Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Bunu da oxuyun, (Arxivdən)
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü - noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyini elan edib.
Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. O vaxtdan bəri bu işğal ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" sayılırdı.
Sosioloqlar rusların Qarabağdakı münaqişə ilə bağlı fikirlərini öyrəniblər
Şəklin mənbəyi, Getty Images
“Rusların böyük əksəriyyəti (91 faiz) Dağlıq
Qarabağdakı hərbi münaqişə ilə bağlı nəsə bilir və ya eşidib. Onların 69 faizi məsələnin Rusiyanın fəal iştirakı sayəsində həll olunduğuna inanır,” Ictimai Rəy Fondunun
apardığı sosial sorğunun nəticələri belə deyir, Rusiyanın Ria Novosti xəbər agentliyi yazır.
Agentliyin xəbərində deyilir ki, "təqdim olunan məlumatlardan göründüyü kimi,
respondentlərin 49 faizi Dağlıq Qarabağdakı münaqişə barədə məlumatlı
olduqlarını və 42 faizi bu haqda nələrisə eşitdiyini deyib". "Eyni zamanda, münaqişə
haqqında nəsə bilən və ya eşitmiş olanların 48 faizi Qarabağda hərbi
qarşıdurmanın bu yaxınlarda elan olunduğundan xəbərdar olduqlarını, 32 faizi bu
barədə nəsə eşitdiklərini söyləyib.
Bu barədə ilk dəfə eşidən respondentlər 12 faiz təşkil edib", agentlik İctimai Rəy Fonduna istinadən yazır:
"Münaqişə barədə nəsə bilən və
ya eşidənlərin 58 faizi hesab edir ki, heç bir ölkə qalib hesab edilə bilməz": "Qələbəni
Azərbaycanın qazandığına inananlar respondentlərin 14 faizini təşkil edib. Respondentlərin yalnız 1 faizi
Ermənistanı qalib hesab edir. 19 faiz isə suala cavab verməkdə çətinlik
çəkib".
"Dağlıq Qarabağdakı münaqişə
Rusiyanın fəal iştirakı sayəsində həll edilib", bunu bilən və ya eşitmiş olanlar
69 faiz təşkil edir, məlumatda deyilir:
"Onlardan 12 faizi Rusiyanın münaqişənin həllində həlledici rol
oynamadığına inanır. Sorğu iştirakçılarının 10 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
Bu cür respondentlərin yarısından çoxu (57 faiz) rus sülhməramlılarının
Qarabağa daxil olmasına kifayət qədər müsbət baxır, 25 faizin yanaşması mənfidir.
Digər 1 faiz isə bunun onlar üçün əhəmiyyətli olmadığını söyləyiblər".
Agentlik yazır ki, "ümumiyyətlə, bu hərbi
qarşıdurmanın bitməsindən sonra Rusiyanın Zaqafqaziyada nüfuzunun artması
toqquşma haqqında məlumatı olan və ya eşidən anket iştirakçılarının 57 faizi tərəfindən
təsdiqlənib, 10 faiz isə əksinə Rusiyanın nüfuzunun zəiflədiyini düşündüyünü
deyib. İştirakçılardan 24 faizi cavab verməyə çətinlik çəkib":
"Rusiyanın Zaqafqaziyada təsirinin
xeyli artdığının lehinə olan mübahisələr arasında respondentlər Rusiya
Federasiyasının Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları
dayandıra və münaqişəni həll edə bildiyini, sülhməramlı qüvvələrin tətbiqi
ilə bölgədəki mövcudluğunu gücləndirə biləcəyini göstərdilər. Onlar bununla həmçinin
Rusiyanın beynəlxalq aləmdə nüfuzunun artdığını deyiblər.
Rusiyanın Zaqafqaziyada təsirinin
kifayət qədər zəiflədiyini düşünənlər Dağlıq Qarabağdakı vəziyyətin hələ də
qeyri-sabit olduğunu və Türkiyənin bölgədəki təsir gücünün artdığını söyləyirlər".
"Ümumrusiya telefon sorğusu
20-22 noyabr tarixlərində aparılıb. Sorğu min respondent arasında keçirilib. Statistik səhv faizi 3,8-i keçmir", agentlik bildirir.
Xankəndi və Laçında həyat - Şəkillər
Rusiya sülhməramlıları Xankəndindəki məktəbə televizor hədiyyə ediblər
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Mevlüt Çavuşoğlu: “Qarabağla bağlı bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”
Türkiyənin xarici işlər naziri deyib ki, “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”.
