Rəsmi Yerevan Dağlıq Qarabağda atəşkəsin bərpa olunmasına dair ATƏT-in Minsk Qrupu ölkələrinin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu bəyan edib.
Bu barədə cümə günü Ermənistan XİN-i, Minsk Qrupu həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa - dövlət başçılarının birgə bəyanatından sonra açıqlama verib.
Ermənistan xarici siyasət idarəsi Minsk Qrupu həmsədrlərin Dağlıq Qarabağ münaqişə bölgəsində güc tətbiq edilməsini “pisləyən bəyanatını alqışlayır”, məlumatda deyilir.
Ermənistan XİN bildirib ki, Ermənistan döyüşləri "dəf etməyə davam edəcək", lakin "eyni zamanda Minsk Qrupu həmsədr ölkələri ilə 1994-1995-ci ii razılaşmalar əsasında atəşin dayandırılması istiqamətində işləməyə” hazırdırlar.
Bu arada, Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev cümə günü jurnalistlərə bildirib ki, Ermənistan münaqişəni həll etmək üçün danışıqlara başlamaq üçün Qarabağdan qoşunlarını çıxarmalıdır.
"Əgər Ermənistan bu gərginliyə son qoymaq istəyirsə, Qarabağın işğalına son qoymalıdır, bundan sonra danışıqlar mümkündür. Top Ermənistanın tərəfindədir", - cənab Hacıyev deyib.
Azərbaycan sentyabrın 27-də başlayan döyüşlərdə Ermənistanın birinci hücum etdiyini deyib.