You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Hikmət Hacıyev: "Qarabağ" futbol klubu 27 ildən sonra doğma şəhərinə qayıdıb"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Qarabağ" futbol klubunun üzvləri ilə birgə futbol oynayıb.

    Hikmət Hacıyev Twitter səhifəsində video yayıb və yazıb ki, Ağdamın İmarət Stadionuna "futbol ruhu" gətirildi.

    "Qarabağ" futbol klubu 27 illik həsrətindən sonra doğma şəhəri Ağdama qayıdıb," - Hikmət Hacıyev yazıb.

  2. Rusiya Müdafiə Nazirliyinin hərbi həkim qrupunun bir hissəsi Xankəndiyə gəlib

    Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin xüsusi təyinatlı tibbi dəstəsinin ilk bölmələri yerli əhaliyə yardım göstərmək üçün Xankəndiyə (Stepanakert) gəlib.

    Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, tibbi dəstə Rusiyanın Xabarovsk şəhərindən İl-76 yük təyyarəsi ilə səyahət edərək Yerevan hava limanında enib oradan da Xankəndiyə (Stepanakert) təqribən 300 kilometrlik yol qət edib.

    Yolboyu tibbi dəstənin maşın karvanını Rusiya sülhməramlıları müşayiət edib.

    Məlumata görə, Rusiyanın xüsusi təyinatlı tibbi dəstəsinə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlardan ibarət 60-dan çox tibb mütəxəssisi cəlb edilib.

    Qurum bildirib ki, keyfiyyətli tibbi yardım göstərmək üçün ixtisaslaşmış tibb mərkəzində bütün lazımi tibbi avadanlıqlar quraşdırılacaqdır.

  3. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərin bəzi kəndlərindən video yayıb

    Bazar günü Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videosunu yayıb.

    Təsvirlərdə hərbi maşın karvanının dağ yolları ilə irəliləməsi, tamamiylə və ya qismən dağıdılmış evlər, təbiət mənzərələri görünür.

    Müdafiə Nazirliyi təsvirlərin hansı kəndlərdən olduğunu açıqlamayıb.

  4. Rusiya Müdafiə Nazirliyi Xankəndidə məktəb açılışından video yayıb

    Rusiya Müdafiə Nazirliyi Xankəndidə (Stepanakert) olan 2 saylı orta məktəbin açılşından video yayıb.

    Nazirlik bəyan edib ki, Rusiya sülhməramlıları Xankəndidə (Stepanakert) 2 saylı orta məktəbdə təhsil prosesinin bərpasını təmin ediblər.

    Bu məktəb ikinci Qarabağ müahibəsi bitəndən sonra Xankəndidə fəaliyyətə başlayan ilk məktəbdir.

    Məktəb binasının girişinə “Rusiya təşəkkür edirik” yazılmış şüar asılıb.

    Bundan başqa məktəbə gələn şagirdlərin əllərində Rusiya və Ermənistan bayraqlarının rənglərində şarlar olub.

    Rusiyanın RİA Novosti agentliyinin xəbərinə görə, məktəbin açılışında Rusiya sülhməramlılarının nümayəndəsi iştirak edib və onlara televizor bağışlayıb.

  5. ANAMA: Füzulidə minaya düşmüş dörd mülki şəxsin meyitləri ərazidən götürülüb

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ötən gün Füzulinin Aşağı Seyidəhmədli kəndində minaya düşən dörd mülki şəxsin meyitlərini hadisə yerindən çıxarıb.

    Azərtacın məlumatına görə, həlak olan Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri minaya düşmüş avtomobildən çıxarılaraq "aidiyyəti üzrə təhvil verilib".

    Məlumatada bildirilib ki, "Toyota" markalı avtomobil iki ədəd tank əleyhinə minaya düşüb.

    Şənbə günü minaya düşmüş avtomobil mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə hərəkət edib.

    Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və ANAMA vətəndaşlara müraciət edərək onlardan müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edib

    Xəbərdarlıq ötən gün dörd nəfərin Füzulinin Aşağı Seyidəhmədli kəndində minaya düşərək həlak olmasından sonra verilib.

    Rəsmi qurumlar bildiriblər ki, həmin şəxslər "minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdiriblər və nəticədə tank əleyhinə minaya düşüblər."

