "Taleyüklü hadisə" - Azərbaycanın Birinci vitse-prezidentinin müşaviri, "Taleyüklü hadisə" - Azərbaycan vitse-prezidentinin müşaviri

    Elçin Əmirbəyov

    Şəklin mənbəyi, AZERTAG

    Şuşa Azərbaycanın mədəni rəmzidir və bütün Azərbaycan xalqının kimliyinin ayrılmaz parçasıdır, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müşaviri Elçin Əmirbəyov BBC News Ruscaya bildirib.

    Azərbaycan prezidenti İlham Əliyev bazar günü Şuşanın Azərbaycan ordusu tərəfindən alındığını təntənəli surətdə elan edib.

    "Hər bir azərbaycanlı üçün çoxdan gözlənilən və belə vacib olan bu qələbə, Azərbaycanı qarşısında duran məqsədə daha bir addım yaxınlaşdırmış taleyüklü hadisənin rəmzidir - suveren Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması deməkdir," - Əmirbəyov bildirib.

  8. Əli Kərimli, İsa Qəmbər, İlqar Məmmədov

    Azərbaycan müxalifətinin liderləri Şuşanın işğaldan azad olunması xəbərinə öz sosial media hesablarında münasibət bildiriblər.

    Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər təbrikinə "Ürəyimin mərkəzi, dünyamın mərkəzi ŞUŞA azad olundu!" cümləsi ilə başlayıb.

    "Yaşa var ol, qəhrəman Azərbaycan əsgəri! Bütün xalqımızı, Ali Baş Komandan başda olmaqla Azərbaycan silahlı qüvvələrinin bütün qəhrəman heyətini təbrik edirəm!" - İsa Qəmbər yazıb.

    AXCP sədri Əli Kərimli Azərbaycan xalqını təbrik edib.

    O, Facebook hesabında "Şuşanın işğaldan azad edildiyi rəsmən təsdiqləndi. Xalqımızın gözü aydın olsun! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!" yazıb.

    Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Şuşa qələbəsi ilə əlaqədar Facebook hesabında Prezident İlham Əliyevə təşəkkür edib.

    "Bu qələbə hazırda xalq olaraq apardığımız ədalətli müharibənin zəfərlə sona çatmasında ən mühüm mərhələdir. Yumruq kimi birləşmiş Azərbaycan xalqı bütün dünyaya milli varlığını, ləyaqətini, zəkasını və qətiyyətini bir daha sübut edir. Zəfərə nail olmaqdan ötrü bundan sonra da ordumuzun rəhbərliyiniz altında düşmən ordusuna qarşı atacağı addımlarına dəstəyimizi ifadə edirik," - İlqar Məmmədov qeyd edib.

  9. Azərbaycan DİN Şuşanın alınmasını qeyd edən vətəndaşlara müraciət edib

    Azərbayca DİN

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycan Daxili İşlər Nazirliyi gün ərzində Şuşa şəhərinin azad olunmasını qeyd edən paytaxt sakinlərinə müraciət edib.

    Qurum bildirib ki, sakinlərin bu hadisəni qeyd etmələri üçün heç bir məhdudiyyət yaradılmayıb və küçə və prospektlərdə hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunub.

    Nazirlik məlumatında vətəndaşlara Azərbaycanda hərbi vəziyyətin davam etdiyini və koronavirusla mübarizə məqsədi ilə karantin rejiminin tətbiq olunduğunu bildirib.

    "Diqqətə çatdırırıq ki, hərbi vəziyyət rejiminə uyğun olaraq tətbiq olunan komendant saatı qaydalarına əməl olunmalı, koronavirus infeksiyasını unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq,"-qurumun məlumatında deyilir.

    Azərbaycan DİN vətəndaşlardan qayda-qanunlara, o cümlədən koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən, komendant saatından irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edib.

  10. Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan Tsakuri kəndinin videogörüntüsünü paylaşıb.

    Xocavənd rayonunun işğaldan azad olunan Tsakuri kəndi

    Şəklin mənbəyi, Azərbaycan MN

  11. Şuşanın azad edilməsi müharibənin və danışıqların taleyinə necə təsir edə bilər?

    Şuşa

    Şəklin mənbəyi, MICHAEL MAINVILLE/AFP VIA GETTY IMAGES

    Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini deyib.

    Şəhər 1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub.

    Çoxlarına görə, bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 40 gündən çoxdur ki, davam edən döyüşlərdə həlledici üstünlük verəcək. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə qələbəsi deməkdir.

    Təhlilçilərə görə, Şuşaya nəzarət Azərbaycana həm siyasi meydanda, həm də hərbi məkanda istədiyini əldə etmək üstünlüyü verəcək.

    Ətraflı yazımızda oxuyun:

  12. Şuşanın itirilməsi ermənilər üçün nə deməkdir?

    Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İskandaryan BBC News Ruscaya bildirib ki, Şuşa həm Xankəndi üzərində nəzarəti, həm də Ermənistanla əlaqəni təmin edir.

    O bildirir ki, Şuşanın alınmasının siyasi nəticələri hərbi əməliyyatların necə davam edəcəyindən, hərbi mənada hansı qərarların veriləcəyindən çox asılıdır.

    Aleksandr İskandaryan xatırladır ki, birinci müharibənin, 1992-ci ilin əvvəllərində Xankəndi ətrafındakı bir çox ərazilər kimi Şuşa da ermənilərin nəzarəti altında deyildi.

