ABŞ: Trump prezident seçkilərində qalib gəlir

ABŞ əhalisi növbəti prezidentin kim olacağına qərar verir

Canlı reportaj

  1. Təcili xəbər, Ohio Trump-a "səs verib"

    ABC New bildirir ki, onların proqnozlarına görə Ohio Donald Trump-a səs verib. 

    Ohio II Dünya Müharibəsindən sonra hər zaman qaliblərə səs verib. Son dəfə Barack Obama burada 3 faiz səslə qalib gəlib.

  2. Təcili xəbər, New Mexico Clinton-a "səs verib"

    ABC News proqnoz verir ki, New Mexico Hillary Clinton-u dəstəkləyib.

    Fikrini tez-tez dəyişən bu ştat son seçkilərdə demokratları dəstəkləməyə başlayıb. Təkcə 2004-cü ildə ştat George W Bush-a səs verib.

    Burada ispandilli sakinlər Clintonun qələbə çalmasına yardım edib.

  3. Təcili xəbər, Missouri Trump-a "səs verib"

    ABC News Missouri-də Trump-ın qələbəsini proqnoz verib.

    Missouri son 4 seçkidə respublikaçıları dəstəkləyib.

  4. Təcili xəbər, Montana Trump-a səs verir

    ABC News proqnozuna görə, Montana-nın üç seçki dairəsindəki səslər Trump-a verilib.

    Bu qərbi ştat təkcə bir dəfə, 1992-ci ildə demoktarlara, Bill Clinton-a səs verib.

    Bakı vaxtilə saat 7:00-dır və indiki anlarda Arizona, Iowa, Nevada və Utahda məntəqələr bağlanır.

  5. Clinton-un kampaniyası ruhdan düşməməyə çalışır

    Wall Street journal yazır ki, senator Chuck Schumer Hillary Clinton-un dəstəkçilərini həvəsləndirməyə çalışır.

    Senator Schumer Javitz konvensiya mərkəzinin qarşısına toplayan dəstəkçilərə deyib:

    "İnanıram ki, o qalib gələcək! İnanıram ki, o qalib gələcək!"

  6. Səslərin hesablanması davam edir

    New York Times və başqa təhlilçilər Trump-ın qalib gələcəyini ehtimal etsələr də, unutmayaq ki, hələ əsas ştatlardan - Ohio, Pennsylvania, Virginia, Florida və Şimali Carolinadan tam proqnoz nəticələr gəlməyib.

  7. Trump seçkiləri izləyir

  8. Clinton üçün erkən qalibiyyətin heç bir nişanəsi yoxdur

    Bəzi şərhçilər deyir ki, Hillary Clinton Florida kimi əsas ştatda gəlsəydi, onun erkən qabiliyyətindən danışmaq olardı,

    Amma Trump bir qədər irəlidədir və Georgia kimi başqa mühüm ştatlardakı nəticələr hələlik yoxdur.

    Görünür, belə tezliklə nəticələri bilməyəcəyik.

  9. Kubalılar ABŞ seçkilərini diqqətlə izləyir

    ABŞ prezidentliyi uğrunda bu uzun yarışı diqqətlə izləyən ölkələrdən biri də Kubadır.

    Beləki Barack Obamanın prezidentliyi dövründə kommunistlərin idarə etdiyi ada-ölkənin Vaşinqtonla münasibətləri normallaşmağa başlayıb.

    Seçkidə Hillary Clinton-un qalib gəlməsi bu normallaşmanı davam etdirə bilərdi.

    Lakin Trump-ın prezident olacağı təqdirdə ABŞ-Kuba münasibətlərinin gələcəyi barəddə nəsə demək çətindir.

    O kampaniyasının sonunda Kubaya qarşı embarqonun davam etdirilməsini dəstəkləyəcəyini bildirmişdi.

    kubalılar

    Şəklin mənbəyi, Getty Images

  10. New York Times: Trump-ın "şansı gətirir"

    NYT-nin alqoritmləri indi 53 faiz şansla Trump-ın qalib gələcəyini göstərir.

  11. Təcili xəbər, Louisiana Trump-a "səs verib"

    ABC News proqnoz verir ki,  Louisiana Donald Trump-a səs verib

    Louisiana 4 dəfə respublikaçılara səs verib. Lakin 1992 və 1996-cı ildə Bill Clinton-u dəstəkləyib.

  12. Rubio Floridadan təkrar senator oldu

    Keçmiş respublikaçı prezidentliyə namizəd Marco Rubio Floridada Senat yarışının qalibi olub.

    45 yaşlı Rubio namizədlik nominasiyasında Trump-a uduzduqdan sonra siyasətdən getməliydi, lakin sonradan fikrini dəyişib.

    Marc

    Şəklin mənbəyi, AP

  13. Marixuana və çətənəyə dair seçki

    Bugün Arizona, California, Maine, Massachusetts və Nevada prezident seçmək və Konqresə nümayəndə seçməkdən əlavə, həmçinin çətənənin müalicə məqsədilə istifadəsinə izn verib-verməməyə səs verir.

    Arkansas, Florida, Montana və Şimali Dakota da tibbi marixuananın həcminə səs verir.

  14. Qlobal bazarlarda vəziyyət belədir

    BBC-nin Sinqapurdakı müxbiri Tessa Wong bildirir ki, nəticələr kimi valyutaların dəyəri də artır-azalır. Əvvəlcə artan meksika pesosu hazırda aşağı düşür. Bu arada Yaponiya yeni yenidən möhkəmləndirir.

    dollar

    Şəklin mənbəyi, reu

  15. Yerevanda sorğu, Yerevanda ABŞ prezidenti postunda kimi görmək istəyirlər?

    Videonun alt yazısı, Nə Trump nə də Clintondan "yaxşı bir şey gözləmirəm"
  16. Clinton Connecticut-də qalibdir

    ABC News proqnozuna görə, Hillary Clinton Connecticut-də demokratların ştatında qalibdir

  17. Arkansas-da Trump qalib gələ bilər

    ABC News proqnoz verir ki, Arkansas ştatında Trump qalib gələ bilər.

    Bu ştatda Clintonlar siyasi fəalliyətlərinə başlayıblar, eləcə də Bill Clinton 90-ların sonunda burada böyük dəstəyə malik idi. 

    Amma ştat 2000-ci ildən sonra respublikaçılara səs verir.

  18. #StayInLine həşteqi populyarlaşıb

    Clinton-un dəstəkçiləri #StayInLine həşteqi ilə səs verməmiş seçiciləri məntəqələr bağlananadək növbədə durmağa məsləhət verib.

    Sırada dayanmış seçicilər varsa, onlar məntəqəni səsverməmiş tərk edə bilməzlər.

  19. Müxbirimiz Washington-u gəzir

    Mabry Williams adlı bu Washington sakini bu gün səs verməyib. 

    "Heç bir prezident" Barack Obamanı əvəz edə bilməz", o müxbirimizə deyib.

  20. 6 ştat Trumpa, 1 ştat isə Clintona "səs verib", ABC News proqnoz verir

    Clinton New York-da qalib gələ bilər, amma Trump Texas, Kansas, Şimali Dakota, Cənubi Dakota və Wyoming-də qalib gələ bilər, ABC News proqnoz verir. 

    Trump-ın həmçinin Nebraska-nın 5 dairəsindən 4-də qalib gələcəyi gözlənilir. 

    Heç bir həlledici ştatlarda belə nəticələr proqnozlaşdırılmayıb.