ANAMA son iki gündə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və
Gəncəyə mərmi düşməsi barədə aldığı 70 müraciətlə bağlı əməliyyat keçirib, qurum açıqlayıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaydığı məlumatda deyilir ki, qurum Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xızı, Şəmkir və Füzulinin kəndlərində, o cümlədən Horadiz, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində
əməliyyat aparıb.
“Aparılmış
əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat, 12 ədəd
tank əleyhinə idarə olunmayan raket və 32 ədəd partlamış mərmi qalıqları aşkar
olunub”, qurum bildirib.
ANAMA bildirib ki, ötən bazar günündən oktyabrın 4-nədək "194 operativ və təxirəsalınmaz əməliyyat" həyata keçirib.
Qurum açıqlayıb ki, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy,
Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul rayonları, Gəncə və Mingəçevir
şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına,
Mingəçevir İES-in ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə,
məktəbə baxış keçirilib: "66 ədəd
müxtəlif növ partlamamış hərbi sursat (PHS), hərbi məqsədlər üçün istifadə
olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində
zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxeması və 69 ədəd partlamış raket
hissələri aşkar olunub”.