Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. Avakov: Ukrayna münaqişə tərəflərinə hərbi yardım göstərmir

    Ukraynanın Daxili işlər naziri Arsen Avakov, Ukraynanın Ermənistana və Azərbaycana hərbi yardım göstərmədiyini deyib.

    O, həmçinin bunun əksini iddia edənlərə tvitlə cavab verib.

    “Ukrayna Azərbaycan-Ermənistan münaqişəsində tərəflərdən heç birinə hərbi yardım göstərməyəcək. Ancaq tibbi yardıma gəlincə - həddən artıq xəyal quran deputatlar üçün həbləri bütün ölkə ilə birlikdə axtarmaq lazımdır,” – Arsen Avakov öz Twitter-ində yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  2. Dağlıq Qarabağda olan BBC News müxbiri: "Təhlükəsiz yer yoxdur"

    Xankəndində olan BBC müxbiri bildirir ki, burada "bütün nəzərlər səmaya yönələrək bu hərbi əməliyyatların ilk həftəsində özünü xüsusilə göstərmiş Azərbaycanın hərbi dronlarının əlamətlərini axtarır."

    Onun sözlərinə görə, Dağlıq Qarabağda təhlükəsiz yer yoxdur.

    "Azərbaycan mövqelərindən Stepanakertə (Xankəndi) qədər təxminən 30 km məsafə var və son bir neçə gün ərzində burada dronlar bir neçə dəfə zərbə endirib. Dronlar burada artilleriya atəşi üçün hədəfləri də müəyyənləşdirir. Bu gün müəyyən fasilələrlə düşən raketlərin səsini eşitdik", o qeyd edir.

    Nahar vaxtı partlayışlar daha güclü idi. Raketlərdən biri şəhərin kənarındakı bir "hökumət binasının" qarşısına düşüb, Fisher qeyd edir.

    Xankəndi, qarabağ, döyüş

    Şəklin mənbəyi, BBC/ABDUJALIL ABDURASULOV

    Şəklin alt yazısı, Hərbçi Xankəndində "Fövqəladə Hallar Nazirliyi" binasının qarşısına düşən raket qırıntılarını göstərir

    Onun sözlərinə görə, çoxları Xankəndini tərk etməyə üstünlük verib. Bizə deyildiyi kimi, çox sayda kişi cəbhəyə gedib, onların ailələri isə əks istiqamətdə Ermənistanın paytaxtı Yerevana göndərilib,

  3. Təcili xəbər,

    BBC News-un Xankəndindəki (Stepanakert) müxbiri xəbər verir ki, bu axşam intensiv güclü atəşə görə, oteldəki hər kəs zirzəmiyə düşüb, Jonah Fisher bildirib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  4. Recep Tayyip Erdoğan: Türkiyə “bütün imkanları ilə Azərbaycanın yanındadır"

    Azərbaycan Türkiyə Ermənistan Recep Tayyip Erdoğan Dağlıq Qarabağ

    Şəklin mənbəyi, AFP

    Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Dağlıq Qarabağ uğrunda mübarizənin "torpaqlar işğaldan azad olunana kimi davam etdiriləcəyini" deyib.

    Cənab Erdoğan bu barədə Konya Şəhər Xəstəxanasının açılış mərasimində çıxışı zamanı danışıb.

    “İnşallah Qarabağ işğaldan qurtulana qədər bu mübarizə davam edəcək,” – Anadolu Agentliyində Türkiyə Prezidentinin sözləri iqtibas olunur.

    Azərbaycanın hərbi uğurlarını qeyd edən Recep Tayyip Erdoğanın sözlərinə görə, Türkiyə “bütün imkanları” ilə Azərbaycanın yanındadır".

  5. Thomas de Waal: "Rusiya Qarabağdakı müharibəni dayandırmaq iqtidarında deyil"

    Carnegie Mərkəzinin baş elmi işçisi Rusiyanın bu münaqişədəki rolu ilə bağlı baxışları ilə bölüşüb.

    Thomas de Waal iki versiyanın mövcud olduğunu hesab edir: "ya Rusiya hərbi əməliyyatları dayandırmağa qadir deyil, ya da bunu etmək istəmir".

    O, əmindir ki, Moskva atəşkəsi təmin edəcək real mexanizmlərə malik deyil.

    Bunu deyən Thomas de Waal britaniyalı ekspert Laurence Broers-in rəyinə istinad edir.

    Laurence Broers Rusiyanın hərbi əməliyyatların davam etdirilməsinə qəsdən yol verməsi barədə ehtimalları rədd edir.

    Onun fikrincə, Kreml tərəfləri zorakılıqdan çəkindirmək üçün strategiya və təsir mexanizmlərindən məhrumdur.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  6. Azərbaycanın Britaniyadakı səfiri Guardian-ın məqaləsinə etiraz edib

    Azərbaycanın Britaniyadakı səfiri Guardian-ın məqaləsinə etiraz edib.

