Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.
Canlı reportaj
Azərbaycan MN: "Goranboy, Tərtər və Ağdam atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan
silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya
atəşinə tutur.
"Ordumuzun bölmələri
tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür", qurum bildirir.
Hikmət Hacıyev: "Tərtər çayında su axını gurlaşıb"
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tərtər çayında su axınının gurlaşdığını deyib.
"Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad
edilməsi ilə 30 illik ekoloji terror sona çatıb. Tərtər çayının suyu gur axır. Ermənistan
həmişə məqsədli şəkildə su axınını dayandırırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax bölgələrində
eko tarazlıq təmin ediləcəkdir," - Hikmət Hacıyev Twitter hesabında yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Rusiya Baş prokuroru: “Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri çərçivəsində həll olunmalıdır”
Şəklin mənbəyi, Getty Images
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır”, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov deyib, TASS xəbər agentliyi yazır.
Agentliyinin məlumatına görə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov bunu Müstəqil Dövlətlər Birliyi ölkələri Prokurorluqlarının nümayəndə heyətlərinin, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələrinin və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çxol-Kyu Hvanın iştirakı ilə keçirilən videokonfransda bildirib.
Rusiya Federasiyası Baş Prokuroru həmkarlarının mövcud vəziyyətdə soyuqqanlı və təmkinli olmağa davam edəcəklərinə inandığını vurğulayıb.
İqor Krasnov "yalnız danışıqlar masasındakı ehtiyatlılıq və dialoqun insan itkisinin qarşısını almağa, qanun pozuntularını boğmağa və münaqişə vəziyyətinin sülh yolu ilə həllini təmin etməyə imkan verəcəyini" bildirib.
O, "birləşərək son dərəcə təhlükəli millətlərarası düşmənçilik təzahürlərinə və qanunsuz hərəkətlərə çağırışlara müqavimət göstərə biləcəyik" deyib.
"İndi prioritet vəzifə muzdlular və terrorçular, qanunsuz silah alveri ilə qazanc əldə edən və terror aktlarını maliyyələşdirən şəxslər tərəfindən münaqişə ərazisinə nüfuz etmək cəhdlərini yatırmaq da daxil olmaqla insanları qorumaq və ləyaqətli, təhlükəsiz, dinc həyat hüquqlarını təmin etməkdir", Krasnov bildirib.
BBC jurnalisti Orla Guerin cəbhə xəttinə yaxın yaşayan mülkilərdən yazır
Bura Quliyevanın evidir. Azərbaycanlı qadın öz yatağında, öz evində Dağlıq Qarabağdakı etnik erməni qüvvələrinin bombardımanı nəticəsində öldürülüb. Qonşular bizə onun siyasətdən başının çıxmadığını və heç kimə zərər verməyəcək biri olduğunu dedilər.
Hər iki tərəfdə ölən mülki şəxslərin sayı artmaqdadır.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Cəbhə bölgəsində olan BBC jurnalisti Orla Guerin həlak olan dinc sakinlər barədə yazıb
Qonşular
tək yaşayan yaşlı qadın üçün ağlayırdılar. Onlardan biri "Bu müharibə bizə nəyə lazımdır?" dedi. Hər yeni hücum, hər yeni ölüm Azərbaycan və Ermənistan
arasında tarixi ədavəti artırır. Həmişə olduğu kimi qarşıdurmada günahsız
mülki insanlar əvəz ödəyirlər.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
BBC jurnalisti Tərtərdən yazır
BBC-nin Tərtərdə olan əməkdaşı Orla Guerin Twitter səhifəsində münaqişə ilə bağlı paylaşımlar edir.
O, yeni qəbir şəkli paylaşaraq yazıb:
"Onillərdir davam edən qarşıdurmada təzə qəbir - Dağlıq Qarabağ. Bura bu gün səhər Ermənistan silahlı qüvvələrinin atəşi ilə öldürülən 63 yaşlı azərbaycanlı qadın Qulieva Türyan Tofiq qızının son mənzilidir", o yazıb.
