“Rusiya Ermənistana yardım etmir, Azərbaycan Dağlıq Qarabağda üstünlüyə malikdir”, - Dağlıq Qarabağ uğrunda münaqişənin kəskinləşməsini təhlil edən nüfuzlu ABŞ dərgisi özünün son yazısına bu başlığı seçib.
Foreign Policy nəşrinə əsasən, işğal olunmuş Azərbaycan ərazilərində qarşıdırmanın yenilənməsi çoxdandır ki, gözlənilən idi.
Onun kökləri o cümlədən, Yerevanın mənalı danışıqlardan imtinası və yeni hökumətin “millətçi tələsinə” düşməsiylə əlaqəlidir.
Hərçənd ki, 2018-ci ilin mayında “rəngli inqilab” nəticəsində Nikol Paşinyanın baş nazir olması, ümidlər yaratmışdı.
Lakin o, “ictimaiyyətə verdiyi bir çox vədləri yerinə yetirə bilməyəndən” sonra, daxili siyasətdə “öz millətçi ritorikasının girovuna” çevrildi.
Yerevanın Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddiaları səsləndirməsi vəziyyəti daha da kəskinləşirdi.
Ermənistan həmişə Rusiyanın dəstəyinə malik olub. Lakin belə görünür ki, hazırda Azərbaycan döyüş meydanında irəliləsə də, Yerevan Kremldən gözlədiyi dəstəyi ala bilmir.
Mümkündür ki, Moskva bu yolla, həmçinin Paşinyanı zəiflətmək məqsədini güdür.
Eyni zamanda münaqişə, Rusiyanın özünün bir çox problemlərlə üzləşdiyi vaxta təsadüf edib.
Buraya Belarus hadisələri, Nord Stream 2 boru kəmərinə dair böhran və Aleksey Navalnının zəhərlənməsi kimi hadisələr aiddir, Foreign Policy yazır.
Yekun fikir budur ki, “döyüşkən millətçi ritorikasını” səsləndirən Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqlardan imtina edərək çətin vəziyyətə düşüb – Putin isə onun köməyinə gəlmir.