    "Dağlıq Qarabağ "mübahisəli" bir bölgə deyil. Bu, beynəlxalq qanunları kobud şəkildə pozaraq Azərbaycanın bitişik yeddi bölgəsi ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş və etnik baxımdan təmizlənmiş Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir".

    Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Guardian-ın mövzu ilə bağlı yazdığı yazıya etiraz məktubunda bildirib.

    Tahir Tağızadə yeni hərbi əməliyyatlara məhz Ermənistanın başladığını bildirib.

  7. Xankəndində "yaralılar var"

    Xankəndində (Stepanakert) "Qarabağ xilasedici xidməti"ndə 10 nəfər yaralanıb, Ermənistan Vahid İnformasiya Mərkəzi xəbər verir.

    Onların həyatına təhlükə olmadığı deyilir.

    Bundan qabaq Rusiyanın RBK kanalının hadisə yerində olan müxbiri Xankəndinin atəşə tutulduğunu yazıb.

    Bu məsələ ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyindən şərh almaq mümkün olmayıb.

    Rəsmi Azərbaycan sakinlərə və mülki obyektlərə hədəf almadığını bəyan edib.

  8. Avropa İttifaqı münaqişədən zərər çəkən dinc əhaliyə 500 min avro ayırıb, Təşkilat bunun “zərər çəkən dinc əhaliyə ilkin təcili yardım olduğunu” bildirib.

    “Dağlıq Qarabağ münaqişə zonasında... təmas xəttinin hər iki tərəfində münaqişədən əziyyət çəkən dinc əhaliyə təcili humanitar yardım ayıracaq”, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi BBC News Azərbaycancaya bildirib.

    “Ayrılan maliyyə vəsaitləri ilə tibbi yardım göstəriləcək, tibb avadanlığı, ərzaq paketləri təmin ediləcək və bir neçə min insana digər şəkildə təcili yardım göstəriləcək”, qurumun açıqlamasında deyilir.

    Qurumun ilkin təcili yardım üçün ayırdığı “vəsaitin məbləği 500 min avrodur”.

    Qurumun Böhran İdarəçiliyi məsələləri üzrə Komissar Janez Lenarcic “Beynəlxalq humanitar hüquqlara hörmət göstərilməli, dinc əhali və infrastruktuun qorunmalı olduğunu” bildirib.

    O, “Avropa İttifaqının şiddətdən zərər çəkən bütün insanlarla həmrəy olduğunu” və İttifaqın “insanlar əziyyət çəkməyə davam edərsə, əlavə humanitar yardım göstərməyə hazır olduğunu” vurğulayıb.

    "Aİ-nin ayırdığı bütün humanitar maliyyə yardımı… beynəlxalq təşkilatlar, BMT agentlikləri və QHT-lər vasitəsilə çatdırılır”, Aİ bildirib.

  9. Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, "Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raket “Toçka-U” taktiki raket kompleksindən buraxılıb".

    Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

  10. Ermənistan Baş nazirinin müavini Moskvaya yollanır

    Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşmək üçün Moskvaya yola düşüb.

    Qriqoryan və Overçuk Ermənistan-Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləridir.

    Bu, Qarabağda yeni eskalasiya başlanandan bəri Ermənistan və ya Azərbaycan yüksək vəzifəli məmurunun Rusiyaya ilk səfəridir.

  11. Ermənistan Dağlıq Qarabağa girişi məhdudlaşdırıb

    Təhlükəsizlik və arasıkəsilməz nəqliyyat əlaqəsi təmin etmək məqsədilə, Ermənistandan tanınmamış "DQR" ərazisinə nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb, Ermənistan Hökuməti mətbuat xidmətinin məlumatında deyilir.

    Məhdudiyyət Qarabağa ordunun və "Qarabağ hökuməti"nin ehtiyacları üçün yüklərə aid deyil. Müstəsna hallarda, Ermənistan Hökumətinin xüsusi icazəsi ilə mümkündür.

    Qərar oktyabrın 2-si, saat 13:00-dan qüvvəyə minir. Hökumət saytında icazə almaq üçün elektron ünvanlar göstərilir.

  12. "Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

  13. Elektron Təhlükəsizlik Xidməti: "Azərbaycanlıların elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alınıb"

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirib ki, Ermənistan tərəfindən Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alınıb.

    Məlumatda deyilir ki, azərbaycanlı elektron poçt istifadəçilərinə "guya Azərbaycan hakerləri tərəfindən düşmənə aid sənədlərin ələ keçirildiyini bildirən" elektron məktublar yollanılır və əlavə olaraq giriş üçün təhlükəli keçid qeyd olunur.

    Qurum bildirib ki, bu yolla istifadəçilərin "fərdi məlumatları toplanılır".

    Xidmət vətəndaşları "diqqətli olmağa" çağırıb.

