Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Dağlıq Qarabağ üzrə 10 noyabr razılaşması xəritədə təxminən belə əks olunur

    10 noyabr razılaşmasına əsasən Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

    Onlar yerləşdirilməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə aparılacaq.

    Onlar həmçinin Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizinə (5 km. enliyində) nəzarət edəcəklər.

    xəritə
  2. Bunu da oxuyun, (arxivdən)

    "Keçmiş rus dili və ədəbiyyatı müəllimi Armen administrasiya binasının qarşısında dayanıb, çiynindən avtomat asılıb. Armen zirzəmiyə qəhvə içməyə çağırır, lakin xəbərdarlıq edir ki, indi orada başqa "dinc silahlılar" yatmaqdadırlar," BBC-nin Rusca xidmətinin əməkdaşı yazır.

    BBC-nin Rusca xidməti Laçın rayonunda döyüşlərin getdiyi yerin yaxınlığına baş çəkib, yerli sakinlərlə və ətraf kəndlərdən olan könüllülərlə söhbət edib.

    "Laçın dəhlizi" adlandırılan yol hər iki münaqişə tərəfi üçün strateji əhəmiyyət daşıyır. Bu yol Xankəndini Ermənistanla bağlayır.

    Daha ətraflı yazıdan oxuyun:

    könüllü
  3. "Bu, Moskva üçün əgər yox, nə zaman məsələsi idi", Carnegie Mərkəzindən Qarabağ hadisələrinin təhlili

    Moskvadakı Carnegie Mərkəzinin baş analitiki Aleksandr Qabuev indiki Qarabağ müharibəsi gedişində Rusiyanın hərəkətlərinin qısa təhlilini verib.

    "Bir çox Rusiya rəhbərləri üçün Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası təəccüblü deyildi.

    Bu, əgər yox, nə zaman məsələsi idi.

    Kreml 2016-cı il müharibəsini nəzərə aldı və Bakı gücdən istifadə etmək qərarını verərsə zaman amilinin Azərbaycanın xeyrinə işləyəcəyi qənaətinə gəldi.

    Məhz buna görə də Rusiya Yerevanı daha çevik olmağa çağırırdı və hər zaman qeyd edirdi ki, Ermənistanla Rusiya arasındakı hərbi ittifaq yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisini əhatə edir, Dağlıq Qarabağa aid deyil.

    Moskvanın qənaətincə, Ermənistanın baş naziri Paşinyanın münaqişəni həll etmək və Bakı ilə münasibətlər qurmaq siyasəti 2018-ci ildən bəri son dərəcə riskli idi.

    Nəticədə, Rusiyanın hərbi ssenarinin qarşısını almaq imkanları getdikcə daralırdı.

    Müharibə yenidən başlayanda Moskvanın yaxşı addımlar atmaq variantları az idi.

    Yerevanın səhvlərini (Moskvanın nöqteyi-nəzərindən) kompensasiya etmək üçün Dağlıq Qarabağda müharibə aparmamağa dair çox aydın bir qətiyyətlə birgə, Rusiyanın Azərbaycanla yaxşı münasibətlər saxlamaq üçün öz səbəbləri var idi."

  4. Yeravanda etirazçılar hökumətin istefasını istəyiblər

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  5. Azərbaycanlılar Tərtərə qayıdır

    Azərbaycanlılar Tərtərə qayıdır

    Şəklin mənbəyi, Arif Hudaverdi Yaman/Anadolu Agency via Getty Images

    Azərbaycanın Tərtər şəhərindən təzə kadrlar - bu gün buraya müharibə vaxtı bombalardan qaçan yerli sakinlər qayıdırlar.

