Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. XİN: "Fransa Senatında qəbul edilən qətnamənin hüquqi qüvvəsi yoxdur"

    Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatında qəbul edilən qətnamənin "hüquqi qüvvəsinin olmadığını" bildirib.

    "Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir."

    XİN bildirib ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi "bir qrup qatı ermənipərəst" senator tərəfindən irəli sürülüb və bu "yalnız təxribat kimi" qiymətləndirilə bilər.

    XİN bildirib ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

    "Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı", Nazirlik qeyd edib.

  2. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonundan yeni görüntülər paylaşıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  3. Avropa Azərbaycandan müharibə və silahlar məsələsində hansı dərsləri öyrənə bilər?

  4. Qarabağda ölən və itkin düşənlərin axtarışı aparılır

    Rusiya hərbçiləri

    Şəklin mənbəyi, TASS/Getty Images

    Rusiya sülhməramlıları Dağlıq Qarabağda ölən və itkin düşən şəxslərin axtarışını aparırlar. Bu barədə Sputnik radiosu bildirir.

    Missiya yerli rəsmilər, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), habelə Ermənistan və Azərbaycan hərbçilərinin köməyi ilə həyata keçirilir.

    Missiyanın fəaliyyətinin ilk həftəsində iki mindən çox cəsəd Dağlıq Qarabağdakı münaqişə tərəflərinə təhvil verilib, məlumatda deyilir.

  5. Azərbaycan partiyalarından Fransa Senatına etiraz

    Fransa senatı

    Şəklin mənbəyi, AFP/Getty images

    Şəklin alt yazısı, Fransa parlamentinin üst palatası - Senat (Arxiv görüntüsü)

    Azərbaycanın bir sıra siyasi partiyası Dağlıq Qarabağdakı separatçı “qondarma qurumun tanınması" məsələsinə baxılması ilə bağlı Fransa Senatını tənqid ediblər.

    Bəyanata əsasən, qətnamənin qəbul olunacağı təqdirdə, Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı və onunla siyasi-iqtisadi münasibətlərə “yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır".

    “Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir”, - çərşənbə günü yayılan bəyanatda deyilir.

    Bu gün Fransa parlamentinin yuxarı palatası Dağlıq Qarabağın "müstəqilliyini" tanıyan qətnaməni nəzərdən keçirməlidir. Senatın baxdığı sənəd tövsiyə xarakteri daşıyır.

    Oktyabrın ortalarında analoji layihə Fransa parlamentinin aşağı palatasına təqdim olunub.

    Ona 3 dekabrda baxılmalıdır.

  6. Kəlbəcər qayıdır, geri qayıtmağa tələsənlər səbirsizliklə gözləyir

  7. Ağdam, Fizuli və Xankəndi aeroportları beynəlxalq məkan indeksləri kataloquna daxil ediləcək

    Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Ağdam, Fizuli və Xankəndi aeroportları daxil olmaqla,Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib, AZAL-ın yaydığı məlumatda bildirilib.

    AZAL prezidenti Cahangir Əsgərovun sözlərinə görə, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq.

    “Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür” – Cahangir Əsgərov deyib.

    Məlumata görə, qeyd edilən hava limanlarının kodları ICAO reyestrinin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

    Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib.

    “Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuşdur. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilmişdir. Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir”, AZAL-ın mətbuat xidmətinin məlumatında deyilib.

  8. Rusiyalı general: Ermənistandan Dağlıq Qarabağa 15 min sakin qayıdıb

    Dağlıq Qarabağ

    Şəklin mənbəyi, Reuters

    Rusiya sülhməramlılarının köməyi ilə son sutka ərzində Ermənistan ərazisindən Dağlıq Qarabağa iki mindən çox qaçqın qayıdıb, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.

    "Ümumilikdə, döyüş əməliyyatları səbəbindən Dağlıq Qarabağdakı evlərini məcburi tərk etmiş təxminən 15 min sakin əvvəlki yaşayış yerlərinə qayıdıb," - Konaşenkov çərşənbə günü brifinqdə bildirib.

    O, regiondakı atəşkəsə bütün təmas xətti boyunca əməl olunduğunu bildirib.

    Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edirlər.

    Konaşenkovun sözlərinə görə, vəziyyətin monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət Rusiya sülhməramlıları tərəfindən 23 müşahidə məntəqəsində aparılır.

  9. Paşinyan: "Status məsələsində Ernənistanın mövqeyi dəyişməyib"

    Paşinyan

    Şəklin mənbəyi, TASS

    Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistanın mövqeyinin dəyişmədiyini bildirib.

    "Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini bilirsiniz və əlbəttə ki, bizim mövqeyimiz dəyişməyib," - Paşinyan TASS-a verdiyi müsahibəsində 10 noyabr tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatında Dağlıq Qarabağın statusu haqqında heç nə deyilmədiyi barədə sualı cavablandıraraq bildirib.

    Paşinyana görə, Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesi zamanı müəyyənləşdirilməlidir.

    "Faktiki olaraq, konsensus var, ən azı ATƏT-in Minsk qrupunun həmsədrləri arasında və Ermənistan belə bir yanaşma ilə razıdır ki, danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində davam etməlidir və birgə bəyanatda həll olunmamış məsələlər ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində [müzakirə edilən] mövzu olmalıdır, ” – Paşinyan deyib.

    Prezident İlham Əliyev 10 noyabrda xalqa müraciətində Dağlıq Qarabağın statusu ilə bağlı deyib ki, "yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq."

  10. Bəzi kəndlərin adları dəyişdirilib

    Prezident İlham Əliyev Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı, Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılması barədə qərar verib.

  11. Kəlbəcərin qaytarılması Bakıda avtoyürüşlə qeyd olunub

    Kəlbəcərin qaytarılması ilə bağlı Bakıda avtomobil yürüşü keçirilib.

    Heydər Əliyev Mərkəzindən start götürən yürüş iştirakçıları Azərbaycan, Türkiyə və Rusiya bayraqlarını dalğalandıraraq Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

    Daha bir yürüş Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin qarşısından başlayaraq Şəhidlər Xiyabanına, oradan isə Azneft meydana doğru keçirilib.

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

    Bakı

    Şəklin mənbəyi, AZERTAG

  12. Azərbaycan ordusu Kəlbəcərə daxil olur

  13. Nikol Paşinyan: "Düşünmürəm ki, Rusiya sülhməramlılarının qalma müddəti 5 il ilə məhdudlaşacaq"

    Paşinyan

    Şəklin mənbəyi, TASS

    Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti 5 il ilə məhdudlaşmayacaq.

    Baş nazir vurğulayıb ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi “əldə olunmuş siyasi razılaşma məsələsidir” və noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin birgə bəyanatında ifadə olunub.

    Paşinyanın sözlərinə görə, "beş illik müddət prosesin başlanğıcıdır". O, bu müddətin avtomatik olaraq uzadıla biləcəyini də qeyd edib.

    "Düşünürəm ki, hazırda əsas məsələ Dağlıq Qarabağda və regionda sabitliyi təmin etməkdir, Dağlıq Qarabağ vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir, düşünürəm və ümid edirəm ki, Rusiya sülhməramlılarının fəaliyyəti uğurlu olacaq və onlar bu missiyanı həqiqətən həyata keçirə biləcəklər," – Paşinyan deyib.

  14. Azərbaycan əsgərləri Daşkəsəndən Kəlbəcərə daxil olur - video

    Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının görüntülərini yayıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  15. Ermənistanın iki nazir müavini işdən çıxarılıb

    Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarları ilə ölkənin İqtisadiyyat nazirinin müavini Naira Margaryan və Ədliyyə nazirinin birinci müavini Rafik Qriqoryan tutduqları vəzifədən azad ediliblər.

  16. Recep Tayyip Erdoğan: "Qarabağdakı erməni işğalı bitib"

    Recep Tayyip Erdoğan Türkiyə Azərbaycan Qarabağ

    Şəklin mənbəyi, Anadolu Agentliyi

    "Ölkəmizin dəstəyi sayəsində Azərbaycan ərazisi olan Qarabağdakı erməni işğalı bitib, qalıcı həll ümidləri ilk dəfə artıb".

    Anadolu Agentliyi yazır ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bu gün partiyası AKP-nin qrup yığıncağında belə deyib.

  17. Kəlbəcərdən çıxan ermənilər: “Buranı tərk etmək çətindir bizim üçün”

  18. İlham Əliyev: "Kəlbəcərdə heyvandarlıq inkişaf edəcək"

    Bu gün Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcərdəki 24 min hektar meşə ərazisindən bəhs edib və onu "böyük sərvət" adlandırıb.

    O deyib ki, son günlər ərzində ermənilərin meşələri yandırması “ekoloji faciə, fəlakət yaratmaq məqsədi günüdür”.

    “Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

    Azərbaycan Prezidenti daha sonra “Kəlbəcərin bərpa ediləcəyini” bildirib.

    “Kəlbəcər bərpa ediləcək. Buna heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaq”, Prezident belə deyib.

    Prezident Əliyevin çıxışından bəzi hissələri canlı reportajda oxuya bilərsiniz.

  19. İlham Əliyev Kəlbəcərin azad edilməsi ilə bağlı xalqı təbrik edib

    İlham Əliyev

    Şəklin mənbəyi, president.az

    “Kəlbəcər… qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Kəlbəcərin azad edilməsi ilə bağlı xalqa müraciətində deyib.

    O, Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə “bütün Azərbaycan xalqını ürəkdən təbrik etdiyini” bildirib.

    Kəlbəcərin işğalından danışan İlham Əliyev deyib ki, rayonun işğalı “o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir”.

    O vurğulayıb ki, “bütövlükdə torpaqların işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir".

    "Əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi”, cənab Əliyev bildirib.

    O deyib ki, o vaxt “Azərbaycanda daxili çəkişmələr baş alıb getməsi, yaranmış siyasi böhran və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlar” verib.

    İlham Əliyevin sözlərinə görə “əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi”.

    Daha sonra çıxışında Kəlbəcərdən bəhs edən ölkə başçısı “erməni “tarixçiləri” və saxtakarların qədim alban kilsələrini saxtakarlıqla erməniləşdirdiklərini” deyib.

    “Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub”.

    Azərbaycan Prezidenti Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin Azərbaycanın tarixi-mədəni sərvəti olduğunu və bu kilsələrin qorunduğunu” diqqətə çatdırıb.

    “Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı”, Azərbaycan Prezidenti bəyan edib.

  20. Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcərin azad olunması ilə bağlı paylaşım edib

    “Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq", Türkiyə Milli Müdafiə Nazirliyi Twitter hesabından paylaşım edib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X