Mevlüt Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının Nigerdə keçirilən 47-ci iclasında Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb.
O deyib ki, birgə bəyanat BMT, ATƏT və İƏT qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiq edib.
Türkiyəli nazir İƏT Baş katibliyinin atəşkəslə bağlı açıqlamalarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Mevlüt Çavuşoğlu iclas iştirakçılarını Azərbaycanın Ermənistanın hücumları ilə bağlı qərar layihələrində təqdim etdiyi yoxlama təkliflərini qəbul etməyə dəvət edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Türkiyənin siyasi partiyaları Fransa Senatının qərarını qınayıb
Şəklin mənbəyi, AA
Türkiyənin dörd siyası partiyası Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni qınayan birgə bəyanat yayıb.
"Fransa Senatının 25 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq, əxlaq və ədalətə zidd olaraq qəbul etdiyi qətnaməni qətiyyətlə pisləyirik", Parlament spikeri Mustafa Şentop-un imzası ilə yayılan sənəddə deyilir.
Sənədi Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın Türkiyə Parlamentindəki millət vəkillərinin qrup rəhbərləri imzalayıb, Anadolu agentliyi bildirib.
Fransa Senati “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edib. Fransa hökuməti bunun ölkənin rəsmi mövqeyi olmadığını bildirib.
Ermənistan XİN bunu Dağlıq Qarabağ münaqişəsinin həllində "həlledici addım" adlandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Səfiri Zacharie Gross nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.
Ermənistanda Rusiya hərbçisinin ölümü araşdırılır
Şəklin mənbəyi, AFP
Şəklin alt yazısı, Rusiyanın Gümri şəhərində yerləşən hərbi bazası (Arxiv görüntüsü)
Ermənistanda
Rusiya hərbçisinin qəfil ölümü ilə bağlı araşdırma aparılır.
Müqavilə
əsasında xidmət edən hərbçinin cəsədi Gümri şəhərindəki mənzildə ötən gün aşkar
olunub. Onun üzərində zorakılıq əlamətləri nəzərə çarpmır, istintaqa istinadən agentliklər
bildirir.
Hadisəni
ölkədə yerləşən Rusiya hərbi baza komandanlığının komissiyası və yerli hüquq-mühafizə orqanları araşdırır.
Ermənistan
İstintaq Komitəsi ölüm faktı ilə bağlı “materialların hazırlandığını” bildirib.
"Şirak vilayəti üzrə Ermənistan İstintaq Komitəsinin şöbəsində rusiyalı müqaviləli hərbi qulluqçunun qəfil
ölümü faktı ilə əlaqədar materiallar hazırlanır", - qurumun mətbuat xidmətinin
nümayəndəsinə istinadən yayılan məlumatda deyilir.
Xankəndində yenidən dərslər başlayır
Şəklin mənbəyi, Ria Novosti
Şəklin alt yazısı, Məktəbin açılışı
Xankəndində ilk orta təhsil məktəbində tədris prosesi bərpa olunub.
Dərslər sentyabr ayının sonunda başlayan münaqişəyə görə dayandırılmışdı.
O zaman məktəblərlərlə yanaşı uşaq bağçaları da bağlanmışdı.
"Bu gün Stepanakertdəki (Xankəndi) məktəbdə tədris prosesi başlayır.
Daha sonra başqa məktəblər də açılacaq", - şəhər administrasiyasının nümayəndəsi
jurnalistlərə bildirib.
Məktəbin açılışı ilə bağlı tədbirdə Rusiya sülhməramlı missiyasının
nümayəndələri də iştirak ediblər, onlar məktəbə televizor bağışlayıblar.
Azərbaycan
əsgərlərinin cəsədlərinin minalandığını göstərən videolar yayılıb.
Videolarda
görünür ki, əsgərlər öldürüldükdən sonra onların üzərinə mina bağlanıb və Azərbaycan
ordusunun üzvləri bu minaları cəsədlərin üzərindən ayırmağa çalışır.
Videonun çəkildiyi bu ərazidə çoxlu sayda cəsədin olduğu görünür.
Videonun hansı rayonun ərazisində çəkildiyi məlum deyil.
Videolar sarsıdıcı
olduğu üçün səhifəmizdə paylaşa bilmirik.
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb
Azərsu ASC bildirib ki, Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.
Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edilib.
Şəklin mənbəyi, AzərSu
Şəklin mənbəyi, AzərSu
Şəklin mənbəyi, AzərSu
Şəklin mənbəyi, AzərSu
Şəklin mənbəyi, AzərSu
Şəklin mənbəyi, AzərSu
Azərbaycan və Ermənistan əsirlərin və cəsədlərin mübadiləsinin gecikməsinə görə bir-birini ittiham edir
“Ermənistan tərəfi bizim adı
da, özü də bəlli olan, videoları yayılan iki hərbi əsirimizi qaytarmır, heç
yerini təsdiqləmirlər, amma faktiki olaraq biz bilirik ki, onlar oradadırlar”.
Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə BBC News Azərbaycancaya Ermənistan Ombudsmanı Armen Totoyanın “dünya ictimaiyyətini əsirləri və cəsədləri
qaytarmaqda süründürməçilik edən Azərbaycan səlahiyyətlilərinə diqqət yetirməyə
dair” çağırışına cavab olaraq belə deyib.
O bildirib ki, Azərbaycan tərəfi
Ermənistan tərəfini məhz bu məsələdə ittiham etdiyi üçün, bu, Ermənistan tərəfinin
kontur addımıdır”.
Cümə günü Ermənistan Ombudsmanı
Arman Tatoyan beynəlxalq ictimaiyyəti və xüsusən də beynəlxalq təşkilatları
insan haqları mövzusunda cəsədlərin və əsirlərin mübadiləsi prosesini "süni surətdə
uzadan" Azərbaycan səlahiyyətliləri məsələsinə diqqət yetirməyə çağırıb.
O, “sözügedən prosesi təxirə salmaq
məqsədi ilə Azərbaycan hakimiyyəti orqanlarının əsirlərin mübadiləsinin cəsədlərin
mübadiləsi prosesi başa çatdıqdan sonra baş verəcəyini, eyni zamanda cəsədlərin
mübadiləsi prosesinin əsassız olaraq uzandığını bildirir. Bütün bu gecikmələrə
görə Azərbaycanın Cenevrə Konvensiyasının zəmanət verdiyi əsas tələbləri kobud
şəkildə pozduğunu” deyib.
Azərbaycan Ombudsman
Aparatından bildiriblər ki, Azərbaycan bu məsələ ilə bağlı hələ noyabrın 12-də
qarşı tərəfə iddia qaldırıb.
Azərbaycan döyüşlərin qaynar
fazası dövründə oktyabrın 28-də 31 erməni hərbçisi və bir mülki vətəndaşı birtərəfli
qaydada Ermənistana təhvil verdiyini açıqlamışdı.
Kreml Putinin Ermənistan və Azərbaycan liderləri ilə "intensiv dialoqda, telefon dialoqunda olduğunu" açıqlayıb
Şəklin mənbəyi, Ria novosti
"Rusiya Prezidenti
Vladimir Putin Ermənistan və Azərbaycan liderləri ilə intensiv dialoq aparır,”
bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Pskov deyib ki, “bundan
əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook-da cümə gecəsi Rusiya
prezidenti Vladimir Putinlə saatda iki dəfə telefonla danışıb, Qarabağdakı vəziyyəti
onunla müzakirə etdiyini bildirib”.
"Prezidentin
bütün beynəlxalq telefon danışıqları barədə rəsmi məlumat vermirik. Prezident dəfələrlə
Qarabağ nizamlanması prosesində Ermənistan və Azərbaycandakı həmkarları ilə
intensiv dialoqda, telefon dialoqunda olduğunu bildirib", Rusiya Prezidentinin
mətbuat katibi vurğulayıb.
Nikol Paşinyan erməni xalqına müraciət edib
Şəklin mənbəyi, news.am
Ermənistanın Baş naziri deyib ki, hazırda ölkə qarşısında duran ən vacib vəzifə
Dağlıq Qarabağda əldə olunmuş sülhün qorunmasıdır.
"Bu gün əldə edilmiş sülhü qorumaq, onu davamlı
və mümkünsə, daimiyə çevirmək çox vacibdir”, - həmvətənlərinə televiziya
ilə müraciət edən Nikol Paşinyan deyib.
O, Ermənistan və Qarabağ ətrafında sabitliyin,
Laçın dəhlizinin fasiləsiz işinin təmin edilməsini xalqın Qarabağa qayıtması ən
mühüm hədəflər adlandırıb.
Nikol Paşinyanın sözlərinə görə, ölkədə "anarxiya və xaos" təəssüratı yaratmaq istəyən qüvvələr mövcuddur və onlar dağıntılar yaratmaqla, hakimiyyətə qayıtmağa çalışırlar.
O, belə cəhdlərin qarşısının alınacağını deyib.