    Azərbaycanlılar Tərtərə qayıdır

    Şəklin mənbəyi, Arif Hudaverdi Yaman/Anadolu Agency via Getty Images

    Azərbaycanlılar Tərtərə qayıdır

    Şəklin mənbəyi, Arif Hudaverdi Yaman/Anadolu Agency via Getty Images

  6. Yerevanda etirazlar davam edir

    Yerevanda parlament binasının qarşısında etirazlar davam edir

    BBC News Rusca müxbirinin sözlərinə görə, Yerevanda parlament binasının qarşısında etirazlar davam edir.

    Lakin etirazlarda iştirak edənlərin sayı elə də çox deyil.

    Yerevanda parlament binasının qarşısında etirazlar davam edir
  7. Paşinyan məsuliyyəti öz üzərinə götürüb

    Paşinyan Facebook səhifəsində canlı yayımda vəziyyətlə bağlı şəxsən məsuliyyət daşıdığını etiraf edib.

    “Bu, böyük uğursuzluqdur bizim üçün, böyük fəlakət, böyük matəm itirilmiş həyatlar üçün, lakin mən inanıram ki, Ermənistan və Artsax [separatçı "DQR" -red.] yaşamalı, möhkəmlənməli, güclənməli, müxtəlif məsələlər üzrə keçmiş qavrayışlarımızı yenidən nəzərdən keçirməliyik. Qeyd gərəkdir ki, yıxılmışıq, amma diyirlənib uçuruma düşməmişik, vaxtında dayanmaq qərarı vermişik. Əks təqdirdə halımız lap daha da pis olardı. İbrət dərsi almaq lazımdır, bu, ölkəmizin gələcək inkişafı üçün lazım gələ bilər”, - Paşinyan deyib.

  8. Fuad Şahbazov: "Sülhməramlıların gəlməsinin əsas müsbət tərəfi atəşin kəsilməsidir"

    Fuad Şahbazov

    Şəklin mənbəyi, ITV

    Siyasi təhlilçi Fuad Şahbazov deyir ki, sosial mediada əksər istifadəçilər Dağlıq Qarabağa rus sülhməramlılarının yerləşdirilməsinə narazılıq edirlər.

    Onun sözlərinə görə, insanlar "əvvəlki acı təcrübələrə" və rus sülhməramlılarının Gürcüstanda Abxaziya və Cənubi Osetiyadakı fəaliyyətini nəzərə alaraq məsələyə "skeptik" yanaşırlar.

    "Eyni zamanda, düşünülənin əksinə, ilkin yayılan danışığın mətninə görə, burada türk qoşunlarının gəlməsi haqda heç bir müddəa yoxdur. Bu da insanları narahat edən faktordur. Biz müqavilənin tam detalları ilə tanış deyilik. Lakin düşünürəm ki, Azərbaycanın siyasi rəhbərliyi öz maraqlarına zidd olan hər hansı addımı atmaz. Hesab edirəm ki, bunun üçün Türkiyə ilə də müvafiq müzakirələr aparılıb və yaxın zamanda ola bilsin ki, biz buraya məhdud sayda da olsa, türk sülhməramlılarının gəlişinin şahidi olacağıq".

    Təhlilçi deyir ki, indiki mərhələdə bölgəyə sülhməramlıların gəlməsinin əsas müsbət tərəfi "atəşin kəsilməsidir".

    O, rus sülhməramlılarının bir müddət Qarabağda olmasını, onlardan "nəzarət mexanizmi kimi" istifadə edilməsini "yaxşı əlamət" hesab edir.

    "Çünki indi Ermənistan və Azərbaycanın bir-birinə qarşı olan inamsızlıq məsələsi var. Şərtlərdən biri də əsirlərin və cəsədlərin dəyişdirilməsi idi ki, buna da ruslar nəzarət edəcək. Azərbaycan və Ermənistanın bunu necəsə razılaşdırılması da sual altında idi. Eyni zamanda, rus sülhməramlıları erməni qüvvələrinin bu bölgədən tamamilə çıxarılması prosesinə nəzarət edəcək. Bu, hər iki tərəfdən müəyyən qədər şəffaflıq deməkdir. Erməni tərəfinin Azərbaycana olan ittihamları və Azərbaycanın Ermənistana inamsızlığı bu prosesi ləngidə bilərdi".

