Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Ermənistan tərəfi bəyan edib ki, hazırda Laçın və Şuşa şəhərləri və ətraf yaşayış məntəqələri Azərbaycan
silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Fövqəladə Hallar Xidməti" bildirib ki, zərər çəkənlər haqqında məlumat yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi Laçın və Şuşa şəhərlərinin atəşə tutulmasını nə təsdiq, nə təkzib edib.
Nazirliyin mətbuat xidmətindən BBC News Azərbaycancaya yalnız onu deyiblər ki, Azərbaycan ordusu mülki obyektlərə və yaşayış məntəqələrinə atəş açmır.
Bunu da oxuyun, (arxivdən)
Şəklin mənbəyi, Getty Images
Türkiyədə istehsal edilən PUA və SPUA-lar (Pilotsuz Uçan
Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) Dağlıq Qarabağdakı münaqişə şəraitində
dünyanın diqqət mərkəzindədir. Türkiyədən alınan PUA-lar sayəsində Azərbaycanın
hərbi üstünlük qazandığı deyilir.
BBC News Türkçe-yə danışan PUA üzrə amerikalı hərbi mütəxəssis
Daniel Gettinger müxtəlif növ aparatlar istehsal edən Türkiyənin bu sahədə
getdikcə artan rolunu qeyd edir.
Bəs Türkiyə hərbi dronların istehsalı sahəsində necə irəlilədi?
Cümə axşamı günü Ermənistan tərəfi bəyan edib ki, tanınmamış "Dağlıq Qarabağ Respublikası" ərazisində olan yaşayış yerləri Azərbaycan tərəfindən raket atəşinə tutulub.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur.
"Azərbaycan qüvvələri xüsusilə şərqdə, cənub-şərqdə və cənubda fəallıq göstəriblər", - Ermənistan Baş nazirinin ofisi yanında fəaliyyət göstərən Erməni birləşmiş informasiya mərkəzi bildirib.
Məlumatda deyilir ki, yuxarıda adı çəkilən istiqamətlər üzrə "Azərbaycan qüvvələrinin hücum cəhdləri davam edir".
Ermənistan tərəfi iddia edib ki, Azərbaycanın hücumlarının qarşısı alınıb.
"Erməni tərəfinin
Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə
bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil,"- Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Ermənistan məhbus könüllüləri Qarabağ cəbhəsinə göndərir
Şəklin alt yazısı, Yerevan mərkəzi meydanı
Ermənitan məhbus
könüllülərin Qarabağ cəbhəsinə göndərilməsini müzakirə edir, noyabrın 3-də Ermənistan parlamentində jurnalistlərə ədliyyə
naziri Rustam Badasyan deyib.
O deyib ki, cəzaçəkmə müəssisələrin Ədliyyə Nazirliyi strukturuna daxil olmasına baxmayaraq, onların hətta
könüllü olaraq Qarabağa yollanması üçün cəza tədbiri dəyişilməlidir, belə məsələləri
isə məhkəmə vasitəsilə Baş Prokurorluq həll edir.
“Hazırda
bu proses gedir. O ki qaldı Ədliyyə Nazirliyinin mövqeyinə, biz hər bir vətəndaşın
Vətənin müdafiəsinə kömək edə biləcək səmimi istəyinə qarşı ola bilmərik,” -
Badasyan deyib.
Ermənistan
mediası məhbuslardan başqa, cinayət-islah müəssisə işçiləri və məhkəmə
icraçıları arasında da könüllülərin az olmadığını bildirir.
Ötən
həftə ədliyyə nazirinin müavini Vahe Danielyan da könüllülər siyahısına
yazılıb.
Ermənistan
Baş Prokurorluğu xəbər verib ki, noyabrın 4-də daha 5 dustaq şərti azadlığa buraxılıb. Onlar könüllü cəbhəyə yollanmaq xahişi
ilə ərizə yazıblar.
“Bu
hallarda vəziyyətin həssaslığı nəzərə alınaraq, hər bir şəxsin işi ayrıca nəzərdən
keçirilir”, - Sputnik Armenia prokurorluğun məlumatından sitat gətirir.
