Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Yerevanda etirazçılar yolu bağlayıblar

    Bu gün Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz nümayişi keçirilib.

    Ria Novosti bildirir ki, şəhər mərkəzinə çox sayda polis qüvvəsi yeridilib. Həbs edilənlər var.

    Etirazçılar trolleybusun üstünə çıxaraq şüarlar səsləndiriblər.

    News.am yazır ki, etirazçılar qol-qola girərək yolları bağlayıblar.

    Sonra onlardan bəziləri hökumət binasına tərəf gediblər.

    yerevan, bu gün etiraz

    Şəklin mənbəyi, News.am

    yerevan, bu gün etiraz

    Şəklin mənbəyi, News.am

    yerevan, bu gün etiraz

    Şəklin mənbəyi, News.am

    yerevan, bu gün etiraz

    Şəklin mənbəyi, News.am

  2. Sergey Lavrov: "İtkin düşmüş hesab edilən şəxslərin sayı dəqiq deyil"

    Sergey Lavrov

    Şəklin mənbəyi, Reuters

    Rusiya xarici işlər naziri Sergey Lavrov deyir ki, Moskva hərbi əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin mübadiləsinin qəsdən təxirə salındığını hiss etmir.

    "Bu prosesi təxirə salmaq üçün hər hansı bir qəsdən atılan addımlardan danışmaq çətindir. Bunu görmürük, amma ümid edirəm ki, indi daha sürətli həll ediləcək obyektiv çətinliklərin olması bir həqiqətdir", o deyib.

    Nazir bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin onlayn görüşünə dair mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, ərazinin relyefini və hərbi əməliyyatların inkişaf yolu nəzərə alaraq, döyüşlər dayandıqdan dərhal sonra bu məsələlərlə məşğul olmaq çox çətin olub. Çətinliyi yaradan məsələlərdən biri də, onun təbirincə, itkin düşmüş hesab edilən şəxslərin sayının dəqiq olmamasıdır.

  3. "Erməni əsirlərin hərbi paradda nümayiş etdiriləcəyi xəbərləri yalandır", Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Müharibə zamanı Ermənistan əsgərlərindən götürülmüş silah-sursat

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Müharibə zamanı Ermənistan əsgərlərindən götürülmüş silah-sursat

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası "Azərbaycanda qələbə münasibətilə keçiriləcək hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı xəbərləri yalan" adlandırıb.

    "Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik."

    Qurum bildirib ki, Ermənistan beynəlxalq qanunları pozaraq "birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir."

    "Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır", Komitədən açıqlanıb.

    Qurum onu da qeyd edib ki, Azərbaycan tərəfi eməni hərbçiləri və erməni mülki şəxsləri Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib. Onlar haqqında məlumatın Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim edildiyi, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamaları təşkil edilib.

    Komitə bəyan edib ki, itkin düşmüş hesab olunan hərbçilərin taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

  4. İlham Əliyev: "Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır"

    İlham Əliyev

    Şəklin mənbəyi, Azərtac

    Şəklin alt yazısı, Azərbaycan Prezidenti İlham Əliyev

    Prezident İlham Əliyev deyib ki, 44 günlük müharibə dövründə təqribən 5 min kvadrat kilometrə yaxın ərazi döyüş meydanında azad edilib, təxminən bir o qədər – 5 min kvadrat kilometrə yaxın ərazi isə sülh yolu qaytarılıb.

    O bildirib ki, sülh yolu dedikdə "əslində düşməni buna məcbur etməyi" nəzərdə tutur.

    Prezident deyib ki, həm siyasi, həm də hərbi uğurlar üçün illərlə siyasət aparılıb, amma konfidensial məlumatlar olduğu üçün ictimaiyyətə təqdim edilməyib.

    “Bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdilər,”- İlham Əliyev deyib.

    O bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi həll edilib.

    “Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır," - İlham Əliyev deyib.

    Onun sözlərinə görə, Dağlıq Qarabağda "yaşayan ermənilər mütləq oraya qayıdacaq azərbaycanlılarla, gün gələcək, yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar”.

    İlham Əliyev bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı strateji baxışları mövcuddur.