  9. Rusiyalı təhlilçi razılaşma barədə: "Mövcud dəhşətli variantlar arasında ən yaxşısı"

    Akeksandr Qolts

    Şəklin mənbəyi, Yejednevnıy Jurnal

    Hərbi məsələlər üzrə təhlilçi, Rusiyanın "Yejednevniy jurnal" portalının redaktor müavini, Aleksandr Qolts deyir ki, hazırki razılaşma Ermənistan və qismən də Rusiya üçün "mövcud dəhşətli" variantlar arasında ən yaxşısı idi.

    "Düşünürəm ki, rus sülhməramlılarının Qarabağa getməsi orada yaxın beş il ərzində müharibənin olmayacağı və başlamayacağına ümid verir".

    O hesab edir ki, regionda türk bayrağı altında olan keçid məntəqəsinin olması Türkiyə üçün "prinsipial əhəmiyyətli məsələ idi".

  10. Levon Ter-Petrosyan "vətəndaş müharibəsindən ehtiyatlanır"

    Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da hazırkı vəziyyətlə bağlı fikir söyləyib. O, vətəndaş müharibəsindən ehtiyatlanır.

    “Vətəndaş müharibəsi, Türkiyə-Azərbaycan birliyinə hədiyyə olmaqdan başqa, Artsax [separatçı "DQR" -red.] üçün də, Ermənistan üçün də, bütün ermənilər üçün də məhvedici ola bilər”, - o deyib.

    O ümid edir ki, siyasi partiyalar, ictimai-siyasi qruplar, güc strukturları və ziyalılar öz nüfuzlarından istifadə edərlər ki, belə “faciəli nəticələrə“ yol verilməsin.

    Levon ter Petrosyan
  11. Bakı küçələrində Qarabağ müharibəsinin başa çatması qeyd olunur, Müxbirimizin reportajı

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  12. Mi-24 hərbi helikopterin vurulması ilə bağlı cinayət işi açılıb

    Azərbaycanda Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi helikopterin vurulması ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluğunun saytında bildirilir.

    Rəsmi məlumata əsasən, “qulluğa səhlənkar yanaşma” ilə bağlı maddə üzrə aparılan istintaq Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə olunub.

    “Həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dərhal araşdırmalara başlanılmış və baş vermiş hadisənin təfərrüatlarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokuror tərəfindən 09.11.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılmış və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilmişdir”.

    Baş Prokurorluq cinayət işiylə bağlı Rusiya tərəfinə məlumat verildiyini bildirir.

    “Həmin cinayət faktı ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova rəsmi məktub ünvanlamış, eyni zamanda aralarında telefon danışığı baş tutub.”

    Noyabrın 9-da Rusiya hərbi helikopterinin vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olub, 1 nəfər isə xəsarət alıb. Azərbaycan hadisədən dərhal sonra üzrxahlıq edib və təzminat ödəməyi təklif edib.

    Kamran Əliyev və İqor Krasnov

    Şəklin mənbəyi, genprosecutor.gov.az

    Şəklin alt yazısı, Rusiyaya məxsus helikopterin vurulması ilə bağlı məsələ Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov arasında müzakirə olunub
  13. Gürcüstan Prezidenti Azərbaycanı və Ermənistanı təbrik edib, İran vəziyyətdən "məmnundur"

    Azərbaycan və Ermənistanın razılaşma imzalamasını onların regiondakı qonşuları belə qarşılayıb:

    Gürcüstan Prezidenti Dağlıq Qarabağ uğrunda qarşıdurmanın başa çatması ilə Qafqazda "yeni dövrün" başladığını deyib.

    Salome Zurabişvili bu barədə öz Twitter-ində yazır.

