ABŞ: Trump prezident seçkilərində qalib gəlir

ABŞ əhalisi növbəti prezidentin kim olacağına qərar verir

Canlı reportaj

  1. Respublikaçılar Nümayəndələr Palatasına nəzarəti ələ keçirir

    Associated Press agentliyi xəbər verir ki, Respublikaçılar Nümayəndələr Palatasında çoxluq qazanmaqla palataya nəzarətlərini altı il də uzadıb. Demokratların isə qazandığı yerlər nisbətən azdır.

    Səslər hələ də sayılır, amma Respublikaçılar azı 218 yer əldə ediblər.

    Bəzi Respublikaçılar arasında qorxu var ki, Donald Trump-un fikir ayrılığı yaradan prezidentliyə namizədliyinə görə, onlar palatada yer itirə bilərlər.

    Demokratların Senatda yerləri geri almağı, respublikaçıların Wisconsin, North Carolina, Indiana və Florida-da əsas yerləri qazanmağı ilə əldən gedir.

    Demokratlar Nevadada öz yerini tutub, burada Catherine Cortez Masto-nun qalibiyyəti onu ilk Latın Amerikalı senator edəcək.

    ABŞ
  2. Trump-ın dəstəkçiləri həyəcanlarını gizlətmir, BBC müxbirləri Trump qərargahından xəbər verir.

    "Trump-ın gəlişini gözləyirəm və "sakit çoxluğun" həqiqətən Trump-ı dəstəklədiyini görürəm", BBC müxbiri Trump-ın qərargahından yazır.

    BBC-dən Laura Trevelyan isə yazır ki, "kütlə Amerikanın növbəti prezidenti hesab etdikləri şəxsi gözləyir"

  3. Clintonun qərargahında depressiv vəziyyət

    Elə dünən Clinton tərəfdarları "inamlı qələbə" barəsində danışırdı, amma bugünkü səsvermə nəticələrinin proqnozları onların yanlış olduğunu sübut edib.

    BBC-dən Chris Gibson Nyu-yorkda Clintonun qərargahında onun tərəfdarları ilə danışıb. 

    Onlardan biri deyib ki, bu axşamkı xəbərlər onun “ürəyini bulandırır”.

  4. Məşhurlar yazır:

    "Axırıncı dəfə may ayında Nyu York-da onu gördüyümdə Trump-un mənə dediyi son sözlər, “Yaxşı, Piers, Ağ Evdə görüşərik” oldu"", jurnalist və Mail Online qəzetinin baş redaktoru Piers Morgan yazır.

  5. Obama: "Səhər günəş oyanacaq"

    Prezident Obamanın əvvəlcədən hazırlanmış video bəyanatı paylaşılıb.

    Videoda cənab Obama hansı namizədin qalib gəlməsindən asılı olmayaraq demokratiyanı dəstəklədiyini deyir.

    O həmçinin Twitter-də seçicilərə məsləhət görüb ki, "bir-birilərini demokratlar və ya respublikaçılar kimi deyil, amerikalılar kimi görsünlər".

  6. Sizin fikirlər:

    ABŞ-da yaşayan Aylan Ağamalıyeva paylaşıb:

  7. Trump qərargahında nə baş verir?

    Donald Trump hazırda Trump Tower-i tərk edərək Hilton otelinə - qələbə nümayişi deyilən tədbirə baş çəkib.

    Arizonanın dövlət xəzinədarı Jeff DeWit oradan bəzi fotolar paylaşıb.

  8. Seçkilərın saxtalaşdırılacağı barədə ittihamlar "unudulub"

    Donald Trump seçkilərə hazırlıq dövründə tez-tez deyirdi ki, seçkilər saxtalaşdırılacaq, amma hazırda New York Times onun qalib gəlmək üçün daha çox şansının olduğunu proqnozlaşdırır.

  9. Təcili xəbər, Nevada Clinton-a "səs verib"

    Nevada Clintona səs verib, ABC News proqnoz verib.

    Ştat son 9 seçkidə qalibə səs verib. 

    Tarixən respublikaçı olan ştat latın amerikalıların təsiri ilə demokratlara da səs verib.

  10. Məşhurlar paylaşır:

    "Bütün günü Hillary-nin qələbə niqtini harada dinləyəcəyim barədə düşünmüşəm. Heç "əgər" də olmayıb. Mən ölkəmi az qiymətləndirmişəm. Ümidsizəm", rejissor Morgan J. Freeman yazıb.

