Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Böyük
Britaniyanın Xarici, Birlik və İnkişaf Ofisi (FCDO) britaniyalılara Azərbaycan və Ermənistan
arasında şərq sərhədindən 5 km məsafədə səyahət etməməyi məsləhət görür.
Qurumun
məlumatında bildirilir ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd bağlıdır.
Təmas
xətti və dövlətlərarası sərhəddə bir-birindən ayrı vaxtda bir neçə dəfə
atışmalar baş verib və 2020-ci ilin iyulunda baş verən atışmalar ölüm və itki
ilə nəticələnib, məlumatda deyilir.
Qurumun məlumatında deyilir ki, Dağlıq Qarabağ
bölgəsində konsulluq dəstəyi mövcud deyil.
“Ermənistanda
yaxın keçmişdə terrorizm hadisəsi olmasa da, belə hücumlar istisna edilə
bilməz,”- qurum bildirir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Ermənistan Müdafiə Nazirliyi: "Döyüşlər Şuşa meşələrində, Şuşa ətrafında və dərələrdə gedir"
Şəklin mənbəyi, Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsun Hovhanisyan bu gün, axşamüstü keçirdiyi mətbuat konfransında Şuşa meşələrində, Şuşa ətrafında və dərələrdə döyüşlərin getdiyini bildirib.
Onun sözlərinə görə, qarşı tərəfin məqsədi Şuşaya girib, bayrağı şəhərin bir yerində sancıb şəkil çəkməkdir.
Azərbaycan “diversantlarının üstündə Azərbaycan bayrağı olur, onlar Qarabağın müxtəlif yerlərində bayrağı sancıb şəkillərini çəkir, lakin sonra qaçırlar”, - Hovhannisyan deyib.
Hovhannisyan istisna etmir ki, hansısa “düşmən təxribatçısına Şuşa qalası fonunda Azərbaycan bayrağının şəklini çəkmək nəsib olar”.
“Bununla onlar sadəcə hərbi yox, psixoloji tapşırıq həll edirlər”, - Hovhannisyan deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin Şuşaya hücum haqqında bəyanatları “reallıqdan uzaqdır”.
O, qarşı tərəfin həmlələrinin qarşısının alındığını deyib.
“Bizim əsas məqsədimiz təxribatçı qrupları ləğv etmək, sonra mövqelərimizi qoruyub möhkəmləndirməkdir”, - Ermənistan MN nümayəndəsi deyib.
O bildirib ki, döyüşlər davam etsə də, vəziyyət kritik deyil.
Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin mərkəzindən bir neçə kilometr məsafədə olduğu üçün burada mülki evakuasiya aparıldığı deyilir. Hadisələr indi çox sürətlə inkişaf edir, Twitter-də bildirilir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X, 1
CaucasusWarReport həmçinin yazır ki, "erməni hərbçiləri Şuşa şəhərinin girişindən Xankəndiyə geri çəkilsələr, Azərbaycan qüvvələri oranı atəşə tutacaq. Şuşa şəhərinin süqutunun nəticələri olduqca böyükdür və domino effekti verə bilər."
Başqa məlumatlarda isə Azərbaycan Ordusunun Şuşa yaxınlığında Şığnaq, Çanaqçı və Köhnəkənd kəndlərinə nəzarət etdiyi bildirilir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X, 2
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon (1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını) pusquya salınaraq sıradan çıxarılıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qarşı tərəfin hərbi infrastrukturuna ciddi ziyan vurulub.
"Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb,"-qurumun məlumatında deyilir.
Nazirlik bununla bağlı video görüntülər də yayıb.
Erməni tərəfinun bu məlumatlarla bağlı şərhi yoxdur.
Baş Prokurorluq: "Bu günə qədər 92 mülki şəxs öldürülüb, 405 nəfər yaralanıb"
Azərbaycanın Baş Prokurorluğu erməni silahlılarının Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurum bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs öldürülüb, 405 nəfər isə yaralanıb.
502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası, 2971 yaşayış evi yararsız vəziyyətə düşüb.
Ölən mülki şəxslərin sayı oktyabrın 28-də Bərdənin mərkəzi ərazilərindən birinə düşən mərmi nəticəsində yaralanmış 25 yaşlı bir sakinin noyabrın 5-də ölməsilə artıb.