    "Qafqazda yeni bir dövr başlayır. Mən dostlarımız Ermənistanı və Azərbaycanı faciəvi müharibənin başa çatması ilə bağlı təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm".

    Salome Zurabişvilinin tvitində deyilir ki, "biz birlikdə əməkdaşlığın yeni səhifəsini açdıq".

    İran Dağlıq Qarabağda hərbi qarşıdurmanın başa çatması barədə xəbərin məmnunluq hissi ilə qarşılandığını bildirir.

    “İran İslam Respublikası Rusiyanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyini və Dağlıq Qarabağ münaqişəsində tərəflərin atəşkəsi qəbul etməsini alqışlayır”, - İran Prezident Aparatının rəhbəri öz Twitter hesabında yazıb.

    Müharibənin “başa çatmasından məmnunuq” yazan Mahmud Vaezi atəşkəsin davamlı olacağına ümid etdiyini bildirib.

  14. Təcili xəbər, Yerevanda 17 siyasi partiya sabah mitinq keçirməyə hazırlaşır

    Yerevan arxiv foto
    Şəklin alt yazısı, arxiv foto

    Ermənistanda 17 siyası partiya Şurası çərşənbə günü Yerevanın Azadlıq meydanında mitinq keçirmək haqqında bəyanat yayıb.

    Bəyanatda deyilir: “Əziz həmvətənlər, təəssüflər olsun ki, dünən tariximizin ən biabırçı səhifəsi yazıldı. Öz qanı ilə cəbhədə torpağımızı və dövlətçiliyimizi müdafiə edən əsgərlərimizdən və bizdən gizli xəyanətkar razılaşma imzalayıb. Hazırkı məqamda bizim üçün birlik və daxili iğtişaş və təxribatlara yol verməmək çox lazımdır”.

    Partiyalar şurası yaranmış vəziyyətdən çıxış yolunu təklif etməyi vəd edir.

  15. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı

  16. Mevlüt Çavuşoğlu: "Bundan sonrakı prosesi birlikdə həyata keçirəcəyik"

    Türkiyə Azərbaycan Qarabağ Ermənistan

    Şəklin mənbəyi, Cem Özdel /AA

    Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, müharibə və döyüşlərin davam etməsini Ermənistan istəyib.

    “Ermənistan da bunun haqqını ağır ödədi. Güclü Azərbaycan ordusu, işğal edilmiş torpaqlarını işğalçı Ermənistanın əlindən aldı. Ən sonunda Paşinyan və Ermənistan geri çəkilmək məcburiyyətində qaldı,”- o, qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə keçirdiyi mətbuat konfransında deyib.

    “İndi buna [atəşkəsin] necə nəzarət ediləcəyi, [onun necə] yoxlanacağı məsələsi var. Bu məsələdə də müzakirələrimiz davam edir.

    Çavuşoğlu deyib ki, bundan sonra da Türkiyə Azərbaycanın yanında olacaq: “30 ildir ki, işğal edilən torpaqlar geri alınır. 7 dənə rayon, 7 bölgə işğal altındaydı, Üstəgəl Qarabağ”.

    O deyib ki, bundan sonrakı prosesi birlikdə həyata keçirəcəklər.

    Amma türkiyəli nazir “bundan sonrakı prosesi” dedikdə Qarabağ münaqişəsinin həllində konkret hansı sahədə fəaliyət göstərəcəklərini açıqlamayıb.

    Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin noyabrın 10-da imzaladıqları bəyanatda Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlməsi göstərilib. 9 bəndlik maddədə Türkiyənin hansı məsələdə hansı rol oynayacağı göstərilməyb. Yanız Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz yaradılacaq və Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.

  17. Yerevan polis

    Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images

    Yerevanda polis Parlament binasını qoruyur.

