Ermənistan: "Türkiyənin hərbi əməliyyatlarla birbaşa əlaqəsi var"
Ermənistanın Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyənin indi Dağlıq Qarabağda baş verən hərbi əməliyyatlarla birbaşa əlaqəsi var.
Ermənistan XİN-i orada "türk silahlarından, o cümlədən dronlardan istifadə edən türk hərbi mütəxəssislərinin olduğunu" iddia edir.
Qurum həmçinin iddia edib ki, "Türkiyə xarici terrorçu silahlıları səfərbər edərək onları Azərbaycana göndərir.
Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin əməliyyatlarda iştirakına dair iddiaları təkzib edib.
Bundan başqa, Ermənistanın Prezidenti Armen Sarkisyan NATO ilə partnyorluq çərçivəsində keçirilən CyberSec forumunun açılışında deyib ki, “NATO üzvü olan Türkiyə Azərbaycana dronlar, kiberhücumlar, məsləhətçilər, muzdlular və hətta F-16 qırıcıları şəklində tam yardım göstərir”.
Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva buna şərh verməyib.





