Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.
Canlı reportaj
Müdafiə Nazirliyi Suqovuşan kəndinin videosunu yayıb
Azərbaycan Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan
azad olunan Suqovuşan (keçmiş adı Madagiz) kəndinin və orada yerləşən eyni adlı su anbarının videosunu yayıb.
Videoda Suqovuşan kəndi ətrafındakı yüksəklidən dərədə yerləşən kənd ərazisi, ətraf bölgələrə gedən avtomobil yolu və orada xidmət aparan Azərbaycan hərbiçiləri göstərilib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayır
Şəklin mənbəyi, Mariya Zaxarova/Facebook
Rusiya paytaxtı Moskvada Prezident Vladimir Putinin dəvəti ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova öz rəsmi Facebook səhifəsində yazıb.
XİN başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və cəbhədə sentyabrın 27-dən gedən döyüşləri müzakirə edirlər.
Xankəndidə kilsəyə sığınanlar
“Rusiya Ermənistana yardım etmir, Azərbaycan Dağlıq Qarabağda üstünlüyə malikdir”, Foreign Policy nəşri yazıb.
Şəklin mənbəyi, Anadolu agentliyi
“Rusiya Ermənistana yardım etmir, Azərbaycan Dağlıq Qarabağda üstünlüyə malikdir”, - Dağlıq Qarabağ uğrunda münaqişənin kəskinləşməsini təhlil edən nüfuzlu ABŞ dərgisi özünün son yazısına bu başlığı seçib.
Foreign Policy nəşrinə əsasən, işğal olunmuş Azərbaycan ərazilərində qarşıdırmanın yenilənməsi çoxdandır ki, gözlənilən idi.
Onun kökləri o cümlədən, Yerevanın mənalı danışıqlardan imtinası və yeni hökumətin “millətçi tələsinə” düşməsiylə əlaqəlidir.
Hərçənd ki, 2018-ci ilin mayında “rəngli inqilab” nəticəsində Nikol Paşinyanın baş nazir olması, ümidlər yaratmışdı.
Lakin o, “ictimaiyyətə verdiyi bir çox vədləri yerinə yetirə bilməyəndən” sonra, daxili siyasətdə “öz millətçi ritorikasının girovuna” çevrildi.
Yerevanın Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddiaları səsləndirməsi vəziyyəti daha da kəskinləşirdi.
Ermənistan həmişə Rusiyanın dəstəyinə malik olub. Lakin belə görünür ki, hazırda Azərbaycan döyüş meydanında irəliləsə də, Yerevan Kremldən gözlədiyi dəstəyi ala bilmir.
Mümkündür ki, Moskva bu yolla, həmçinin Paşinyanı zəiflətmək məqsədini güdür.
Eyni zamanda münaqişə, Rusiyanın özünün bir çox problemlərlə üzləşdiyi vaxta təsadüf edib.
Buraya Belarus hadisələri, Nord Stream 2 boru kəmərinə dair böhran və Aleksey Navalnının zəhərlənməsi kimi hadisələr aiddir, Foreign Policy yazır.
Yekun fikir budur ki, “döyüşkən millətçi ritorikasını” səsləndirən Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqlardan imtina edərək çətin vəziyyətə düşüb – Putin isə onun köməyinə gəlmir.
Təcili xəbər, İlham Əliyev: Hadrut qəsəbəsi və 8 kənd azad edilib
Şəklin mənbəyi, Aztv
Prezident İlham Əliyev xalqa müraciət edib. Onun müraciəti AzTv ilə yayınlanıb.
İlham Əliyev çıxışında bildirib ki, Hadrut qəsəbəsi və Çaylı, Yuxarı Güzlək, Görəzilli, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
O, bu münasibətlə Azərbaycan xalqını təbrik edib.
Cənab Əliyev həmçinin deyib ki, “Azərbaycan öz torpaqlarını geri alacaq – sülh və ya hərbi yolla”.
“Əgər Moskva danışıqlarından sonra yenə saxtakarlıq edəcəklərsə, cavablarını alacaqlar”, o qeyd edib.
Ermənistanın Müdafiə Nazirliyi və tanınmamış "DQR prezidentinin" sözçüsü Hadrut qəsəbəsinin azad edildiyini təkzib edib.
Mingəçevirə atılan raket göydə vurulub - Müdafiə Nazirliyi
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə vurulub.
Bundan əvvəl Mingəçevir sakinləri BBC News Azərbaycancaya bildirib ki, "bu gün saat 2 radələrində raket atılıb və Azərbaycan hərbçiləri onu havada vurub".
Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl Mingəçevir və Ağcabədinin "intensiv atəşə tutulması" barədə məlumatı təkzib edib.
Ermənistan MN-in sözçüsü Şuşan Stepanyan Facebook səhifəsində həmçinin yazıb ki, "Azərbaycan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı yönəlmiş təxribat olacağı halda Qarabağ Müdafiə Ordusunun cavabı qeyri-mütənasib sərt olacaq".
