Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. BBC müxbirləri: "Bərdədə top atəşi əvvəlki iki günlə müqayisədə daha yaxından eşidilməyə başlayıb"

    "Bu gün səhər saatlarında, saat təxminən 6-7 arası güclü top atəşi səsləri gəlməyə başladı. Bərdədə olduğumuz əvvəlki iki günlə müqayisədə bu səhər atəş səsləri daha yaxından eşidilir".

    Azərbaycan Televiziyası isə Tərtərdə yaralanmış daha iki mülki şəxsi göstərib.

    Azərbaycan Müdafiə Nazirliyi də "oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər şəhərini yenidən artilleriya atəşinə tutması ilə bağlı" məlumat yayıb.

  2. Azərbaycan XİN: “Ermənistan Yaxın Şərqdən terrorçu və muzdluları cəlb edib”

    XARICI İŞLƏR NAZIRLIYI Azərbaycan Ermənistan Dağlıq Qarabağ

    Şəklin mənbəyi, XARICI İŞLƏR NAZIRLIYI

    “Ermənistan Yaxın Şərqdən terrorçu və muzdluları cəlb edib”, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-in münaqişə zonasına muzdluların gətirilməsilə əlaqədar açıqlamasına münasibət bildirib.

    “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib", qurumun bəyanatında deyilir.

    Azərbaycan XİN-in açıqlamasında vurğulanır ki, “Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub”.

    "Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir”, - Xarici İşlər Nazirliyi bildirib.

    Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, "beynəlxalq ictimaiyyət Ermənistanın terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir", Azərtac yazır.

    Cənab Hacıyev "uzun müddət ərzində Ermənistan tərəfindən bu siyasət həyata keçirdiyini bildirib":

    "1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır", agentlik Hikmət Hacıyevdən sitat gətirib.

    “Həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir. Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi narahatlığına səbəb olan məsələdir, Cənab Hacıyev deyib.

  3. Azərbaycan və Ermənistanda hansı silahlar var?

  4. 28 il əvvəl necə olub?

    Beynəlxalq Qırmızı Xaç Komitəsi Twitter-də Dağlıq Qarabağda 1992-1994-cü illərdə müharibə zamanı və müharibədən sonrakı dövrdə həyatın necə olması barədə bir sıra fotolar yayımlayıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  5. Hazırda nə baş verir?

    Tanınmamış "DQR prezidenti" Arayik Harutyunyan bu axşam keçirdiyi mətbuat konfransında "müharibənin uzunmüddətli olacağını" deyib.

    Bu gün qarşı tərəf həmçinin daha 23 hərbçinin həlak olması barədə məlumat yayıb, Azadlıq radiosunun ermənicə xidməti yazıb.

    Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, Ordunun "bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi" vurulub.

  6. Qarabağda "suriyalı döyüşçülər"– Azərbaycan bu iddiaları rədd edir

  7. "Tərtərin kəndlərinə getməyin, ora mərmi atılır" - BBC müxbirlərinə yerlilər xəbərdarlıq edib

    BBC News Azərbaycancanın müxbirləri cəbhə bölgəsinə yaxın olan ərazilərdə səhər top atəşi səslərinə oyandıqlarını deyiblər.

    Müxbirlərimiz Bərdə rayon Mərkəzi Xəsətəxanasında yaralıların yaxınlarının onları görməyə gəlməsini müşahidə ediblər.

    Yerli sakinlər deyib ki, Tərtər ərazisi bu gün də atəşə tutulub.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  8. Azərbaycan: "Ermənistan Yaxın Şərq bölgəsindən muzdluları cəlb edib", Azərbaycan Rusiya XİN-in münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar bəyanatına şərh verib.

    Azərbaycan Xarici İşlər Nazirliyi deyib ki, "Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub."

    Nazirlik açıqlayıb ki, "Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də sonradan xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib".

    XİN-in məlumatında Ermənistanın "son aylarda xarici muzdluları bu əraziyə gətirdiyi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb etdiyi" qeyd olunur.

