Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Naftalan və Gəncə şəhərlərində həlak olmuş şəxslər şəhid hesab olunacaq
Nazirlər Kabineti qərar verib ki, 44 günlük müharibə zamanı cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrində - Naftalan və Gəncə şəhərlərində həlak olmuş şəxslər şəhid hesab olunsun.
Bu Nazirlər Kabinetinin müvafiq qanunvericiliyinə - 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi
qaydaları”nın 1.2.4-cü yarımbəndinə edilmiş dəyişiklik nəticəsində mümkün olub.
Həmin qərarda deyilirdi ki, yalnız Ermənistanla sərhəd
rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin
düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.
Təcili xəbər, Ağdamdan video, Azərbaycan Müdafiə Nazirliyi Ağdamdan video paylaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Ağdam rayonu noyabrın 20-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin razılaşmasına uyğun olaraq, Azərbaycana qaytarılıb.
Şəklin mənbəyi, Baş Prokurorluq
Baş Prokurorluq bildirib ki, “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı "ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyən edilib".
Qurum qeyd edib ki, Semyon Peqov və Semyon Baqdasarovun əməlləri terrorçuluğa açıq çağırışlar, bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, zor tətbiq etmə hədəsi ilə mill düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar KİV-dən istifadə edilməklə törədildikdə maddələri ilə Cinayət Məcəlləsinin "pozulması əlamətləri" mövcuddur.
Bu səbəbdən toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsində Semyon Peqov haqqında daha əvvəl açılmış cinayət işinə əlavə edilib.
O, Azərbaycan dövlət sərhədini sənədlər olmadan qanunsuz keçmək, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməkdə ittiham olunur.
Azərbaycan həmçinin Rusiyadan Peqov barədə açılmış cinayət işində hüquqi yardımlar göstərilməsi ilə bağlı vəsatətlər göndərib.
Rusiya Müdafiə Nazirliyi bu ölkənin daha 18 nəqliyyat təyyarəsinin göyərtəsində 15-ci sülhməramlı briqadanın personalı və avadanlığı ilə Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatlara qoşulmaq üçün Yerevan hava limanına eniş etdiyi görüntülərini yayıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Ağdam sakinləri bir vaxtlar təmas xətti olan ərazilərə toplaşıblar - BBC müxbiri
Bu gün Ermənistan ordusu Ağdamın işğal olunan ərazilərindən tam çıxaraq rayonu təhvil verib. BBC müxbirləri Ağdam sakinlərinin bu günü qeyd etməsinə şahid olublar.
Videonun alt yazısı, Bu gün Ağdam rayonunun işğalda olan əraziləri Azərbaycana tərəfinin nəzarətinə verilib.
Azərbaycanda Fransa səfirliyi qarşısında etiraz aksiyası
Fransanın Bakıdakı səfirliyi
qarşısında keçirilən nümayiş iştirakçıları Fransa Senatında Dağlıq Qarabağın
tanınması təşəbbüsünə etiraz ediblər.
Aksiyaya qatılan 10-dan çox ictimai
təşkilatın adından Fransanın diplomatik nümayəndəliyinə müraciət edildiyi xəbər
verilir.
“Tələb edirik ki,
Fransa Senatında nəinki bu məsələyə baxılmasın, Fransa Senatı bu məsələ ilə
bağlı açıqlama versin. Qarabağ Azərbaycandır, Azərbaycan vətəndaş cəmiyyəti də
dövlətimiz, xalqımız və ordumuzla həmrəydir," - aksiya iştirakçılarından biri - Azərbaycan Gənclərinin
Avropaya İnteqrasiya Təşkilatının üzvü Nərgiz Xələf Trend
Agentliyinə bildirib.
Polis aksiyanın keçirilməsinə
müdaxilə etməyib, məlumatda deyilir.
"İşğaldan azad olunmuş bütün rayonlara komendant və müavinlər təyin olunub" - DİN bildirir
“Daxili işlər nazirinin əmri ilə hazırda işğaldan azad olunmuş
bütün rayonlara komendantlar və onların müavinləri təyin
olunub", DİN sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya deyib.
O
bildirib ki, "təyinatın olduğu rayonlarda Polis əməkdaşları ilə Daxili Qoşunların hərbi qulluqçuları birlikdə xidmət aparırlar".
"İşğaldan azad olunmuş rayonların hamısında xidmət aparılır. Ağdamın da bütün ərazisində
komendant xidməti tətbiq olunur," cənab Zahidov deyib.
Qurum bildirir ki, "komendantlar və onların müavinlərin
təyinatı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmana uyğun olaraq
aparılır".