Fransa Prezidenti Emmanuel Macron İlham Əliyevə zəng edib
Fransa Prezidenti Emmanuel Macron oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
President.az saytı yazır ki, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.
Təcili xəbər, Tərtər çayında suyun verilişi bərpa olunub
Şəklin mənbəyi, Getty Images
Şəklin alt yazısı, Tərtər çayıında suyun verilişi bərpa olunub
Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin mühandis-hidrotexniki Çingiz Cabbarov BBC News Azərbaycancaya
deyib ki, çaya suyun verilişi Azərbaycan ordusunun Suqovuşanı (Madagiz) azad
etməsindən sonra mümkün olub.
Onun sözlərinə görə, Qarabağ müharibəsi başlayandan
üzü bəri Ermənistan tərəfi Tərtər çayına qış ayları istisna olmaqla, su verməyib.
“Azərbaycan oranı alana qədər çayda suyu tamam kəsmişdilər, bir neçə gündür bərpa olunub”,- Çingiz Cabbarov bildirib.
Tərtər çayı üzərində Suqovuşanda (Madagiz) və Sərsəngdə
olmaqla iki su anbarı var.
Sərsəng su anbarı Ağdərə
rayonun ən böyük anbarıdır və Dağlıq Qarabağ müharibəsi bitdiyi vaxtdan Ermənistan
hərbi qüvvələrinin nəzarəti altındadır. 1976-ci ildə istifadəyə verilən bu
anbar, 6 Azərbaycan rayonunu – Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcəbədini su ilə təmin edirdi.
Onun sözlərinə görə, indiyə kimi ətraf rayonlar da daxil olmaqla Tərtər sakinləri su qıtlığından əziyyət çəkiblər və təsərrüfat sahələri arteziyan su quyularının ümidinə qalıb. İndi isə suvarma suyu kimi Tərtər çayının suyu ətraf bir neçə rayonun tələbatını ödəyəcək.
Yerevanda Avrasiya Hökumətlərarası Şurası baş nazirlərin növbəti iclası öz işinə başlayıb. Məlumata əsasən, bu görüşə Belarus, Qazaxıstan, Rusiya və Ermənistanın hökumət başçıları qatılıb.
İclasda iqtisadi inteqrasiya məsələlərinin müzakirə olunacağı bildirilir.
Ermənistan paytaxtında həmçinin Rusiya və Ermənistanın baş nazirləri arasında ikitərəfli görüş keçirilir. Mixail Mişustin və Nikol Paşinyanın danışıqları qapalı rejimdə baş tutur, TASS agentliyi bildirir.
Bu arada, bu gün ATƏT Minsk Qrupunun həmsədrləri Moskvaya gəlirlər. Rusiya prezidenti Vladimir Putin dünən Ermənistan və Azərbaycan XİN başçılarını da Moskvaya çağırıb.
Təcili xəbər, Mingəçevir və Ağcabədi "intensiv atəşə tutulur"
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, hazırda Mingəçevir və Ağcabədi rayonları Ermənistan silahlı qüvvələri tərəfindən "intensiv atəşə tutulur".
Xankəndini tərk edən erməni müəllimə BBC-yə nə danışdı?
Azərbaycan XİN: "Ermənistan XİN-in Şuşadakı kilsə barədə açıqlaması beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır"
Şəklin mənbəyi, Getty Images
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlamasını "saxta ittiham və təxribat" adlandırıb.
Azərbaycan XİN-in açıqlamasında deyilir ki, Ermənistan bu ittihamlarla Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturu və mədəniyyət abidələrini "qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq" məqsədi daşıyır.
Bundan əvvəl Ermənistan tərəfi bildirib ki, Şuşada yerləşən "Müqəddəs xilaskar" kilsəsi Azərbaycan tərəfindən atəşə tutulub və kilsənin damında dəlik açılıb.
"30 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycan irsinin bütün əlamətlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərindəki Azərbaycan tarixi və mədəni abidələrinin qəsdən məhv edilməsi siyasətini həyata keçirir", - XİN-in məlumatında deyilir.
Qurum Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidləri "dağıtdığını və təhqir etdiyini", Azərbaycanın isə "tolerantlıq ənənələrinin qorunmasına böyük əhəmiyyət verdiyini" bildirib.
Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə "heç bir əlaqəsinin olmadığını" bəyan etmişdi.
Azərbaycan Müdafiə Nazirliyi: "Zirehli texnikalar tam işlək vəziyyətdə ələ keçirilib"
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını vurub.
Nazirliyin açıqlamasında deyilir ki, qarşı tərəfin döyüş meydanında tərk etdiyi digər zirehli texnikalar Azərbaycan Ordusu tərəfindən "tam işlək vəziyyətdə ələ keçirilib".
Ermənistan tərəfinin bu məlumata şərhi hələ ki məlum deyil.
Təcili xəbər, Bərdə və Ağdam rayonları "intensiv atəşə tutulur"
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Bərdə və Ağdam rayonları Ermənistan silahlı qüvvələri tərəfindən "intensiv atəşə tutulur".
