Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
İlham Əliyev: "Əziz Şuşa, biz qayıtmışıq!"
Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan etdikdən sonra oranın "dirçələcəyini" bildirib. O, Twitter səhifəsində "Əziz Şuşa, biz qayıtmışıq!" yazıb.
İlham Əliyev bazar günü xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad dildiyini bəyan edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Şəklin mənbəyi, Türkiyə Milli Müdafiə Nazirliyi
Türkiyənin Milli Müdafiə Nazirliyi Şuşanın işğaldan azad edilməsi münasibətilə Azərbaycanı təbrik edib.
"Qəhrəman Azərbaycan Ordusu kritik əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad etdi. Təbrik edirik. Azərbaycan türkü qardaşlarımız 28 ildən sonra Şuşadakı məşhur Xarı Bülbül çiçəyinin açılmasını izləyəcək, ətrinə doyacaqlar", - nazirlik Twitter hesabından yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Bakıda Şuşanın azad edilməsi qeyd olunur
Bakının mərkəzi küçələrində insanlar Şuşanın azad edilməsini qeyd edirlər.
Onlar öz avtomobillərindən Azərbaycan və Türkiyə bayraqları dalğalandıraraq bu sevinci avtomobil siqnalları ilə göstərirlər.
Bakı sakinləri Şuşanın azad edilməsi xəbərini böyük sevinc hissləri ilə qarşılayırlar.
Şəklin mənbəyi, APA
Şəklin mənbəyi, APA
Şəklin mənbəyi, APA
Şəklin mənbəyi, APA
Şəklin mənbəyi, APA
Şəklin mənbəyi, APA
Erdoğan: "Ermənistanı danışıqlar masası arxasına oturmağa razı salmaq lazımdır"
Şəklin mənbəyi, Reuters
Şənbə axşamı Türkiyə Prezidenti
Recep Tayyip Erdoğanın administrasiyası onun Rusiya Prezidenti Vladimir Putinlə
telefon danışığının yekunlarına dair açıqlama verib.
Söhbət zamanı Erdoğan Putinə Ermənistanın
Dağlıq Qarabağ ərazisini tərk etməli və danışıqlar masası arxasına oturmalı
olduğunu söyləyib.
Kremlin vebsaytında da bu telefon
söhbəti ilə bağlı məlumat verilib.
Məlumatda deyilir ki, Putin
Erdoğana Qarabağ ətrafında hərbi münaqişənin tənzimləmə variantlarının axtarışı
məqsədi ilə Azərbaycan və Ermənistan liderləri ilə apardığı telefon məsləhətləşmələri
barədə məlumat verib.
İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib
Şəklin mənbəyi, Azərtac
Prezident İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək onu Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə təbrik edib.
Prezident.az yazır ki, Hikmət Mirzəyev İlham Əliyevə şəxsi heyət adından təşşəkkür edərək "əmrləri yerinə yetirmək və etimadı doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu" bildirib.
Mevlüt Çavuşoğlu: "Azərbaycan bayrağı bir daha enməmək üzrə Şuşada dalğalanacaq"
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Şuşa şəhərinin azad edilməsi münasibətilə Azərbaycanı təbrik edib.
"Azərbaycanın mədəni paytaxtı olan qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun. Bayraq günündə şanlı Azərbaycan bayrağı bir daha enməmək üzrə Şuşada dalğalanacaq.
Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!", - Mevlüt Çavuşoğlu Twitter hesabından yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
İlham Əliyev: "Elə qüvvə yoxdur dünyada ki, bizi dayandıra bilsin”
Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev deyib ki,
Şuşanın azad edildiyi gün Azərbaycan tarixində "əbədi qalacaq".
Prezident 30 ilə yaxın
danışıqların "nəticə vermədiyini", Ermənistanın "status kvonu
möhkəmləndirmək və əbədi etmək" istədiyini söyləyib.
"Bu illər ərzində dəfələrlə
Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə
barışmağa sövq edir. Ancaq qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan
xalqının maraqlarına cavab verməyən heç bi razılaşmaya biz getmədik. Mən dəfələrlə
bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi
bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra
edirik," - Prezident deyib.
İlham Əliyev
deyib ki, Azərbaycan torpaqlarını “xalqının, əsgər və zabitlərin qanı
bahasına" işğalçılardan azad edir.
O, Şuşadakı bütün tarixi abidələrin
və məscidlərin bərpa olunacağını bildirib.
