Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. Nobel mükafatçısının Gəncədə valideynlərini itirmiş Xədicənin gələcək təhsil xərcləri üçün yardım ayırdığı bildirilir

    Aziz Sancar Azərbaycan Türkiyə Gəncə ballistik raket Xədicə Dağlıq Qarabağ Qarabağ münaqişəsi savaş müharibə

    Şəklin mənbəyi, Getty Images

    "Kimya üzrə Nobel mükafatının qalibi Aziz Sancar Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb", Azərtac xəbər agentliyi yazır.

    Xəbəri Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən yazan yerli media bildirir ki, "Aziz Sancar BBC-də Xədicə ilə bağlı yayımlanmış xəbərə istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb".

    Türkiyə əsilli dünyaca məşhur alim Aziz Sancar ABŞ-ın Şimali Karolina ştatında yaşayır.

    Ermənistanın oktyabrın 17-də Azərbaycanın Gəncə şəhərinə atdığı ballistik raket atəşi nəticəsində 10-dan çox şəxs həlak olub, 40-dan çox şəxs isə yaralanıb.

  2. Ombudsman BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

    Ombudsman Səbinə Əliyeva Arian Bauer Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişə müharibə savaş

    Şəklin mənbəyi, Ombudsman/Facebook

    Bazar günü "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə videokonfrans vasitəsilə görüş keçirib", Ombudsman Aparatı bildirir.

    Qurumdan bildiriblər ki, "görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktları, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırılıb".

    Səbinə Əliyeva tərəfindən "həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı hər hansı bir məlumat almağın mümkün olmadığı da vurğulanıb".

    Qurumun məlumatında həmçinin "görüşdə əsir düşmüş iki hərbi qulluqçunun ailə üzvlərinin də iştirakı təmin edildiyi" bildirilib:

    "Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciətlərini BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerə çatdırıblar".

    "Arian Bauer görüşdə qaldırılan məsələlərlə bağlı mandatı çərçivəsində lazımi addımları atacağını bildirib" xəbərdə deyilir.

  3. Rusiya Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

    Qarabağ Rusiya Azərbaycan Şuşa Xankəndi

    Şəklin mənbəyi, FHN

    Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi noyabrın 22-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı göndərib.

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirir ki, həmin karvan "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq onun yolboyu müşayiəti təşkil olunub.

    Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

  4. Putin 10 noyabr sülh razılaşması haqqında: "Rusiya yalnız vasitəçidir", Rusiya liderinin sözlərinə görə, mətn üzərində iş onu imzalayan hər üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən aparılıb.

    Putin

    Şəklin mənbəyi, TASS

    Dağlıq Qarabağda atəşkəsə dair 10 noyabr tarixli birgə bəyanatın mətni üzərində iş onu imzalayan hər üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılıb.

    Rusiya Prezidenti Vladimir Putin bunu "Rusiya-1" telekanalında "Moskva. Kreml. Putin" verilişində deyib.

    “Mətnin özünə gəlincə, bunu üçümüz etdik - təbii ki, mən, [Azərbaycan tərəfindən] Prezident [İlham] Əliyev və [Ermənistan tərəfindən] baş nazir [Nikol] Paşinyan,” – deyən Putin qeyd edib ki, "başqa cür etmək mümkün deyildi”.

    Rusiya liderinin təbirincə, əslində bunlar iki tərəf - Azərbaycan və Ermənistan arasında razılaşmalar idi, "Rusiya isə yalnız vasitəçi rolunu oynayıb və bu sənədə görə tərəfləri sülh yolu ilə ayırmaq öhdəliyini öz üzərinə götürüb".

    "Və biz indi məhz bunu edirirk, - Putin deyib. - Buna görə [birgə bəyanatın] müəllifləri şübhəsiz ki, üç tərəfdir".

  5. Ağdamın indiki halı fotolarda

    Ağdam

    Şəklin mənbəyi, AzərTAC

    Azərtac xəbər agentliyi Ağdamdan fotolar paylaşıb.

    27 ildən çox işğal altında olan Ağdam şəhəri və bəzi kəndləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin razılaşması əsasında noyabrın 20-də Azərbaycana qaytarılıb.

    Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ağdam bərpa ediləcək və bunun üçün baş plan hazırlanacaq.

    Ağdam

    Şəklin mənbəyi, AzərTAC

    Ağdam

    Şəklin mənbəyi, AzərTAC

    Agdam

    Şəklin mənbəyi, AzərTAC

    Ağdam

    Şəklin mənbəyi, AzərTAC

  6. Arayik Harutyunyan: "Təkcə 5 gündə 25 min nəfər geri qayıdıb və proses davam edir"

    Harutyunan və Paşinyan

    Şəklin mənbəyi, ARMENPRESS

    Ermənistanın Baş naziri Nikol Paşinyan separatçı "DQR-in prezidenti" Arayik Harutyunyanla Dağlıq Qarabağda erməni əhalisinin normal həyata qayıtmasını müzakirə ediblər, Armenpress xəbər verir.

    “İndi səylərimizi Artsaxdakı [Dağlıq Qarabağ] normal həyatı bərpa etməyə, soydaşlarımızı geri qaytarmağa və lazımi şərait yaratmağa yönəltməliyik,” - Nikol Paşinyan bildirib.

    Paşinyan deyib ki, Dağlıq Qarabağdakı ermənilərə Ermənistan höküməti tərəfindən göstəriləcək yardıma dair “Yol xəritəsi” dərc edilib.

    O vurğulayıb ki, əsas vəzifələri "ölən hərbi qulluqçuların ailələrinə və vətəndaşlarına sosial təminatların verilməsi, itkin düşmüş şəxslərin və onların ailələrinin taleyinin ən qısa müddətdə dəqiqləşdirilməsi, əlil hərbi qulluqçular və vətəndaşlar üçün sosial təminatların verilməsi, ümumiyyətlə sosial və psixoloji işlərin həyata keçirilməsidir”.

    Paşinyanın sözlərinə görə, müharibədən sonra həm Ermənistanın, həm də Dağlıq Qarabağın "böyük investisiyalara ehtiyacı var”.

    Arayik Harutyunyan deyib ki, erməni əhalisi Dağlıq Qarabağa qayıdır. “Artsaxa axın, soydaşlarımızın qayıtması kifayət qədər yüksək sürətlə baş verir, - Harutyunyan bildirib. - Qeyd mərkəzimizə görə, təkcə 5 gündə 25 min nəfər geri qayıdıb və proses davam edir”.

    O deyib ki, yaxın günlərdə bir neçə sosial proqram həyata keçiriləcək.

    Harutyunanın sözlərinə görə, Ermənistana köçmüş "hər Artsax vətəndaşına maddi yardım göstəriləcək və mənzillərini itirən soydaşlarımıza birdəfəlik 300 min dram" (təxminən 600 dollar) məbləğində pul ayrılacaq.

    “Birinci mərhələdə qalmaq imkanı olan həmvətənlərimizi Artsaxa köçürməyi planlaşdırırıq,” – deyən Harutyunyan qeyd edib ki, evlərini itirənlərin köçürülməsi mərhələli qaydada keçiriləcək.

    Azərbaycanın Baş Prokurorluğu Arayik Harutyunyanla bağlı cinayət işi qaldırıb və onu beynəlxalq axtarışa verib. O, Azərbaycan Cinayət Məcəlləsi ilə "təcavüzkar müharibə hazırlama və həyata keçirmə, terrorçuluq və silahlı qruplaşma yaratmaq"la bağlı digər maddələrdə ittiham olunur.

  7. Füzuli: dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısında "konsert"

    Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri ilə birgə Füzuliyə səfər edən Prezident köməkçisi Hikmət Hacıyev Twitterdə yazıb:

    "Biz Ermənistan tərəfindən dağıdılmış Füzuli şəhər Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə biz dünyaya sülh və tolerantlıq mesajımızı göndəririk. Ruhlar şəhəri Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq".

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  8. Fotojurnalist Reza Deghati: "Şəhid şəhər Ağdam"

    Təbrizdə doğulmuş məşhur fotoqraf, Reza kimi tanınan Rza Diqqəti (Reza Deghati) özünün Facebook səhifəsində işğaldan azad olunmuş Ağdam şəhərinin görüntülərini paylaşıb.

    Rza Diqqəti yazır:

    "Şəhid şəhər Ağdam

    Sonuncu dəfə Ağdamda Xocalı qətliamından dərhal sonra olmuşam.

    Ağdam çiçəklənən və gözəl bir şəhər idi.

    28 il 9 ay əvvəl qoyub getdiyim şəhərdə meyvə ağacları və həyat var idi.

    Mən orada Fransa QHT-ləri Sərhədsiz Həkimlər və Sərhədsiz Əczaçılar təşkilatlarının üzvləri ilə birlikdə idim.

    Tərk etdiyimiz şəhərin on minlərlə sakini var idi.

    Üçtərəfli sülh müqaviləsi imzalandıqdan sonra təxminən 30 ildir bölgəni işğal altında saxlayan erməni qüvvələri onu azərbaycanlılara qaytarmalı oldular.

