Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Təcili xəbər, İlham Əliyev: 48 kənd və 1 qəsəbə və 8 yüksəklik işğaldan azad edilib

    Prezident İlham Əliyev bu gün axşam Twitter-də işğaldan azad edilmiş yeni ərazilərin adlarını açıqlayıb.

    • Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
    • Xocalının Şuşakənd, Muxtar, Daşaltı kəndləri
    • Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
    • Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri
    • Bartaz qəsəbəsi, Bartaz strateji yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi (1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik,
    • Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
    • Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
    • Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri.
    Paylaşımını ötürün X, 1
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 1

    Paylaşımını ötürün X, 2
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 2

  2. Politoloq Zərdüşt Əlizadə Şuşa barədə:

    Zərdüşt Əlizadə

    Şəklin mənbəyi, minval.az

    Müstəqil Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun müşaviri, politoloq Zərdüşt Əlizadə BBC-yə müsahibədə deyib ki, Azərbaycan ordusunun Şuşanı alması “Ermənistanın bundan sonra işğal imkanlarının sıfıra yaxınlaşması deməkdir”.

    O qeyd edir ki, alınmaz görünən bu şəhərin 1992-ci ildə itirilməsi Azərbaycanın o zaman peşəkar ordusu olmaması ilə bağlıdır: şəhəri yerli yığma qoşun müdafiə edirdi.

    “Biz Şuşanı və onun ardınca bütün Qarabağı itirdik və bütün bu illəri natamamlıq hissi ilə yaşamışıq”, - politoloq deyir.

    BBC-nin "Ermənilərdə də belə hiss yaranmazmı?" – sualına cavab olaraq Əlizadə deyir: “Bunun baş verməməsi üçün ermənilər Qarabağda qalmalıdır”.

  3. Azərbaycan Müdafiə Nazirliyi axşam saatlarında paylaşdığı məlumatlarda bildirib ki, qarşı tərəfin atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi və “Tor-M2KM” zenit-raket kompleksi vurulub.

    “Tor-M2KM” ZRK-nin fərdi yaşayış evlərinin arasında yerləşdirildiyi və aviasiya vasitələrinə qarşı tətbiq olunduğu qeyd olunub.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  4. Dağlıq Qarabağ separatçıları və Paşinyan arasında fikir ixtilafı: nə baş verir?

  5. Erdoğan: "Tezliklə işğal altındakı torpaqlar, başda Kəlbəcər və Laçın olmaqla öz sahiblərinə qayıdacaq”

    Erdoğan

    Şəklin mənbəyi, Anadolu Agentliyi

    Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ölkəsində keçirilən Səfirlər konfransındakı çıxışında Azərbaycandan da danıışıb:

    “Bir millət, iki dövlət şüarını payşadığımız Azərbaycanın torpaqlarının işğalına səssiz qala bilməzdik və səssiz qalmadıq. Bu gün biz Əfqanıstandayıq, Azərbaycandayıq, çünki onlar bizim qardaşlarımızdırlar, soydaşlarımızdılar”.

    Cənab Erdoğan deyib ki, Ermənistanın 28 illik işğalı qarşısında Minsk üçlüyü bu problemi həll etmədi, “ancaq yola verdi”.

    “Özləri ilə danışanda da bizə bir həll yolu göstərmədilər. Çünki həll etmək kimi bir dərdləri yox idi. İndi azəri qardaşlarımiz öz göbəklərini özləri kəsdi,”- Türkiyə Prezidenti deyib.

    Cənab Erdoğan bildirib ki, Şuşanın işğaldan azad olunma xəbəri ümidlərini daha da artırıb:

    “Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enməz! Enməyəcək də! Dağlıq Qarabağ işğaldan azad olunanadək mübarizə bayrağı enməyəcək də. İnşallah, tezliklə işğal altındakı torpaqlar, başda Kəlbəcər və Laçın olmaqla öz sahiblərinə qayıdacaq”.

  6. Bir neçə gündür ki, sosial şəbəkələrdə barəsində şikayət edilən “hamimiz.com” saytı saxtadır, Azərbaycanın Baş Prokurorluğu bildirib.

    "Həmin “fake” saytda guya şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların siyahısına mülki şəxslərin, o cümlədən qadınların da adları daxil edilib. Bununla da, qeyd olunan saytın düşmənin maraqlarına xidmət etməsi, əhalimiz arasında təşviş yaratmaq məqsədi daşıması müəyyən edilib."

    Baş Prokurorluq əhalini "ayıq-sayıq olmağa, bu kimi saxta saytlarda və digər informasiya daşıyıcılarında olan təxribat xarakterli məlumatlara inanmamağa və belə hallarla qarşılaşanda hüquq-mühafizə orqanlarına müraciət etməyə" çağırıb.