BBC müxbirləri Ağdamdan xəbər verir: Ağdam sakinləri rayonun azad olunmasını qeyd edirlər
Şəklin mənbəyi, TASS/Getty Images
Rusiya
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Dağlıq Qarabağa daha 1382 qaçqının qayıtdığını və bununla da, qayıdanların ümumi sayının 4,4 mini keçdiyini
deyib.
“Hərbi hərəkətlərə
görə Dağlıq Qarabağdakı evlərini tərk etmiş dinc sakinlərin geri qayıtması davam
edir”, - general-mayor İqor Konaşenkov deyib.
Generalın sözlərinə görə, 19 noyabrda Rusiya sülhməramlılarının nəzarəti
altında daha bir qrup qaçqın Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa
qayıdıb.
“14 noyabrdan bəri Rusiya sülhməramlıları tərəfindən, 4 400-dən çox Dağlıq Qarabağ
sakininin əvvəlki yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtması təmin olunub”.
Qarabağ üzrə 10 noyabr razılaşmasına uyğun olaraq Ermənistan qüvvələri bu gün Ağdamı Azərbaycana qaytarıb.
Ağdam sakinləri rayonun işğaldan azad edilməsini qeyd edirlər
BBC News Azərbaycanca müxbirləri Ağdamın İmamqulubəyli kəndinin girəcəyində rayonun Azərbaycana qaytarılmasının qeyd edilməsinə şahidlik ediblər.
Bu gün Ağdam rayonunun işğalda olan əraziləri Azərbaycana tərəfinin nəzarətinə verilib.
Noyabrın 10-da imzalanmış üçtərəfli razılaşma ilə Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edilərək Azərbaycan tərəfinə verilir.
Bu gün Azərbaycanın 30 ilə yaxındır işğal altında olan Ağdam rayonu geri qaytarılıb.
Ağdam 10 noyabrda əldə olunan razılaşmadan sonra Azərbaycan tərəfinə verilən ilk rayondur.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Ağdamda böyük bərpa işləri aparılacaq və əhaliyə geri qayıtmağa yardım ediləcək.
Videonun alt yazısı, Bu gün Ağdam rayonunun işğalda olan əraziləri Azərbaycana tərəfinin nəzarətinə verilib
Ermənistan Qarabağ müharibəsində həlak olanların daha 28 nəfərin adını açıqlayıb.
Siyahıda hərbi xidmət keçənlərdən başqa, 1 könüllü və ehtiyatda olan 10 vətəndaşın adı var.
Hazırda döyüşlərdə 2425 hərbçinin həlak olduğu məlumdur, lakin bu günə onların 1637-nin adları dərc olunub.
İlham Əliyev: "Qərb ölkələri Ermənistanı qınamır"
Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın alınması münasibətilə xalqa ünvanladığı müraciətində beynəlxalq təşkilatları və qərb ölkələrini tənqid edib.
O deyib ki, "Ermənistanda gündə hansısa
müxalifət lideri həbs olunur", amma baş verənlərə görə "Qərb ölkələri
reaksiya verməyib və onu qınamayıb".
“Əsas müxalifət partiyalarının rəhbərləri
həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor
gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan?
Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi
təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa
Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən.
Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir?” cənab Əliyev sual edib.
Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam rayonunun qaytarılması ilə bağlı çıxışında müharibə zamanı qonşu ölkələrlə Ermənistanın münasibətləri barədə danışıb.
“Mən bunu bilirəm ki, nə üçün
İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost,
qardaş ölkəmizdir.”
O bildirib ki, İran məhz Azərbaycanın “xahişini nəzərə alaraq öz
hava məkanını bağlayıb”.
“Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər.
Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz
hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib.
O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün”, ölkə başçısı deyib.
Ermənistanın Rusiyaya qarşı da bu ölkənin onlara kömək etməməsilə bağlı iddia qaldırdığını bildirən
İlham Əliyev deyib ki, Rusiya Prezidenti də bu barədə öz mövqeyini “açıq” bildirib.
Vağarşak Harutyunyan kimdir?
Şəklin mənbəyi, civil-net.am
Vağarşak Harutyunyan bu gün Ermənistan müdafiə naziri təyin edilib.
Vağarşak Harutyunyan müşavir vəzifəsinə bu il avqustun 18-də təyin olunub.
1999-2000-ci illərdə o, Ermənistan müdafiə naziri olub.
2002-ci ildə prezident Robert Koçaryan Harutyunyanın general-leytenant rütbəsini ləğv edib.