    O, logistik, nəqliyyat, enerji təhlükəsizliyi kimi məsələlərin diqqətdə olduğunu deyib.

    Cənab Əliyev bildirib ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərdə hərbi cinayətlər törədib və artıq bu əməllərə görə işlər praktiki mərhələyə keçib.

    “Qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm. Amma bu, artıq niyyət deyil, bu, artıq praktiki addımlardır,”- İlham Əliyev bildiirb.

    Prezident deyib ki, Ermənistan tərəfindən işğal edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan ərazilərində on minlərlə hektarda taxıl əkilib.

    “Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır”

    İlham Əliyev deyib ki, o, prezident seçildiyi ilk müddətdə münaqişənin həlli ilə bağlı ümidləri olub, amma sonradan xalqların öz müqəddəratını həll etmə məsələsinin ərazi bütövlüyü ilə bir tutulması onun ümidlərini tükəndirib.

    İlham Əliyev Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının” tanınması məsələsindəki qərarını tənqid edib: “Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar?”

    Prezident əlavə edib ki, əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə, versin, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır".

    İlham Əliyev deyib ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb.

    O, məsləhət görüb ki, bu termindən artıq tarix haqqında danışanda istifadə edilsin.

  5. Bu gün 10 noyabr Bəyanatına əsasən üçüncü rayon - Laçın Azərbaycana geri qaytarılıb.

    Bu təqribi xəritə Rusiya Müdafiə Nazirliyinin yaydığı infoqrafika və BBC-nin tapdığı məlumatlara əsasən hazırlanıb.

    xəritə

    Şəklin mənbəyi, bbc

  6. Sabahdan bəzi hərbi qulluqçular tərxis ediləcəklər

    İlham Aliyev

    Şəklin mənbəyi, president.az

    Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 2-dən bəzi hərbi qulluqçular səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

    Onlar aşağıdakılardır:

    • 3 və ya daha çox uşağı olan;
    • Himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
    • Himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
    • Ailənin tək övladı olan;
    • Ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
    • Döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
    • Yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
    • Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.
  7. İlham Əliyev: "Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz"

    İlham Əliyev

    Şəklin mənbəyi, president.az

    İlham Əliyev bu gün xalqa müraciətində Rusiya, Ermənistan və Azərbaycanın noyabrın 10-da imzaladığı atəşkəs haqqında bəyənatın şərtlərini bir-bir oxuyub və onları ayrıca şərh edib.

    Onun sözlərinə görə, Şuşa şəhəri işğaldan azad olunandan sonra bəyanatın ilkin versiyası ona təklif olunub, amma burada Laçın dəhlizinin eni 30 kilometr göstərilib.

    Prezident deyib ki, ikinci təklifdə Laçın dəhlizinin eni 10 kilometr göstərilib.

    İlham Əliyev bildirib ki, o hər iki təklifə “qəti etiraz edib”.

    İki etirazdan sonra “nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi”, - İlham Əliyev deyib.

    İlham Əliyev deyib ki, münaqişənin həlli üçün 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunub.

    Onun sözlərinə görə, Ermənistan tərəfi bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsini tələb edib və bəzi Qərb dairələri də bu mövqeyi dəstəkləyib.

    Prezident deyib ki, bu dəstəyə görə Ermənistan danışıqlarda barışmaz mövqe tutub və Laçın rayonunda çox ciddi məskunlaşma aparıb.

    O deyib ki, digər ərazilərlə: Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına nisbətən Laçında daha çox məskunlaşma aparılıb və burada minlərlə insan yerləşdirilib.

    “Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”,- İlham Əliyev bildirib.

    İlham Əliyev etiraf edib ki, indiyədək danışıqlar prosesində işğaldakı rayonların mərhələli şəkildə Azərbaycana qaytarılması müzakirə olunub.

    O bu həll yolunun tərəfdarı olduğunu deyib.

    İlham Əliyev deyib ki, indiyə kimi danışıqlar masasında əsas məsələlər əvvəl beş, sonra iki rayonun qaytarılması olub.

    “5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi”, - İlham Əliyev bildirib.