"Bütün dağıdılmış evlərin divarlarında ağaclar bitib”, İşğaldan azad edilmiş Cəbrayıl və Qubadlıda olan jurnalist deyir
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Cəbrayıl
"Bütün dağıdılmış evlərin divarlarında ağaclar bitib,” - Noyabrın
1-də bəzi işğaldan azad edilmiş ərazilərə baş çəkən jurnalist Seymur Kazımov deyir.
O, Cəbrayıl və Qubadlıya gedib, amma bəlli bir yolla: “Yol boyunca
mina və partlamamış sursat təhlükəsinə görə içərilərə getmək imkanı olmasa da, Cəbrayıldan
Qubadlının axırına kimi getdiyimiz yolda mənzərə təxminən eyni idi: kəndlərin
bircə adları qalıb, hamısı bir-birinə bənzəyir, çünki hamısı eyni formada məhv
edilib”.
Cəbrayıl və Qubadlı oktyabrda azad edilib.
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Cəbrayıl
Seymur Kazımov deyir ki, gəzdiyi yerlərdə evlərin və infrastrukturun dağıdıldığını görüb. Bəzi yerlərdə isə tikinti işləri aparıldığını, üzüm bağları əkildiyini, əsasən Qubadlıda hərbi şəhərciklər salındığını müşahidə edib.
O, Cəbrayıl və Qubadlının müqayisəsini apararaq deyir ki, Cəbrayıl ərazisindəki kəndlərdə yaşayış evləri çox azdır.
“Tam uzaqlarda hansısa evlər var. O evlər də həmin o üzümlük təsərrüfatlarının yanındadır. Mən Mehdili, Şəybəy, Quycaq, Soltanlı, Aşağı Maralyan və başqa kəndlərdə oldum. Deyim ki, hansısa kənddə evlər tikiblər. Xeyr, belə bir şey görmədim. Cəbrayılda adda-budda 3-4 ev vardı”.
Qubadlıya gəlincə, Seymur Kazımov deyir ki, gördüyü bəzi kəndlərdə də dağıntılar olub, amma burada vəziyyət Cəbrayıldan fərqlidir.
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Cəbrayıl
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Qubadlı
“Qubadlıda hiss olunurdu ki, yaşayış var. Orada həm də hərbi şəhərcik var. Qubadlıda yaşayış evləri Cəbrayılla müqayisədə daha çoxdur, çünki Qubadlı həm də Laçınla həmsərhəddir. Qubadlıdan keçməklə Laçına getmək olur. Laçında da bilirik ki, qanunsuz köçürülmüşlər var. Orada həm də ermənilər yaşayır. Ona görə bu iki rayon arasında əlaqə var idi”.
Seymur Kazımov deyir ki, Qubadlıda erməni ordusunun zabitləri üçün salınmış hərbi şəhərcik, mağazalar, meyvə-tərəvəz dükanı görüb”.
O, Qubadlıda hətta pinəçi dükanı gördüyünü vurğulayır.
“Qubadlıda az-maz da olsa, həyat olub. Düzdür, mən bütün kəndləri gəzə bilmədim, amma Cəbrayıla nisbətən burada müəyyən qədər köçürülmə və yaşayış olub. Mülki evlər burada daha çox idi. Lakin Seymur Kazımov deyir ki, bütün saydıqlarına rəğmən, Qubadlıda da 28 il ərzində “insan ayağının dəymədiyi aşkar görünən ərazilər” var.
“Biz günorta saat 3-də Cəbrayıla girdik. Qubadlıdan çıxanda səhər saat 4 idi. Onda bildim ki, Qubadlı ərazisində, ümumiyyətlə, işıqlandırma sistemi olmayıb. Baxmayaraq ki, hərbçilər də yaşayıb orada, asfalt belə sovet vaxtından qalıb. Ümumiyyətlə, ermənilər harada yaşayıblarsa, o hissədə nəsə etməyə çalışıblar. Kütləvi olaraq kəndlərdə, rayonlarda kütləvi quruculuq, abadlıq işləri aparılmayıb”.
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Cəbrayıl
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Qubadlı
Seymur Kazımov əlavə edir ki, bir qədər kənardan müşahidə etdiyi üçün tam dəqiqliklə deyə bilməsə də, daha çox nəzərəçarpan tikili “hərbi şəhərcik olub”:
“Ola bilsin ki, indi Azərbaycanda olan məcburi köçkünlərin də evlərində yaşayış olub. Bəzi evlər köhnə tikililəri xatırladır. Çay daşlarından və kubikdən tikilmiş evlər var idi. Amma əsasən kazarma, hərbi şəhərcik salınıb. Baxırsan ki, hamısı eyni boyda, eyni ölçüdə, eyni mərtəbəli tikililərdir. Bilinmir 90-cı illərdə, yoxsa 2000-ci illərdə salınıb, amma yeni tikililər idi”.