  6. Ağdam: xarabalığa dönmüş şəhərdə bir gün

  7. Bunu da oxuyun, (Arxivdən)

    Evlərindən çıxara bildikləri əşyaları, yorğan döşəkləri at belinə yükləyən insanlar, qarın altında üstü açıq yük maşınlarına toplaşmış ailələr, qar üzərində ayaqyalın yeriyən insanlar, ərazidən çıxmaq üçün vertolyota tələsənlər - Bunlar birinci Qarabağ müharibəsində Dağlıq Qarabağdan kənarda yeləşən Kəlbəcər rayonunun işğalı zamanı çəkilmiş və arxivə düşən görüntülərdir.

    Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin qışında işğal olunub.

    Bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.

    Ermənistan noyabrın 25-i Kəlbəcər rayonunu Azərbaycana qaytarıb.

    Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, rayon noyabrın 15-də təhvil verilməli idi, lakin sonradan Ermənistana daha 10 gün vaxt verilmişdi.

    Bu gün - noyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağının qaldırıldığını elan edib.

  8. Kəlbəcər rayonunun Vəng kəndindən video, Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Vəng kəndindən video yayıb.

  9. Xankəndidə binaların bərpasına başlanıldığı bildirilir

    Dağlıq Qarabağda mənzillərin və infrastrukturun bərpası üzrə işlər aparılır, separatçıların "fövqəladə hadisələr xidmətinin" yaydığı məlumatda deyilir.

    Bərpa layihələrində Rusiyanın da iştirak etdiyi qeyd olunur.

    Cümə günü Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) bölgəyə yardım çərçivəsində tikinti materiallarının gətirildiyini bildirib.

    Onlar yerli şirkətlər və ehtiyac olduqda, fərdi evlərin sakinlərinə paylanılır, nazirliyin yaydığı xəbərdə deyilir.

    Məlumata əsasən, Rusiya mütəxəssisləriylə birgə dəyərləndirmə işləri də aparılır.

    26 noyabrda Xankəndinə rusiyalı xilasedicilərin əlavə qrupu gəlib.

  10. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək onlardan müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edib

    Xəbərdarlıq bu gün dörd nəfərin Füzulinin Qorqan və Aşağıseyidəhmədli kəndləri arasında minaya düşərək həlak olmasından sonra verilib.

    Qurumlar bildiriblər ki, həmin şəxslər "minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdiriblər və nəticədə tank əleyhinə minaya düşüblər."

  11. Füzulidə minaya düşən 4 nəfər ölüb

    Füzuli rayonunda mülkü avtomobilin minaya düşməsi nəticəsində dörd nəfər həlak olub. Baş Prokurorluğun məlumatına görə, hadisə işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində baş verib.

    Ölənlərdən üçü kişi, biri qadındır.

    Prokurorluq bildirir ki, onlar "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olmuşlar”.

    Faktla bağlı cinayət işi başlanılmış və istintaq aparılır, prokurorluğun rəsmi açıqlamasında deyilir.

    Hadisə bu gün saat 15:20-də baş verib.

  12. Paşinyan Beynəlxalq Qızıl Xaç Komitəsini "işi sürətləndirməyə" çağırıb

    Ermənistanın Baş naziri Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) Azərbaycandakı hərbi əsirlərin qaytarılması, itkin düşən və ölənlərin axtarışı üçün daha çox qüvvə ayırmağa çağırıb.

    Nikol Paşinyan bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin rəhbəri Claire Meytraud-la görüş vaxtı danışıb, rəsmi Armenpress agentliyi xəbər verir.

    Məlumata əsasən, Ermənistan lideri beynəlxalq təşkilat tərəfindən görülən işlərin həcmiylə bağlı narahatlıq ifadə edərək, əməliyyatları həyata keçirmək üçün insan resursları da daxil olmaqla, daha çox ehtiyatlardan istifadə etməyə səsləyib.

    Nikol Paşinyan BQXK-nin axtarış əməliyyatlarına töhfə verməyə hazır olduğunu söyləyib.

    Claire Meytraud axtarışa minalanmış ərazilər və pis hava şəraitinin təsir etdiyini deyib.

    Eyni məsələ Ermənistan Müdafiə naziri və Rusiya sülhməramlı kontingentinin rəhbərliyi arasında keçirilən görüşdə də müzakirə olunub, Armenpress agentliyi yazır.