    Hamimiz.com saytından foto

    Şəklin mənbəyi, Baş Prokurorluq

    Şəklin alt yazısı, “hamimiz.com” saytından görüntü
  7. "Şuşa şəhəri bu gün tamamilə bizim nəzarətimizdən kənardadır" - Dağlıq Qarabağdakı separatçılar deyir

    "Şuşi (Şuşa -red.) şəhəri bu gün tamamilə bizim nəzarətimizdən kənardadır", separatçı "DQ prezidentinin" sözçüsü Vahram Poğosyan Facebook-da yazıb.

    O həmçinin yazıb ki, "düşmən Stepanakertin (Xankəndi -red.) qapılarındadır, paytaxtın mövcudluğu təhlükə altındadır".

    Azərbaycan noyabrın 8-də Şuşanın işğaldan azad edildiyini bildirib və bir gün sonra Azərbaycan Müdafiə Nazirliyi Şuşadan görüntülər paylaşıb.

  8. Təcili xəbər, Şuşadan görüntülər

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

    Azərbaycan Müdafiə Nazirliyi noyabrın 8-də işğaldan azad edilmiş Şuşadan görüntülər paylaşıb.

  9. , Qarabağ döyüşləri davam edir. Bu təqribi xəritədə bölgədəki hazırki vəziyyət əks olunur.

    xəritə
  10. Xocavənd istiqamətində döyüşlər belə davam edir - video

    Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Xocavənd istiqamətində erməni silahlı qüvvələrinin mövqelərinə - səngər və sığınacaqlarına artilleriya zərbələri endirildiyini bildirir.

    Qurum buna dair video yayıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  11. Ermənistanın müxalif parlament fraksiyaları Baş nazirlə görüş tələb edirlər

    Ermənistanın müxalif parlament fraksiyaları “Firavan Ermənistan” və “Zəkalı Ermənistan” baş nazirlə görüş tələb edirlər

    Bu, onların baş nazir Paşinyana artıq ikinci müraciətidir.

    Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Firavan Ermənistan” və Edmon Marukyanın başçılıq etdiyi ”Zəkalı Ermənistan” parlament fraksiyaları baş nazir Nikol Paşinyanla görüş tələbi ilə birgə bəyanat yayıblar.

    Bəyanatda deyilir ki, bundan iki həftə əvvəl də sözügedən müxalif fraksiya rəhbərləri baş nazirə müraciət edib, Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təklif ediblər, lakin onların müraciəti cavabsız qalıb.

    “Artsaxda (Dağlıq Qarabağ- red.) döyüşlərin hələ də davam etməsini nəzərə alaraq, biz bu gün yenidən təcili surətdə müxalif parlament fraksiyaları ilə görüş tələbi ilə baş nazirə müraciət etmişik," - öz Facebook səhifəsində Edmon Marukyan yazıb.

    Daha əvvəl, oktyabrın 27-də müxalif fraksiyalar təcili Təhlükəsizlik Şurasının iclasını keçirmək tələbi ilə baş nazirə müraciət ediblər.

    Lakin TŞ iclası hələ də keçirilməyib.

  12. "Təbriklər! Şuşa = bir sıra azərbaycanlı dahinin doğum yeri," Azərbaycan əsilli britaniyalı musiqiçi və bəstəkar Sami Yusuf Şuşanın işğaldan azad edilməsi ilə bağlı Azərbaycanı təbrik edib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  13. Azərbaycan Müdafiə Nazirliyi: “Xocalıdan Xankəndi istiqamətində hərəkət edən qarşı tərəfin texnikası zərərsizləşdirilib"

    "Azərbaycan Ordusu qarşı tərəfin canlı qüvvəsi və döyüş texnikasını sıradan çıxarmağa davam edir", Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qurum bildirib ki, "noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə zərərsizləşdirilib".

    Bu gün Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin bəzi "canlı qüvvə və texnikasının sıradan çıxarılması ilə bağlı" məlumat yayıb.

  14. Ermənistan: İndiyədək 1221 nəfər hərbçi həlak olub

    Tanınmamış "DQR-in Müdafiə Nazirliyi" bazar ertəsi səhər saatlarında daha 44 hərbçisinin öldüyünü açıqlayıb.

    Bununla da sentyabrın 27-dən indiyədək qarşı tərəfin həlak olmuş hərbçi sayı 1221-ə çatıb.

  15. Ermənistan Azərbaycan Şuşa Dağlıq Qarabağ

    Şəklin mənbəyi, Azertag

    "Qarşı tərəfin döyüş texnikaları sıradan çıxarılır", Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi günorta saatlarında məlumat yayıb.

    Qurum bildirib ki, "Şuşa istiqamətində qarşı tərəfin mühasirəyə alınan qüvvələrinin zərərsizləşdirilməsi əməliyyatı davam edib".