    Politoloq Suren Sarqsyan BBC News Ruscaya deyib ki, ermənilərə Şuşanın itirilməsini “dərk etmək çox çətin olacaq".

    Onun fikrincə, Şuşa itirildikdən sonra Ermənistanda müxalifətin hakimiyyətin dəyişməsini tələb etməyə başlayacağı istisna olunmur.

    "Bunun nəylə bitəcəyini deyə bilmərəm, amma bu məsələnin qaldırılacağı birmənalıdır, çünki bundan əvvəl də bu məsələ artıq qaldırılmışdı”.

    Şuşanın alınması Ermənistan üçün daxili siyasi nəticələrə gəritib çıxaracaqmı sualının cavabında Rusiya MDB Ölkələri İnstitutunun erməni filialının rəhbəri Aleksandr Markarov deyib ki, onun qənaətincə, hələlik Ermənistandakı bütün siyasi qüvvələr "anlayır ki, daxili siyasətlə bağlı məsələləri müharibədən sonra həll etmək lazımdır, bu gün isə bütün qüvvələri birləşdirmək lazımdır".

    "Ancaq Artsaxda (Dağlıq Qarabağ-BBC News Azərbaycanca) istənilən uğursuz hərbi hərəkətlər, təbii olaraq, həm Ermənistanın əks-elitasının, həm də əhalinin ovqatına təsir edir və bu, hökumətə qarşı onların münasibətində də özünü göstərir,” – politoloq qeyd edib.

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad olunduğunu bəyan edib.

    Şuşanın bir şəhər kimi əsası 18-ci əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və sonralar təkcə Qarabağ üçün yox, həm də bütün Azərbaycan üçün mühüm önəm daşımağa başlayıb.

    Şuşa şəhəri 1992-ci ildə erməni silahlıları tərəfindən işğal olunmuşdu.

  13. Təcili xəbər, Ağdamın atəşə tutulması nəticəsində bir mülki şəxs yaralanıb

    Azərbaycan Baş Prokurorluğu

    Şəklin mənbəyi, Azərbaycan Baş Prokurorluğu

    Azərbaycan Baş Prokurorluğu açıqlayıb ki, Ağdam rayonu noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

    Qurum bildirib ki, Ağdam rayonu Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

  14. Bakıda Şuşanın azad olunması xəbəri belə qarşılanıb- Video

    Bakı

    Şuşa şəhəri işğaldan azad edilib.

    Bu məlumatı Prezident İlham Əliyev bazar günü Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan xalqına müraciətində deyib.

    Şuşa Şəhəri 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

    Şuşanın alınması xəbəri azərbaycanlılar tərəfindən sevinclə qarşılanıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  15. Prezident İlham Əliyev noyabrın 8-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

    Şəklin mənbəyi, President.az

    Prezident İlham Əliyev noyabrın 8-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

    Prezident İlham Əliyev noyabrın 8-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

    İlham Əliyev görüşdə deyib ki, Şuşanın azad edildiyi gündə Türkiyə nazirlərinin Azərbaycanda olması “xüsusi önəm daşıyır” və bu, "növbəti qardaşlıq nümunəsidir.”

    İlham Əliyev bildirib ki, Türkiyə Prezidentinin və nazirlərinin Azərbaycanın yanında olmaları ilə bağlı açıqlamaları Azərbaycana “əlavə güc verib”.

    “Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir. Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək,”- Azərbaycan Prezidenti əlavə edib.

    Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Şuşanın işğaldan azad edilməsilə bağlı İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

    Prezident İlham Əliyev Türkiyə Prezidenti Recep Tayyip Erdoğana salam göndərib və deyib ki, onunla daimi təmasdadırlar.

    “…dünən də telefonla söhbət etdik. Yəni, daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındakı əlaqələrə də müsbət təsir göstərir,” - o deyib.

  16. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

    Məlumatda deyilir Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində qarşı tərəfin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri öldürülüb.

    Ermənistan tərəfi bu barədə hələ ki, şərh verməyib.

  17. Təcili xəbər, Azərbaycan MN: "Tərtər və Ağdamın kəndləri atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur.

  18. Erdoğan Şuşa qələbəsi münasibətilə azərbaycanlıları təbrik edib

    Recep Tayyip Erdoğan

    Şəklin mənbəyi, İsa Terli / Anadolu Agentliyi

    Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Şuşa qələbəsi münasibətilə azərbaycanlıları təbrik edib.

    O, bazar günü Kocaelidə keçirilən konqresdə çıxışı zamanı deyib ki, Şuşanın azad edilməsi həm də işğal olunmuş ərazilərin qalan hissəsinin azadlığa qovuşmasının "yaxın olduğuna işarədir."

    Erdoğan "İşğal altındakı şəhərlərini və Qarabağı addım-addım azad edən azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir" deyib.

  19. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır.

    Nazirlik bəyan edib ki, Ermənistan hərbçilərinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədiyi və Azərbaycana məxsus döyüş təyyarəsini vurduğu barədə yaydıqları məlumat "tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır".

    Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir.

  20. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Balasoltanlı kəndinin görüntülərini paylaşıb.

    İlham Əliyev noyabrın 7-də Balasoltanlı kəndinin işğaldan azad edildiyini bildirmişdi.

    Azərbaycan MN Qubadlı rayonunun işğaldan azad olunan Balasoltanlı kəndinin görüntülərini paylaşıb

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube