Ku Klux Klan lideri Trump-ı təbrik edib
İrqçi millətçi Ku Klux Klan qrupunun lideri David Duke Trump-ı və ona səs verən "öz adamlarını" təbrik edib.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ əhalisi növbəti prezidentin kim olacağına qərar verir
İrqçi millətçi Ku Klux Klan qrupunun lideri David Duke Trump-ı və ona səs verən "öz adamlarını" təbrik edib.
Trump nitqində Meksika ilə sərhəd divarından, Hillary Clinton-a həbs ittihamlarından və ya müsəlmanların ABŞ-a miqrasiyasının qarşısının alınmasından danışmadı.
Filippin prezidenti Rodrigo Duterte ABŞ prezidenti seçildiyi üçün Donald Trump-ı "ürəkdən təbrik edib", Filippin naziri deyib.
ABC News ehtimal edib ki, Alaska Trump-a dəstək verib.
Alaska cəmi bir dəfə, 50 il əvvəl demokratlara səs verib.
"Mən bütün vətəndaşlara söz verirəm ki, hər bir amerikalının prezidenti olacam. Bu, mənim üçün çox vacibdir", cənab Trump deyir.
"Keçmişdə mənə dəstək verməyənlərə deyirəm ki, sizin məsləhət və köməyinizə ehtiyacım var. Birgə çalışıb qüdrətli millətimizi birləşdirək".
Wisconsin ştatı Trump-a səs verib, ABC News kanalı bildirib.
Bununla da, Trump ona lazım olan 270 xalı ötüb.
Bir neçə saat öncə Hillary Clinton və Donald Trump-ın qərargahlarında vəziyyət belə idi.
Video şərhsizdir.
ABC News proqnozuna görə, Donald Trump Pennsylvania ştatında 20 xal toplayıb.
"Hamıya çox təşəkkür edirəm. Sizi gözlətdiyimə görə üzr istəyirəm. Bu çətin məsələlərdir", o deyib.
"Hillary çox çalışdı və uzun müddət çox çalışdı və biz bu ölkəyə xidmətə görə ona təşəkkür borcumuz var. İndi amerikalıların yaralarını sarmaq vaxtıdır"
Manhattan-da Trump ailəsi ilə birgə səhnəyə gəlir
CNN və Fox kanalları Donald Trump-ın seçkilərdə qalib gəldiyini proqnozlaşdıran kimi kütlə Hilton otelində sevincdən məst olublar.
BBC-nin Çin redaktoru Carrie Gracie Pekinin küçələrindən xəbər verir ki, burda əhalinin fikri “bölünüb”.
Bəziləri deyir ki, Donald Trump uğurlu biznesmendir və uğurlu prezident olacaq. Digərləri isə bildirir ki, o, elitar siyasi sistemində bir zəngin kişidir. Trumpun qadınlar və miqrantlar barəsindəki fikirlərində narahat olduğunu deyənlər onun Asiyada xaos yaradacağından qorxduqlarını ifadə ediblər.
CNN və NBC yazır ki, Clinton Donald Trump-a zəng edib, onun qələbəsini qəbul etdiyini deyib.
Associated Press agentliyi yazır ki, Donald Trump ABŞ-ın 45-ci prezidenti seçilib.
CNN xəbər verir ki, Donald Trump Midtown Hilton otelinə gəlib. Burada onu dəstəkləyənlər gözləyir.
"Biz səslərin hesablanmasını davam etdiririk və hər bir səsin əhəmiyyəti var... bu axşam bundan başqa deyəcək sözümüz yoxdur”.
“Evə gedib bir az yatın, biz sabah daha çox məlumat verəcəyik”.
ABC News proqnoz verir ki, Maine-də 4 seçki dairəsinin 3-ü Clintona, biri isə Trump-a səs verib.
Vaxtilə bu ştat yalnız demokratlara səs verərdi.
Clinton-un qərargahına ezam olunmuş müxbirlər deyirlər ki, xanım Clinton özü oteldə qalıb, lakin onun kampaniyasının meneceri Javits Mərkəzinə demokratların dəstəkçiləri ilə görüşə gedib.
Clintonun dəstəkləyənlər də həmin mərkəzə axışır.
Respublikaçılar Senatda nəzarəti qoruyub saxlaya bilib, hərçənd ki bəzi yerlərdə hələ qərarlar açıqlanmayıb.
Pennsylvania-da senator Pat Toomey-in demokratların namizədi Katie McGinty-ni kiçik fərqlə keçməsi partiya üçün həlledici olub.
Bu o deməkdir ki, respublikaçılar Konqresin hər iki palatasına nəzarət edəcək.
Əgər Donald Trump qalib gələrsə, partiyanın qarşısı açıq olacaq, qanunvericilik qəbul etməkdə həlledici rolları olacaq.
Seçilmiş prezident əslində 20 yanvar 2017-ci ildə keçiriləcək andiçmə mərasiminədək ABŞ-ın 45-ci prezidenti olmayacaq. Seçilmiş prezident günorta vaxtı əlini müqəddəs İncilin üzərinə qoyaraq prezident səlahiyyəti andını içəcəkdir. Bu andan sonra hökümət onun əlindədir.
Adətən hazırkı başçı və onun yoldaşı yeni Birinci cütlüyə çay içməyə dəvət edir. Təxminən altı saat sonra, yeni Birinci Ailə Ağ Evə köçür.