  11. "İkiqərarlı" ştatlar

    • Donald Trump rəqibi Hillary Clinton-dan fərqli olaraq daha çox iki qərarlı ştatın dəstəyini qazanıb
    • Trump Florida, Ohio, və Şimalı Carolina kimi əsas ştatların səsini "alıb" və indi ona qalib gəlmək üçün 26 səs lazımdır
    • Clinton Virginia-da qalib gələ bilər
    • Bir çox qərarsız ştatlarda, o cümlədən Pennsylvania və Michigan-da nəticələr birazdan bəlli olacaq
    • Bazarlar proqnozlardan ciddi təsir görüb, ABŞ dolları və Meksika pesosu enib
    • ABC News proqnoz verir ki, Trump Utah, Alabama, Kentucky, Cənubi Carolina, Nebraska, Indiana, Qərbi Virginia, Mississippi, Tennessee, Oklahoma, Şimali Dakota, Cənubi Dakota və Texas-da qalib gələcək
    • ABC News proqnoz verir ki, ClintonCalifornia, Oregon, New York, New Jersey, Connecticut, Massachusetts, Maryland, Vermont, Delaware, Illinois, Rhode Adaları, Hawaii, Washington, New Mexico, Colorado, və Washington DC-də qalib gələcək
  12. "Əla gecədir"- Trump-ın məsləhətçisi deyir

    "Əla gecədir. Amerika üçün əla gecədir -  dünyada bütün insanlar üçün əla gecədir", Trump-ın baş məsləhətçisi Curtis Ellis BBC-ə deyib.

    Trump tərəfdarları

    Şəklin mənbəyi, AFP

  13. Clinton dəstəkçilərinin "emojiləri"

    Emoji axtarış motoru, Emojipedia gecədən bəri ən çox paylaşılan emojilər barədə məlumat toplayıb.

    Son 30 dəqiqədə bu emojilər daha çox paylaşılıb, güman ki bu Clinton-u dəstəkləyənlərin ən çox paylaşdığı emojilərdir.

  14. Floridada nəticələr dəyişə bilərmi?, Floridada nəticələr Clinton-un xeyrinə dəyişə bilərmi?

    Son məlumatlara görə, Donald Trump təxminən 130min səs toplayaraq Florida ştatında qələbə qazanıb. 

    Eyni zamanda üçüncü partiya  namizədləri Gary Johnson və Jill Stein-in qazandığı səslər 260 mini ötüb.

    Prezidentlik yarışında olmayan Johnson və Stein-ə verilən səslərin taleyinin necə olacağı barədə nəsə demək çətindir. Ancaq bəzi “etirazçı seçicilər” minlərlə “Brexit tərəfdarları” kimi hazırda öz qərarlarını sorğulaya bilərlər.

  15. Kanada mühacirət xidmətinin saytı çöküb

    Tvitter istifadəçilərinin verdiyi məlumata görə Kanadanın Vətəndaşlıq və Miqrasiya Nazirlyinin intrenet saytı çöküb.

    Xəbər verilir ki, bu sayta daxil olmaq mümkün deyil.

    ABŞ prezident seçkisi ərəfəsində bir çox məşhurlar Trump qalib gələrsə, Kanadaya köçəcəklərini bildirmişdilər.

  16. California marixuananı “qanuniləşdirir”

    Marixuana Birləşmiş Ştatların bütün Qərb Sahili boyunca qanuniləşdi.

    Yerdə qalan 4 ştat da bu qanunu qəbul etsə, sabahdan 75 milyon amerikalının marixuana çəkməsi tam qanuni olacaq.

  17. Təcili xəbər, Georgia Trump-a "səs verir"

    1996-cı ildən respublikaçılara səs vermiş Georgia Trump-a səs verib, ABC News proqnoz verir.

  18. Təcili xəbər, Iowa Trump-a "səs verir"

    Iowa ştatı Trump-a səs verir, ABC News proqnoz verir.

  19. Təcili xəbər, Washington ştatı Clinton-a "səs verib"

    ABC News proqnoz verir ki, Sakit okean sahilində yerləşən Washington ştatı Hillary Clinton-a səs verib.

    Amma bu surpriz deyil, çünki ştat 1988-ci ildən demokratları dəstəkləyir.

  20. Trump-ın düşərgəsində “canlanma” var

    Yüksək səviyyəli mənbələrin verdiyi məlumata görə Donald Trump öz komandası ilə kampaniya qərargahında nəticələri izləyir.

    Onun yarış yoldaşı Mike Pence də oradadır. Yüksək mənbələr orada “canlanma” müşahidə olunduğunu xəbər verirlər.