  13. Yerevanda Charles Aznavour Meydanına toplaşan bir qrup erməni ziyalısı itkin düşmüş və əsir düşmüş şəxslərin valideynlərinə dəstək olaraq nümayiş keçiriblər.

    News.am yazır ki, onlar səlahiyyətli şəxslərdən itkin düşmüş şəxslərin, habelə hərbi xidmətə çağırılanların sağlamlıq, psixoloji və mövcud xidmət şərtlərinin lazımi qaydada idarə olunmasını tələb ediblər.

  14. 27 ildən sonra Ağdamda: “Getdim evimizə baxdım, binamız yerlə-yeksandır”

  15. "Tərtər rayonunun Şıxarx qəsəbəsi. 44 gün davam edən müharibə zamanı Ermənistan məcburi köçkünlər üçün inşa edilmiş bu yaşayış məntəqəsini ayrı-seçkilik qoymadan, intensiv şəkildə atəşə tutdu. Diplomatik korpuslar Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular".

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter hesabında yazıb.

    Şənbə günü səhər paylaşdığı digər bir statusunda Hikmət Hacıyev "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama apardıqlarını" açıqlamışdı.

  16. Fuat Oktay: "Türk əsgərləri ən qısa vaxt ərzində... Azərbaycandakı vəzifələrinin icrasına başlayacaqlar"

    "Bir müddət əvvəl qəbul olunan qətnamə ilə qəhrəman Türk əsgərləri ən qısa vaxt ərzində Azərbaycanlı qardaşlarımızın haqq və mənfəətlərinin qorunması üçün Azərbaycandakı vəzifələrinin icrasına başlayacaqlar," Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib, Türkiyə mediası Anadolu Agentliyinə istinadən xəbər verir.

    Xəbərdə Fuat Oktayın "ötən müddət ərzində Türkiyənin qardaş Azərbaycanın müzəffər olması üçün 83 milyon tək ürək olaraq əlindən gələn dəstəyi verdiyini dediyi" bildirilir.

    "Bundan sonra da qardaşlarımızla bir və bərabər şəkildə haqlı mübarizəmizi davam etdirəcəyik," cənab Oktay bildirib.

    Noyabrın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında atəşkəs üçün üçtərəfli razılaşma imzalayıblar.

    Razılaşmaya görə, Ermənistan silahlı qüvvələri ərazidən çıxır, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilir.

    Bundan başqa, anlaşmaya görə bölgədə sülhü və sabitliyi qorumaq üçün ortaq Rusiya-Türkiyə müşahidə mərkəzinin yaradılması da nəzərdə tutulub.

  17. "Armen Sarkisyan şənbə günü Moskvaya xüsusi səfərə gedib" - Ria Novosti yazır

    "Armen Sarkisyan şənbə günü Moskvaya xüsusi səfərə gedib", Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb, Ria Novosti yazır.

    Agentliyin xəbərində bildirilir ki, "diaspora nümayəndələri ilə müzakirələri davam etdirən Sarkisyan Rusiyada fəaliyyət göstərən erməni icması və icma strukturlarının üzvləri ilə görüşəcək".

    "Görüşlər zamanı Dağlıq Qarabağ ətrafındakı proseslər və Ermənistandakı mövcud vəziyyətin müzakirə ediləcəyi qeyd olunur", agentlik bildirib.

    Noyabrın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında atəşkəs üçün üçtərəfli razılaşma imzalayıblar.

    Razılaşmaya görə, Ermənistan silahlı qüvvələri ərazidən çıxır, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilir.

    Bundan başqa Ağdam, Kəlbəcər rayonları artıq Azərbaycana verilib, Laçın rayonunun isə dekabrın birinə kimi Azərbaycana verilməsi gözlənilir.

  18. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər paylaşıb.

  19. Hikmət Hacıyev: "Diplomatik korpusun nümayəndələrini və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və Ağdama aparırıq"

    "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama aparırıq".

    Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitterdə yazıb.

    “Biz Tərtərdə Ermənistan tərəfindən edilmiş ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə çevrilib və "şəhərə qarşı terror"un nümunəsidir. Sürgündə fəaliyyət göstərən Qarabağ Futbol Klubu da bizimlədir,” cənab Hacıyev vurğulayıb.

  20. Azərbaycan Müdafiə Nazirliyi: "İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb"