Prezident İlham Əliyev deyib ki,
Şuşanın azad edildiyi gün Azərbaycan tarixində "əbədi qalacaq".
Prezident 30 ilə yaxın
danışıqların "nəticə vermədiyini", Ermənistanın "status kvonu
möhkəmləndirmək və əbədi etmək" istədiyini söyləyib.
"Bu illər ərzində dəfələrlə
Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə
barışmağa sövq edir. Ancaq qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan
xalqının maraqlarına cavab verməyən heç bi razılaşmaya biz getmədik. Mən dəfələrlə
bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi
bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra
edirik," - Prezident deyib.
İlham Əliyev
deyib ki, Azərbaycan torpaqlarını “xalqının, əsgər və zabitlərin qanı
bahasına" işğalçılardan azad edir.
O, Şuşadakı bütün tarixi abidələrin
və məscidlərin bərpa olunacağını bildirib.
Prezident söyləyib ki, Azərbaycanın
iqtisadi gücü olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı.
İlham
Əliyev döyüşlərin hələ də davam etdiyini bildirib.
“Əgər
Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik.
Heç kim bizi dayandıra bilməz. Elə qüvvə yoxdur dünyada ki, bizi dayandıra
bilsin”.
İlham Əliyev müraciətində bu gün Heydər Əliyevin məzarını ziyarət etməsinə toxunub: "Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!"