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Qubadlı
Şəklin mənbəyi, Seymur Kazımov
Şəklin alt yazısı, Qubadlı
Özünün də Cəbrayıldan olduğunu deyən jurnalist heyfslənir ki, “tövsiyə edilmədiyi üçün” kəndlərin içərisinə girib dağıdılmış, baş daşları sındırılmış qəbiristanlığı ziyarət edə bilməyib.
“Düşünün ki, iki addımdan sonra kəndin içində ola bilərsən. O dərəcədə kəndlər yola yaxındır. Asfaltda dayanmışam, iki addım atsam, artıq kəndin içindəyəm. Istərdim ki, kəndə girim, o divarlara toxunum, dağıdılmış evlərin içərisinə daxil olum. Qəbiristanlıqdakı qəbirləri görüm. Şəkillərini çəkim. Qəbiristanlıqlarda baş daşları yox idi, bəzi qəbirlərdə sinə daşı qalmışdı. Bilinmirdi ki, başdaşlarını götürüb aparıblar, ya baxımsızlıqdan yıxılıb, ot-alaq basıb. Ortadan qırılanlar da var idi. Bəzi qəbirləri açmışdılar. Dağıntılar daha çox idi. Yolun kənarında dayanıb qəbiristanlıqdakı açılmış qəbirləri gördüm. Bilmirəm içində nə axtarıblar, amma dağıdılmış, açılmış qəbirlərin başdaşları da sındırılmışdı”.
O deyir ki, Azərbaycan hökuməti artıq onun səfər etdiyi ərazilərdə gördüyü qədərilə işıqlandırma işlərinə başlayıb.
“İkinci bir məsələ rabitə qovşaqlarının yaradılmasıdır. Amma indi ilk iş işıqlandırmadır. İşıq dirəklərinin bəziləri artıq qurulmuşdu,”- Seymur Kazımov əlavə edir.
"Laçın dəhlizi" ilə həmsərhəd Korindzor kəndində BBC müxbirinin müşahidələri
Korindzor dünəndən bağlanmış "Laçın dəhlizi" ilə həmsərhəd olan daha bir
Ermənistan kəndidir.
BBC News Rusca müxbiri Marina Katayeva yazır ki, kənd talacığında ağacın altında stol və əldə qayırılmış stullar
qoyulub və yerli kişilər bura yığışıb (atəş səslərinə-red) qulaq asırlar. Tala ətrafa açıq yerdir və
iriçaplı top atəşləri burada yaxşı eşidilir.
Növbəti partlayışdan sonra təpənin o tərəfindən tüstü qalxır.
Skamyalarda əyləşən kişilər zərbənin hara tuş gəldiyini müzakirə edir və mərminin
Laçının yaxınlığına düşdüyü qərarına gəlirlər.
Atəşlərdən biri lap yaxında səslənir, mən yerimdən sıçrayıram.
Saqqalı ağ kişinin mənə: “Qorxma, mən özüm də qorxuram,” - deməsi həmkəndlilərinin
gülüşünə səbəb olur.
Jora Arsenoviç hesab edir ki, Qarabağ müharibəsinə görə günahkar öz perestroykası ilə Qorbaçovdur. Deyir, Sovet İttifaqı ən yaxşı ölkə idi.
Jora
Arsenoviç də, söhbət etdiklərimizin hamısı kimi müharibədən qorxmur.
Kornidzor kənd icra hakimiyyəti başçısı Arkadi Xaçaturyan söyləyir
ki, cəbhə xətti kəndin 2-3 kilometrliyindən keçir.
O bizi cəbhənin ön xəttinə
aparmağı təklif edir. Cavab veririk ki, bu, çox təhlükəlidir.
“Onda ikinci xəttə gedək.
Üçüncü xətt – artıq kəndimizdir,” - Arkadi deyir.
Şəklin alt yazısı, Kornidzor kənd icra hakimiyyəti başçısı Arkadi Xaçaturyan söyləyir ki, cəbhə xətti kəndin 2-3 kilometrliyindən keçir.
