Bu gün Ağdamın Qaradağlı kəndinə “top atılması nəticəsində
bir nəfər mülki şəxs həlak olub”, Baş Prokurorluq bildirib.
Qurum “kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət
oğlunun aldığı qəlpə yarasından həlak olduğunu” açıqlayıb.
Top mərmisinin atılması nəticəsində kəndin tibb məntəqəsi dağılıb, ərazidəki sakinlər isə təxliyə ediliblər”, məlumatda deyilir.
Baş Prokurorluq indiyədək, ümumilikdə, mülki əhalidən 33 nəfərin yaralandığını və onların xəstəxanalara yerləşdirildiklərini bildirib.
Qurum həmçinin deyib ki, Ermənistan tərəfinin atəşi nəticəsində "65 yaşayış evi, 5 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub".
Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi açılıb.
Ermənistan tərəfi bildirib ki, Azərbaycanın Dağlıq Qarabağda "50-dən çox mülki yaşayış məntəqəsinə endirilən PUA zərbələri nəticəsində 4 mülki ölümü və 30-dan çox yaralı var”.
Bunu tanınmamış "DQR Prezidenti" Arayik Harutyunyanın Twitter səhifəsində paylaşıb.