Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Şəklin mənbəyi, Brifinq
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir.
O bildirib ki, Azərbaycan humanitar atəşkəs rejiminə riayət etsə də, qarşı tərəf bunu etmir.
Erməni tərəfi hazırki döyüşlər barədə hələ ki açıqlama verməyib.
Baş Prokurorluq: "91 dinc sakin ölüb, 404 nəfər yaralanıb"
Azərbaycanın Baş Prokurorluğu bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 91 nəfər dinc sakini öldürülüb, 404 dinc sakin yaralanıb.
2465 yaşayış evi, 97 çoxmənzilli yaşayış binası, 455 mülki obyekt yararsız vəziyyətə düşüb, qurum bildirib.
Hikmət Hacıyev: "Cenevrə görüşündən sonra Azərbaycan rayonları atəşə tutulub"
Şəklin mənbəyi, Azərtac
Prezidentin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
deyib ki, Tərtər, Ağdam,
Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə
tutulub.
O
qeyd edib ki, bu, Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi
ilə keçirilmiş görüşdən sonra baş verib.
“Bu
gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə
və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən
300-dən artıq mərmi atılmışdır,”- cənab Hacıyev deyib.
Hikmət
Hacıyev bildirib ki, Cenevrə görüşlərinin keçildiyi gün Tərtər, Ağdam,
Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200-dən artıq mərmi atılıb.
“Təəssüflə qeyd etməliyik ki, Tərtər şəhəri II
Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən
biridir. 27 sentybardan bu günə qədər Tərtər rayonuna 15.000-dən artıq mərmi və
raketlər atılmışdır,”- o bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, muzdlular
barədə propaqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni
dezinformasiyalar uydurur.
Onun
sözlərinə görə, Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini
Azərbaycanın üzərinə atmağa çalışır.
“8 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən
Füzuli rayonunun Arayapılı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən
edilmiş və ANAMA tərəfindən zərərsizləşdirilmişdir. ANAMA tərəfindən bu fakt sənədləşdirilmişdir,”
– o deyib.
Hikmət Hacıyevin sözlərinə görə, 2016-cı ilin aprel
döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayonunun Əskipara kəndinə ağ
fosfor mərmisi atıb. Və hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin
sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilib.
“Hal-hazırda meşə yanğını formasında ekoloji terror
törətmək və Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə etmək üçün Ermənistan
silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi
barədə məlumatlar vardır,”- cənab Hacıyev deyib.
Azərbaycan XİN: "Yaşayış sahələri hədəfə alınır"
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan rayonlarında yaşayış sahələrini hədəf alır.
Qurum bu barədə Twitter-də yazıb.
"TƏCİLİ! Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarında yaşayış sahələrini hədəf alır. Və bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmət etməklə bağlı müraciətindən sonradır!"- qurum bildirib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsindən zərərçəkənlərə bir milyon funt sterlinq yardım paketi ayırıb
Şəklin mənbəyi, Getty Images
Böyük
Britaniya Dağlıq Qarabağ münaqişəsindən zərərçəkənləri qida və dərmanla təmin
edəcək.
Böyük Britaniyanın bir milyon funt sterlinq yardım paketi
çərçivəsində münaqişədən zərərçəkənlərə sarğı dəstləri və bint daxil olmaqla, ən
çox ehtiyac duyulan tibbi ləvazimatlar veriləcək.
Böyük Britaniya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
müraciətinə cavab olaraq edib və bildirib ki, bu yeni məbləğdir və BQXK-ya ayrılmış əsas
maliyyə dəstəyinə əlavədir.
“Döyüşlərdə xəsarət alanlar, o cümlədən atəşə tutulan uşaqlar
BQXK-nin dəstəyi ilə tibb müəssisələrində və ya təcili yardım
xilasedicilərində həyatlarını xilas edəcək müalicə alacaqlar,”- Britaniyanın Xarici, Birlik və İnkişaf Ofisinin məlumatda
deyilir.
Məlumata görə, yardım döyüş zonalarına yaxın yerləşən həssas sakinlərə
yorğan, qida bağlamaları və zəruri gigiyena məhsulları ilə təmin ediləcək.
Bundan başqa yardım paketi çərçivəsində su anbarları və tualetlər
tikilərək və ya şəraitləri yaxşılaşdırılaraq
insanların sıx yerləşdirildiyi sığınacaqların keyfiyyətini artırmağa kömək
edəcək, regionun sərt qış fəsli yaxınlaşdıqca
sığınacaqların isti olması üçün lazımi şəkildə təchiz olunma təmin ediləcəkdir,"- məlumatda deyilir.
Britaniydanın Xarici İşlər naziri Dominic Raab tərəfləri ATƏT-in Minsk qrupu ilə əlaqə qurmağa və region xalqlarının ən çox ehtiyac duyduğu sülh, danışıqlar və siyasi həll yollarını axtarmağa çağırmağa davam etdiklərini deyib.
BQXK-nin Avrasiya üzrə Regional Direktoru Martin Schuepp Böyük Britaniyaya regiondakı işə verdiyi töhfəyə görə "çox minnətdar" olduğunu deyib.
Britaniyanın Xarici, Birlik və İnkişaf Ofisi bildrib ki, Böyük Britaniya Kanada ilə birlikdə dəfələrlə hər iki tərəfi ATƏT-in Minsk qrupunun vasitəsilə münaqişənin sülh yolu ilə, siyasi yolla həllinə çalışmağa çağırıb və Minsk Qrupunun fəaliyyətinə tam dəstəyini bildirib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Tanınmamış "DQR": "Şuşa yenidən atəşə tutulur"
Tanınmamış “DQR-in xilasetmə xidməti” Şuşanın yenidən atəşə
tutulması barədə məlumat verir.
Məlumatda deyilir ki, səhər saatlarında "Azərbaycan hərbçiləri Xankəndini, günorta
saatlarında – Xocavənd və Ağdərə şəhərlərini, indi isə Şuşanı atəşə tutublar."
Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında Şuşanın və digər ərazilərin atəşə tutulması məlumatını təkzib etmişdi.
Azərbaycan MN: "Yaşayış məntəqələri atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur.
"Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulur,"- qurumun məlumatında deyilir.
Rusiya Qarabağda münaqişəyə müdaxilə etməz – hərbi ekspertin fikri
Şəklin mənbəyi, BBC (Arxiv)
Rusiya
Qarabağda hərbi vasitələrlə müdaxilə etmək istəməz, çünki onun üçün Azərbaycan
və Türkiyə ilə münasibətlər vacibdir, rusiyalı hərbi ekspert hesab edir.
“Mən
Rusiyanın iştirakını istisna edirəm. Azərbaycan, Rusiyanın onunla və Türkiyə ilə müharibəyə başlaması üçün çox önəmlidir” - İnterfaks agentliyinə ehtiyatda
olan general-mayor, Rusiya Müdafiə Nazirliyi Beynəlxalq-Müqvilə İdarəsinin sabiq
rəisi Yevgeni Bujinski deyib.
Ermənistan Baş naziri bir gün əvvəl Rusiya prezidentinə yardım üçün təcili məsləhətləşmələr başlamaq xahişi ilə rəsmən müraciət edib. Rusiya XİN-i bu gün cavab verib
ki, Rusiya, Ermənistan ərazisinə hücum və ya hücum təhlükəsi olan təqdirdə,
yardım göstərər.
Rusiya
hələ ki həm Ermənistan, həm Azərbaycanla xoş münasibətləri qorumaq istəyir və
bitərəfliyi gözləməyə çalışır.
Prezident İlham Əliyev bu gün bildirib ki, bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır.
İlham Əliyev: “Müharibəni Ermənistan dayandırmalıdır”
Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan kasetli raketlərdən istifadə etmir.