Mariya Zaxarova: "Münaqişə tərəflərini kənar qüvvələrin müdaxiləsinə yol verməməyə çağırırıq"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Rusiya münaqişə tərəflərini son dərəcə ehtiyatlı olmağa, mülki əhaliyə zərbə
endirməkdən çəkinməyə və kənar qüvvələrin müdaxiləsinə yol verməməyə çağırır.
Onun sözlərini Rusiya Xarici İşlər Nazirliyi Twitter hesabında paylaşıb.
"Atəşkəsə nail olmaq, gərginliyin çozülməsi və
danışıqların yenidən başlanması üçün bütün praktiki səylər səfərbər edilməlidir,"- Mariya Zaxarova bildirib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təbrizdə doğulmuş məşhur fotoqraf, Reza kimi tanınan Rza Diqqəti öz Twitter hesabında 1992-ci ilin aprelində Şuşada çəkdiyi fotoları paylaşıb.
"Azərbaycan, Qarabağ, Şuşa, 1992-ci il. Şuşa Qarabağ bölgəsinin və Azərbaycanın dayaq nöqtəsinin tarixi və mədəni mərkəzi idi. 1992-ci ilin aprelində bu şəhərə çatmaq üçün dağlardan keçdim. Şuşada növbəti çaya,"-o yazıb.
Rza Diqqətinin 1992-ci ilin fevralında Xocalı qətliamından sonra çəkdiyi fotolar çox məşhurdur.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Şəklin mənbəyi, Azərtac
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi
ətrafında vəziyyəti yanlış təqdim etmək məqsədilə saxta xəbərlərin
hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olduğunu bildirib.
Nazirlik bildirib ki,
Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü
qorumaq, habelə öz vətəndaşlarının mühafizəsini və təhlükəsizliyini təmin etmək
məqsədilə fəaliyyətini özünümüdafiə çərçivəsində və Azərbaycanın suveren ərazisində
aparır.
“Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə əməliyyatı yalnız
beynəlxalq humanitar hüquq çərçivəsində aparılır, eyni zamanda, Beynəlxalq
Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq həyata keçirilərək, beynəlxalq humanitar
hüquq üzrə bütün öhdəliklərə ciddi riayət olunur,”- qurumun məlumatında
deyilir.
Azərbaycan XİN bildirir ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərə, o cümlədən
erməni əsilli Azərbaycan vətəndaşlarına qarşı mübarizə aparmır və işğal
altındakı ərazilərdə mülki əhalini və mülki infrastrukturu hədəfə almır.
Azərbaycan Silahlı Qüvvələrində qadağan edilmiş heç bir
silah və sursatın olmadığı üçün ondan istifadə edilə bilməz, nazirlik deyir.
“Yüksək səviyyəli Ermənistan rəsmilərinin açıq bəyanatlarına
əsasın, hərbi əməliyyatlar başlayandan bəri Azərbaycanın işğal olunmuş ərazilərində
yaşayan ermənilərin əksəriyyəti bu əraziləri tərk edərək, Ermənistana köçüblər.
Azərbaycan tərəfi dəfələrlə ərazidə qalanlara hərbi obyektlərdən uzaq durmağa və
hərbi əməliyyatlarda iştirak etməkdən çəkinməyə çağırışlar edib, çünki bu,
onların mülki statusuna xələl gətirərək, onları döyüşçü statusuna çevirə bilər,”-
qurumun məlumatında deyilir.
Nazirlik qeyd edir ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinə
qarşı apardığı hərbi əməliyyatlarda muzdlulardan və xarici terrorçu döyüşçülərdən
istifadə etdiyi, o cümlədən müxtəlif beynəlxalq media mənbələri tərəfindən
geniş sənədləşdirilib.
“Ermənistanın öz iddialarını əsaslandırmaq üçün təqdim
etdiyi video və foto materiallarının peşəkar təhlili bunların hamısının əvvəlcədən
hazırlanmış saxtalaşdırmalardan başqa bir şey olmadığını sübut edir,”- qurum
bildirir.
Nazirlik bildirib ki, Azərbaycan tərəfi Ermənistanın bu əsassız
ittihamlarını bir daha qətiyyətlə rədd edir və beynəlxalq ictimaiyyətə müraciət
edərək, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası ilə cinayətlərini
ört-basdır etmək cəhdlərinə qarşı diqqətli olmalarını xahiş edir.
