ABŞ: Trump prezident seçkilərində qalib gəlir

ABŞ əhalisi növbəti prezidentin kim olacağına qərar verir

Canlı reportaj

  1. "Clinton-un qələbəyə bir yolu var"

    Hillary Clinton qalib olmaq üçün Pennsylvania, Michigan və Wisconsin-dən səs lazımdır, Norm Ornstein BBC News-a deyib.

    "Onun qələbəyə bir yolu var, onun (Trump-ın) çox".

  2. "Böyük kədər"

    Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev hazırda New Yorkda Clintonun qərargahından yazır:

  3. Təcili xəbər, Trump Florida-da "qalib gəlir"

    ABC News proqnoz verir ki, Donald Trump Florida da qalib gəlib, ona buradan 29 səs verilib.

  4. Təcili xəbər, Utah Trump-a "dəstək verir"

    Donald Trump Utah ştatında qalib gələ bilər, ABC News proqnoz verir.

    Üçüncü-tərəf namizədi Evan McMullin burada anti-Trump mühafizəkarı" kimi qazanmaq istəsə də, buna müvəffəq olmadı.

  5. Sizin tvitlər

    Fikirlərinizi BBC Azərbaycancanın sosial media profillərində paylaşın. 

    BBC Azərbaycanca Facebookda

    BBC Azərbaycanca Twitterdə

  6. Təcili xəbər, Oregon-da Clinton qalib gələ bilər

    ABC News proqnozlarına görə Oregon-da Clinton qalib gəlib.

    2012-ci ildə Barack Obama bu ştatda 12 faizlə qalib gəlib.

  7. "Təkcə prezidenti ... seçməyəcəklər", Sizin tvitlər

    Araşdırmaçı jurnalist Xədicə İsmayıl ABŞ-da seçkilər barədə tvitləyib

  8. Təcili xəbər, Trump Şimali Carolina-da qalib gələ bilər

    ABC News proqnoz verir ki, 15 elektoral səsə bərabər bu əsas ştatda Trump qalib gələ bilər.

  9. Bakıda seçkilərin nəticələri izlənilir

    Bakıda ABŞ səfirliyi siyasətçiləri, fəalları, jurnalistləri və sosial mediada tanınmışları seçkiləri canlı izləməyə dəvət edib. Əli Hacızadə həmin tədbirdən fotolar paylaşıb.

    foto

    Şəklin mənbəyi, Əli Hacızadə

    foto

    Şəklin mənbəyi, Əli Hacızadə

  10. Dolların dəyəri düşür

  11. Təcili xəbər, Proqnozlaşdırılan son nəticələr belədir

    Hillary Clinton: 190

    Donald Trump: 172

  12. Təcili xəbər, 2 ştat Clinton-a, biri Trump-a "səs verir"

    ABC News proqnozlaşdırır ki, California və Hawaii-də Clinton qalib gəlib.

    Trump isə İdaho ştatının səsini qazanıb.

  13. "Prezident Trump Çin üçün daha yaxşıdır"

    BBC News-un Singapore müxbiri Tessa Wong yazır ki, Çinin dövlət media qurumu Global Times qrupunun rəyinə görə Trump-ın prezidentliyi qazanması ABŞ və Çin arasındakı “hər iki tərəfə ziyanlı rəqabətə” son qoya bilər.

    Trump-ın Çində azarkeşləri var. Changsha-da bu meymun ötən həftə Trump-ın qalib gələcəyini proqnoz edib.

    meymun

    Şəklin mənbəyi, Reuters

  14. ABŞ-da yaşayan Vüqar Salamlı seçkilərlə bağlı belə düşünür:

    "Gözlənilməz hadisələr çox olsa da, miqyasına görə ən böyüyü Trump-ın respublikaçıların vahid namizəd olması oldu", Vüqar Salamlı deyir.

    Siz də fikirlərinizi bölüşün.

    Vüqar Salamlı

    Şəklin mənbəyi, Courtesy

  15. John McCain-in yenidən senator "seçilib"

    ABŞ mediası yazır ki, 80 yaşlı senator və uduzmuş prezidentliyə namizəd John McCain Arizona-da yenidən senator seçilib.

    O burada Demokratların nümayəndəsi  Ann Kirkpatrick-ə qalib gəlib.

  16. Təcili xəbər, Colorado Clinton-u "dəstəkləyib"

    ABC News proqnoz verir ki, ABŞ-ın ən dağlıq ştatı Clinton-a səs verib.

    Əsas qərarverici ştat olan Colorado 2008 və 2012-ci illərdə Obamaya səs verib. 

    Amma bundan öncə təxminın 30 il müddətində ştat respublikaçıları dəstəkləyib.

  17. 40 milyon tvit paylaşılıb

    Bu gün ərzində 40 milyon seçkilə əlaqəli tvit atılıb, Twitter bildirir.

    2012-ci ildə bu say 31 milyon olub.

  18. Təcili xəbər, Virginia-da Clinton "qalibdir"

    ABC News proqnoz verir ki, Clinton mühüm ştatların birində - Virginiada qalib gəlir.

  19. Bakıda şərhlər

    Seçkiləri Bakıda izləyən və Clintonu dəstəklədiyini həşteqlə qeyd edən Nərmin Rəhimli yazır ki "amerikalılar, bunu dünyaya etməyin".

    Siz də fikirlərinizi paylaşın.

  20. Meksika pesosu batdı

    Meksika valyutası Trump-ın irəlidə olması proqnozlarından sonra son 20 ildə ən aşağı dəyərə düşüb, Financial Times bildirir.