Təcili xəbər, İlham Əliyev: 48 kənd və 1 qəsəbə və 8 yüksəklik işğaldan azad edilib
Prezident İlham Əliyev bu gün axşam Twitter-də işğaldan azad edilmiş yeni ərazilərin adlarını açıqlayıb.
- Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
- Xocalının Şuşakənd, Muxtar, Daşaltı kəndləri
- Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
- Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri
- Bartaz qəsəbəsi, Bartaz strateji yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi (1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik,
- Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
- Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
- Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri.