Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Laçını tərk edənlər: "Biz buraya erməni dövlətinin qurulmasına kömək etmək üçün gəlmişdik"

  2. Suqovuşan və Talış kəndlərinə Naftalan şəhəri istiqamətindən yeni yol çəkiləcək

    Suqovuşan yolu

    Şəklin mənbəyi, Avtomobil Yolları Dövlət Agentliyi

    Suqovuşan yolu

    Şəklin mənbəyi, Avtomobil Yolları Dövlət Agentliyi

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bəyan edib ki, Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə Naftalan şəhərindən getməyə imkan verəcək yeni yolun inşası planlaşdırılıb.

    Agentlik bəyan edib ki, hazırda həmin kəndlərə gedən mövcud avtomobil yollarının 28,5 km uzunluğu olan hissəsində təmir aparılır.

    Agentlik iki geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcəyini deyib.

    Məlumata görə hər iki kəndə gedən yollar üzun müddət işğalda olduğundan yararsız vəziyyətdədir.

    Qurum bildirib ki, hazırda yolda aparılan təmir işləri “yüksək keyfiyyətlə” aparılır və bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

    Agentlik Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km yolun asfaltlanmaq üçün hazır olduğunu, Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik yolun da tikintisi işlərinə start verildiyini bildirib.

  3. Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib və təyinat məntəqəsinə çatdırılıb.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, yüklər dəmir yolu ilə gətirilib.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  4. Türkiyənin minaaxtaran qrupları Azərbaycandadır

    Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə Azərbaycan ordusuna kömək edəcək.

    Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, onlar həm əraziləri minadan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  5. ANAMA: "27 sentyabrdan bəri 8000-dək hərbi sursat və mina zərərsizlədirilib"

    ANAMA

    Şəklin mənbəyi, Azertag

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib ki, vətəndaşlar təhlükəsiz səfər imkanları yaradılana qədər işğaldan azad olunan ərazilərə səyahət etməkdən çəkinməlidirlər.

    ANAMA direktoru bildirib ki, əhalinin polis postlarından yayınaraq və ara yollarla gedərək azad edilən ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.

    O deyib ki, belə hallar baş verdikdə həmin ərazilərdə olan insanları xilas etmək üçün başqa qurumları əməkdaşları səfərbər olunur və təmizlənməmiş ərazilərdə belə addımlar atmaq risk yaradır. Qəzənfər Əhmədov qeyd edib ki, noyabrın 14-də və noyabrın 28-də Füzuli rayonu ərazisində iki fərqli yerdə mülki şəxslərin minaya düşməsi hadisəsi olub və ümumilikdə, beş mülki şəxs həlak olub.

    Bu hadisələrdən sonra bir mülki şəx və bir ANAMA əmakdaşı yaralanıb.

    Cənab Əhmədov bildirib ki, yaxın müddətdə yolların təmizlənməsi həyata keçiriləcək.

    “Sentyabrın 27-dən noyabrın 30-dək 727 ədəd partlamamış hərbi sursat (PHS), 4330 ədəd piyada əleyhinə mina, 1110 ədəd tank əleyhinə mina, 1643 ədəd partlamış raket hissələri aşkarlanaraq zərərsizləşdirilib”, - Qəzənfər Əhmədov deyib.

  6. Azərbaycanla Naxçıvan arasındakı koridor: türk ölkələri arasında ticarət qovşağı rolunu oynayan İran bu xüsusiyyəti itirə bilər

  7. Nikol Paşinyan: "Desəydim, əraziləri verək, insanlar deyərdi: "Nikol xaindir" və yenə müharibə başlayacaqdı"

    Nikol Paşinyan

    Şəklin mənbəyi, Anadolu Agentliyi

    Şəklin alt yazısı, Ermənistanın Baş naziri Nikol Paşinyan

    Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, 2018-ci ildən bəri Qarabağ məsələsi dalana dirənibmiş, yalnız bir həll yolu olub - ərazilərin qeyd-şərtsiz qaytarılması, üstəlik Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə dair zəmanət də yox idi, o qeyd edib.

    Baş nazir Facebook hesabında yazıb ki, bu yeni tələblər kontekstində müharibə ehtimalı yenidən artıb.

    Nikol Paşinyan deyib ki, geriyə dönüb suala cavab vermək çox məqbul olardı: belə olmaması üçün fərqli nə edilməli idi?

    “Beləliklə, erməni tərəfi 2011-ci ildən ən yüksək səviyyədə açıq şəkildə bildirib ki, Kazan danışıqlarına görə, Ermənistan 7 rayonun qaytarılmasına hazırdır və buna qarşılıq olaraq Qarabağa orta status verilsin, sonra isə Referendum və yekun status olsun, lakin Azərbaycan yeni tələblər irəli sürərək razılaşmadı,”- Nikol Paşinyan bildirib.

    O deyib ki, Azərbaycanın yeni tələblərində Qarabağın status məsələsinin ümumiyyətlə gündəmdən çıxarılması, Laçın dəhlizinin xüsusi statusa malik olmaması olub.

    Cənab Paşinyan deyib ki, Şuşa məsələsi yeni tələb olmayıb və hələ 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərinə görə həll olunub. Yəni, dəqiq şəkildə bildirilib ki, Dağlıq Qarabağ əhalisinin nisbəti 1988-ci ildə olduğu kimi olmalıdır və Şuşada əhalinin faiz nisbətində azərbaycanlıların sayı 90 faizdən çox olmalıdır.

    Daha sonra Baş nazir deyib ki, 2011-ci ilə kimi vəziyyət belə olub və 2013-cü ildən bəri Azərbaycan hərbi vəziyyətin alışdırlmasına başlayıb.

    Paşinyan qeyd edib ki, bu vəziyyətə alternativ hərəkətlər bu ola bilərdi: "Xalqa müraciət edib demək: əziz vətəndaşlar, vəziyyət belədir; ya Qarabağın statusu olmadan 7 bölgəni verməliyik, ya da müharibə yenidən başlayacaq".

    “İnsanlar nə deyərdilər? Deyərdilər xeyir, ayağa qalxıb Vətənimiz üçün mübarizə aparacağıq. Müharibə başlayacaqdı və Ermənistanın müharibəyə başladığı ortaya çıxacaqdı. Desəydim ki, əraziləri verək, insanlar deyərdi: "Nikol xaindir" və yenə müharibə başlayacaqdı", - Nikol Paşinyan əlavə edib.

    “Hər hansı bir mərhələdə, o cümlədən Türkiyə-Azərbaycan hərbi təlimləri zamanı, gedib türklərə [azərbaycanlılara] desəydim, gəlin məsələni müharibəsiz həll edək, ərazilərin qaytarılması üçün xüsusi bir cədvəl təqdim etməmi tələb edəcəkdilər. İmzalasaydım, deyərdilər: "Nikol xaindir", imzalamasaydım, müharibə başlayardı".

    Baş nazir hesab edir ki, onlar "mümkün qədər müharibəyə" hazırlaşıblar, amma sonra məlum olub ki, "pis hazırlaşıblar".

    Nikol Paşinyan deyib ki, müharibəni daha əvvəl dayandırsaydı da nəticə eyni olacaqdı: 7 rayonun qaytarılması.

    Onun fikrincə, indi vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməlidirlər.

    Azərbaycanın Nikol Paşinyanın iddialarına şərhi məlum deyil.

  8. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki itkiləri 98-ə çatdı

    Baş Prokurorluq yeni yaydığı vizual məlumatında Qarabağda müharibə başlayandan bəri 98 mülki vətəndaş həlak olduğunu, 414 nəfərin xəsarət aldığını bildirib.

    93 nəfər Ermənistanın raket zərbəsi nəticəsində, beş nəfər minaya düşərək həlak olub.

    410 nəfər raket zərbəsi nəticəsində, dörd nəfər minaya düşərək yaralanıb, qurum bildirib.

  9. Laçın rayonundan çıxan bəzi ermənilər özləri ilə apara bilmədikləri heyvanları güllələyirlər, bu barədə lenta.ru saytı fotolar yayıb.

    Ağdərədə çəkilmiş bir fotoda bir kişinin silahı donuzlara doğru uzatdığı və üç donuzun qan içində yerdə uzandığı görünür.

    Rayon dekabrın 1-də Azərbaycana qaytarılmalıdır.

  10. İndiyə kimi 23 mindən çox etnik erməni qaçqın Dağlıq Qarabağa qayıdıb

    Bazar günü Rusiya sülhməramlıları Ermənistandan Xankəndinə (Stepanakert) gələn qaçqınların avtobus karvanını müşayiət ediblər.

    Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ötən gün Yerevandan Xankəndinə 1699 nəfərin avtobuslarla çatdırılması təmin edilib.

    Qaçqınların avtobusu sülhməramlılar və hərbi polisin müşayiəti ilə baş tutub.

    Nazirliyin məlumatına görə, indiyə kimi 23 mindən çox qaçqın Dağlıq Qarabağa, daimi yaşayış yerlərinə qayıdıb.

    Qaçqınların qayıtması Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya əsasən yerinə yeririlir.

    Razılaşmanın şərtlərinə görə, cəbhədə döyüşlər tamamilə dayandırılıb və Rusiya sülhməramlıları əraziyə yerləşdirilib.

    Sülhməramlı missiyasını Rusiyanın Mərkəzi Hərbi Dairəsinin 15-ci moto-atıcı briqadası həyata keçirir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  11. Nikol Paşinyan 20 oktyabrda atəşkəs ehtimalını niyə rədd etdiyini izah edib

    Nikol Paşinyan
    Şəklin alt yazısı, Ermənistanın Baş naziri Nikol Paşinyan

    Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsini dayandırma cəhdinin bəzi təfərrüatlarını açıqlayıb.

    Nikol Paşinyan öz rəsmi Facebook səhifəsində bildirib ki, 19 oktyabrda Qarabağ lideri Arayik Harutyunyan ona müharibənin dayandırılması təklifini edib.

    “O bu təklifi yalnız öz adından deyil, eyni zamanda Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, eləcə də (Ermənistanın keçmiş prezidentləri) Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan adından ifadə etdiyini söylədi,”- Nikol Paşinyan yazıb.

    Onun sözlərinə görə, bu təklifdən sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib və o da bildirib ki, bu addım Rusiyanın təkliflərinin məntiqinə uyğun olmalıdır.

    Paşinyan bildirib ki, cənab Putin ona status məsələsini təxirə salmaq, əraziləri qaytarmaq, rus sülhməramlılarını yerləşdirmək barədə deyib.

    Nikol Paşinyan isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) sərhədi və Laçın dəhlizi boyunca sülhməramlı qüvvələrin yerləşdirilməsinə razı olduğunu bildirib.

    Sonra Nikol Paşinyan və Vladimir Putin razılaşıblar ki, müzakirələrdən sonra yenidən zəngləşsinlər.

    Paşinyan Facebook-dakı postunda qeyd edib ki, o, Putinlə müzakirəsi barədə separatçı “Dağlıq Qarabağ Respublikasının Prezidenti"nə, parlamentdən kənar qüvvələrə, Milli Məclisin fraksiya nümayəndələrinə məlumat verib, Prezidentin və Katolikosun iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırıb onları məlumatlandırıb.

    Cənab Paşinyan deyib ki, “Sadəcə olaraq sizə məlumat verirəm ki, insanların arxasında, gizli şəkildə bir şey etdiyim anlaşılmasın”.

    O deyib ki, açıq bəyanat verməyib, çünki Azərbaycan tərəfi təklifi rədd etsəydi, bu, Ermənistan üçün yaxşı olmazmış.

    “Ertəsi gün, razılaşmaya əsasən, Rusiya prezidenti zəng etdi. İlham Əliyevin razılığını aldığını, azərbaycanlıların nəzarətə götürdüyü Hadrut və Talışı tərk etmək niyyətində olmadıqlarını və sülhməramlıların faktiki təmas xətti boyunca yerləşdirilməli olduğunu söylədi. Həmçinin, erməni tərəfinin Şuşanı azərbaycanlılara qaytarılması barədə öhdəlik götürməli olduğunu dedi,"- Nikol Paşinyan bildirib.

    O, cavabında bu şərtlərdə atəşkəsin mümkünsüz olduğunu deyib.

    Nikol Paşinyan iddia edib ki, o, Hadrutun [Azərbaycan hərbçilərinin nəzarətində] qalması ilə razılaşa bilərmiş, amma hesab edib ki, razılaşsa, Azərbaycan tərəfi yeni bir şərt irəli sürəcək.

    Ermənistan Baş naziri bildirib ki, onun Şuşanın Azərbaycana verilməsinə etirazıı Vladimr Putini təəccübləndirib: "Mən Şuşanın Azərbaycana verilməsinin mümkünlüyünü təsəvvür eləmirdim. Prezident təəcübləndi ki, mən niyə bunun əleyhinəyəm? Mən öz arqumentlərimi gətirəndə o dedi ki, məntiqlidir və bu nüansları bilməyib. Problem onda idi ki, bu halda Şuşada əhalinin 90 faizi azərbaycanlılardan ibarət olacaqdı və Stepanakertə gedən yola nəzarət olunacaqdı”.

    Nikol Paşinyanın sözlərinə görə, beləliklə, heç bir razılıq əldə edilməyib: "Sonradan Cəbrayıl, Hadrut və Füzuli yaxınlığındakı bir neçə kənd, Talış artıq itirilmişdi. Bundan əvvəl iki dəfə humanitar atəşkəs elan edilmişdi: bir dəfə 10 oktyabrda Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə, ikincisi 17 oktyabrda Fransa Prezidentinin vasitəçiliyi ilə. Vasitəçilik cəhdlərinin hər ikisi də uğursuz oldu".

  12. Rusiya Müdafiə Nazirliyi: "Şuşa ətrafında üç kilometr yol minalardan təmizlənib"

    Mina

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Mina axtaran Rusiya sülhməramlı əsgəri

    Rusiya sülhməramlılarının mina axtaran qrupu Şuşa ətrafındakı avtomobil yolunun təxminən üç kilometrini təmizləyiblər.

    Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hərbçilər Dağlıq Qarabağdakı sülhməramlıların nəzarətində olan ərazilərdə minaların və partlamamış hərbi sursatların təmizlənməsi həyata keçirirlər.

    Nazirlik bildirib ki, mina axtaranlar sülhməramlıların müşahidə məntəqələri arasındakı marşrutlarda, yaşayış məntəqələri və sosial infrastruktur obyektləri ərazilərində və ümumi yollarda axtarış işləri aparırlar.

    Məlumata görə, ötən gün ərzində 100-dən çox partlayıcı sursat xüsusi poliqonda məhv edilib.

    "Ümumilikdə, sülhməramlılar tərəfindən 24 hektardan çox ərazi və 8 kilometrdən çox yol təmizləyib, 750-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib",- Rusiya Müdafiə Nazirliyi bəyan edib.

    Nazirlik bildirib ki, poliqona aparıla bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerində məhv edilib.

    mina

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    partlamamış hərbi sursat

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Qarabağ ərazisində Rusiya sülhməramlıları tərəfindən tapılmış partlamamış hərbi sursatlar
    mina

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Qarabağda poliqonda hərbi sursatın məhv edilməsi
  13. Rusiya sülhməramlıları Xankəndidə səhra xəstəxanası qurublar

    xəstəxana

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Xankəndidə Rusiya sülhməramlılarının səhra xəstəxanası

    Rusiyanın Xüsusi Qüvvələrin Tibbi Birliyi Xankəndidə (Stepanakert) səhra xəstəxanasına yerləşiblər.

    Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hərbi xəstəxana çadırları Xankəndi şəhərinə yaxın aeroportun ərazisində yerləşdirilib.

    Məlumata görə, hazırda pnevmatik xəstəliklərin müalicəsində istifadə olunan avadanlıqların yerləşdirilməsi başa çatıb.

    Nazirlik bildirib ki, xüsusi təyinatlı tibb heyəti sülhməramlılar üçün tibbi dəstək verəcək və tanınmamış Dağlıq Qarabağ əhalisinə lazımi tibbi yardım göstərəcəklər.

    "Tibbi qrup tərkibində 40 nəfərə yaxın heyət üzvü yerləşdirməyə hazırdır",- Rusiya Müdafiə Nazirliyi bildirib.

    Ötən gün Qarabağa hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisilərinin birinci hissəsi gəlib.

    Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, Şərq Hərbi Dairənin xüsusi təyinatlı tibbi heyətinin tərkibində 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton yük tanınmamış Dağlıq Qarabağa köçürüləcək.

    Xəstəxana

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Xankəndidə Rusiya sülhməramlılarının səhra xəstəxanasında cihazın quraşdırılması
    Xəstəxana

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Xankəndi yaxınlığında aeroportda quraşdırılan xəstəxana
    Xəstəxana

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Xəstəxana çadırı
  14. Rusiya sülhməramlıları Xankəndinə Bakıdan keçərək yollanıblar

    Azərbaycan -  Rusiya sülhməramlıları

    Şəklin mənbəyi, MOD.GOV.AZ

    Rusiya sülhməramlılarının bir hissəsi Azərbaycana qatarla gələrək Bakıdan Xankəndinə gediblər.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, noyabrın 28-də Rusiyadan Azərbaycana dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.

    "Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb," - Azərbaycan Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumatda deyilib.

    "Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb".

    Azərbaycan Müdafiə Nazirliyi qeyd edib ki, "gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir".

    Məlumatda eləcə də qeyd olunub ki, Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı işlər Azərbaycan və Rusiya arasında imzalanmış protokola əsasən həyata keçirilir.

    Azərbaycan -  Rusiya sülhməramlıları

    Şəklin mənbəyi, MOD.GOV.AZ

    Azərbaycan -  Rusiya sülhməramlıları

    Şəklin mənbəyi, MOD.GOV.AZ

    Azərbaycan -  Rusiya sülhməramlıları

    Şəklin mənbəyi, MOD.GOV.AZ

  15. ANAMA: "Suqovuşana gedən yolun minalardan təmizlənməsi 3-4 günə bitməlidir"

    İdris İsmayılov

    Şəklin mənbəyi, AZERTAG

    Şəklin alt yazısı, ANAMA rəsmisi İdris İsmayılov

    Tərtər rayonunun Suqovuşan kəndinə gedən 10 kilometrlik yolun 8 kilometri artıq minalardan təmizlənib, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.

    Növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsi təmizlənərək təhvil veriləcək, İdris İsmayılov qeyd edib, Azərtac xəbər verir.

    Suqovuşan yolunda bu günədək 169 mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, ANAMA açıqlayıb.

    İdris İsmayılov deyib ki, təmizlənməmiş ərazilərdə əməliyyat-axtarış tədbirləri hazırda davam etdirilir.

    O bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətinə nəzərdə tutulur.

    ANAMA rəsmisi vurğulayıb ki, qeyd edilən 10 il müddət dedikdə mina problemindən tamamilə azad olmaq, ucqar dağlıq ərazilərin, əkin, otlaq sahələrinin təmizlənməsi nəzərdə tutulur.

    Onun sözlərinə görə, insanların öz evlərinə daha tez müddətdə həyata keçiriləcək.

    ANAMA - Suqovuşan

    Şəklin mənbəyi, AZERTAG

    ANAMA - Suqovuşan

    Şəklin mənbəyi, AZERTAG

  16. Türkiyə və Rusiya arasında Türk-Rus ortaq mərkəzi ilə bağlı müzakirələr davam edir

    Türkiyə və Rusiya Azərbaycan və Ermənistan arasındakı atəşkəs razılaşmasına nəzarət edəcək Türk-Rus ortaq mərkəzinin vəzifə prinsipləri ilə bağlı texniki detalların müzakirəsini davam etdirir, Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

    Azərbaycan-Ermənistan arasında noyabrın 10-da 44 günlük müharibəyə son qoyan atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalayıb.

    Türkiyə Milli Müdafiə Nazirliyi xatırladıb ki, Azərbaycan 4 rayonunu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edib, atəşkəsdən sonra noyabrın 20-də Ağdam, ayın 25-də Kəlbəcər Azərbaycana qaytarılıb, dekabrın 1-də isə Laçının geri qaytarılması gözlənir.

  17. Xocavənddə yaşayan fermer: "Biz gələcəyə görə narahatıq"

    Bu ərazilərdə Azərbaycan və Ermənistan əsgərlərinin postları nar bağlarının yanında yerləşir.

    Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndində yerləşən bu bağın sahibi, 73 yaşlı Jorik Griqoryan bağda işləyən gənclərə nəzarət edir.

    O deyir ki, buradan yığılan məhsul satılması üçün Yerevana göndərilir. Onun həyat yoldaşı Marella Grigoryan ailə üzvlərinin döyüşlərə qoşulmasından danışır.

    Bu bağların yaxınlığında, Ağdama gedən yoldan bir qədər aralıda Azərbaycan bayrağı dalğalanır.

    Onun yaxınlığında yığılmış təkərlər və Azərbaycan hərbçilərinin çadırını və qurduğu postu görmək olar.

    Qarşı tərəfdə isə erməni əsgərlərinin postu yerləşir. Keşik çəkən hərbçilər postda bir-birlərini növbə ilə əvəzləyirlər.

    Sentyabr ayının sonunda başlanan Qarabağ müharibəsi 44 gün davam edib.

    Qanlı qarşıdurmaya son qoyan Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr razilaşmasına görə, bölgəyə Rusiya sülməramlıları yeridilib.

    Razılaşmaya əsasən, Ermənistan Azərbaycana artıq iki rayonu qaytarıb.

    Daha bir rayon - Laçın dekabrın 1-nə kimi Azərbaycana verilməlidir.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  18. Nikol Paşinyan əsirlər problemini həll etmək üçün ölkədaxili çəkişmələrə son qoymağa çağırıb

    Paşinyan

    Şəklin mənbəyi, Reuters

    Ermənistan Baş naziri Nikol Paşinyan əsirlərin geri qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı problemlərin həllini sürətləndirmək üçün ölkədaxili çəkişmələrə son qoymağa çağırıb.

    "Biz vəziyyəti tədricən stabilləşdirməliyik, ağırlaşdırmamalıyıq," - Paşinyan Facebook-da yazıb.

    O qeyd edib ki, “əsir, itkin düşən və potensial olaraq gizlənənlərin (əsgərlər) problemini çox sürətlə həll etmək lazımdır".

    Paşinyanın sözlərinə görə, problemə qarşı tərəfin gözü ilə baxılsa, bu məsələnin uzanmasının Ermənistan daxilində qarşıdurmanı daha da dərinləşdirməsinə imkan verdiyi görünür.

    Baş nazir daxildəki nifaqın problemin həllini sürətləndirməyəcəyini də vurğulayıb. "Problemin həlli yalnız bir halda sürətlənər ki, hamı bu mövzuda daxili toqquşmanın olmayacağını anlasın," – Paşinyan qeyd edib.

    Onun sözlərinə görə, kimin günahkar olduğu və kimin hansı məsuliyyət daşıyacağı gələcəkdə aydınlaşacaq. "Ancaq indi bir-birimizlə vuruşmağa yox, problemin birgə həllinə köklənməliyik. Buna əminəm," - Paşinyan deyib.

  19. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Ağdam rayonunun Şahbulaq kəndindən video yayıb.

    Təsvirlərdə kənddə eyni adlı Şahbulaq qalası, kəndin əraziləri, kilsə, uçmuş tikililər görünür.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube