Azərbaycan: "Ermənistandan Qarabağa S-300 zenit-raket kompleksləri gətirilir"
“Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”, Müdafiə Nazirliyi açıqlayıb.
Qurumun sözçüsü Vaqif Dərgahlı deyib ki, "əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir."

Şəklin mənbəyi, Ria Novosti