    Rusiya XİN bundan əvvəl “aidiyyətli dövlət rəhbərlərinə” səslənərək "muzdluları" bölgədən çıxarmağa çağırıb.

  9. Human Rights Watch: "Ermənistan, Azərbaycan, mülkilərə hücum etməyin!"

    "Ermənistan, Azərbaycan, mülkilərə hücum etməyin", Human Rights Watch təşkilatı bu gün yaydığı bəyanatında bildirib.

    “Dağlıq Qarabağ üzərində döyüşən bütün silahlı qüvvələr hər zaman beynəlxalq humanitar hüquq çərçivəsində döyüşənlərlə mülki arasında fərq qoymalıdır.

    Bütün tərəflər mülkiləri hədəf alma və onlar arasında ayrı-seçkilik qoymadan, zərər vuracaq hücumlara qarşı mütləq qadağaya hörmət etməlidir”, bəyanatda deyilir.

  10. Rusiya XİN-i “aidiyyətli dövlət rəhbərlərinə” çağırış edib

    Rusiya Xarici İşlər Nazirliyi "Suriya və Liviyadan muzdluların Dağlıq Qarabağa gətirilməsi" haqqında “daxil olan məlumatları” şərh edən bəyanat yayıb.

    “Tək münaqişə zonasında deyil, həm də regionun bütün ölkələrinin təhlükəsizliyinə uzunmüddətli təhdidlər yaradan bu proseslər bizi dərindən narahat edir”, - şərhdə deyilir.

    Rusiya xarici siyasət idarəsi “aidiyyətli dövlət rəhbərlərini” "muzdluları" bölgədən çıxarmağa çağırıb.

    Bəyanatın mətnindən söhbətin KİV-lərdə yayılmış, yoxsa Rusiya XİN-in öz məlumatından getdiyi aydın deyil.

  11. Bərdənin Xanərəb kəndinə mərmi atılıb, dağıntılar var

    Bu gün günorta saatlarında Bərdənin mərkəzindən təxminən 35 kilometr aralıda olan Xanərəb kəndinə mərmilər atılıb, yerli sakinlər BBC-ə deyib.

  12. Dağlıq Qarabağ: Suriyalı müxalif döyüşçülərin Azərbaycana “gəlməsi” iddiaları ilə bağlı nə məlumdur?

  13. DTX: “Ermənistan hərbi uğurlara inamsızlıq yaratmaq üçün ardıcıl fəaliyyətdədir”

    “Ermənistan hərbi uğurlara inamsızlıq yaratmaq üçün ardıcıl fəaliyyətdədir”, Dövlət Təhlükəsizlik Xidməti bildirir.

    “Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar”.

    Qurum qarşı tərəfin yaradılmış “saxta hesablarla” “Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərdiyini” də açıqlayıb.

  14. Ermənistan Müdafə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan deyib ki, qarşı tərəf tanınmamış "Dağlıq Qarabağ Respublikası"na qarşı "hava hücumu əməliyyatlarının idarəçiliyini Türkiyə Hərbi Hava Qoşunlarına ötürüb və indi Azərbaycanla Türkiyənin birgə komanda məntəqəsi Türkiyə E7-T təyyarəsində yerləşir".

    O iddia edib ki, "döyüş əməliyyatları bölgəsindən uzaq olmayan Türkiyə ərazisində olan E7-T təyyarəsi məsafədən idarə olunur".

    Hovannisyan yaxın zamanda bunları "təsdiq edən dəlillər təqdim ediləcəyini" deyib.

    Bakı və Ankara Türkiyə aviasiyasının münaqişədə iştirakını təkzib edirlər, hər iki ölkə belə məlumatları "yalan" adlandırırlar.

  15. Müdafiə Nazirliyi Ermənistanın "30 ədəd texnikasının sıradan çıxarıldığını" bildirib

    Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ermənistan Dağlıq Qarabağ Qarabağ

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi bu gün axşam saat 17:30-dək "qarşı tərəfin sıradan çıxarılmış texnikası" ilə bağlı məlumat yayıb.

