Rusiya və Ermənistan xarici işlər nazirləri Qarabağı müzakirə ediblər
Noyabrın 15-də Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan telefonla danışıb.
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatının icrasındakı gedişatı, o cümlədən Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilməsi və mandatlarının səmərəli yerinə yetirilməsini təmin etməklə bağlı tapşırıqları müzakirə ediblər.
Lavrov Mnatsakanyana Rusiya Prezidentinin 13 noyabrda imzaladığı fərmana uyğun olaraq yaradılan Humanitar Müdaxilə İdarələriarası Mərkəzinin fəaliyyət planı ilə bağlı məlumat verib, Rusiya XİN açıqlayıb.
Məlumatda deyilir ki, xarici işlər nazirləri münaqişə bölgəsindəki mülki şəxslərin vəziyyətini yüngülləşdirmək və dini və mədəni yerləri qorumaq üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər çoxtərəfli təşkilatlarla əməkdaşlıq qurmağın vacibliyini vurğulayıblar.