    Mən bir daha şəhərə baş çəkə bildim və buranın kabus şəhərə döndərildiyini görüb dəhşətə gəldim.

    Gördüyüm mənzərədən daha pisi atom bombardmanından sonrakı Xirosima şəhəri ola bilər.

    Erməni qüvvələri çox sayda yaşayış evlərini və binanı dağıdıb buradan gediblər.

    Bu şəhərin yenidən çiçəkləndiyini görmək üçün aparılacaq yenidənqurma işləri uzun bir vaxt tələb edəcək".

  9. Sergey Şoyqu: "Laçın dəhlizi və Dağlıq Qarabağ Rusiya sülhməramlılarının tam nəzarətindədir"

    Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevan və Moskvanın təhlükəsizlik və hərbi-texniki sahələrdə əməkdaşlığı daha da gücləndirəcəklərinə ümid etdiyini bildirib.

    Nikol Paşinyan bunu noyabrın 21-də Yerevanda Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşdə söyləyib, Ermənistan mediası xəbər verir.

    "Döyüşlər [Ermənistanla Azərbaycan arasında sentyabr-noyabr Qarabağ müharibəsi] zamanı Rusiyanın, Rusiya prezidentinin, Baş nazirin və şəxsən sizin dəstəyinizi həmişə hiss edirdik. Müharibədən əvvəl çətin bir dövr olub, amma indi vəziyyət daha mürəkkəbdir və biz Rusiya ilə həm təhlükəsizlik, həm də hərbi-texniki sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirik," – Nikol Paşinyan deyib.

    Sergey Şoyqu Yerevanı “tamamilə konkret və müəyyən məsələlərlə bağlı” ziyarət etdiyini söyləyib.

    O, Qarabağda dinc həyat şəraitinin bərpasının və orada qan tökülməsinin qarşısının alınması ilə yanaşı, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığın Moskvanın yaxın gələcək planlarından biri olduğunu söyləyib.

    Şoyqu müharibəyə son qoyan 10 noyabr sülh razılaşmasından sonra Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri barədə də ətraflı məlumat verib.

    O qeyd edib ki, Laçın dəhlizi və Dağlıq Qarabağ Rusiya sülhməramlı bölmələrinin tam nəzarətindədir və bu qüvvələr tərəfindən qurulan 23 nəzarət postu vasitəsilə atəşkəs rejiminin monitorinqi həyata keçirilir.

  10. "Erməni vandalizminin daha bir nümunəsi. Füzulinin Kürdlər kəndində tamamilə dağıdılmış qəbiristanlıq," - Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.

    Cənab Hacıyev qəbiristanlıqdan olan video görüntülər də paylaşıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  11. Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

    Azərbaycan Azərbaycan əsgəri Ermənistan Dağlıq Qarabağ Ağdam Füzul Şuşa

    Şəklin mənbəyi, Azertag

    Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində dövlət bayrağını ucaldıblar.

    Azərtac xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

    Hərbçilər dövlət himnini ifa edib və kənddə Azərbaycan bayrağını qaldırıblar.

  12. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyev 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfərdə olub.

    Bu barədə DTX-nın mətbuat xidməti məlumat yayıb.

    Məlumatda deyilir ki, DTX rəhbərinin Şuşa səfəri "işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, burada hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə" həyata keçirilib.

    Əli Nağıyev Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə də tanış olub.

  13. Azərbaycandakı xarici ölkə diplomatları Füzuliyə gediblər

    "Azərbaycanda olan səfirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, diplomatların və ölkədə akkreditə olunmuş hərbi attaşelərin işğaldan azad olunmuş Füzuli rayonuna səfəri təşkil olunub", Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.

    Cənab Hacıyev həmçinin "beynəxalq ictimaiyyətin Ermənistan işğalında olduğu dövr ərzində Füzulidə aparılmış dağıntıların həcmi ilə tanış edilmələrinin vacib olduğunu" bildirib.

    Hikmət Hacıyev səfərdə 120-dən artıq diplomatın iştirak etdiyini açıqlayıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  14. Hulusi Akar: "Türkiyəli əsgərlər Azərbaycana minaların təmizlənməsində də kömək edəcək"

    "Ermənistan hər tərəfi yandırıb, dağıdıb, bunların da hamısı aşkarlanıb, sənədləşdirilib. Edilməsi mümükün olan hər cür barbarlığı ediblər, etməyə də davam edirlər. Arxalarınca mina və əldəqayırma partlayıcı yerləşdirərək buraya gələcək nə qədər məsum insan varsa onların həyatına qəsd təşkil edirlər", Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar belə deyib.

