ABŞ: Trump prezident seçkilərində qalib gəlir

ABŞ əhalisi növbəti prezidentin kim olacağına qərar verir

Canlı reportaj

  1. Ku Klux Klan lideri Trump-ı təbrik edib

    İrqçi millətçi Ku Klux Klan qrupunun lideri David Duke Trump-ı və ona səs verən "öz adamlarını" təbrik edib.

  2. Trump nəyi demədi?

    Trump nitqində Meksika ilə sərhəd divarından, Hillary Clinton-a həbs ittihamlarından və ya müsəlmanların ABŞ-a miqrasiyasının qarşısının alınmasından danışmadı.

    Trump

    Şəklin mənbəyi, Getty Images

  3. Filippin lideri Trump-ı təbrik edib

    Filippin prezidenti Rodrigo Duterte ABŞ prezidenti seçildiyi üçün Donald Trump-ı "ürəkdən təbrik edib", Filippin naziri deyib.

  4. Alaska Trump-a dəstək verib

    ABC News ehtimal edib ki, Alaska Trump-a dəstək verib.

    Alaska cəmi bir dəfə, 50 il əvvəl demokratlara səs verib.

  5. Trump: "Mən hər bir amerikalının prezidenti olacam"

    "Mən bütün vətəndaşlara söz verirəm ki, hər bir amerikalının prezidenti olacam. Bu, mənim üçün çox vacibdir", cənab Trump deyir.

    "Keçmişdə mənə dəstək verməyənlərə deyirəm ki, sizin məsləhət və köməyinizə ehtiyacım var. Birgə çalışıb qüdrətli millətimizi birləşdirək".

  6. Wisconsin ştatı Trump-a səs verib

    Wisconsin ştatı Trump-a səs verib, ABC News kanalı bildirib.

    Bununla da, Trump ona lazım olan 270 xalı ötüb.

  7. Qərargahlarda sevgi və kədər

    Bir neçə saat öncə Hillary Clinton və Donald Trump-ın qərargahlarında vəziyyət belə idi.

    Video şərhsizdir.

    Videonun alt yazısı, Namizədlərin qərargahları: sevgi və kədər emosiyaları
  8. Trump Pennsylvania-da qalib gəlir

    ABC News proqnozuna görə, Donald Trump Pennsylvania ştatında 20 xal toplayıb.

  9. Trump nitq söyləyir

    "Hamıya çox təşəkkür edirəm. Sizi gözlətdiyimə görə üzr istəyirəm. Bu çətin məsələlərdir", o deyib.

    "Hillary çox çalışdı və uzun müddət çox çalışdı və biz bu ölkəyə xidmətə görə ona təşəkkür borcumuz var. İndi amerikalıların yaralarını sarmaq vaxtıdır"

    Trump

    Şəklin mənbəyi, AFP

  10. Trump səhnəyə gəlir

    Manhattan-da Trump ailəsi ilə birgə səhnəyə gəlir

  11. Trump dəstəkçiləri sevinir

    CNN və Fox kanalları Donald Trump-ın seçkilərdə qalib gəldiyini proqnozlaşdıran kimi kütlə Hilton otelində sevincdən məst olublar.

  12. Çin: əhalinin fikri "bölünüb"

    BBC-nin Çin redaktoru Carrie Gracie Pekinin küçələrindən xəbər verir ki, burda əhalinin fikri “bölünüb”.

    Bəziləri deyir ki, Donald Trump uğurlu biznesmendir və uğurlu prezident olacaq. Digərləri isə bildirir ki, o, elitar siyasi sistemində bir zəngin kişidir. Trumpun qadınlar və miqrantlar barəsindəki fikirlərində narahat olduğunu deyənlər onun Asiyada xaos yaradacağından qorxduqlarını ifadə ediblər.

  13. Təcili xəbər, Clinton Trump-ın qələbəsini qəbul etdiyini deyir

    CNN və NBC yazır ki, Clinton Donald Trump-a zəng edib, onun qələbəsini qəbul etdiyini deyib.

  14. Təcili xəbər, Donald Trump ABŞ prezidenti seçilib - AP yazır

    Associated Press agentliyi yazır ki, Donald Trump ABŞ-ın 45-ci prezidenti seçilib.

  15. Təcili xəbər, Trump qərargaha gəlib

    CNN xəbər verir ki, Donald Trump Midtown Hilton otelinə gəlib. Burada onu dəstəkləyənlər gözləyir.

  16. Clinton-un qərargahı “sabah məlumat verəcək”, Hillary Clinton-un seçki qərargahının rəhbəri John Podesta deyib ki, onun bu axşama deyəcək sözü yoxdur.

    "Biz səslərin hesablanmasını davam etdiririk və hər bir səsin əhəmiyyəti var...   bu axşam bundan başqa deyəcək sözümüz yoxdur”. 

    “Evə gedib bir az yatın, biz sabah daha çox məlumat verəcəyik”. 

  17. Təcili xəbər, Maine-də xallar ayrılır

    ABC News proqnoz verir ki, Maine-də 4 seçki dairəsinin 3-ü Clintona, biri isə Trump-a səs verib.

    Vaxtilə bu ştat yalnız demokratlara səs verərdi.

  18. Clinton oteldədir

    Clinton-un qərargahına ezam olunmuş müxbirlər deyirlər ki, xanım Clinton özü oteldə qalıb, lakin onun kampaniyasının meneceri Javits Mərkəzinə demokratların dəstəkçiləri ilə görüşə gedib.

    Clintonun dəstəkləyənlər də həmin mərkəzə axışır.

  19. Respublikaçılar Senatda nəzarəti qoruyub saxlayır

    senat

    Şəklin mənbəyi, AP

    Respublikaçılar Senatda nəzarəti qoruyub saxlaya bilib, hərçənd ki bəzi yerlərdə hələ qərarlar açıqlanmayıb.

    Pennsylvania-da senator Pat Toomey-in demokratların namizədi Katie McGinty-ni kiçik fərqlə keçməsi partiya üçün həlledici olub.

    Bu o deməkdir ki, respublikaçılar Konqresin hər iki palatasına nəzarət edəcək.

    Əgər Donald Trump qalib gələrsə, partiyanın qarşısı açıq olacaq, qanunvericilik qəbul etməkdə həlledici rolları olacaq.

  20. 45-ci prezident necə Ağ Evə köçəcək?, Seçki günü baş verənləri izləmək üçün bunları gözləmək lazımdır:

    Seçilmiş prezident əslində 20 yanvar 2017-ci ildə keçiriləcək andiçmə mərasiminədək ABŞ-ın 45-ci prezidenti olmayacaq. Seçilmiş prezident günorta vaxtı əlini müqəddəs İncilin üzərinə qoyaraq prezident səlahiyyəti andını içəcəkdir. Bu andan sonra hökümət onun əlindədir.

    Adətən hazırkı başçı və onun yoldaşı yeni Birinci cütlüyə çay içməyə dəvət edir. Təxminən altı saat sonra, yeni Birinci Ailə Ağ Evə köçür.