Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Peskov: "Qarabağ üzrə monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər"
Şəklin mənbəyi, Getty Images
Kreml Dağlıq Qarabağdakı müharibənin dayandırılmasına dair razılaşmada türkiyəli sülhməramlılarından bəhs olunmadığını bildirib, Rusiya mediasında
Prezident Vladimir Putinin mətbuat katibinə istinadən yayılan xəbərlərdə
deyilir.
Dmitri Peskova əsasən, Ermənistanın Baş naziri Nikol
Paşinyan, Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən
razılaşdırılmış bəyanatın mətnində Türkiyə sülhməramlıları qeyd olunmur.
"Mən bu barədə belə şərh verə
bilərəm: yayımlanan bəyanatın mətnində bu barədə bir kəlmə də yoxdur,” - Dmitri Peskov
deyib.
Rusiya prezidentinin mətbuat katibi deyib
ki, Qarabağ üzrə monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, lakin bu, fərqli
razılaşmaların mövzusudur.
Bakıda Qarabağ müharibəsinin dayanması qeyd olunur
Şəklin mənbəyi, Resul Rehimov/Anadolu Agency via Getty Images
11 təyyarə Qarabağa uçmağı gözləyir
Rusiya, sülhməramlıları ilə birlikdə ən azı 22 İl-76 hərbi nəqliyyat təyyarəsini Qarabağa göndərir. Hazırda rəsmi şəxslərin məlumatlarına görə, 11 təyyarə artıq yoldadır, daha 11 təyyarə uçuş gözləyir - onlar artıq yüklənib.
Rusiya müdafiə siyasətinin araşdırıcısı Rob Lee Tvitter hesabında hərəkətdə olan ağır texnikanın videosunu paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Bütün ermənilərin katolikosu xalqa və vətənə “tam cavab verməyi” tələb edir
Bütün ermənilərin katolikosu II Qaregin, baş nazir Nikol Paşinyanın Rusiya və Azərbaycan prezidentləri ilə Dağlıq Qarabağ üzrə birgə bəyanatına nə üçün razılıq verdiyinə dair ətraflı izahat verməyə çağırıb.
“Əziz mömin övladlar, Qarabağ münaqişəsi ilə bağlı son saatların hadisələri, qəbul olunmuş qərarlar hər birimizin ürəyini həyəcana gətirib... Sakitliyə riayət etməyə, yersiz emosiyalara varmamağa, zorakılıq və iğtişaşlardan çəkinməyə çağırırıq.
Biz həmçinin Ermənistan və Artsax (tanınmamış "DQR") hakimiyyətlərini qəbul olunmuş qərarlarla və onların ölkənin gələcəyinə təsiri ilə bağlı dərhal vətəndə, Artsaxda və diasporda yaşayan xalqımıza əsaslandırma və tam izahat təqdim etməyə çağırırıq”, - bütün ermənilərin katolikosunun müraciətində deyilir.
"Su-24, Mi-24. Dözürük ..."
Moskvada Rusiyanın Xarici İşlər Nazirliyinin binası qarşısında belə bir banner peyda olub.
"Su-24, Mi-24. Dözürük ..."
Bu, ötən axşam Azərbaycanın Rusiyaya məxsus Mi-24 helikopterini vurması ilə bağlı xəbərlərə reaksiyadır. Azərbaycan hadisədən dərhal sonra üzrxahlıq edib və təzminat ödəməyi təklif edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Əliyev və Erdoğan Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılmasını müzakirə ediblər
Şəklin mənbəyi, Azertag
Azərbaycan və Türkiyə liderləri Qarabağda atəşkəsə nəzarət üzrə
Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılmasını müzakirə ediblər.
İlham Əliyev və Recep Tayyip Erdoğan bu məsələyə 10 noyabrda
baş tutan telefon söhbətində toxunublar.
“Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə
Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin
regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə
olunub,” - telefon söhbəti barədə Prezidentin Mətbuat Xidmətinin yaydığı xəbərdə
deyilir.
Məlumata əsasən, İlham Əliyev Recep Tayyip Erdoğana və Türkiyə xalqına
“siyasi və mənəvi dəstəyə” görə minnətdarlığını bildirib.
Şahin Cəfərli: “Anlaşmadakı ən böyük məsələ Azərbaycan ərazilərinə Rusiya ordusunun yenidən daxil olmasıdır”, Təhlilçi deyir ki, bununla Rusiyanın öz maraqlarını təmin edə bilib.
“Hazırda
ortada bir sülh müqaviləsi olmadığından birmənalı fikir söyləmək çətindir,"- təhlilçi
Şahin Cəfərli belə deyir.
O
deyir ki, sadəcə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanatın
müddəalarında bir çox detal qeyd olunmayıb, suallar hələ açıq qalır.
“Dağlıq
Qarabağda Azərbaycanın nəzarətindən kənar qalmış ərazilərdə idarəetmə necə
olacaq, o ərazilərin statusu necə olacaq? Bu birgə bəyanatda hər hansı statusun
verilməsindən söhbət getmir. Orada erməni əhalisinin özünüidarəetməsi necə
qurulacaq? O ərazilərə polis qüvvələri daxil ola biləcəkmi? Azərbaycan təhlükəsizlik
strukturları daxil ola biləcəkmi? Bax, bu suallar cavabsız qalır”, o bildirir.
Cənab
Cəfərli eyni zamanda həmin rayonların inzibati sərhədləri ilə bağlı da qeyri-müəyyənliyin
mövcudluğunu” vurğulayır.
“Sovet
dövründə həmin rayonların inzibati quruluşu və sərhədləri başqa cür idi. Müstəqillik
dövründə o inzibati ərazi vahidlərinə xeyli dəyişiklik edilib. İndi Sovet
dövründəki ərazi quruluşu əsas götürüləcək, yoxsa Azərbaycanın müstəqillik
dövründəki inzibati ərazi quruluşu əsas götürüləcək? Bu cür suallar çoxdur, ona
görə də birmənalı fikir söyləmək mümkün deyil”.
Anlaşmanı
ümumilikdə qiymətləndirən Şahin Cəfərli hesab edir ki, “onu heç cür ideal hesab
etmək olmaz, çünki orada Azərbaycanın maraqları baxımından heç də xoş olmayan məqamlar
var”.
O
düşünür ki, Azərbaycan ərazisinin bir hissəsinə xarici qoşunların gəlməsi və
oradakı idarəetmə məsələlərində onların söz sahibi olması əlbəttə ki, “Azərbaycanın
suverenlik hüquqlarının məhdudlaşdırılması deməkdir”.
“Məsələn,
sülhməramlılar çoxmillətli kontingent olsaydı, bunu normal qəbul etmək olardı.
Amma yalnız bir dövlətin, söhbət bu konflikti yaradan, bu günədək konservləşdirmiş
Rusiyadan gedirsə, əlbəttə ki, bunun Azərbaycanın maraqlarına uyğun məsələ kimi
qiymətləndirmək mümkün deyil”.
Cənab Cəfərliyə görə, anlaşmadakı “ən böyük məsələ
Azərbaycan ərazilərinə Rusiya ordusunun yenidən daxil olmasıdır”.
“Sülhməramlı
adı altında da olsa, söhbət hər halda Rusiya hərbi kontingentindən gedir. Azərbaycan
27 il əvvəl Rusiya ordusunu öz ərazisindən çıxartmışdı. Yalnız Qəbələ RLS-də
Rusiya ordusuna məxsus məhdud kontingent qalmışdı. Faktiki olaraq, Rusiya ordusu
Azərbaycana qayıtdı”.
Şahin
Cəfərli deyir ki, Rusiya bununla öz maraqlarını təmin edə bildi.
Şahin Cəfərlinin fikrincə, Azərbaycan
Prezidenti İlham Əliyev ölkə ictimaiyyəti
və ölkənin siyasi qüvvələri ilə müəyyən məsləhətləşmələr apardıqdan sonra qərar
qəbul etməsi yaxşı olardı.
“Bu
cür qəflətən, qapalı qapılar arxasında bu məsələyə razılıq verilməsi, hesab edirəm
ki, düzgün deyil. Çünki bu, milli məsələdir, ümummilli məsələdir və mən hesab
edirəm ki, ictimaiyyətin nümayəndələri olaraq siyasi qüvvələrin,
QHT-lərin, cəmiyyətin iştirakı olmalı idi,” - o vurğulayır.
Interfaks agentliyi məlumat yayıb ki, separatçı "DQR-in Təhlükəsizlik Şurasının" katibi istefası barədə elan edib
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Qarabağ münaqişə bölgəsində yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək, Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan çərşənbə axşamı jurnalistlərə deyib.
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağda sülhməramlı missiyada Rusiya və Türkiyə hərbçiləri iştirak edəcək.
Rusiya XİN rəsmisi Mariya Zaxarova da “Exo Moskvı” radisotansiyasına müsahibəsində bəyan edib ki, Dağlıq Qarabağda təmas xətti boyunca yalnız Rusiya sülhməramlılarının yerləşdiriləcəyini bildirib.
Sülhməramlı mövzusuna ötən axşam Prezident İlham Əliyevlə Prezident Vladimir Putinin video-söhbətində toxunulub.
“Bugünkü bəyanatın müddəalarından biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə biz bölgədə, tək münaqişənin tənzimlənməsi çərçivəsində deyil, həm də gələcək inkişaf üçün tamamilə yeni qarşılıqlı əlaqə formatını yaradırıq”, - Əliyev bəyan edib.
Putin cavab verib: “Mən düşünürəm ki, necə ki, dedim, bu, həqiqətən həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və rifahına xidmət edər”.
Paşinyan: "Qarabağ üzrə razılaşmanın vacibliyində ordu təkid edib"
Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ üzrə razılaşma
imzalamaq qərarını "ordunun təkidlə israr etməsindən sonra" qəbul
edib.
Şəklin mənbəyi, Reuters
Arayik Harutyunyan: “Döyüş əməliyyatları davam etsəydi, biz bütün Artsaxı itirərdik"
“Döyüş əməliyyatları davam etsəydi, biz bütün Artsaxı (Dağlıq Qarabağı -red.)itirərdik,böyük itkilərimiz olardı,” - separatçı "Dağlıq Qarabağ Respublikasının prezidenti" Arayik Harutyunyan deyib.
O bəyan edib ki, onlar Şuşa üzərində nəzarəti qismən hələ noyabrın 5-də itirmişdilər, tamamilə şəhər üzərində nəzarət isə noyabrın 7-də itirilmişdilər.
Şuşanın alınması haqqında Azərbaycan prezidenti İlham Əliyev bazar günü, noyabrın 8-də bəyan edib.
Biz məcbur idik Qarabağ müharibəsinə xitam verilməsi haqqında qərar qəbul etməyə. Bu dövrdə biz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut rayonları, Martuni, Əsgəran rayonlarının bir hissəsini itirmişdik," - Facebook canlı yayımında Arayik Harutyunyan deyib.
O əlavə edib ki, döyüşlər artıq Xankəndinə girəcək yolda gedirdi.
Harutyunyan bəyan edib ki, “orduda mənəvi-psixoloji vəziyyət qeyri-məqbul idi“, “xəstəliklər, koronovirus, normal tibbi yardım göstərmək imkanı yox idi”.
Gecə Ermənistan baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə Dağlıq Qarabağda müharibəni dayandırmaq üçün bəyanat imzaladığını bildirib. Azərbaycan prezidenti bunu Ermənistanın kapitulyasiyası adlandırıb, Yerevanda etirazlar başlanıb.
Razılaşmaya görə, artıq Rusiya sülhməramlıları Dağlıq Qarabağa yerləşir.
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon söhbəti olub
"Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib," -Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu "bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb".
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik edib
"Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında uğur qazandı. Bu qələbəni ürəkdən təbrik edirəm", Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu Twitterdə yazıb.
Çavuşoğlu twitində həmçinin "Can Azərbaycandan olan qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik" yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Göyərtəsində Rusiya sülhməramlıları olan səkkizinci təyyarə Qarabağa uçub
Şəklin mənbəyi, TASS
Rusiya İl-76 hərbi-nəqliyyat aviasiya təyyarəsi Rusiya sülhməramlıları ilə Ulyanovsk aeroportundan çıxıb, Rusiya Müdafiə Nazirliyi xəbər verir.
“Təyyarədə sülhməramlı birləşmələr, maddi vasitələr və zirehli maşınlardır," - məlumatda deyilir.
Müdafiə Nazirliyi gecə məlumat yayıb ki, Dağlıq Qarabağ münaqişə bölgəsinə 1960 hərbçidən ibarət sülhməramlılar kontingentini, 90 zirehli maşın, 380 ədəd avtomobil və xüsusi texnika göndərəcək. Sülhməramlıların qərargahı Xankəndində yerləşəcək.
Ermənistan Parlamentindən fotolar
Noyabrın 10-da Ermənistan parlamentindən çəkilən fotolarda parlamentin binasında nümayişçilərin olduğu görünür.
Şəklin mənbəyi, Reuters
Şəklin mənbəyi, Reuters
Şəklin mənbəyi, Reuters
Şəklin mənbəyi, Reuters
Təcili xəbər, "Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır"
"Moskva vaxtı ilə saat 06:00-dan başlayaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır", Azərtac Agentliyinin xəbərində deyilir.
Agentlik yazır ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Dağlıq Qarabağ zonasında sülhməramlı kontingentini yerləşdirir, eyni zamanda Ermənistan qoşunlarının buradan çıxarılmasına başlanır," -məlumatda bildirilib.
Azərbaycanda Qarabağ müharibəsinin başa çatmasına dair razılaşmanın imzalanması qeyd olunur
Çərşənbə axşamı günü gecə saatlarından başlayan Azərbaycanda Qarabağ müharibəsinin başa çatmasına dair razılaşmanın imzalanmasının qeyd olunması davam edir.
Azərbaycan vətəndaşları əllərində bayraqlar maşınlarla küçələrdə sevinclərini paylaşırlar.
İlham Əliyev: "Bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur"
"Bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur", Azərbaycan Prezidenti İlham Əliyev Twitterdə yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
BBC News Rusca müxbiri Yuri Vendik deyir ki, Yerevanda etirazçılar hökumətin dəyişməsini istəyirlər.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Paşinyan erməni xalqına müraciət edir
Nikol Paşinyan Facebook çıxışında Qarabağa dair razılaşma imzalamaqdan başqa, çıxış yolunun olmadığını bildirib.
"Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi. İndi bir çox insanın həyatına təhlükə yaratmamaq üçün bunun niyə baş verdiyini deyə bilmərəm. Bu, birbaşa döyüş əməliyyatlarına təsir edəcək".
O, Parlament spikerini döyən, hökumət binasına girən etirazçıları tənqid edib və deyib ki, bu yolla ön xəttə olan hərbçilərə zərbə vurulur.
Baş nazir deyib ki, xalqa çox şey demək istəyir, ancaq deyə bilmir, çünki bu, mövqelərdə olan əsgərləri təhlükəyə ata bilər.
Paşinyan həmçinin deyib ki, arvadı və oğlu ön xəttədirlər.