BBC jurnalisti Goranboyda Ermənistan tərəfinin atəşindən həlak olan qadından bəhs edən video hazırlayıb
BBC
Dünya Xidmətində efirə gedən süjetdə azərbaycanlı Türyan Quliyevanın Ermənistan
tərəfinin artilleriya atəşi nəticəsində öldüyü deyilib.
Videoda
63 yaşlı Türyan Quliyevanın yas mərasimi göstərilib.
Materialda
həlak olan qadının qonşuları danışıb və onun tək yaşadığını, evini tərk edə
bilmədiyini deyiblər.
BBC-nin məşhur müharibə jurnalisti Orla Guerin deyib ki, Türyan Quliyeva dəfn edilərkən eyni vaxtda Rusiya, Fransa və Amerika
Birləşmiş Ştatları atəşkəsə çağrış ediblər.
Onun
sözlərinə görə hələ ki, bölgədə atəşkəsin nişanəsi yoxdur.
İngilis dilində olan
videoya buradan baxa bilərsiniz:
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təcili xəbər, ANAMA-nın Füzulidəki əməkdaşı ağır yaralanıb
Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı Samir Əsədov oktyabrın 9-da erməni silahlı qüvvələrinin atəş açması nəticəsində ağır yaralanıb, qurum açıqlayıb.
ANAMA Samir Əsədovda 3 ədəd qəlpə yarası aşkar edildiyini və hazırda cərrahiyyə əməliyyatının davam etdiyini bildirib.
Qurum, əməkdaşının vəziyyətinin "ağır" olduğunu qeyd edib.
Ceyhun Bayramov bu gün Moskvaya gedəcək, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya Prezident Putin dəvət edib.
Şəklin mənbəyi, Azertag
Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, nazir Ceyhun Bayramov oktyabrın 9-da Rusiyanın təşəbbüsü ilə əlaqədar Moskvaya işgüzar səfər edəcək.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərini Qarabağ döyüşlərində ölənlərin meyitlərini və əsirləri dəyişmək məsələsini müzakirə etmək üçün Moskvaya dəvət edib.
BBC News Rusca Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın da bu gün Moskvaya səfər edəcəyini yazıb.
Azərbaycan XİN bildirib ki, Ceyhun Bayramov oktyabrın 8-də Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırıb.
Ermənistanda hərbi vəziyyət sərtləşdirilib
Ermənistan hökuməti cümə axşamı günü "Hərbi vəziyyətin
hüquqi rejimi haqqında" qanuna dəyişiklər edilməsi barədə qərar verib, Ermənistan KİV-i yazır.
Edilən düzəlişlərə əsasən, hərbi vəziyyətin qanuni rejimini
təmin etmək və dövlət təhlükəsizliyini təmin etmək üçün dövlət orqanlarının və
yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin fəaliyyətini tənqid edən,
təkzib edən, şübhə altına
alan və ya hər hansı bir şəkildə dəyərdən salan hərəkətlər, çıxışlar, nəşrlər qadağan edilir.
Ermənistanın və tanınmamış “DQR”-in müdafiə qabiliyyətinə və təhlükəsizliyinə qarşı təbliğat aparmaq, o cümlədən Ermənistan və tanınmamış “DQR”-in müdafiə qabiliyyətini şübhə altına alan nəşrlərin yayılması da qadağan edilir.
Bundan başqa Ermənistan polisinə bəzi səlahiyyətlər
də verilib.
Belə
ki, polisə dərc olunmuş mesajların və nəşrlərin silinməsini təmin etmək, çap cihazlarını, yayım, səs gücləndirən texniki avadanlıqları və kopyalama maşınlarını müvəqqəti müsadirə etmək və ya üzərinə həbs qoymaq üçün lazımi tədbirləri görmək səlahiyyəti verilir.
Bu qərar dərc edildikdən sonra qüvvəyə minir.
Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərinin görüntüləri yayılıb, Görüntüləri Azərbaycanın Müdafiə Nazirliyi yayıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Azərbaycanın Baş Prokurorluğu: indiyədək 31 mülki şəxs həlak olub, 164 nəfər yaralanıb
Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bəri həlak olan və yaralanan azərbaycanlılar barədə məlumat yayıb.
Qurum sentyabrın 27-dən hazırkı vaxtadək erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxsin həlak olduğunu, 164 nəfərin yaralandığını qeyd edib.
Bundan başqa, 142 mülki obyekt və 1054 yaşayış evi, 45 çoxmənzilli yaşayış binası yarasız hala düşüb, qurum bildirib.
Xankəndi "atəşə tutulur"
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" oktyabrın 9-da Xankəndinin (Stepanakert) "Azərbaycan Ordusu tərəfindən atəşə tutulduğunu" deyib.
Xankəndidə olduğunu deyən Almaniyanın Bild nəşrinin jurnalisti Paul Ronzheimer öz Twitter hesabından Bakı vaxtilə səhər saat 10.54-də "bomba və sirena səslərinin eşidildiyini" yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.