Agentlik
bu günədək artıq 21 məhbusun vaxtından qabaq şərti azadlığa buraxılıb
müharibəyə yollandığını öyrənib. Eyni zamanda Ədliyyə Nazirliyi Cinayət-İslah
Xidməti neçə məhbusun könüllü cəbhəyə getmək ərizəsi yazdığı və onların hansı
maddələr üzrə məhkum olunduqlarını açıqlamayıb.
Agentlik
öz mənbələrinə istinadən, onlarla məhbusun ərizə yazdığı və onların sayı
günü-gündən artdığını iddia edir. Deyilənə görə, həbsdən azad olub cəbhəyə getmək
ərizəsini yazanların əksəriyyəti korrupsiya və başqa cinayətlərə görə məhkum
olunan keçmiş güc strukturları əməkdaşlarıdır.
Onların arasında ağır cinayət
törədən yoxdur və bəzilərinin birinci Qarabağ müharibəsindən döyüş təcrübəsi
var, Sputnik Armenia yazır.
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi noyabrın 4-də bildirib ki, cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət vurulub və döyüş texnikası sıradan çıxarılıb.
Ermənistan tərəfinin bu barədə şərhi hələlik məlum deyil.
Goranboy və Tərtər atəşə tutulub
Cümə axşamı günü Azərbaycan tərəfi bildirib ki, Ermənistan silahlı qüvvələri səhər saatlarınadək Goranboy və Tərtəri atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, bu səhər tezdən Ağcabədinin Qiyaməddinli kəndinə Ermənistan tərəfindən dörd mərmi
atılıb.
Ermənistan tərəfindən yaşayış yerlərinin atəşə tutulması barədə şərh yoxdur.
Azərbaycan tərəfi Ermənistan üzərində PUA-ların vurulmasını təkzib edir
Çərşənbə günü Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bəyan edib ki, Ermənistanın Gegharkunik bölgəsində Akunq kəndində Azərbaycana məxsus dördüncü pilotsuz uçan aparat vurulub (PUA).
Şuşan Stepanyan həmin gün daha bir neçə PUA-nın vurulmasını iddia edib.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi
üzərində uçuşlar həyata keçirmir.
Azərbaycan tərəfi Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı "yalan" adlandırıb.
Şuşan Stepanyan öz rəsmi Twitter səhifəsində vurulduğu deyilən PUA-ya aid qırıntıların fotolarını yayıb, amma ətraflı məlumat verməyib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Azərbaycan Müdafiə Nazirliyi: Döyüşlər Ağdərə və Xocavənd istiqamətində gedib
Şəklin mənbəyi, Müdafiə Nazirliyi
Şəklin alt yazısı, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı günü bəyan edib ki, ötən gün və bu gecə ərzində Ermənistan tərəfi mülki və hərbi mövqelərə top, minaatanlardan atəş açıb.
"Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib",- Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, bəzi sahələrdə Ermənistan tərəfi "səxsi heyət və hərbi texnikada itkiləri verib və geri çəkilib".
Azərbaycan ordusundan o da bildirilib ki, bu gecə Ermənistan tərəfi Berd, Çəmbərək və
Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən
rayonlarındakı hərbi mövqeləri atəşə tutub.
Ermənistan tərəfinin bu barədə hələ ki, şərhi yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi 2 ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə məlumatı təkzib edib və bildirib ki, "Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir".
Bundan başqa, qurum bu gün Ermənistan ərazisindən Zəngilan istiqamətindəki Azərbaycan bölmələrinə qarşı qarşı tərəfin "diversiya cəhdinin qarşısının qətiyyətlə" alındığını bildirib. Məlumata görə, erməni tərəfi "geri çəkilməyə məcbur edilib."
Bunu da oxuyun, (arxivdən)
Geniş ictimaiyyət
Elbrus raketinin adını ilk dəfə oktyabrın 11-də, erməni silahlı qüvvələrinin
Gəncəyə dağıdıcı hücumundan sonra eşitdi.
