Bu gün Prezident Vladimir Putin bildirib ki, Rusiya tərəfindən son vaxtlar köhnədən qalan münaqişələrdən birinin həllində vasitəçi qismində bir sıra səylər göstərilib.
"Bizə dost olan Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının
ölümü ilə nəticələnən Dağlıq Qarabağda hərbi əməliyyatların
dayandırılması üçün enerjili səylər göstərdik."
O qeyd edib ki, rəsmi Moskva ATƏT-in Minsk qrupunda, o cümlədən, həmsədrlər
- Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa arasında əldə olunan əsas
razılaşmalara uyğun hərəkət edib.
"Və əldə edilən əsas məsələ - qan tökülməsinin
dayandırılması, Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan Baş
nazirinin üçtərəfli bəyanatında barışın bərqərar olunmasının təsbit edilməsidir.
Yuxarıda qeyd olunmuş bəyanata uyğun olaraq bölgəyə göndərilən
Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin
təhlükəsizliyini təmin edir, qayıdan qaçqınları və humanitar yükləri müşayiət
edir. Ümumilikdə vəziyyət sabitləşir", cənab Putin qeyd edib.
Cənab Putin həmçinin deyib ki, zərərçəkmişlərə yardım göstərilməsi,
infrastrukturun bərpa edilməsi və normal dinc həyat üçün şəraitin yaradılması
ilə məşğul olacaq Rusiya humanitar reaksiya mərkəzi də işə başlayır.