    Qurum bildirib ki, qarşı tərəfin "2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını" sıradan çıxarılıb və ya vurulub.

  16. Avropa İttifaqı Şurası Prezidenti Azərbaycan və Ermənistanı "atəşkəsə səsləyib"

    Avropa İttifaqı Şurasının Prezidenti Dağlıq Qarabağda gərginləşən münaqişə ilə bağlı vəziyyəti Azərbaycan və Ermənistan liderləriylə müzakirə edib.

    Bu barədə Charles Michel özünün Twitter hesabında yazıb.

    Məlumata əsasən, avropalı rəsmi bölgədə baş verən zorakılığı pisləyərək atəşkəsə səsləyib.

    Charles Michel-in yaydığı tvitində, mülkiləri qorumağın vacibliyi də vurğulanır.

    Dağlıq Qarabağda kəskinləşən durum Avropa Şurası üzvlərinin 1 oktyabr toplantısında müzakirəyə çıxarılan məsələlərdən biridir, qurumun rəsmi saytında deyilir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  17. Ermənistanın “həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib”, Ermənistan tərəfi 3 mülki sakinin öldüyünü deyir

    “Azərbaycan Silahlı Qüvvələrinin təyyarəsinin Mardakerti (Ağdərə) bombardmanı nəticəsində üç yerli sakin ölüb, yaralananlar da var”, - Tanınmamış "DQR Prezidentinin" mətbuat katibi Vahram Poğosyan bəyan edib.

    O, rəsmi Bakını “beynəlxalq hüquqları pozmaqda və dinc əhaliyə hücum etməkdə” ittiham edib.

    Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulmasını qəti təkzib edir.

    Daha əvvəl erməni tərəfi Azərbaycan silahlı qüvvələrinin Mardakert istiqamətində “Smerç” yaylım atəş raket sistemlərindən istifadə etdiyini bildirmişdi.

    Bu gün Azərbaycan Müdafiə Nazirliyinin digər bir məlumatına görə, “Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib”.

  18. FHN: "Cəbrayıl və Ağcabədidə baş vermiş yanğınların qarşısı alınıb"

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu gün Cəbrayıl və Ağcabədi rayonlarının bəzi kəndlərində baş vermiş yanğınların qarşısının alındığını açıqlayıb.

    Qurum "Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndində OBA adlı marketdə və Ağcabədinin Qaradolaq kəndində təsərrüfat sahəsində baş vermiş yanğınların söndürüldüyünü, yanğının daha geniş əraziyə yayılmasının qarşısının alındığını” bildirib.

    “Ağcabədi rayonunun Arazbar kəndində təsərrüfat obyektinə mərmi düşməsi nəticəsində obyektin bir hissəsi yanıb, qalan hissə yanğından mühafizə olunub”, - qurumun açıqlamasında bildirilir.

  19. Ön cəbhə xəttindən nadir video - media

    Ermənistanın Hetq nəşri döyüşlərdən görüntülər yayımlayıb.

    Video bazar ertəsi günü sentyabrın 28-də çəkilib, məlumatda deyilir.

    Məlumatda deyilir ki, videoda erməni əsgərlərinin Azərbaycanın PUA-larını vurmağa çalışmaları və “Faqot” tank əleyhinə raket kompleksinin işi görüntülənib.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  20. Azərbaycan və Ermənistan döyüşlərdə “Toçka-U” istifadəsinə dair:

    Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib, çərşənbə günü Azərbaycan tərəfi məlumat yayıb.

    "Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb", - qurumun məlumatında bildirilib.

    Azərbaycan Müdafiə Nazirliyinin yaydığı başqa bir məlumatında cəbhənin müxtəlif istiqamətlərində qarşı tərəfin 8 texnikasının sıradan çıxarıldığını bildirib.

    Ermənistan döyüşlərdə “Toçka-U” istifadəsinə dair xəbərləri təkzib edib.