Hərbi
məsələlər üzrə şərhçi Ədalət Vəliyev BBC News Azərbaycancaya deyib ki, Elbrus
raketləri operativ taktiki raketlər ailəsinə məxsusdur və atəş məsafəsi 50-300
kilometr arasında dəyişir. Elbrus raketlərini atış üçün hazırlayan və idarə
edən heyət səkkiz nəfərdən ibarətdir. Bu raketlər atılan zaman 450 metr ilə 3
kilometr arasında hədəfdən yayına bilir.
Gəncə, Qəbələ və Kürdəmirə atıldığı deyilən Elbrus raketi barədə nə bilinir?
Türkiyə Müdafiə Nazirliyi Ermənistana məxsus Su-25-in vurulduğunu bildirir
Türkiyə Müdafiə Nazirliyi Twitter-də Ermənistan
Hərbi Hava Donanmasına məxsus Su-25 hücum təyyarəsinin vurulduğunu bildirir.
Qurum bildirib ki, bu müharibə ərzində Ermənistanın yeddi təyyarəsi vurulub.
Rəsmi
Yerevan bu məlumatı təkzib edib və yalnız bir ədəd Su-25 itirdiyini etiraf
edib. Erməni tərəfi həmin təyyarənin oktyabrda Türkiyənin F-16
qırıcısı tərəfindən vurulduğunu iddia etmişdi.
Bu iddianı Azərbaycan və Türkiyə təkzib edib. Prezident İlham Əliyev dəfələrlə döyüşlərdə Türkiyə hərbçilərinin iştirak etmədiyini deyib. O həmçinin bildirib ki, Türkiyə F-16 təyyarələri Azərbaycan ərazisində yerdədir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
İlham Əliyev: "Deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçından geri çəkəcəkdir"
Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada "sülh və ləyaqət içində yaşamağa davam edəcəklər".
"Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək", o qeyd edib.
İlham Əliyev söyləyib ki, azərbaycanlılar Dağlıq Qarabağda "enik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar".
O, buna görə heç kimin Ermənistanı günahlandırmamasına, ona qarşı sanksiyalar irəli sürülməməsinə "təəssüfləndiyini" bildirib.
Prezident deyib ki, "müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar".
Cənab Əliyev söyləyib ki, Ermənistanın Baş nazirin "yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq".
"Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir".
İlham Əliyev bildirib ki, "Azərbaycan tərəfindən muzdlular vuruşmur və buna ehtiyac yoxdur" və əlavə edib ki, əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair "kifayət qədər dəlillər var".
"Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar".
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter hesabında Tərtərin Səhləbad kəndinə düşən ağ fosfor mərmisinin zərərsizləşdirilməsinin fotosunu paylaşıb.
"Ermənistan mülki obyektlərə qarşı ağ fosfor mərmilərindən istifadə etməyə davam edir,"-o yazıb.
Son günlərdə Azərbaycan və Ermənistan bir-birini fosfor silahlardan istifadədə ittiham edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Putin: "Rusiya silahın lüləsindən bir-birinə baxan insanların həyatını qorumaq üçün əlindən gələni edir"
Şəklin mənbəyi, Getty Images
Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü dini liderlərlə
görüşündə deyib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün mümkün
olan hər şeyi edəcək.
“Bilirsiniz ki, Rusiya Cənubi Qafqazdakı qarşıdurmanın ən
qısa müddətdə bitməsini təmin etmək, eyni zamanda təəssüf ki, silahın lüləsindən
bir-birinə baxan və silahı bir-birlərinə qarşı istifadə edən insanların həyatını
qorumaq üçün əlindən gələni edir, "- Tass agentliyi Rusiya Prezidentinə
istinadən yazır.
Cənab Putin tərəflərin hədəflərinə danışıqlar yolu ilə nail
ola biləcəyinə əmindir.
"Həm Ermənistan, həm də Azərbaycanla əlaqələrimizi
davam etdiririk. Ümid edirəm ki, bölgədə yaşayanların hamısı üçün məqbul nəticə əldə edə biləcəyik," - deyən Putin
dinc həll yollarından istifadə etmək
lazım olduğunu vurğulayıb.
Xankəndi və Şuşaya dünənki atəşin nəticələri
Erməni tərəfi ötən gün Xankəndi və Şuşanın yenidən atəşə məruz qaldığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları təkzib etmişdi.