"Ancaq yenə də deyirəm, buna yol verməyəcəyik, xalq yol verməyəcək".
Hökumət əleyhdarlarının "hakimiyyət və xalq arasında ayırıcı xətt" yarada bilmədiyini deyən Nikol Paşinyan hüquq-mühafizə orqanlarına minnətdarlığını bildirib.
Ermənistan hökumətinin başçısı əlavə edib ki, Dağlıq Qarabağla bağlı bəyanat qəbul edilərkən yaranan şəraitdə başqa bir çıxış yolu yox idi, "çünki hər hansı başqa variant daha pis olardı".
Rusiya: "Qarabağda sabitliyə yönələn irəliləmə davam edir"
Şəklin mənbəyi, RT
Rusiya Dağlıq Qarabağda sabitliyə yönələn
irəliləmənin davam etdiyini bildirib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, son həftə
ərzində münaqişə bölgəsində atəşkəs rejiminin pozulması halları qeydə
alınmayıb.
Bunları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi bildirib.
“Cari
il 9 noyabr tarixli üçtərəfli bəyanatın icrasını hər hansı ciddi insidentsiz təmin
etmək mümkün olur,” - cümə günü keçirilən brifinqdə Mariya Zaxarova qeyd edib.
Onun
sözlərinə görə, son həftə ərzində müşahidə olunan müsbət təmayüllər Azərbaycan,
Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənmiş və hazırda tətbiq olunan “xəttin
düzgünlüyünün sübutudur”.
Azərbaycan MN Zod mədəni ilə bağlı yayılan xəbərlərə şərh verməyib
Azərbaycan Müdafiə Nazirliyi Zod mədəni ilə bağlı yayılmış xəbərlərə şərh verməyib.
Ermənistanın KİV-i bildirib ki, noyabrın 26-da səhər saatlarında Azərbaycanın Kəlbəcər rayonu
ərazisində yerləşən işğaldan azad olunduqdan sonra da hələlik Ermənistan tərəfində olduğu deyilən Zod mədənində hadisə baş verib.
Ermənistanın news.am saytı yazıb ki, "250-yə yaxın Azərbaycan hərbçisi 7 erməni hərbçinin olduğu mədən
ərazisinə girərək ərazinin onlara məxsus olduğunu bildirib və ərazini tərk etmələrini
tələb edib".
"Erməni hərbçilər telefonla müxtəlif
aidiyyatı şəxslərə zəng etsələr də onlara cavab verilməyib. Mədən rəhbərliyi azərbaycanlılarla
danışıqlar apararaq azərbaycanlılardan nə baş verəcəyini gözləməyi xahiş edib və
inandırıb. Azərbaycanlılar isə rəhbərlik və hərbçilərə sabah gələndə mədəndə
olmamalı olduqlarını deyiblər", sayt yazıb.
Ermənistan Xarici İşlər
Nazirliyi bundan bir gün sonra deyib ki, “döyüş növbətçiliyinin həyata
keçirilməsi məqsədiylə 27 noyabrda Ermənistan və Azərbaycan silahlı qüvvələri
arasında müvəqqəti hərbi mövqelərin faktiki yerləşmə nöqtələrinin dəqiqləşdirilməsinin
baş tutub”.
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü bu məsələyə şərh verilməyəcəyini qeyd edib.
Azərbaycanlı sosial media istifadəçiləri Zod mədəni ətrafında nələrin baş verdiyini, mədənin hansı tərəfdə qalacağı ilə bağlı məsələləri sorğulayırlar.
Kəlbəcər rayonu noyabrən 25-də Azərbaycana təhvil verilib.
"Ağdamdan geriyə xarabalıqlar qalıb" - BBC News Azərbaycancanın müxbirləri deyirlər
"Azərbaycan postlarını keçdik. Sonra erməni postunu keçdik. Gördüyümüz ancaq dağıntılardır. Yerdə ancaq dağıdılmış evlərin kubikləri var. Məzarlıqlar da dağıdılıb. Uzun üzüm sahələrinin bircə tirləri qalıb", BBC News Azərbaycancanın müxbirləri bildirir.
Bir qədər əvvəl Ağdam şəhərinə girdiklərini bildirən müxbirlərimiz deyirlər ki, "Ağdamdan geriyə xarabalıqlar qalıb".
"Burada demək olar ki, daşı-daş üstündə qalan bina Ağdam məscididir. Onun da bəzi divarları çatlayıb-dağılıb, qapı-pəncərələri isə yoxdur," müxbirimiz deyir.