  14. Dağlıq Qarabağ münaqişəsi Avropa Parlamentində müzakirə olunacaq

    Marina Kaljurand Avropa Parlamenti Qarabağ

    Şəklin mənbəyi, Marina Kaljurand/Twitter

    Dağlıq Qarabağ münaqişəsi gələn həftə Avropa Parlamentində müzakirə olunacaq.

    Bu barədə Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kaljurand öz Twitter hesabından yazıb.

    “Müharibə Dağlıq Qarabağ münaqişəsi üçün həll yolu deyil", - Marina Kaljurand deyib.

    Avropa Parlamentinin deputatı Azərbaycan və Ermənistandan olan jurnalistlərlə görüşdüyünü bildirib.

  15. Azərbaycan və Fransa XİN-in başçıları "bölgədə yaşanan gərginlikdən" danışıb

    Azərbaycan XİN Fransa XİN

    Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

    Fransanın Xarici İşlər Naziri Jan İv Lö Drian bu gün nazir Ceyhun Bayramovla telefon söhbətində “bölgədə yaşanan gərginlikdən” narahatlığını ifadə edib.

    O, “gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini” vurğulayıb.

    “Bu xüsusda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib”, qurum bildirir.

    Ceyhun Bayramov Azərbaycan Silahlı Qüvvələrinin “öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələrin”in Ermənistan tərəfinin bazar günü “əl atdığı yeni hərbi təcavüzə cavab olduğunu” bildirib.

    Azərbaycan XİN rəhbəri Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli şəkildə hədəfə alınmasına və mülki insanlar arasında itkilərin olması faktına diqqəti cəlb edib, məlumatda deyilir.

    Cənab Bayramov bunun Ermənistan tərəfindən “növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu” vurğulayıb.

    O, bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək, yaranmış vəziyyətin “tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü”bildirib.

  16. Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu "Azərbaycanın atəşkəs elan etməsi üçün Ermənistanın işğal olunmuş ərazilərdən çəkilməli olduğunu" deyib, Anadolu Agentliyi bildirir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  17. Yerevan danışıqlara "hazır olduğunu" bildirib

    Rəsmi Yerevan Dağlıq Qarabağda atəşkəsin bərpa olunmasına dair ATƏT-in Minsk Qrupu ölkələrinin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu bəyan edib.

    Bu barədə cümə günü Ermənistan XİN-i, Minsk Qrupu həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa - dövlət başçılarının birgə bəyanatından sonra açıqlama verib.

    Ermənistan xarici siyasət idarəsi Minsk Qrupu həmsədrlərin Dağlıq Qarabağ münaqişə bölgəsində güc tətbiq edilməsini “pisləyən bəyanatını alqışlayır”, məlumatda deyilir.

    Ermənistan XİN bildirib ki, Ermənistan döyüşləri "dəf etməyə davam edəcək", lakin "eyni zamanda Minsk Qrupu həmsədr ölkələri ilə 1994-1995-ci ii razılaşmalar əsasında atəşin dayandırılması istiqamətində işləməyə” hazırdırlar.

    Bu arada, Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev cümə günü jurnalistlərə bildirib ki, Ermənistan münaqişəni həll etmək üçün danışıqlara başlamaq üçün Qarabağdan qoşunlarını çıxarmalıdır.

    "Əgər Ermənistan bu gərginliyə son qoymaq istəyirsə, Qarabağın işğalına son qoymalıdır, bundan sonra danışıqlar mümkündür. Top Ermənistanın tərəfindədir", - cənab Hacıyev deyib.

    Azərbaycan sentyabrın 27-də başlayan döyüşlərdə Ermənistanın birinci hücum etdiyini deyib.

  18. Hikmət Hacıyev: "Azərbaycan Qarabağa qanunsuz səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil"

    Hikmət Hacıyev

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə xarici jurnalistləri cəlb edərək "onları hədəfə çevirir".

    O qeyd edib ki, həmin ərazilərə Azərbaycanın icazəsi olmadan edilən səfərlər "qanunsuzdur".

    "Xarici jurnalistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırırıq. Azərbaycan həmin jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil", - Hikmət Hacıyev bildirib.

  19. "Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox vətəndaş bizə müraciət edir"

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev

    Şəklin mənbəyi, Azertag

    "Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildiriblər", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.

  20. Türkiyənin Milli Müdafiə Nazirliyi Twitter-də Azərbaycan-Türkiyə birgə təlimləri və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəzi görüntülərdən ibarət video-klip paylaşıb.

    Görüntülər sözləri Serhat Kabaklı, musiqisi Esat Kabaklıya aid olan "Bil Oğlum" mahnısı ilə müşayiət olunur.

    Azərbaycanla Türkiyənin birgə genişmiqyaslı hərbi təlimi bu ilin yayında baş tutub.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X