Şəklin mənbəyi, EPA
Şəklin mənbəyi, EPA
Şəklin mənbəyi, EPA
Ermənistan-Qarabağ yolunun bir hissəsi bağlanıb
Şəklin mənbəyi, Getty Images
Şəklin alt yazısı, (Arxiv)
Dağlıq Qarabağda separatçı hakimiyyət Ermənistandan Dağlıq Qarabağa gedən yolun bir hissəsinin müvəqqəti olaraq mülki şəxslər üçün bağlandığını bildirir.
Bunun səbəbi yolun Şuşa-Laçın sahəsində Azərbaycan əsgələrinin “müdaxilə etməsi ehtimalının olmasıdır," tanınmamış “DQR müdafiə ordusunun mətbuat xidməti” deyir.
Azərbaycan tərəfi bununla bağlı şərh verməyib.
Təcili xəbər, 7 kənd işğaldan azad edilib
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təcili xəbər,
Dağlıq Qarabağda separatçıların lideri müharibə ilə əlaqədar Qarabağdan Ermənistana köçmüş şəxslərə "sosial və inzibati xidmətlərin müvəqqəti olaraq Yerevanda göstəriləcəyini” açıqlayıb.
Bu barədə öz Facebook səhifəsində yazan tanınmamış “DQR prezidenti” Arayik Harutyunyan sosial və administrativ xidmətlər dedikdə sosial ödənişlərin alınması, sənədlərin qeydiyyatı və digərin bura aid olduğunu bildirib.
Sözügedən işlərlə məşğul olan operativ qərargaha “DQR əmək sosial və mənzil məsələləri nazirinin müavini” Mikayel Virabyan rəhbərlik edir.
Operativ qərargahın Yerevanda terləşən ofisinin ünvanı və telefon nömrələri də dərc edilib.
Bir neçə gün əvvəl onun kortejinin vurulması nəticəsində həlak olduğu açıqlanmışdı, lakin xəbər sonradan təkzib edilmişdi.
Lavrov Rusiyanın Qarabağ münaqişəsində missiyasından danışıb
Şəklin mənbəyi, Rusiya XİN
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiyanın bu münaqişədə baş vasitəçi qismində missiyası Ermənistan və Azərbaycanın "isti mərhələdən keçməsinə kömək etmək və kəskinləşən fikir ayrılıqlarını həll etmək üçün sülh yolu tapmaqdır".
O, bu barədə Gündəlik Kommersant-a verdiyi müsahibədə danışıb.
Rusiya Xarici İşlər Nazirliyi Twitter-də nazir Lavrovun müsahibəsilə birgə bu xəritəni də paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
"Vətəndaşlara saxta mesajlar göndərilir"
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, Ermənistan kibermühitdə təxribat
xarakterli məlumatlar və dezinformasiya yayır.
Qurum bildirib ki, Azərbaycan
vətəndaşlarına saxta xarici nömrələrdən Fövqəladə Hallar Nazirliyinin adından mesaj
göndərilib. Mesajda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücuma
keçəcəyi və təhlükəsizlik üçün rayonu müvəqqəti olaraq tərk etməklə bağlı
çağırış edilib.
“Qeyd edək ki, daha
öncə də vətəndaşlara Gəncə və Bərdə rayonlarına raket hücumu təhlükəsi
səbəbindən sığınacaqlara yerləşmələri ilə bağlı saxta mesajlar ünvanlanıb,”-
qurum bildirib.
Nazirlik qeyd edib ki, bu
məlumatlar əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır və həqiqəti
əks etdirmir.
“Vətəndaşlardan xahiş
edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər,
tanımadıqları nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin
nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin baş
verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər
elektron sübutları saxlasınlar və bizə göndərsinlər,”- qurumun məlumatında
deyilir.
Bundan əvvəl Dövlət Təhüləsizliyi Xidməti BBC News Azərbaycancaya sosial mediada yayılmış və dini mövzulu çağırışla bağlı olan səs yazısı ilə bağlı deyib ki, bu araşdırılır və lazımi tədbirlər görülür.