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan
Respublikasının mövqeyi hər zaman ardıcıl olub və beynəlxalq hüquqa və BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə əsaslanır. Azərbaycan həmişə onların həyata
keçirilməsi üçün ATƏT-in Minsk Qrupu formatında danışıqlara hazır olduğunu
bildirib,”- Azərbaycan XİN-in məlumatında deyilir.
Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini paylaşıb.
İlham Əliyev Sergey Lavrovun bəyanatı barədə: "Nə üçün onlar Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər?"
Şəklin mənbəyi, Azərtac
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinin jurnalistinin “Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz?” sualına cənab Əliyev bunlar “əsassız ittihamdır” deyib.
“...nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdırlar,”- o deyib.
İlham Əliyev deyib ki, Türkiyədən heç bir hərbi dəstək yoxdur.
“Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə,”- o deyib.
“Siz indi regionun muxtariyyətini qəbul etməyə hazırsınız?” sualına isə Azəbaycan Prezidenti cavab verib ki, “bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır”.
“Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm,”- o deyib.
İlham Əliyev Paşinyanla görüş barədə: "Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur"
Şəklin mənbəyi, Azərtac
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Ermənistanın
Baş naziri Nikol Paşinyanla bir masa arxasında oturmağın “qətiyyən heç bir mənası
yoxdur.”
“Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub,
lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna
olmaqla,”- o, noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində
deyib.
Cənab Əliyev deyib ki, işğal olunmuş rayonların 5-dən 4-ü
artıq ya tamamilə, ya da qismən azad edilib.
Jurnalistin üç humanitar atəşkəsin işləməməsi ilə bağlı
sualına cənab Əliyev cavab verib ki, bunun səbəblərindən biri Ermənistan tərəfinin
işğaldan azad edilmiş əraziləri yenidən işğal etmək istəməsi olub.
İlham Əliyev deyib ki, Ermənistan tərəfindən Ağdam rayonunun
bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəlinin təqdim
olunmasını gözləyirlər.
“Ermənistanın baş
naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli
vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən
bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin
boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun
qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk
qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və
faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın
baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq
şəkildə deməyini gözləyirik,”- o bildirib.
İlham Əliyev qeyd edib
ki, humanitar atəşkəs elan olunandan sonra, Azərbaycan “heç vaxt insanların
yaşadığı heç bir şəhəri və ya kəndi vurmayıb”.
Hikmət Hacıyev RSF-in 80 jurnalistin Xankəndidən çıxa bilməməsi barədə çağırışına şərh verib
Şəklin mənbəyi, Azərtac
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 80 yerli və xarici jurnalistin Xankəndindən çıxa bilməməsi ilə bağlı məlumatı şərh edərkən deyib ki, "Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır".
Cənab Hacıyev deyib ki, dünən Ermənistan tərəfi açıqlama verib və yolu bağladığını bildirib.
Bundan əvvəl Sərhədsiz Reportyorlar Təşkilatı Xankəndində 80 yerli və xarici jurnalistin qaldığını və bu jurnalistlərin Azərbaycan qüvvələrinin atəşi altında həyatlarını riskə atmadan Ermənistana gedə bilmədiklərini bildirib.
"Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir," - Hikmət Hacıyev bildirib.
Dağlıq Qarabağda separatçıların lideri Arayik Harutyunyan Şuşada şəhərin müdafiəsi ilə bağlı bir toplantı keçirdiyini bildirib və fotoşəkillər yayımlayıb.
Bazar günü Azərbaycan mənbələri
onun, kortejinin atəşə tutulması nəticəsində öldürüldüyünü söyləyib.
Bundan sonra erməni tərəfi bir neçə
dəfə Harutyunyanın sağ olduğunu bildirib.
Bu gün yayılan fotolarda konkret bir tarixə işarə yoxdur və bazar günündən bəri Harutyunyanın olduğu bir
dənə də olsun video yayımlanmayıb.
Bundan əvvəl Azərbaycan tanınmamış “DQR
Müdafiə Naziri” Cəlal Harutyunyanın ölümünü elan edib: Hərbi qüvvələr Xocavənd
yaxınlığında raketin avtomobili sıradan çıxarmasi ilə bağlı pilotsuz təyyarədən
video yayımlayıb.
Erməni tərəfi Harutyunyanın yalnız
yüngül yaralandığını və vəzifəsinə qayıtmaq üzrə olduğunu bildirib, eyni
zamanda yeni "müdafiə nazirinin" təyin olunduğunu qeyd edib.
