“The Economist” dərgisinin müdafiə məsələləri üzrə
redaktoru Shashank Joshi BBC News-a
Ermənistan-Azərbaycan müharibəsində istifadə
edilən silahlarla bağlı danışıb:
- Bu münaqişənin hər iki
tərəfində hansı silahlardan istifadə olunur?
- Qeyd etdiyiniz silah, nəsə köhnə bir pilotsuz təyyarə deyil, onlar Harop dronlarıdır ki, xüsusi, gəzən
sursatlar növünə aiddir.
Əslində,
onu kamikadze dronu ilə uzun müddət havada qala bilən raketın qarışığı kimi
təsəvvür etmək olar. O, döyüş meydanı boyunca müstəqil şəkildə saatlarla
uçaraq, vura biləcək hədəfləri axtarır və daha sonra insanın hər hansı
müdaxiləsi olmadan onlara çırpılır.
Azərbaycan
artıq bir müddətdir ki, İsraildə istehsal olunan bu sistemə sahibdir və
qənaətimizə görə, onu ilk dəfə dörd il əvvəl, 2016-cı ildə, Harop sursatının
ermənilərin avtobusuna çırpılma epizodunda istifadə edib.
Və
böyük bir əminliklə demək olar ki, onlar bu dəfə də, yenidən istifadə olunub. Maraqlıdır
ki, əslində effektiv təbliğat olan həmin musiqili videoda da dünyanın müxtəlif
yerlərində istifadə olunan ən qabaqcıl hərbi sistemləri görürük.
- İstifadə edilən silahlar barədə verdiyiniz vahiməli və qorxunc təsvir nəzərə
alınsa, bu münaqişənin miqyasından nə dərəcədə narahat olursunuz? Jonah
Fisherin məlumatında biz artıq orada yetirilən zərərin müəyyən hissəsini
görmüşük.
Düşünürəm
ki, çox qabaqcıl sistemlər və güclü millətçi ehtirasların bir araya gəlməsi ilə
yanaşı çox köhnəlmiş, qeyri-yüksək texnologiyalı, lakin mülkilərin
məskunlaşdığı ərazilərə zərbə endirməyə və ciddi itkilər törətməyə qadir məhv
vasitələrinin mövcudluğu hamını narahat etməlidir.
Sovet
dövrünə aid raket sistemləri dərin narahatlıq doğurur, lakin düşünürəm ki,
buradakı həqiqi problem, dağıntıların miqyası ilə bağlı deyil. Zənnimcə, biz,
eyni zamanda həm köhnə, həm də yeni münaqişə qaydalarını görürük. Buraya
artilleriya, raketlər, pulemyotlar, səngərlər və əsgərlərin açdığı atəşlə
yanaşı, qeyd etdiyim gəzən sursat növləri də daxildir.
Və
düşünürəm ki, Azərbaycan üçün ən effektiv yeganə platform Ermənistanın zirehli
sistemlərini, artilleriya və havadan müdafiəsini effektiv şəkildə məhv edən
Türkiyə istehsalı dron sistemi idi.
Bilirsinizmi,
bu, dəbli döyüş təyyarəsi deyil, dəbli raket də deyil, bu, Türkiyənin bütün
bölgə boyunca istifadə etdiyi iki-üç milyon dollarlıq drondur. Və yəqin ki, bu,
döyüş meydanlarındakı gördüyünüz hər hansı başqa sistemlərdən daha çox hərbi
dağıntılara səbəb olub.