Sergey Lavrov Bakı və Yerevan səfərlərinin yekunları barədə
Yerevan və Bakıya səfər edən Rusiyanın xarici işlər naziri deyib ki, tərəflər Dağlıq Qarabağda atəşkəs razılaşmalarına alternativin olmadığını təsdiqləyib.
“[Səfərin] əsas nəticəsi budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsiz olduğu tamamilə təsdiqlənib”, - TASS agentliyində Sergey Lavrovun sözləri iqtibas olunur.
Rusiyalı diplomatın sözlərinə görə, sülh və birgə yaşamaq üçün mühitin yaradılmasına dair Rusiya ilə Azərbaycan üst-üstə düşən mövqelərdə durur.
TASS agentliyinin məlumatına əsasən, Rusiya xarici işlər nazirinin Bakıya səfəri vaxtı bloklanmış bölgənin iqtisadi əlaqalərinin bərpa olunması da müzakirə olunub.
Sergey Lavrovun sözlərinə görə, bu, Azərbaycan və erməni xalqları arasında sülhün bərqərar olmasına kömək edəcək.