Dünən Ermənistan Müdafiə Nazirliyinin
nümayəndəsi Artsrun Hovannisyan Cəlal Harutyunyanın vəziyyətinin "ağır olduğunu", amma onun sağalmağa doğru getdiyini və süni
tənəffüs aparatından ayrıldığını bildirib.
Şəklin mənbəyi, Arayik Harutyunyan/Facebook
Azərbaycan MN: "Tərtər və Ağdam atəşə tutulur"
Şəklin mənbəyi, Azərbaycan MN
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəf Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur.
"Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur,"- qurumun məlumatında deyilir.
Nazirlik bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.
RSF: "Xankəndində 80 yerli və xarici jurnalist qalıb"
Sərhədsiz Reportyorlar Təşkilatı bildirir ki, Xankəndində 80 yerli və xarici jurnalist qalıb.
Qurum bildirir ki, bu jurnalistlər Azərbaycan qüvvələrinin atəşi altında həyatlarını riskə atmadan Ermənistana gedə bilməzlər.
Təşkilat BMT və ATƏT-ə müraciət edərək onları Azərbaycanın mülki şəxslərin təxliyə edilməsinə imkan verməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Azərbaycan Müdafiə Nazirliyi isə bu barədə məlumatsız olduğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev buna şərh olaraq bildirib ki, "Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
"Laçın dəhlizi" iki gündür ki, bağlıdır
Ermənistanı Qarabağla birləşdirən yol ikinci gündür ki, bağlıdır. Ermənistandan Laçına rayonunun girəcəyindəki postda hərbçilər deyirlər ki, yol bağlıdır, çünki "diversiya qrupları" meşəyə müdaxilə edib. Onların sözlərinə görə, hazırda hərbçilər onları Laçın yaxınlığında axtarırlar, BBC News Ruscadan Marina Kataeva Ermənistandan yazır.
Postdan iki kilometr məsafədə Ermənistanın sərhədi və Laçından (ermənilər Berdzor deyir) qabaq son yaşayəş məntəqəsi Teğ kəndidir.
Teğ küçələrindən avtomobillə keçəndə kiçik bir köşk görürük. Burada bərbər Norayr işləyir. O, 25 ildir Teğdə bu işlə məşğuldur. Deyir indi müştəriləri Qarabağdan kəndə gəlmiş qaçqınlara görə daha çoxdur.
Norayrın həyətində traktor dayanır; onun dostunun qardaşı bu traktorla gəlib. Norayr deyir, o, bombalama başlayanda tarlada işləyirmiş.
Norayr 90-cı illərin əvvəlində birinci müharibə zamanı kəndin “qradla bombalandığını” yaxşı xatırlayır.
Hardansa yaxında artilleriya atəşləri eşidilir. “Aha! Eşitdiniz? Bu da “Qraddır”. Lakin indi o qədər də qorxmuram”.
Şəklin alt yazısı, Teğ kəndindən görüntü
Şəklin alt yazısı, Bərbər Norayrın işi daha da çoxalıb
Bunu da oxuyun, (arxivdən)
Şəklin mənbəyi, Azərbaycan MN
Oktyabrın 3-də Dağlıq Qarabağ uğrunda şiddətli döyüşlərin ardınca Azərbaycan Madagizin azad olunmasını elan edib.
Azərbaycan Prezidenti İlham Əliyev öz Twitter hesabında Madagizin adının dəyişdirildiyini bildirib:
"Bundan sonra Suqovuşan adlandırılır,"- o yazıb.
Bəs görəsən, Tərtər rayonunun bu yaşayış məntəqəsinin hərbi əhəmiyyəti nədir?
Bərdənin mərkəzinə raket hücumu nəticəsində yaralanmış bir nəfər xəstəxanada ölüb
Şəklin mənbəyi, Getty Images
Bərdəyə endirilmiş sonuncu raket zərbəsi nəticəsində yaralanmış bir nəfər xəstəxanada vəfat edib.
Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Oktyabrın 28-də Bərdənin mərkəzi ərazilərindən birinə düşən mərmi nəticəsində yaralanmış 25 yaşlı Niftalı Paşayev "göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada" vəfat edib, Baş Prokurorluq bildirib.
Qurum açıqlayıb ki, sentyabrın 27-dən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43-ü ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.