Prezident söyləyib ki, Azərbaycanın
iqtisadi gücü olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı.
İlham
Əliyev döyüşlərin hələ də davam etdiyini bildirib.
“Əgər
Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik.
Heç kim bizi dayandıra bilməz. Elə qüvvə yoxdur dünyada ki, bizi dayandıra
bilsin”.
İlham Əliyev müraciətində bu gün Heydər Əliyevin məzarını ziyarət etməsinə toxunub: "Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!"
Təcili xəbər, İlham Əliyev: "Şuşa şəhəri işğaldan azad edilib"
Şəklin mənbəyi, AzTV
Prezident İlham Əliyev bazar günü Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin azad olunduğunu bəyan edib.
Xalqa müraciəindən qabaq İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə mərhum prezident Heydər Əliyevin də məzarını ziyarət edib.
Şuşanın azad edilməsi müharibənin və danışıqların taleyinə necə təsir edəcək?
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
Şəklin mənbəyi, President.az
Azərbaycan Dövlət Televiziyası məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Onun müraciətinin yaxın vaxtda yayımlanacağı bildirilir.
Tanınmamış "DQR rəhbəri" Arayik Harutyunyan deyib ki, o, Xankəndinin "İntibah" meydanında "həyatının ən çətin şəfəqlərindən birini" qarşılayıb, BBC Rusca yazır.
"Vətənimizin müdafiəçiləri ilə sona qədər bir yerdəyik. Həyat yox, ölüm uğrunda mübarizə davam edir", - o, Facebook səhifəsində yazıb.
Harutyunyanın bu sözlərlə birgə paylaşdığı fotoda Xankəndi meydanından Şuşa görünür (ancaq o, əks tərəfə baxır).
Noyabrın 7-si və 8-i gecəsi rəsmi təsdiqini tapmasa da, Qarabağdan Şuşaya aparan yolda yox, Şuşanın özündə döyüşlərin getdiyi barədə məlumatlar daxil olurdu.
Bundan əlavə, gün ərzində Xankəndində qalan mülki şəxslərin evakuasiya edilməsi barədə məlumatlar da daxil olurdu, BBC Rusca yazır.
Rəsmi olaraq, Ermənistan hərbçiləri Azərbaycan ordusunun Şuşaya girmədiyini bəyan etməyə davam edirlər.
"Ən inadkar və şiddətli döyüşlər Şuşa-Daşaltı ərazisində keçib,"- Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan bazar günü bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bazar günü səhər döyüşlər barədə məlumatında Şuşadan bəhs etməyib.
Ermənistan Müdafiə Nazirliyi gecənin, xüsusilə Xankəndində "gərgin keçdiyini" deyir
Ermənistan Müdafiə Nazirliyi gecənin, xüsusilə Xankəndində "gərgin keçdiyini" bildirib.
O, Xankəndinin yaşayış binaları və digər ictimai vacib mülki infrastruktur obyektlərinə "8 uzaqmənzilli raket atıldığını, itkilərin olmadığını" deyib.
Azərbaycan Müdafiə Nazirliyi hələ ki, bu barədə şərh verməyib.
"Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndləri atəşə tutulub"
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.
Azərbaycan MN: "Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub"
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.
Nazirlik bildirib ki, noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən Azərbaycan hərbi bölmələrinin mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən fasilələrlə atəşə tutulub.
Azərbaycan MN dünən və gecə cəbhədəki vəziyyət barədə
Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Nazirlik bildirib ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Məlumatda deyilir ki, sutka ərzində cəbhənin əsas istiqamətlərində qarşı tərəfə ciddi zərbələr vurulub, cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Azərbaycan MN ötən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanların olduğunu, mülki infrastruktura ziyan dəydiyini bildirib.
Qurum açıqlayıb ki, sutka ərzində qarşı tərəfin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili vurulub və sıradan çıxarılıb.
ANAMA: "Son üç gün ərzində mərmilərin aşkar olunması barədə 96 müraciət daxil olub"
Şəklin mənbəyi, ANAMA
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) açıqlayıb ki, 5-7 noyabr tarixlərində quruma Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Naftalan, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə 96 müraciət daxil olub.
ANAMA bildirib ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 8 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 45 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 25 ədəd piyada əleyhinə mina (24 ədəd PMN və 1 ədəd PMD-6) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Şəklin mənbəyi, ANAMA
Şəklin mənbəyi, ANAMA
Azərbaycan Müdafiə Nazirliyi: "Ağdamdan Xankəndi istiqamətində hərəkət edən hərbi kolon vurulub"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ağdamdan Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin hərbi kolonu sıradan çıxarılıb.