O bildirib ki, hər iki tərəfdəki mülki vətəndaşlar hərbi və ya mülki fərqi qoyulmadan atəş nəticəsində ölür.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Bərdə sakini: "Yer ayağımızın altında silkələndi"
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Karamyan vəzifəsindən azad edilib
O, bu vəzifəni 29 yaşında tutub və cəmi dörd ay işləyib.
Bundan əvvəl bəzi Ermənistan KİV-ləri öz mənbələrinə istinadən,
Karamyanın xüsusi xidmət orqanında "Rusiya casuslarının təmizlənməsinə"
başladığını yazmışdı. Söhbət Rusiyada təhsil almış bir sıra mütəxəssislərin işdən
çıxarılması hallarından gedib.
Ermənistan Milli Təhlükəsizlik
Xidməti (MTX) bu məlumatı təkzib etmişdi.
Ermənistan MTX rəhbəri vəzifəsini
icra edilməsi Mikael Hambartsumyana tapşırılıb.
Paşinyan Baş nazir vəzifəsini
icra etməyə başlayandan bəri, bu, xüsusi xidmət orqanının rəhbəri vəzifəsində
edilən üçüncü dəyişiklikdir.
Erdoğan: “Ermənistanın Türkiyəni münaqişənin daxilində göstərmək cəhdi onun çıxılmaz vəziyyətdə olduğunu göstərir”
Şəklin mənbəyi, Anadolu Agentliyi
Azərbaycan
Ermənistanın tutduğu bölgələri “indi bir-bir geri alır” və Türkiyə də Azərbaycan
dövlətinin və xalqının yanındadır, - Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib.
O, Qətərə səfəri zamanı Ermənistan-Azərbaycan arasında
başlamış döyüşlərdən danışıb, Anadolu Agentliyi xəbər verir.
Erdoğan bildirib ki, Qarabağ problem son 30 ildə Qafqazda “ən
əhəmiyyətli böhran” olub.
Prezident əlavə edib ki, illərdir “həlledilməyən və
Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu problemi həll etmək
üçün Azərbaycanın qərarı həm tarixin, həm hüququn, həm də coğrafi həqiqətlərin
reallaşdırılmasıdır”.
Onun fikrincə, Ermənistanın “son işğal səyləri zamanı
aldığı ağır zərbədən sonra müxtəlif hiylələrlə Türkiyəni münaqişə daxilində
göstərmək cəhdi onun çarəsiz və çıxılmaz vəziyyətdə” olduğunu göstərir.
Türkiyə
prezidenti deyib ki, bir daha beynəlxalq ictimaiyyəti illərdir tətbiq
etdiyi “ikili standartlardan imtina etməyə və Ermənistanın Azərbaycan
ərazisindəki işğalına son qoymaq üçün addımlar atmağa" çağırır.
Ermənistan Türkiyəni öz texnikası və hərbiyyəsi ilə bu
döyüşlərdə iştirak etməkdə ittiham edir.
Azərbaycan və Türkiyə bu ittihamı rədd
edərək bildirirlər ki, dəstək yalnız mənəvi və diplomatik xarakter daşıyır.
Vaqif Dərgahlı: “Onlar bizim tərəflərimizi vururlar, biz də ora atırıq”
Şəklin mənbəyi, Azərtac
Rusiyalı jurnalistlər bildiriblər ki, Xankəndi (Stepanakert)
gecə boyu atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif
Dərgahlı məsələni nə təsdiq, nə təkzib edib.
“Onlar bizim tərəflərimizi vururlar, biz də ora atırıq. Onlar
bütün gecəni bizim kəndləri atəşə tutublar, biz də onlara atmışıq,” – o, BBC
News Azərbaycancaya
deyib.
Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfi hal-hazırda da
Bərdə şəhərini, mülki yaşayış yerlərini atəşə tutur.
Cənab Dərgahlı Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan
Stepanyanın “Azərbaycana məxsus dörd ədəd D-30 topunu vurduqları” barədə
məlumatı da təkzib edib.
