Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
"Gəncədə məskunlaşan Kəlbəcərdən olan məcburi köçkünlər Kəlbəcər Mədəniyyət Evinin Gəncədə yerləşən inzibati binasının qarşısına toplaşıblar, BBC News Azərbaycan müxbirləri deyiblər.
Müxbirlərimiz bildirir ki, "kəlbəcərlilər Prezident İlham Əliyev Kəlbəcərin azad edilməsini rəsmi elan etdikdən sonra hadisəni qeyd etməyə başlayıblar".
"Toplaşanların bəzilərinin əlində saz görürük. Bəzilərinin əlində Prezident İlham Əliyev və Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin şəkilləri və Azərbaycan və Türkiyə bayraqları var", müxbirlərimiz deyir.
Kəlbəcər - dağların əhatəsindəki zəngin rayon
Bu gecə Erdoğanla Putin telefonla Dağlıq Qarabağ məsələsini müzakirə ediblər - Anadolu Agentliyi yazır
Şəklin mənbəyi, Anadolu Agentliyi
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında noyabrın 25-i gecə saatlarında telefon söhbəti baş tutub, Anadolu Agentliyi xəbər verib.
Agentlik yazır ki, Erdoğan və Putin söhbət zamanı "həm də Dağlıq Qarabağ məsələsini müzakirə ediblər".
"Prezident Erdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə ortaq quracağı Mərkəzin tezliklə fəaliyyətə başlamasını gözlədiklərini bildirib.Türkiyə Prezidenti Putinlə söhbətində Ermənistan tərəfinin razılaşma ilə bağlı öhdəliklərindən qaçmasına icazə verilməməsinin vacibliyini vurğulayıb", xəbərdə deyilir.
Agentlik cənab "Erdoğanın söhbət zamanı həmçinin Minsk Qrupunun digər həmsədrlərinin sülh cəhdlərini tənqid etmələrini anlamağın mümkün olmadığını bildirdiyini" vurğulayır.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda, Dağlıq Qarabağ bölgəsində gərgin döyüşlərlə başlayıb.
Noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanat imzalayıblar.
Bəyanatda Azərbaycan və Ermənistan tərəfləri olduqları mövqelərdə qalması və Rus sülhməramlılarının bölgəyə gətirilməsi və ortaq Rusiya-Türkiyə müşahidə mərkəzinin yaradılması nəzərdə tutulub.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntülərini yayıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Azərbaycan MN: "Gecədən yollar minalardan təmizlənərək orduya Kəlbəcərə girmək üçün yol açılıb"
"Gecədən yollar minalardan təmizlənərək orduya Kəlbəcərə girmək üçün yol açılıb", Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib.
BBC News Azərbaycancanın bölgədə olan müxbirləri bildirir ki, Azərbaycan ordusu Kəlbəcərə iki istiqamətdən daxil olur.
"Bir Daşkəsən istiqamətindən, bir də Göygöl rayonunun Toğanalı kəndindən Azərbaycan ordusu Kəlbəcərə daxil olmağa başlayıb. Toğanalı kəndindən Kəlbəcərə yolun uzunluğu təxminən 80 kilometrdir. Kəlbəcərlilər deyirlər ki, Kəlbəcərin işğalı zamanı - 27 il öncə onlar məhz bu yoldan istifadə edərək rayonu tərk ediblər. Bu gün isə artıq həmin yolla Azərbaycan ordusu Kəlbəcərə daxil olmağa başlayıb," - müxbirlərimiz bildirir.
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonundan ilk görüntüləri paylaşıb
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
Şəklin mənbəyi, Getty Images
Şəklin alt yazısı, Fotoda 24 noyabrda Kəlbəcərdən çıxan erməni əhalinin evləri yandırması görüntülənir.
Azərbaycan əsgərləri Kəlbəcər rayonuna daxil olub, Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, 10 noyabr Bəyanatına uyğun olaraq Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir, Nazirlik bildirib.