2019-cu ildə baş nazir Nikol Paşinyan sabiq prezidentin fərmanının etibarsız tatınması və Vağarşak Harutyunyanın general-leytenant rütbəsinin bərpa etməsi haqqında yeni fərman imzalayıb.
Ermənistan müdafiə naziri David Tonoyan vəzifəsindən azad edilib
Şəklin mənbəyi, mil.am
Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə Ermənistan müdafiə naziri David Tonoyan vəzifədən azad edilib, onun yerinə Vağarşak Harutyunyan təyin olunub.
Bundan əvvəl Ermənistan mediası müdafiə naziri David Tonoyanın istefaya çıxdığını yazıb.
İstefa səbəbi məlum deyil.
David Tonoyan bu vəzifəyə 2018-ci il 11 may tarixində təyin olunub.
Ağdam: məşhur çay evindən məscidinə qədər hər tərəfi tarix olan şəhər
Ağdamın Cümə məscidində 27 ildən sonra azan səsləndirilib.
Bu barədə RT-nin jurnalisti Murad Gazdiev video paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
İlham Əliyev: "Bizim böyük qayıdış planımız hazırda tərtib edilir", İlham Əliyev Ağdamın işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğulayıb və bu münasibətlə xalqı təbrik edib.
Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham
Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa təbrik
ünvanlayıb.
O, təbrikində “bütün
ağdamlıları ürəkdən təbrik etdiyini, onların artıq köçkün olmadıqlarını və
tezliklə doğma dədə-baba torpaqlarına qayıdacaqlarını” bildirib.
“Ağdam rayonunun işğaldan azad
olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən
dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni
siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz
Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi
yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma
və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər
bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”, Azərbaycan
Prezidenti deyib.
İlham Əliyev Ağdamın işğaldan
azad olunmasının tarixi hadisə olduğunu vurğulayıb.
“Deyə bilərəm ki, işğal edilmiş
rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan
əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin
sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim
nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq
işləri aparmışıq".
Daha sonra cənab Əliyev Quzanlı kəndinə qəsəbə statusu verilməsindən və faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevrilməsindən danışıb.
"Mənim göstərişimlə Quzanlıda
sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar
üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər
infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi,
xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin
açılışlarında mən şəxsən iştirak etmişəm”, cənab Əliyev deyib.
İlham Əliyev son illər ərzində özünün göstərişi ilə Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyinin salındığını Ağdam rayonuna 93 min köçkünün yerləşdirilməsini" də diqqətə çatdırıb.
O, “görülmüş işlər və böyük
investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam
rayonunun ərazisində yaşadığını” deyib.
“İndi isə Ağdam üçün yeni dövr
başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey
dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən
işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz
üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb,
yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün
infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi
düşmən tərəfindən dağıdılıb”, Prezident Əliyev deyib.
İlham Əliyev bərpa üçün bütün
işləri “əsaslı şəkildə” görülməlidir deyib.
“Baş plan hazırlanacaq,
mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra
ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər
görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək
göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda
xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda,
dediyim kimi, əhali baxımından ən böyük rayondur”.
“Bərpa işlərinin artıq başlandığını”
açıqlayan Prezident bildirib ki, “Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun
çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib və Prezidentin ehtiyat
fondundan ilkin olaraq 50 milyon manat vəsait ayrılıb”.
Daha sonra ölkə Prezidenti “gələn
il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa
yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin
ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək” deyib.
İlham Əliyev Xalqa müraciətində
bu yolun müvəqqəti olduğunu, “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən
müddətdən sonra açılacağı” vədini verib.
“Hesab edirəm ki,
kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə
Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə
bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir”, o deyib.
İlham Əliyev görüləcək işlərin “planlı
şəkildə öz həllini tapacağını” diqqətə çatdırıb.
“Biz artıq birinci böyük
layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün
infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və
işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki,
Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin artıq arxada qaldığını deyən İlham Əliyev işğaldan azad
olunmuş ərazilərə “böyük qayıdış planının hazırda tərtib edildiyini”
vurğulayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Ağdama girməsi münasibətilə təbrik edib
"Qəhrəman Azərbaycan ordusu Qarabağda əldə etdiyi zəfər sonrası imzalanmış anlaşma çərçivəsində Ağdama girib", Türkiyə Milli Müdafiə Nazirliyi Twitterdə yazıb.
Qurumun twittində həmçinin "Azərbaycan 30 il sonra işğal olunmuş torpaqlarına qovuşduğu " bildirilib.
"Qarşıdakı müddətdə də Can Azərbaycanın yanında olmağa davam edəcəyik", qurum vurğulayıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.