    O bildirib ki, "Türkiyədən gələcək əsgərlər bu mövzuda da Azərbaycana kömək edəcək".

    "İnşallah oradakı mina və sairi toplayıb, zərərsizləşdirmək surəti ilə qardaşlarımıza zərər dəyməsinin qarşısını almağa çalışacağıq", Hulusi Akar deyib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  15. “Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, körpələri gecə yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”, Türkiyə Milli Müdafiə Nazirliyi Twitter səhifəsində belə yazıb.

    Bu barədə rəsmi Twitter səhifəsində işğaldan azad edilmiş Ağdam rayonuna aid video paylaşan qurum “Ağdamı yenidən yaşanılacaq bir vəziyyətə gətirmək üçün işə başlanıb”, deyə qeyd edib.

    Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı videoda Ağdamın mərkəzindəki məsciddə oxunan "ilk azan səsi" də yer alıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  16. Azərbaycan Ombudsmanı əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı BQXK və BMT-yə "təkrar müraciət edəcək"

    Səbinə Əliyeva Ombudsman Azərbaycan iki yaralı əsir Amin Musayev Bayram Kərimov

    Şəklin mənbəyi, Azertag

    "Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət artıq hazırlanıb", Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatından bildiriblər.

    Qurum açıqlayıb ki, bu məsələ "ilk gündən Müvəkkilin diqqət mərkəzindədir".

    Ombudsman Aparatının məlumatında həmçinin bu ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı "təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərləri ilə bağlı onlara münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlərin ünvanlandığı" bildirilib.

    İki yaralı əsgərin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, bu məsələ araşdırılır və aidiyyatlı beynəlxalq qurumlara çatdırılacaq.

  17. İlham Əliyev: "Minsk qrupu üzvləri Bəyanatın mətninə gec də olsa ...öz müsbət münasibətlərini bildiriblər"

    İlham Əliyev

    Şəklin mənbəyi, President.az

    “Biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər”, - Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya XİN başçısını qəbul edərkən deyib.

    O, Rusiya xarici işlər naziri Sergey Lavrovla deyib ki, Minsk qrupundan “daha operativ reaksiya gözləsə də görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub”.

    “Necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq”, Azərbaycan Prezidenti bildirib.

    “Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyi ilə tamamilə şərikəm. O bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik”, - dövlət başçısı vurğulayıb.

    İlham Əliyev “regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu” qeyd edib.

    "Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar”, cənab Əliyev deyib.

    İlham Əliyev həmçinin bildirib ki, Rusiya ilə Azərbaycan “nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilir”.

    “Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik”, o əlavə edib.

  18. İkinci Qarabağ müharibəsi - əsas hadisələrin xronologiyası

  19. Füzuli sakini: "Yaddaşımda olanları xatırlayıb tapıram ki, hansı evdən sonra hara gəlir"

  20. Arayik Harutyunyan: Həyat "normal axara" qayıtmalıdır

    Qarabağda separatçıların lideri Arayik Harutyunyan həyatın normal axara qayıtmasının zərurəti barədə çıxış edib.

    Arayik Harutyunyan bu barədə özünün Facebook səhifəsində yazır.

    "Bu gün Martuni (Xocavənd -red.) şəhərinə baş çəkdim. Regional inkişaf naziri, şəhərsalma nazirinin müşayiəti ilə əvvəlcə bölgə mərkəzində müharibənin yaratdığı dağıntılarla tanış oldum, bərpa və təmir işlərinə qısa müddətdə başlamaq üçün yerində müvafiq tapşırıqlar verdim", - Arayik Harutyunanın postunda deyilir.

    "Sonra bölgənin icma rəhbərləri və digər rəsmilərinin iştirakı ilə geniş tərkibli iclas çağırdım. Çıxışımda bütün infrastruktur problemlərinin həllinə toxunaraq, əvvəlcə normal həyat axarının bərpa etmək zərurətini vurğuladım".

    Azərbaycanın Baş Prokurorluğu noyabrın 17-də BBC News Azərbaycancaya bildirib ki, Arayik Harutyunyan barədə Azərbaycanın elan etdiyi axtarış üzrə istintaq davam edir.

    “Onunla bağlı beynəlxalq axtarış elan edilib və o qərarları icra edilməsi üçün İnterpola göndərmişik. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək,”- o bildirib.

    Azərbaycanın Baş Prokurorluğu onun cinayətdə şübhəli bilindiyini bildirib.

    Son günlərdə Arayik Harutyunyanın Dağlıq Qarabağdakı rus sülhməramlıları ilə çəkilmiş fotoları və görüşləri barədə videolar yayılıb.