Ölkə başçısı bildirib ki, “Amnesty International” və “Human
Rights Watch” təşkilatları Azərbaycana gəlmək üçün müraciət etməyiblər və məsələləri
Ermənistan tərəfindən işıqlandırırlar.
O, həmçinin qeyd edib ki, bu qurumlar hökumətin dəvətindən
sonra ölkəyə gəliblər.
İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya
kanalına müsahibə verib.
“… qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin
hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı
peykdən görünür. Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda
mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq,”- İlham Əliyev
jurnalistin təşkilatların Azərbaycana gəlmək üçün müraciət etdiklərini deməklərilə
bağlı sualına cavabında deyib.
Jurnalist cənab Əliyevə Azərbaycanın BMT-nin kasetli
silahları haqqında konvensiyasını imzalamadığını sual edib.
İlham Əliyev Ermənistanın da bu konvensiyanı imzaqlamadığını
bildirib.
“Bizim hansısa konvensiyanı imzalamağımız və ya
imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz
anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var… biz əraziləri
bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca
işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik,”-
prezident deyib.
İlham Əliyev deyib ki, müharibənin nə qədər davam edəcəyi Ermənistandan
asılıdır.
“Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə
atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni
danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin
Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur,”- o deyib.
Jurnalist yeddi rayonun hamısını azad etmək və sonra
danışıqlar apararaq Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa
gəlmək məqsəd deyilmi deyə sual verib.
İlham Əliyev deyib ki, bunu Azərbaycan da təklif edib, amma
qarşı tərəf bunu rədd edib.
“Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu
rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, -
müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, -
oraya qayıtmalıdır və plan belə icra olunmalıdır,”-prezident deyib.
İlham Əliyev deyib ki Azərbaycanın heç bir təsiri olmadan
muxtar rayon müzakirələrin bir hissəsi olub, lakin bununla bağlı yekun razılığa
gəlinməyib.
“Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə
almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə
almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin,
artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən,
Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamağa
hazırıq,” – cənab Əliyev deyib.
İlham Əliyev Qarabağın niyə Azərbaycan üçün önəmli
olmasından danışıb.
“Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir.
Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir,
bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir,”- o deyib.
İlham Əliyev etnik təmizləmə iddialarını təkzib edib.
“Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı
və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir
hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə
məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və
bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə
yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik,”- o deyib.
Jurnalist Dağlıq
Qarabağda kilsəyə zərbə endirilməsinin necə baş verdiyini soruşub.
Prezident Əliyev deyib ki, bu, ehtimal ki, “Azərbaycan
artilleriyasının səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər
bizi günahlandırmaq üçün bunu özləri ediblər”.
Daha sonra jurnalist Azərbaycan prezidentinə deyib ki, iddia
edilir ki, o bu müharibəyə həm də xalqı ətrafında birləşdirmək, demokratiya və
insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlayıb.
İlham Əliyev bunu “tamamilə yanlış qiymətləndirmə”
adlandırıb.
Oktyabrın 1-də sülh çağırışına görə bir azərbaycanlının həbsilə
bağlı suala isə prezident bu barədə məlumatının olmadığını deyib.
O, Azərbaycanda
müxalifət üzvlərinin siyasi səbəblərdən dolayı həbs edilmədiyini deyib.
İlham Əliyev münaqişəyə hər hansı üçüncü ölkənin cəlb
olunmasını istəmədiyini deyib.
“Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs
ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10
birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz
olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə
heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz,” – o deyib.
Prezident Türkiyəyə məxsus F-16-larla bağlı bir daha danışıb
və onların Azərbaycana təlimlə bağlı gəldiyini deyib.
Bu müharibəni hansı beynəlxalq güc dayandıra bilər sualına
isə İlham Əliyevin cavabı “müharibəni Ermənistan dayandırmalıdır” olub.
“Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi
qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün.
Biz istənilən halda onları azad edəcəyik,”- o deyib.
Azərbaycan prezidenti
deyib ki, düşünmür ki, Rusiya, Fransa və ABŞ münaqişədə həqiqətən də maraqlı
deyillər.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, "Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir."
"Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır."
O həmçinin deyib ki, "Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil."
Bundan əvvəl Azərbaycan və Ermənistan bir-birini Qarabağa fosfor tərkibli silahlar gətirməkdə ittiham ediblər.
Rusiyanın Ermənistan Baş nazirinə cavabı:
Şəklin mənbəyi, Getty Images
Rusiya Ermənistan ərazisinə bilavasitə təhlükə
yaranarsa, ona ehtiyac olan yardımı göstərməyə hazır olduğunu təsdiqləyib. Bu
barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında şənbə günü yayımlanan açıqlamada
deyilir.
“Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyanın Rusiya Federasiyasının Prezidenti V.V.Putinə, Rusiya Federasiyasının Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növü və miqdarını müəyyənləşdirmək məqsədiylə məsləhətləşmələrə başlamaq xahişi ilə müraciətinə dair, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 Avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsindən irəli gələnlər də daxil olmaqla, Rusiya Federasiyasının Ermənistan Respublikası qarşısında müttəfiqlik öhdəliklərinə sadiq qaldığını təsdiqləyirik.
Bu Müqavilənin bir sıra maddələri silahlı hücum təhlükəsi və ya bir-birinin ərazisinə qarşı təcavüz aktı halında konkret hərəkətləri nəzərdə tutur.
Hərbi toqquşmalar birbaşa Ermənistan ərazisinə keçirilsə, Rusiya, müqaviləyə uyğun olaraq, Yerevana lazım olan bütün yardımı göstərəcəkdir,” - Rusiya Xarici İşlər Nazirliyinin 31 oktyabrda yaydığı rəsmi açıqlamasında deyilir.
Bu bəyanatdan əvvəl Rusiya prezidentinə müraciət edən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistana
yardıma dair konsultasiya başlamağı xahiş edib.
Rusiya XİN-in bəyanatında həmçinin atəşkəsə, gərginliyin azaldılmasına və “substantiv danışıqlara” qayıtmaq çağırışı əks olunub.
Azərbaycan MN "fosfor silahlarının istifadə" iddialarını rədd edib
Şəklin mənbəyi, Azərbaycan MN
Azərbaycan Müdafiə Nazirliyi Qarabağ döyüşlərində fosfor silahlarının istifadəsi iddialarını rədd edib.
Bundan əvvəl Ermənistan Ombudsmanı Arman Tatoyan Azərbaycanı Qarabağda fosfor tərkibli silahlardan istifadə etməkdə günahlandırıb və deyib ki, bu silahlar yaşayış məntəqələri yaxınlığındakı meşələrdə istifadə olunur."
Azərbaycan MN bildirib ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinin xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
"Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır,"- qurumun məlumatında deyilir.
Nazirlik bildirib ki, oktyabrın 30-da Ermənistan tərəfinin Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yaydığı məlumat həqiqətə uğrun deyil.
"Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur,"-qurumun məlumatında deyilir.
Tanınmamış "DQR Müdafiə Ordusu” bildirib ki, 31 oktyabra keçən gecə Qarabağ münaqişə bölgəsində üç - şimal-şərq,
cənub və cənub-qərb – istiqamətlərində “müdafiə döyüşləri aparıb“.
Səhər "cəbhənin bütün istiqamətlərində operativ-taktiki vəziyyətin dəyişmədiyi" qeyd
olunur.
Azərbaycan MN: "Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri yalanıdır”
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri qarşı tərəfin "növbəti yalanıdır.”
Tanınmamış “DQR müdafiə ordusunun” məlumatına görə, şənbə günü səhər Şuşa şəhəri atəşə məruz qalıb və mülki əhali arasında yaralananlar var.
"Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər qarşı tərəfin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır," -Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Azərbaycan MN bildirir ki, Azərbaycan Ordusunun bölmələri yalnız "qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirir".
Bundan başqa Azərbaycan MN bildirib ki, Ermənistan Müdafiə Nazirliyinə istinadən yayılmış Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə məlumat həqiqətə uyğun deyil.
"Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb,"- nazirlik qeyd edib.
Şəklin mənbəyi, Azərbaycan MN
Nikol Paşinyan Vladimir Putinə müraciət edib
Şəklin mənbəyi, Getty Images
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinə müraciət
edib və Ermənistana yardıma dair konsultasiya başlamağı xahiş edib.
Məktubda Paşinyan Dağlıq Qarabağda “Azərbaycan-Türkiyə təcavüzü ilə
bağlı” yaranmış vəziyyəti təsvir edib, baş nazirin mətbuat xidməti xəbər verir.
Paşinyan “Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və
qarşılıqlı yardım haqqında” 1997-ci il müqaviləsinə əsasən, Ermənistana yardım
göstərmək üçün təcili konsultasiyalar başlamağı xahiş edib.
Məktubda Paşinyan "Dağlıq Qarabağda yaranmış vəziyyət haqqında ətraflı
məlumat verir, Yaxın Şərqdən xarici silahlı terroristlərin Dağlıq Qarabağa
qarşı döyüşlərdə iştirak etdiyini" bildirir.
Artıq döyüş əməliyyatların Ermənistan sərhədinə yaxınlaşması və Ermənistan
Respublikası ərazisinə qəsd faktlarını nəzərə alaraq, Ermənistan baş naziri
Rusiya Federasiyası prezidentindən xahiş edir ki, sözügedən 29 avqust 1997-ci
il Müqavilənin 2-ci maddəsinə əsasən, Ermənistanın təhlükəsizliyini təmin etmək
üçün Rusiya Federasiyasının Ermənistan Respublikasına göstərilə biləcək
yardımın növü və həcmini müəyyən etmək məqsədilə təcili konsultasiyalara
başlamağı xahiş edir.
Azərbaycan rəsmiləri Türkiyə Ordusunun münaqişədə iştirak etmədiyini və əcnəbi döyüşçülərin Azərbaycan tərəfində deyil, əksinə Ermənistan tərəfində döyüşdüyünü bildirir.
Azərbaycan MN: “Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır”
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır.
Tanınmamış “DQR Fövqəladə Hallar Xidməti” bu səhər Xankəndi şəhərinin raket atəşinə tutulduğunu bildirib.
Məlumata görə, bu dəfə atəş hədəfi şəhər bazarı seçilib. Bazarda tikililərə böyük zərər vurulduğu, yaxınlıqda bir yaşayış binasının dağıldığı xəbər verilir.
İlkin məlumatlara görə, əhali arasında zərər çəkən yoxdur.
"Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib," - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Nazirlik bildirib ki, Azərbaycan Ordusunun bölmələri "yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir".
Təcili xəbər, Azərbaycan MN: "Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
"Dağıntı və xəsarət alanlar yoxdur,"- qurumun məlumatında deyilir.
Azərbaycan MN: “Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur”
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan
Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və
sursat yoxdur.
“Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli
sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası
yoxdur,” – qurum bildirib.
Nazirlik bildirib ki, “bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan
dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini
güdür”.
Azərbaycan MN: "Döyüş əməliyyatları cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib"
Şəklin mənbəyi, Azərbaycan MN
Azərbaycan Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb.
Məlumata görə, oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Nazirlik bildirir ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
"Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var," -deyə qurum bildirib.
Azərbaycan MN qeyd edib ki, oktyabrın 30-u gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində qarşı tərəfin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
"Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir," -qurum bildirib.
Azərbaycan MN: "Tərtər, Ağdam və Ağcabədi atəşə tutulub"
Şəklin mənbəyi, Azərbaycan MN
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub
"Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub," - qurumun məlumatında deyilir.