    Onun sözlərinə görə 17 il ərzində ona dəfələrlə müxtəlif xarici dairələrdən bu təklifi qəbul etməsi deyilsə də o, buna razılaşmayıb.

    “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz”, - İlham Əliyev deyib.

    İlham Əliyev bildirib ki, noyabrın 10-da imzalanmış Bəyanat regionda yeni vəziyyət yaradıb, amma buna müdaxilə etmək istəyən cəhdlər var.

    O bildirib ki, “Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır”

    Prezident deyib ki, bu razılaşma ilə yeni təhlükəsizlik formatı yaranıb.

    Onun sözlərinə görə, Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır.

    Cənab Əliyev bildirib ki, “bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz”.

    “Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı”,- Prezident deyib.

  8. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması haqqında saziş imzalanıb

    Türkiyə Milli Müdafiə Nazirliyi

    Şəklin mənbəyi, Türkiyə Milli Müdafiə Nazirliyi

    Çərşənbə axşamı günü Qarabağ münaqişəsi ilə bağlı cəbhədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması haqqında saziş imzalanıb.

    Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar tamamlanıb və memorandum imzalanıb.

    Nazirliyin məlumatına görə,mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər davam etdirilir.

    Məlumata görə, son imzalanan saziş Azərbaycan və Ermənistan arasında atəşkəsin tətbiq olunmasını izləmək və nəzarət etmək üçün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında noyabrın 11-də video telekonfransla baş tutmuş görüşdəki anlaşma memorandumu əsasında imzalanıb.

  9. Bərdədə laçınlılar Laçının qaytarılmasını qeyd edirlər

    BBC News Azərbaycanca müxbirləri Bərdədə Laçın rayonunun qaytarılmasını qeyd edən laçınlılarla danışıblar.

    Müxbirlərimiz deyirlər ki, bir qrup laçınlı rayonlarının alınmasını meydanda qeyd edir.

    "Meydanda Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək mümkündür. İnsanlar öz sevinclərini Laçına aid mahnılar oxuyaraq qeyd edirlər."

    Bundan başqa, atlı yürüş də keçirilib.

    Birazdan saytımızda bu barədə reportaj paylaşacağıq.

    Laçın, bu gün, laçınlılar
    Laçın, bu gün, laçınlılar
    Laçın, bu gün, laçınlılar

    Şəklin mənbəyi, bbc

    Laçın, bu gün, laçınlılar
    Laçın, bu gün, laçınlılar
    Laçın, bu gün, laçınlılar
    Laçın, bu gün, laçınlılar
    Laçın, bu gün, laçınlılar
  10. İlham Əliyev: "Yeni dəhliz hazır olandan sonra Laçın şəhəri bizə qaytarılacaq"

    İlham Əliyev

    Şəklin mənbəyi, Azertag

    Şəklin alt yazısı, İlham Əliyev

    İlham Əliyev Laçın rayonunu Azərbaycana qaytarılması münasibətiylə xalqı təbrik edib.

    O deyib ki, bu tarixi naliyyətdir ki, bir güllə atılmadan, bir şəhid verilmədən Laçın rayonu qaytarılıb və Ermənistan buna məcbur edilib.

    Prezident bildirib ki, işğaldan əvvəl Laçın rayonunda 50 min sakin yaşayıb, indi isə oranın sakinlərinin sayı 80 mindən bir qədər çox olub.

    Prezident xalqa müraciətində Rusiya və Ermənistanla imzalanmış 10 noyabr sənədi haqqında da danışıb və onun şərtlərini şərh edib.

    O, Bəyanatın noyabrın 10-da imzalandığını deyib və tarixin fərqli deyilməsini Rusiya saatı ilə bir saat fərqdə gördüyünü bildirib.

    Prezident deyib ki, razılaşmanın birinci bəndindəki məsələlə artıq təmin edilib.

    İlham Əliyev deyib ki, birinci bəndə görə atəşkəs təmin olunub, ancaq hərdənbir Ermənistan tərəfi atəşkəsi pozsa da "layiqli cavabını alır."

    O deyib ki, ikinci bənddə göstərilən Ağdam rayonunun təhvil verilməsi və üçüncü bənddəki Rusiya sülhməramlılarının yerləşdirilməsi artıq həyata keçib.