“Yalandır, nə ilə vurduqlarını göstərsinlər. Biz vurduqlarımızı
video ilə göstəririk, onlar da göstərsin. Biz ələ keçirdiyimiz texnikanı
göstəririk, onlar da göstərsinlər. Mən də oturub çox şey yaza bilərəm,”- Vaqif
Dərgahlı deyib.
Fransız jurnalist cəbhə yaxınlığında yaşayan sakinlərdən reportaj hazırlayıb
France
24 telekanalının müxbiri Cristophe Bauer Twitter hesabında Qarabağ cəbhəsindən bir neçə
kilometr aralıda yaşayan azərbaycanlı mülki vətəndaşların gündəlik həyatı ilə
bağlı reportaj paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
BBC jurnalistləri Tərtərdə
BBC jurnalisti Orla
Guerin erməni silahlı qüvvələrinin aramsız atəşə tutduğu Azərbaycan şəhəri Tərtərdən reportaj hazırlayıb .
Reportajda şəhərin görüntüləri və Tərtər
sakinləriylə müsahibələr öz əksini tapıb.
Orla Guerin bildirir ki, burada adi vaxtlarda yüz minlərlə insan
yaşasa da, onların çoxu Ermənistanın atəşinə görə ərazini tərk etməli olub.
Ancaq şəhərdə qalanlar da var.
Zirzəmidə daldalanan Aybəniz Cəfərova BBC-yə deyir ki, 28 ildir torpaqların qayıtmağın gözləyir. Onun 2 övladı
cəbhədə döyüşür.
Reportajda həm də Bakıda Şəhidlər xiyabanını
ziyarət edən gənclər də göstərilir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Baş Prokurorluq: "Bərdədə 7 mülki şəxs xəsarət alıb"
Şəklin mənbəyi, Qafqazinfo
“Bu gün səhər saat 10 radələrindən başlayaraq Bərdə
rayonu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə
tutuluması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, Azərbaycanın
Baş Prokurorluğunun məlumatında bildirilir.
Qurum bildirib ki, Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə”
restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif
dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
"Eyni zamanda Bərdə
şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər daha 5 nəfər şəxsin
yaralanmasına səbəb olub”, qurum bildirib.
Baş Prokurorluq həmçinin “məktəbin binasına,
çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini” açıqlayıb.
Qurum “hazırda prokurorluq əməkdaşları tərəfindən
döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirlərinin həyata
keçirildiyini” bildirir.
Erməni hərbçilərinin itkisi 320-yə qalxıb
Qarabağdakı müharibənin on ikinci günü ölən erməni hərbçilərinin
rəsmi siyahısına daha 30 nəfər əlavə edilib.
Tanınmamış “Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" onlardan 6-sının ehtiyatda olan hərbçi olduğunu açıqlayıb.
Bununla, indiyə kimi açıqlanan erməni hərbçilərinin itkisinin sayı 320 olub.
Rəsmi Bakı itkilərini yalnız müharibədən sonra açıqlayacağını
söyləyib.
Tanınmamış “Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi”
ötən gün hərbçilərin itkisi ilə bağlı məlumatı gün ərzində iki dəfə yeniləyib.
Onların yaydıqları siyahılarda ölən hərbçilərinin böyük
əksəriyyəti 2000-2001-ci il təvəllüdlü gənclərdir. Ehtimal olunur ki, onlar
hərbi xidmətə çağırılanlardır.
Ümumilikdə itkilərlə bağlı məlumatların etibarlılığı hələ
təsdiqlənmir: döyüş bölgələrində müstəqil mənbələr yoxdur.
Prezident İlham Əliyev çərşənbə günü Rusiyanın “Pervıy” televiziyasına
verdiyi müsahibəsində Azərbaycanın itkiləri barədə məlumatları yalnız
"döyüş əməliyyatlarının aktiv mərhələsi bitdikdən sonra" dərc edəcəyini
söyləyib.
Azərbaycan MN: "Qoşunların təminatı yüksək səviyyədədir"
“Azərbaycan Ordusunun döyüşlərdə iştirak edən
qoşunlarının təminatı yüksək səviyyədədir”, Müdafiə Nazirliyi cümə axşamı günü açıqlayıb.