Putin: "Dağlıq Qarabağda ümumilikdə vəziyyət sabitləşir"
Şəklin mənbəyi, KREMLIN.RU
Bu gün Prezident Vladimir Putin bildirib ki, Rusiya tərəfindən son vaxtlar köhnədən qalan münaqişələrdən birinin həllində vasitəçi qismində bir sıra səylər göstərilib.
"Bizə dost olan Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının
ölümü ilə nəticələnən Dağlıq Qarabağda hərbi əməliyyatların
dayandırılması üçün enerjili səylər göstərdik."
O qeyd edib ki, rəsmi Moskva ATƏT-in Minsk qrupunda, o cümlədən, həmsədrlər
- Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa arasında əldə olunan əsas
razılaşmalara uyğun hərəkət edib.
"Və əldə edilən əsas məsələ - qan tökülməsinin
dayandırılması, Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan Baş
nazirinin üçtərəfli bəyanatında barışın bərqərar olunmasının təsbit edilməsidir.
Yuxarıda qeyd olunmuş bəyanata uyğun olaraq bölgəyə göndərilən
Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin
təhlükəsizliyini təmin edir, qayıdan qaçqınları və humanitar yükləri müşayiət
edir. Ümumilikdə vəziyyət sabitləşir", cənab Putin qeyd edib.
Cənab Putin həmçinin deyib ki, zərərçəkmişlərə yardım göstərilməsi,
infrastrukturun bərpa edilməsi və normal dinc həyat üçün şəraitin yaradılması
ilə məşğul olacaq Rusiya humanitar reaksiya mərkəzi də işə başlayır.
Ermənistanda müdafiə nazirinin müavini vəzifəsindən azad edilib
Şəklin mənbəyi, Armenpress
Ermənistan Baş naziri Nikol Paşinyanın əmri ilə müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib.
Bu barədə hökumət saytında bildirilib.
O, 2018-ci ildən müdafiə nazirinin müavini vəzifəsini tuturdu.
"Qaçdıq Mingəçevirə ora atdılar, qaçdıq Bərdəyə oranı vurdular, getdik Kürdəmirə", - Tərtər sakini
Ermənistan hərbçiləri Kəlbəcər rayonunu qaytarmazdan əvvəl ordakı erməni hərbi qərargahını partladıblar.
Bu barədə Ria Novosti agentliyi video yayıb.
Rayon gecə yarısından sonra Azərbaycanın nəzarərtinə keçməlidir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Ermənistanda könüllülər silah-sursatı geri qaytarmağa çağrılıb
Şəklin mənbəyi, Getty Images
Şəklin alt yazısı, 23 noyabr. Xankəndi yaxınlığında erməni könüllüsü
Ermənistanda hərbi polis Dağlıq Qarabağda döyüşlərə qoşulanlara müraciət edərək silahların geri qaytarılmasına çağırıb.
Ria Novosti yazır ki, daxil olan məlumata görə müharibə zamanı çoxsaylı əhali silah-sursat alaraq döyüş bölgəsinə gediblər, lakin atəşkəsdən sonra onları geri qaytarmayıblar.
"Hərbi polis səfərbərlik çərçivəsində və ya başqa əsaslarla hərbi xidmətə çağrılan vətəndaşları bir daha döyüş əməliyyatları zamanı müxtəlif yollarla əldə edilən və ya alınan silah və sursatı könüllü təslim etməyə çağırır", məlumatda bildirilir.
Putin Əliyev və Paşinyanla atəşkəs Bəyannaməsinin icrasını müzakirə edib
Şəklin mənbəyi, AFP
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Kremlin saytında bildirilir ki, telefon danışıqları 23 və 24 noyabr tarixlərində baş tutub.
Telefon danışığında 21 noyabrda Rusiyanın qurumlararası nümayəndə heyətinin Bakı və Yerevana səfərlərinin nəticələri və üçtərəfli Bəyannamənin icra yolları, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı əlavə addımlar müzakirə olunub.
Həmçinin regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və qarşılıqlı iqtisadi əlaqələr kimi məsələlərə toxunulub.
Bərdə–Ağdam dəmir yolu xətti tikiləcək
Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı sərəncam verib.
Sərəncama görə, ümumi uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Rusiya FHN Xankəndiyə 300 ton tikinti materialı göndərib
Şəklin mənbəyi, Ria Novosti
Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin (Rusiya FHN) ikinci humanitar yardım karvanı Xankəndiyə çatıb.
Ria Novosti agentliyi bildirir ki, 20 ədəd yük maşını buraya Rostov-Dondan yola düşüb. Yük maşınlarının gətirdiyi 300 ton tikinti materialı - taxta, şüşə, plitələr olub.
Onlar müharibə zamanı dağılmış yaşayış binalarının və Dağlıq Qarabağın infrastrukturunun bərpası üçündür.
Rusiya FHN-nin ilk yardım karvanı noyabrın 21-də Xankəndiyə 45 ton tikinti materialı gətirmişdi.
Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhərindən görüntülər paylaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Bu gün Prezident İlham Əliyev 10 noyabr Bəyanatının icrasından irəli gələn, işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahının yaradılması barədə sərəncam verib.
Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın rəhbəri, Prezidentin, həm də Birinci Vitse-Prezidentin köməkçiləri, nazirlik və digər qurumların rəhbərləri Qərargahın üzvləri təyin olunub.
Bundan başqa, Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb.
Hulusi Akar Türkiyə əsgərinin Azərbaycana nə vaxt gələcəyi barədə
Şəklin mənbəyi, AA
Müdafiə naziri Hulusi Akar bu gün Parlamentdə jurnalistlərin sualına cavab verərkən Türkiyə əsgərinin Azərbaycana nə vaxt gələcəyi və oradakı vəzifələri barədə deyib ki, işlər plana uyğun olaraq davam etdirilir.
"İşlərimiz davam edir. Əsgərlər lazımi hazırlıqları edib və etməyə davam edir. Bir tərəfdən müşahidə nöqtələrində patrul vəzifələrimiz olacaq, digər tərəfdən ortaq əməliyyat mərkəzində dostlarımız olacaq."
Onun sözlərinə görə, partlayıcı maddələrin və minaların təmizlənməsi işləri də davam edir.
Hulusi Akar, "Müşahidə nöqtələri arasında patrul olacaqmı?" sualına "Bunu Azərbaycanla danışıqlarımıza uyğun olaraq planlaşdıracağıq və həyata keçirəcəyik" deyə cavab verib.
Ağdam rayonunun Abdal və Gülablı kəndləri - video, Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş kəndlərindən görüntülər yayıb
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Ağdamın Gülablı kəndində Azərbaycan hərbçisi ilə erməni əhalinin söhbəti
Azərbaycan
xəbər agentliklərində yayılmış bir videoda Ağdamın Gülablı kəndində məskunlaşmış
erməni əhalinin köçürülməsi zamanı söhbəti görüntülənib.
Videoda
həm də azərbaycanca danışan bir erməni kişi deyir ki, pal-paltar götürmək üçün
gəliblər.
Azərbaycan
hərbçisi isə ona deyir ki, iki gün əvvəl onlara həm köçmək üçün yardım edilib,
həm də Azərbaycan vətəndaşı kimi qalmaq təklifi edilib. Erməni sakinlər isə
bununla razılaşmayıblar.
Sonra
Azərbaycan hərbçisi deyir ki, video çəkilən gün də onlara köçmək üçün icazə
veriblər.
Videonun hansı gün çəkildiyi açıqlanmır.
Azərbaycan
hərbçisi digər kişini göstərərək qeyd edir ki, ona bütün qoyun-quzularını
köçürməyə yardım edilib.
O
kişi Azərbaycan hərbçisinə təşəkkür edib.
Ağdam
rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.
Videonun alt yazısı, Erməni sakinlərin Ağdamdan köçürülməsi