    İlham Əliyev deyib ki, razılaşmanın dördüncü bəndi bəyənatın müddətinin 5 il olduğu haqqındadır.

    Razılaşmada deyilir ki, əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır.

    İlham Əliyev deyib ki, beşinci bənddə atəşkəsə nəzarət mərkəzinin yaradılması qeyd olunub, amma Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmayıb.

    Cənab Əliyev sənəd imzalayanda artıq mərkəzin Türkiyə-Rusiya mərkəzi olacağının razılaşdırıldığını deyib.

    O bildirib ki, Türkiyə-Rusiya mərkəzi məsələsi də “artıq öz həllini tapıb”.

    Onun sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarının qaytarılmasını ehtiva edən altıncı bəndin də bir hissəsi təmin olunub.

    Prezident deyib ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir və Laçın şəhəri o dəhlizin ortasında qalır.

    “Mən Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində”, - İlham Əliyev deyib.

    O deyib ki, razılaşmada 3 il vaxt göstərilsə də "biz bunu daha tez müddətdə edə bilərik".

    O bildirib ki, “Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır”.

    Cənab Əliyev bu məsələni "razılaşmaya saldırmasaydı Laçın şəhərinin Laçın dəhlizi daxilində həmişəlik qala biləcəyini" deyib.

    Prezident yeddinci bənddə məcburi köçkünlər və qaçqınların BMT-nin nəzarəti altında geri qaytarılacağından danışıldığı deyib və bildirib ki, bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.

    “Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin mübadiləsi, həm əsirlərin və girovların”,- İlham Əliyev bildirib.

    Onun sözlərinə görə, doqquzuncu bənddə bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilməsindən bəhs edilir.

    Prezident orada Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin olacağından və bu bəndin sırf onun təkidi ilə Bəyanata salınmasını deyib.

    O bildirib ki, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa olmayıb.

    Prezident onu da bildirib ki, bu bəndin şərtlərinə görə, “tərəflərin razılığı əsasında Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin olunacaq.

    İlham Əliyev bildirib ki, bu iki dəhliz olması deməkdir.

    “Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər”,- İlham Əliyev deyib. .

    İlham Əliyev deyib ki, o, regionda olan dəmir yolu xətlərinin qiymətləndirilməsi üçün tapşırıq verib.

    Bundan başqa cənab Əliyev deyib ki, dəmir yollarının bərpası məsələsini Rusiya Federasiyasının nümayəndə heyəti ilə müzakirə edib, amma Ermənistan burada iştirak etməyib.

    Prezident deyib ki, Ermənistan işğala görə bütün regional layihələrdən kənarda qalıb və heç nə qazanmayıb.

  11. Türkiyə ordusunun mina təmizləmə və zərərsizlədirmə qrupu Azərbaycana gəlib

    Türkiyənin Quru Qoşunlarının minaları və partlamamış hərbi sursatları təmizləyən iki qrupu Azərbaycana gəlib.

    Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, mütəxəssislər Ermənistanın işğalından azad edilən bölgələrdə Azərbaycan Ordusunu kömək etməyə başlayıblar.

    Məlumata görə, Türkiyə hərbçiləri həm mina və partlamamış hərbi sursatların təmizlənməsi işini həyata keçirəcək, həm də Azərbaycan qoşunlarına təlim keçəcəklər.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  12. Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb

    Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.

    Təsvirlərdə qaranlıq şəraitdə bir qrup hərbçinin Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdiyi göstərilib.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  13. Rusiya Müdafiə Nazirliyi: Laçın dəhlizində hərəkətə sülhməramlılar nəzarət edir

    Laçın dəhlizi

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Laçın dəhlizi

    Rusiya sülhməramlıları Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinə nəzarət edirlər.

    Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 14-dən bəri Laçın dəhlizi vasitəsiylə "Rusiya sülhməramlıları 26 mindən çox qaçqının əvvəlki yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin ediblər".

    "Sülhməramlılar mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizindən keçməsini, ərzaq və müxtəlif malların daşınmasını təmin edir, infrastruktur obyektlərinin bərpa edənlərin təhlükəsizliyini təmin edirlər",- Rusiya Müdafiə Nazirliyi bildirib.

    Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılaşmaya görə, Dağlıq Qarabağa Rusiyanın 1960 sayda hərbçisi, 90 zirehli heyət daşıyıcısı hərbi texnikası, 380 ədəd avtomobil və xüsusi texnikası sülhməramlı missiyanı həyata keçirmək üçün göndərilib.

    Rusiya qüvvələrinin özəyini bu ölkənin Mərkəzi Hərbi Dairəsinin 15-ci moto-atıcı briqadasının bölmələri təşkil edib.

    Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün sülhmaramlıların 23 müşahidə məntəqəsi qurulub.

    Laçın dəhlizi

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Laçın dəhlizi

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

  14. Laçın – məğrur rayonun hekayəsi

  15. Rusiya sülhməramlıları Laçın dəhlizində elektrik xətlərinin bərpasına kömək edib

    Laçında mina təmizləmə

    Şəklin mənbəyi, Rusiya Müdafiə nazirliyi

    Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı minə yaxın partlayıcı maddəni zərərsizləşdirib və Laçın dəhlizindəki elektrik xətlərinin bərpasının təhlükəsizliyini təmin edib.

    Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sülhməramlıları Laçın dəhlizindəki ərazidə partlayıcı maddələri təmizləyib və sonra döyüşlər zamanı dağılmış yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün təmir qruplarının təhlükəsizliyini təmin edib.

    Nazirliyin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzi bildirib ki, aşkarlanan partlayıcı obyektlər, partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılıb və məhv edilib.

    Poliqona aparıla bilməyən döyüş sursatları yerindəcə zərərsizləşdirilib.

    "Ümumilikdə, Dağlıq Qarabağda 29 hektardan çox ərazi və 10 kilometrə yaxın yol təmizlənib, 100-dən çox ev və sosial əhəmiyyətli obyektlər yoxlanılıb və 1000-ə yaxın partlayıcı obyekt aşkar edərək zərərsizləşdirilib",- Rusiya Müdafiə Nazirliyi bəyan edib.

    Məlumata görə, ötən gün ərzində Dağlıq Qarabağ ərazisində üç elektrik ötürücü qüllə, 1,2 min metr uzunluğunda qaz kəməri, 1,5 mindən çox rabitə xətti, habelə iki transformator yarımstansiyası bərpa edilib.Bu gün Laçın rayonunun Azərbaycana qaytarılması üçün sonuncu gündür. Artıq gecə saatlarından Azərbaycan qüvvələrinin Laçın rayonunun ərazisinə daxil olduğu bəyan edilib.

    Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya görə artıq Ağdam və Kəlbəcər rayonları Azərbaycana qaytarılıb bu gün isə Laçın rayonu təhvil verilir.

    Laçında mina təmizləmə işləri

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Laçında elektrik çəkilişi

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

  16. Azərbaycan Ordusu Laçına daxil olub, Azərbaycan Müdafiə Nazirliyi bu barədə video paylaşıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

    Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

  17. Laçın şəhəri ermənilərdəmi qalır? Ermənilərə belə deyilib, amma onlar şəhəri tərk edir

  18. Qarlı Laçın dəhlizindən son görüntülər: mal-qara sürüsü çıxarılır, ağaclar kəsilir, evlər yandırılır

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  19. Azərbaycan Ordusu Laçına daxil olub - sosial media

    Sosial mediada yayılmış məlumatlarda Azərbaycan Ordusunun Zabux kəndi istiqamətindən Laçın rayonu ərazisinə daxil olduğu bildirilir.

    Bu məlumatı Meydan TV-nin sosial media prodüseri Həbib Müntəzir yazıb.

  20. Hulusi Akar: "Ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir."

    Hulusi Akar

    Şəklin mənbəyi, AA

    "Ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir."

    Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarabağda atəşkəsə nəzarətə dair Rusiya ilə birgə mərkəzin işindən danışarkən deyib.

    Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr Bəyanatına əsasən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

    Türkiyə və Rusiya müdafiə nazirləri noyabrın 11-də buna dair memorandum qəbul ediblər.