    Ötən axşam Qarabağda müharibənin bitməsinə dair razılaşma imzalanmasından sonra Ermənistanda bir qrup insan hökumət və partlament binalarına daxil olublar

    Aparıcı siyasətçilər və siyasi qüvvələr, baş nazir Nikol Paşinyan istisna olmaqla, danışıqlar aparmağa və aralarında ümumi dil tapmağa, eləcə də hərbçilərlə təmas yaratmağa çalışırlar ki, Ermənistanın müharibədə məğlubiyyəti nəticəsində yaranmış indiki dərin böhrandan çıxış yolu tapsınlar, BBC Rusca müxbiri deyir.

  18. 2013-2016-cı illərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olmuş səfir James Warlick Twitter-də 10 noyabr razılaşmasını şərh edərək yazıb ki, "İllər əvvəl mümkün olan, Madrid Prinsiplərinə əsaslanan danışıqlar yolu ilə tənzimləmə Ermənistanın maraqları üçün hazırkı razılaşmadan daha çox fayda verə bilərdi."

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  19. Qarabağda sakitlikdir

    Qarabağ Ermənistan

    Şəklin mənbəyi, Reuters

    BBC News Rusca müxbiri Yuriy Vendik yazır ki, "Yerevanda çərşənbə günü səhər bir qrup etirazçı yenidən parlament binası həyətinə toplaşaraq binaya daxil olub və tələb ediblər ki, deputatlar baş nazir Nikol Paşinyanın Qarabağ üzrə imzaladığı sülh anlaşmasını etibarsız hesab etsinlər.

    Onlar bu sülh razılaşmasını baş nazir tərəfindən xəyanət hesab edir, bu sənədi müharibədə məğlubiyyət nəticəsi kimi tanımaq istəmirlər. Onlar sonadək inanırdılar ki, erməni ordusu Qarabağda axıra kimi dayanıb qalib gələcək.

    Bu inamı Müdafiə Nazirliyinin cəbhədəki vəziyyət haqqında reallıqdan çox uzaq və qıvraq bəyanatları möhkəmləndirirdi.

    Etirazçıları tanınmamış "DQR başçıısı" Arayik Harutyunyanın video müraciətində - müharibə davam etsəydi, ermənilər bir neçə gün ərzində darmadağın edilərdi – sözləri də inandırmır.

    İndi siyasətçilər və hərbçilər danışıqlar aparır və Ermənistanın müharibədə məğlubiyyətindən sonra düçar olduğu bu, son dərəcə ağır böhrandan çıxış yolu axtarır.

    Baş nazir Paşinyan Facebook-da daha bir çıxış edərək, bu şərtlərlə sülhün qaçılmaz olmasının səbəblərini izah edib.

    Eyni zamanda heç kəs Paşinyanın harada olduğunu bilmir. Onun özü əmin edir ki, Ermənistandadır.

    Qarabağda isə 45 gün ərzində ilk dəfə bu gün sakitlik düşüb. Nə döyüş, nə də atışma var.

    Və Rusiya sülhməramlıları texnikasının ilk karvanı bu səhər Qarabağa daxil olub."

  20. Putindən Əliyev və Paşinyana dəstək

    Putin

    Şəklin mənbəyi, Kommersant

    Rusiya Prezidenti Dağlıq Qarabağ məsələsinin tənzimləməsinə dair qərarın qəbul edilməsində Azərbaycan və Ermənistan liderinin cəsarətini qeyd edib.

    “Həqiqətən də, sıx düyünə bağlanan bu cür mürəkkəb münaqişələri sülh yolu ilə həll etmək üçün güzəştlər tapmaq, bu güzəştlərə çatmaq lazımdır. Bu da öz növbəsində qərar verənlərdən cəsarət tələb edir,” - Vladimir Putinin sözləri TASS agentliyində iqtibas olunur.

    Rusiya dövlət başçısı deyib ki, vəziyyətin sülh yolu ilə həllinə yönələn Ermənistan və Azərbaycan liderlərinin qərarlılığını “hamımız dəstəkləməliyik”.