Qurum bildirib ki, “Ilham Əliyevin göstərişinə
əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat
məsələləri dərhal həll olunur”.
“Qoşunlarımızın təminatı müvafiq idarə, xidmət
və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi
qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları,
gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə
sutkada 24 saat ərzində fasiləsiz təmin edilir”.
Azərbaycan MN həmçinin “döyüş əməliyyatlarının maddi-texniki təminatı
ilə bağlı heç bir problem və çətinliyin olmadığını” açıqlayıb:
“Təminat və təchizatla
bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur”.
Bundan əvvəl sosial mediada bəzi ictimai fəallar orduya yardım məqsədilə geyim, məişət, gündəlik tələbat məhsullarının və tibbi ləvazimatların toplanması ilə bağlı kampaniya aparmışdı.
Hikmət Hacıyev: "Ermənistanın mülki şəxslərə hücumu davam edir"
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirir ki, Ermənistanın Smerch raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı hücumları davam edir.
O, bu hücumları "qəsdən və ayrı-seçkiliksiz" adlandırır.
Hikmət Hacıyev bu barədə Twitter səhifəsində yazıb.
"Gəncə, Bərdə, Tərtər və digər şəhərlər bu cür məsuliyyətsiz hücumların hədəfinə çevrilir. Ermənistanı dayandırmaq üçün sülhə məcburetmə davam etdirilməlidir," - cənab Hacıyev yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Bərdə sakini: "Yer ayağımızın altında silkələndi"
Şəklin mənbəyi, Qafqazinfo
“Səhər
saat 6-dan atmağa başlayıblar. Bir 10-15 dəqiqə olar, ikisi düşdü şəhərin içinə.
Möhkəm səs gəldi. Hətta yer ayağımızın altında silkələndi,” Bərdə sakini Tuğay
Tahirov bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 8-də yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutur.
“Adamlar həyəcan içindədir. Evdə uşaqlar ağlaşır. Bilmirəm, yolun kənarında durum.
Bilmirəm, gedim yaxınlaşım, baxım görüm nə oldu?” – Bərdə sakini BBC News Azərbaycancaya deyib.
Tuğay
Tahirovla telefon söbəti zamanı atəş səsləri eşidilir.
O, “daldalana biləcək zirzəmiləri olduğunu" deyir, amma düşünmür ki, ora təhlükəsizdir".
Atəş
səslərini təsvir edən Bərdə sakini “bu, əvvəlki səslərə bənzəmir, nəsə böyük bir
şeydir” deyir.
Azərbaycan Baş Prokurorluğu: Avtomobillə yol gedən iki nəfər mərmi partlaması nəticəsində xəsarətlər alıb
Cümə axşamı Ağdam
rayonunun intensiv atəşə tutulması nəticəsində avtomobillə yol gedən iki yerli
sakin xəsarət alıb, Azərbaycanın
Baş Prokurorluğu bildirib.
Qurumun açıqlamasına
görə, Ermənistanın intensiv atəşə tutduğu rayonun Alıbəyli kəndi ərazisində mərmi
düşüb və nəticədə Böyükbəyli kənd sakinləri
1992-ci il təvəllüdlü Sədi Cəbrayıllı və 1977-ci il təvəllüdlü Hürü Quliyeva
müxtəlif xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş Prokurorluq “müxtəlif istiqamətlərdən atılan raket
və artilleriya mərmilərinin atəşi nəticəsində kənd ərazisində çoxsaylı mülki
infrastruktur obyektlərə və yaşayış evlərinə külli miqdarda ziyan dəydiyini”
açıqlayıb.
Qarabağdakı müharibə Bakıdakı həyata necə təsir edib?
Baş Prokurorluq: "Goranboyun Aşağı Ağcakənd qəsəbəsində polis binasına, məktəbə, evlərə ziyan dəyib"
Azərbaycanın Baş Prokurorluğu bildirir ki, bu gün səhər saatlarından başlayaraq, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmiləri atılır.
"Top atəşi nəticəsində orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib,"- Baş Prokurorluğu məlumat yayıb.