Məlumata görə, bu hərbi kolon 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının idi.
Hərbi kolona 3 “KamAZ”, 2 “Ural” və 2 PDM aid idi.
Azərbaycan MN hərbi kolonu atəşə tutduğunu və bunun nəticəsində həm də qarşı tərəfin 30-dək hərbi qulluqçusunun həlak olduğunu bildirib.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan Bakı vaxtilə 21.25-də Şuşa yaxınlığında ağır döyüşlərin getməsinə dair məlumatları təkrarlayıb.
Paşinyana sülh çağırışı edən fəalın evinə "polis gəlib"
Şəklin mənbəyi, Facebook
Sosial media üzərindən Baş nazir
Nikol Paşinyanı Azərbaycanla sülh danışıqlarına çağıran ermənistanlı fəalın evinə
gələn polis müvafiq postu silməyi tələb edib, bu barədə Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi qeyri-hökumət təşkilatının rəhbəri Georgi Vanyan öz Facebook-unda bildirib.
Onun yazdığı
posta əsasən, evinə gələn polislər müharibəni
dayandırmaq və qonşu dövlətlə (Azərbaycan nəzərdə tutulur –red.) danışıqlara
başlamaq çağırışını ehtiva edən Ermənistanın Baş Nazirinə açıq məktubun mətnini
FB-dən yığışdırmağı tələb ediblər.
“Həm də
astronomik cəriməni nəzərdə tutan nəsə aktın imzalanmasını təklif etdilər ki, yazını
silməkdən imtina etsəm, cərimənin məbləği iki qat artacaq,” – polisin təklifini
rədd edən Vanyan yazır.
Georgi Vanyan Nikol Paşinyana 20
oktyabrda yazdığı müraciətinin cavabsız qaldığını bildirir.
QHT rəhbərinin sözlərinə görə, ona qarşı
illərlə davam edən təqib, təzyiq və hədələrə diqqət yetirməyən hakimiyyət son məktuba
nədənsə çevik reaksiya verib.
Şuşa ilə bağlı müəmmalı bəyanatlar
"Ruh sınmayıbsa,
heç bir itki, heç bir geri çəkilmə hələ məğlubiyyət deyil. Şuşa ətrafında döyüşlər
davam edir. Lazımsız müzakirələri dayandırın", - Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi
Facebook saytında yazıb.
Artsrun
Hovhannisyan
hansı müzakirələrdən danışdığını dəqiqləşdirməyib.
Şuşa
ətrafında döyüşlər bir neçə gündür davam edir.
Lakin
bu günə qədər erməni hərbçiləri əmin ediblər ki, Şuşa təslim olunmayıb və onlar
Azərbaycan ordusunun ön dəstələrini bloklayır və sıradan çıxarırlar.
Bundan
əvvəl, tanınmamış “DQR parlamentinin sədri” əhalini “təşvişə düşməməyə” səsləyib.
Lakin Artur Tovmasyan da, nəyi nəzərdə tutduğunu aydınlaşdrımayıb.
Le Monde nəşri Şuşa barədə: "Azərbaycan qüvvələri tarixi şəhərə çatıb"
Şəklin mənbəyi, Wikipedia
Fransanın nüfuzlu Le Monde nəşri Şuşa uğrunda
döyüşlərdə "erməni qüvvələrinin darmadağın olduğunu və Azərbaycan qüvvələrinin tarixi şəhərə çatdığını" yazır.
Azərbaycan Ordusunun üstünlüyü barədə
yazan qəzet "Şuşanı müdafiə edən qüvvələrin pərən-pərən" olduğunu qeyd edir.
Məqalədə deyilir ki, "qanlı halda və yorğun olan
onlarla yaralı" hərbi təcili yardım maşınlarının arxasında vadidəki Xankəndi (Stepanakert)
hospitalına çatdırılır.
Məqaləyə əsasən, dağlardan aşağı enən erməni hərbçiləri “əldən düşüb” və yenidən döyüşə qayıdıb-qayıtmayacaqlarını bilmirlər.
Qəzetə əsasən Şuşadakı vəziyyət həlledici
həddə çatıb.
"Xankəndidəki hakimiyyət bunu inkar etsə də, cümə günü, 6 noyabrda Şuşa uğrunda döyüşlərin Azərbaycan qüvvələrinin xeyrinə çevrildiyi görünür", Le Monde qeyd edib.