Şəklin alt yazısı, Ağdam məscidi. Məscidin arxa divarları bəzi yerdən çatlayıb-dağılıb, qapı-pəncərəsi də yerində deyil.
Xarici işlər naziri Ceyhun Bayramovla italiyalı həmkarı Luici Di Maio arasında telefon danışığı olub
Şəklin mənbəyi, Azərbaycan XİN
"Xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio arasında telefon danışığı olub", Azərbaycan XİN bildirib.
Qurum açıqlayıb ki, "nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər".
"O cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar", məlumatda deyilir.
Məlumatda həmçinin nazirlərin "ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi apardıqları bildirilib:
"Onlar çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər. Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər".
ETSN: "Qubadlının Qaralar kəndində növbəti ağacəkmə aksiyası Şərq çinarı təbiət abidəsinin yaxınlığında keçirilib"
"Növbəti ağacəkmə aksiyası işğaldan
azad olunmuş Qubadlı rayonunun
Qaralar kəndi ərazisində, erməni işğalçıları tərəfindən məhv
edilmiş yaşı 300 ildən artıq olan Şərq çinarı təbiət abidəsinin yerləşdiyi ərazinin
yaxınlığında keçirilib", Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) xəbər verir.
ETSN bildirir ki, "Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşlarının
iştirakı ilə
baş tutan aksiyada karantin rejiminin tələblərinə əməl
olunmaqla 50-dən çox Şərq çinarı əkilib, yol kənarındakı kəsilmiş tut
ağaclarının yerinə isə 400 tut ağacı əkilməklə tut bağı salınıb".
"Bununla da, erməni işğalçıları tərəfindən
Qarabağ bölgəsində məhv edilmiş yaşıllıqların yenidən bərpasına töhfə verilib", nazirlik bildirir.
Qurum həmçinin bildirir ki, "Azərbaycan ərazisində həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan
azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində də ağacəkmə
aksiyaları keçirilib".
Şəklin mənbəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Şəklin mənbəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Şəklin mənbəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Jean-Baptiste Lemoyne: "Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması bu gün heç kimin... xeyrinə olmayacaq"
Şəklin mənbəyi, Getty Images
"Gəlin açıq danışaq, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması bu gün heç kimin: nə Ermənistanın, nə Dağlıq Qarabağda yaşayan sakinlərin, nə Fransanın, nə Minsk Qrupunun digər həmsədrlərin, nə də bu məsələdə bizi dəstəkləməyəcək Avropalıların xeyrinə olmayacaq".
Bunu Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı dövlət katibi Jean-Baptiste Lemoyne-nin sözlərinə istinadən Fransanın Azərbaycandakı səfirliyinin rəsmi saytı paylaşıb.
Məlumatda bildirilir ki, cənab Lemoyne "bu, hökumətin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaşlarımızın siyasəti deyil" deyib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli birtərəfli jestdən, fransızlardan deyil, tərəflər arasındakı dialoqdan gələcək. Bu gün tərəflər bu dialoqu davam etdirmək üçün həmsədrlərin dəstəyinə həmişəkindən daha çox ehtiyac duyurlar", cənab Lemoyne bildirib, səfirlik yazır.
Məlumatda həmçinin Fransa XİN dövlət katibinin "birtərəfli tanınmaya başlamağın heç bir maraq kəsb etmədiyini" söylədiyi deyilir.
Nikol Paşinyan Facebookda bu gecə Vladimir Putinlə iki dəfə telefonla danışdığını yazıb
Şəklin mənbəyi, Getty Images
“Son bir saatda Rusiya Prezidenti
Vladimir Putinlə aramızda iki dəfə telefon danışığı olub”.
Bunu Ermənistan Baş naziri
Nikol Paşinyan noyabrın 27-də gecə saatlarında Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə,
danışıqlarda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı "bir sıra məsələlərə" toxunulub.
"Müzakirə üçün mövzular
Laçın dəhlizindəki qəsəbələr, itkin düşmüş şəxslərin verilməsi, ölənlərin cəsədlərinin
axtarışı işi, məhkumların mübadiləsi, sülhməramlıların yerləşdirilməsi, habelə
bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələləri
əhatə edib, " Paşinyan yazıb.
Baş nazir bu cür danışıqların
mütəmadi olaraq aparıldığını vurğulayıb.
"Bu cür müzakirələr müntəzəm
olaraq, bəzən gündə bir neçə dəfə baş verir. Bu müzakirələr barədə hər zaman
xarakteri və tezliyini nəzərə alaraq məlumat yaymırıq," Paşinyan yazıb.