Ermənistan: Həlak olan hərbçi sayı 84-ə çatıb
Ermənistan tərəfində döyüşlərdə həlak olan əsgərlərin sayı 84-ə çatıb. Məlumata görə, bu gün tanınmamış “DQR Müdafiə Nazirliyi” daha 26 hərbçinin həlak olması barədə məlumat paylaşıb.
Azərbaycan hərbi qulluqçular arasında itkilər və yaralılar barədə hələ ki məlumat verməyib, amma Müdafiə Nazirliyinin saytında döyüşlər başlayan günü bu haqda "məlumat dəqiqləşdirilir" yazılıb.