    "Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə" vurulub, nazirliyin məlumatında deyilir.

    Bu gün Ermənistan Müdafiə Nazirliyi də "Şuşa yaxınlığında döyüşlərin davam etdiyini" bildirib.

    Ermənistan MN-nin nümayəndəsi Artsrun Hovhannisyan Daşaltı kəndi istiqamətindən "Şuşaya daxil olmağa çalışan qrupların zərərsizləşdirmə əməliyyatlarının davam etdiyini" Facebook hesabında yazıb.

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edildiyini elan edib.

    Hovhannisyan həmçinin "qarşı tərəfin Martuni (Xocavənd), Mardakert (Ağdərə) istiqamətlərində hücum cəhdlərinin baş tutmadığını" bildirib.

    Artsrun Hovhannisyan “Şuşadan başqa digər istiqamətlərdə də döyüşlərin” vacib olduğunu yazıb.

    Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi günü cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam etdiyini bildirib.

    "Sutka ərzində cəbhənin əsas istiqamətlərində vurulan ciddi zərbələr nəticəsində qarşı tərəf şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib" Azərbaycan MN açıqlayıb.

  16. İlham Əliyev: "Ermənistanın kompromisə getmək imkanları azalır"

    İlham Əliyev Azərbaycan Qarabağ savaşı

    Şəklin mənbəyi, Azərtag

    "Bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq," Azərbaycan Prezidenti İlham Əliyev BBC News-a müsahibəsində deyib.

    Lakin cənab Əliyev vurğulayıb ki, "əgər Azərbaycan bütün əraziləri geri qaytarsa, masada kompromisin olacağına 100 faiz zəmanət yoxdur".

    "Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda Ermənistanın Baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar", cənab Əliyev deyib.

    İlham Əliyev vurğulayıb ki, əgər qarşı tərəf "onu yenidən pozmasa və Azərbaycan qeyd olunan məsələlərə - status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdar".

    "Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düzünü deyirəm. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir".

    Prezident İlham Əliyevin BBC News-a müsahibəsindən digər hissələri saytımızda oxuya bilərsiniz.

  17. Təcili xəbər,

    Prezident İlham Əliyev bəyan edib ki, Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndləri işğaldan azad edilib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  18. Bunu da oxuyun:, (Arxivdən)

    Şuşa Qarabağ Azərbaycan

    Şəklin mənbəyi, MICHAEL MAINVILLE/AFP VIA GETTY IMAGES

    Çoxlarına görə, Şuşanın - bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 40 gündən çoxdur ki, davam edən döyüşlərdə həlledici üstünlük verəcək. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə qələbəsi deməkdir.

  19. Azərbaycan MN-in məlumatına görə, "noyabrın 8-dən 9-na keçən gecə Azərbaycan silahlı qüvvələrinin bölmələri qarşı tərəfin minaatan və heyətini dəqiq zərbə ilə zərərsizləşdirib".

    Qurum bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

    Bundan başqa, Azərbaycan MN Azərbaycan bölmələri tərəfindən “Tonaşen məntəqəsi yaxınlığındakı qarşı tərəfin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə zərərsizləşdirildiyini" bəyan edib.

    Bazar ertəsi günü səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyanın Facebookda yazdığı açıqlamasında seperatçı "DQR-in qüvvələri”nin noyabrın 8-dən 9-na keçən gecə cəbhənin cənub-şərq, cənub və cənub-qərb istiqamətlərində müdafiə döyüşü apardığını" bildirib.

    O, "Şuşa-Daşaltı sektorunda aşkar edilən qarşı tərəfin bölmələrinə qarşı intensiv döyüş aparıldığını" yazıb.

    Ermənistan MN sözçüsü Azərbaycana məxsus "1 tankın, 4 maşınını və 8 PUA-sını" sıradan çıxarıldığını bildirib.

    Azərbaycan Müdafiə Nazirliyi Şuşan Stepanyanın itkilərlə bağlı bu iddiasını təkzib edib.

  20. Azərbaycan MN: “Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmayıb"

    Azərbaycan Ermənistan Xankəndi Stepanakert Dağlıq Qarabağ münaqişəsi müharibə savaş

    Şəklin mənbəyi, Azertag

    “Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur,” Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

    Qurum bildirib ki, "Ermənistanın Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil".

    "Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur," nazirliyin məlumatında deyilir.

    Bazar ertəsi günü səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi "Xankəndi istisna olmaqla, digər yaşayış məntəqələrində gecənin təqribən sakit keçdiyini" açıqlayıb.

    Ermənistan MN "gecəyarısından sonra Azərbaycanın Xankəndinə kasetli bomba atdığını, ölüm olmadığı, lakin mülki infrastruktura zərər dəydini" iddia edib.