Washington-da nə baş verir?
Washington sakinləri gərgin-gərgin Ağ Evin növbəti sahibini gözləyir.
BBC jurnalisti Charlie Northcott bu səhər şəhəri gəzib.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ əhalisi növbəti prezidentin kim olacağına qərar verir
Washington sakinləri gərgin-gərgin Ağ Evin növbəti sahibini gözləyir.
BBC jurnalisti Charlie Northcott bu səhər şəhəri gəzib.
Səs verdikdən sonra Trump-ın qızı İvanka Trump tvitləyib:
"Atamın ABŞ prezidenti olması üçün səs verməyim necə surrealdır".
Floridada səslərin hesablanması davam etdikcə yarış da qızğın xarakter alır.
Burada cənab Trump cüzi üstünlüyə malikdir, amma biz hələ də əsas dairələrdən nəticələri gözləyirik. Onlardan bəziləri demokratların məskənidir.
Yox. Onlar sadəcə olaraq qalib gəlmək üçün real şansı olan iki namizəddir. Lakin bu yarışda başqa namizədlər də var. Namizədlərlə bağlı qaydalar ştatdan-ştata fərqlidir, lakin əksər ştatlarda Clinton və Trump-ın iki əsas alternativ rəqibi olacaq.
Yaşıllar Partiyasından 66 yaşlı Jill Stein həkimdir və ümidlərini demokrat Bernie Sanders-in Clinton-a tərəf keçməyən pərəstişkarlarının səslərinə bağlayıb. Hazırda rəy sorğularına görə onun ölkə boyunca 2 faiz dəstəyi var.
Keçmiş New Mexico qubernatoru, 63 yaşlı Gary Johnson namizədliyini ABŞ Libertarian Partiyasından verib və cənab Trump-dan gözü su içməyən respublikaçıların səslərini yığmağa çalışır. Ölkə boyunca onun dəstəyi sentyabrda 9 faiz idi, lakin indi 5 faizə düşüb.
Müəyyən diqqətə layiq olmuş başqa bir müstəqil namizəd keçmiş MKİ əməliyyatçısı Evan McMullin-dir. O vəd edib ki, Utah ştatında qalib gələcək. Bu ştatda keçirilmiş rəy sorğusuna görə o respublikaçı namizəddən ikicə xal geridə qalır, amma demokrat namizəddən 5 xal irəlidədir.
Əgər vədinə əməl edə bilsə, Evan McMullin 1968-ci ildən bəri prezident seçkisi zamanı hər hansı ştatda qalib gəlmiş birinci üçüncü namizəd adını qazanacaq.
Seçkilərin nəticələrinin ilkin proqnozları Azərbaycanda gecə zamanına təsadüf edib. Bu səbəblə seçkilər barədə Twitterdə çox rəylər görmək olmur, amma Facebook-da seçkiləri canlı izləyən azərbaycanlılar var.
Bildirmişdik ki, son 9 seçkidə respublikaçılara səs vermiş Cənubi Carolina bizi şoka sala bilər, amma daha belə deyil.
ABC News bildirir ki, ştat Trump-ı dəstəkləyib.
Tennessee Bill Clinton dövründənn sonra hər zaman republikaçılara səs verib.
New Jersey iki onillik ərzində respublikaçılara səs versə də, 1992-ci ildə demokratlara səs verib. Obama burada 2008-də 10 faiz fərqi ilə qalib gəlib. Ştatın qubernatoru Chris Christie Trump-ın namizədliyini rəsmən qəbul etdikdən sonra populyarlığı sürətlə düşüb.
Washington DC seçki kollegiyası olan yeganə qeyri-ştat ərazidir. Burda həmişə demokrat namizədlər qalib gəliblər.
Massachusetts-də 2008-ci ildə Obama 30 faiz fərqlə qalib olub.
Reagan-Bush erasından sonra Maryland həmişə demokratlara rəğbətli olub.
Mississippi respublikaçıların arxayın qələbə çaldıqları ştatdır. Bu ştatda 1972-ci ildən bu yana respublikaçılara səs veriblər. Yeganə istisna 1976-cı ildə baş verib. Onda bu ştatda Jimmy Carter qalib gəlib.
Oklahoma 1968-ci ildən bəri respublikaçılara səs verir.
"Hamı bu seçkinin kritik bir an olduğunu düşünür. Bu seçkini tarixi bir seçki kimi görürlər", Tamella Hacıyeva deyir.
Siz də öz fikirlərinizi bizimlə paylaşın.
Keçmiş prezident George W Bush-un qardaşı oğlu bir neçə gün əvvəl əmisinin Hillary Clinton-a səs verə biləcəyini söyləməklə hay-küyə səbəb olmuşdu.
Amma bu gün məsələyə keçmiş respublikaçı prezidentin sözçüsü aydınlıq gətirib. O deyib ki, cənab Bush nə Trump-a, nə də Clinton-a səs verib.
Əvəzində o, bülletendəki “prezidentlik üçün yuxarıdakılardan heç biri” xanasını işarələyib.
Bu isə o deməkdir ki, cənab Bush yalnız Konqres və yerli bələdiyyə üzvlüyü üçün respublikaçılara səs verib.
expeر��
ABC News proqnozlarına görə New Jersey, Kolumbiya rayonu, Massachusetts, Maryland, Delaware, Illinois və Rhode Adalarında qalibdir.
Trump isə Mississippi və Oklahomada qalib gəlib, proqnozlarda deyilir.
Təxminən 1 saat öncə ilk proqnozları almışıq və hələ ki surprizlə qarşılaşmamışıq.
Proqnozlara görə, Hillary Clinton Vermont-da və Donald Trump isə Indiana, Kentucky və Qərbi Virginiyada qabaqdadır.
BBC müxbiri Olivia Lace-Evans Clinton-un qərargahında "narahatlıq enerjisi" olduğunu tvitləyir.
ABC News şəbəkəsinin proqnozuna görə Donald Trump West Virginia ştatında qalib gəlib.
West Virginia 2000-ci ildən bəri bir qayda olaraq respublikaçı namizədlərə səs verir.
Bu saata olan məlumata görə, Ohio ştatında və North Carolina ştatının əksər məntəqələrində seçki başa çatıb.
Trump-ın mənzil-qərargahındakı BBC müxbiri Laura Trevelyan tvitləyir ki, dəstəkçilərdən biri ona "pozitiv düşündüklərini" deyib.
Şimali Karolinada elektronik səsvermə sistemində problem yarandığı üçün 8 Durham Dairəsinin səsvermə məntəqələrinin iş vaxtı uzadılıb.
Bu ərazidə yaşayan afrikalı amerikalılar Demokratları dəstəkləyir.
Bundan əvvəl Şimali Karolina Respublikaçılar partiyası bəyan edib ki, onlar "səsvermə zamanın artırılması üçün heç bir səbəb görmür. Onlar hadisəni "qısa fasilə" adlandırıb.
Trump-ın baş məsləhətçisi Curtis Ellis BBC-ə deyir ki, cənab Trump nəticələri qəbul edib-etməmək barədə qərarı nəticələri "gözlədikdən və nəzər yetirdikdən" sonra verəcək.
Qərarsız seçicilərin sayının çox olduğu deyilsə də, Edison Research - milli exit-poll rəqəmlərinin təhlili göstərir ki, noyabrın əvvəlinə qədər onların sayı çox azalıb və hətta elektoratın az bir hissəsi qərarsız olub, Wall Street Journal yazır.
Rəqəmlərə görə, seçicilərin 12 faizi son qərarlarının keçən həftə verib, onlardan 7 faizi qərar verməyi lap son günlərə saxlayıb.
60 faiz səsvermə hüququ olan amerikalı isə avqust ayında kimə səs verəcəklərini biliblər.
Seçicilərin dördə biri isə sentyabr və oktyabrda qərar veriblər.
Son 9 ildə respublikaçılara səs vermiş Cənubi Karolinada nəticələr bir neçə dəqiqədən sonra açıqlanacaq.
Donald Trump burada qalib gəlməsə, bu onun qalib gəlmək şansı üçün mənfi göstərici olacaq.